Azərbaycan döVLƏt neft akademiyasi


Təsərrüfat hesabı iqtisadi metod kimi



Yüklə 0,86 Mb.
səhifə2/4
tarix20.09.2018
ölçüsü0,86 Mb.
#69420
1   2   3   4
5.Təsərrüfat hesabı iqtisadi metod kimi
İnzibati idarəetmənin ən mühüm metodlarından biri də təsərrüfat hesabı metodudur. Bu metod da idarəetmənin iqtisadi mexanizmi və ya vasitələri kimi istifadə edilir. Təsərrüfat hesabı idarəetmə metodu olaraq, təkrar istehsalın bütün tərəflərini, yəni istehsalını, bölgüsünü, istehlakını və tədavülünü əhatə edir. Müəssisələrin təsərrüfat və təsərrüfat hesabı nə qədər uyğun olarsa, istehsalda o qədər qənaətlə, işgüzarlıqla idarə olunması və istehsalın səmərəliliyini yüksəltmək olar. Təsərrüfat hesabının təsərrüfatının idarəetmə metodunun olması obyektiv zərurətdir. Obyektiv iqtisadi kateqoriya təsərrüfatı planlı qaydada idarə etməkdir. Bir iqtisadi kateqoriya kimi təsərrüfat hesabı müəssisələrin dövlətlə və başqa təşkilatlarla iqtisadi münasibətləri və qarşılıqlı əlaqələrini ifadə edir.

Təsərrüfat hesabı qarşılıqlı iqtisadi əlaqə və münasibətdən, müəssisələrin öz gəliri hesabına inkişaf etdirilməsini, rentabelləşdirilməsini, maddi məsuliyyəti təmin etməkdən ibarətdir. Təsərrüfat hesabı planlı iqtisadi metod olması ilə çəkilən xərclərin, alınan nəticələrin düzgün ölçülməsi və ona manatla nəzarət edilməsidir. Ümumiyyətlə təsərrüfat hesabı maddi maraq, maddi məsuliyyət, xərclərin, istehsalın mənfəətli, rentabelli vahid gəlirlə işləməsi üçün zərurət təşkil edir. Təsərrüfat hesabı iqtisadi vasitələrin vəhdət halında istifadə edilməsinə, dövlətin, müəssisələrin, habelə bir işçinin ən başlıca mənafeyin birliyinə iqtisadi və təsərrüfat münasibətlərinin faydalı olmasına əsaslanan iqtisadi münasibətlər sistemini ifadə edir. Təsərrüfat hesabı təsərrüfatda operativ müstəqillik və kollektivin öz əməyinin nəticəsi üçün maddi maraq yaratdığı təsərrüfatın təşəbbüskarlıqla aparılması üçün vacibdir. Bazar iqtisadiyyatı şəraitində də təsərrüfat hesabı öz əhəmiyyətini artırmaqdadır. Ona görə də təsərrüfat hesabı nəzəriyyəsinin və prinsiplərinin yenidən irəli sürülməsini, azad sahibkarlıq şəraitində müəssisə bilavasitə təsərrüfat hesabı əsasında özlərinin xərclərinə və ziyanına bütövlükdə cavabdeh olmalıdırlar. Təsərrüfat hesabının prinsiplər əsasında aparılması aşağıdakılardan ibarətdir:



  1. İqtisadiyyata planlı rəhbərliyin müəssisələrdə tam təsərrüfat, yəni opertiv müstəqilliyi və təşəbbüskarlığı ilə əlaqələndirilməsi;

  2. İstehsal vasitələrinin ödənilməsi və müəssisələri üçün mümkün qədər yeni iqtisadi şərait yaratmaqla onların rentabelliyinin, mənfəətlərinin tətqiq edilməsi və rəqabətə davam gətirməsi;

  3. Qənaət rejiminə, optimallığa nail olmaq, qənaətçilliyi, səmərəliliyi təmin etmək, israfçılığa, təsərrüfatsızlığa və məsuliyyətsizliyə yol verməmək;

  4. Təsərrüfatın səmərəli idarə edilməsinə verilmiş tapşırıqların yerinə yetirilməsinə, habelə cavabdehlik, işin nəticəsi üçün tam maddi məsuliyyətin daşınması;

  5. İstehsalın inkişafına, işin nəticəsinə düzgün qiymət verilməsi, son nəticədə müəssisələrin, işlərin maddi marağının təmin edilməsi;

  6. İstehsal xərclərin ödənilməsi, istehsalın nəticələrin ölçülməsi üçün manata nəzarətin qoyulması.

Təsərrüfat hesabı münasibətlərinin güclənməsi və idarəetmənin təsərrüfat hesabı metodlarından istifadə edilməsi, ümumi təsərrüfat hesabına və idarəetmədə əsas məsələlərin ağıllı, düşünülmüş halda işgüzarlıqla həll edilməsidir. Ən az əmək və istehsal vasitələri sərf etməklə, ən böyük nəticələr əldə edilməsi təsərrüfat rəhbərliyinin qanunudur. Bu qanun iqtisadiyyatın və idarəetmənin bütün mərhələlərində təsərrüfat hesabı vasitəsilə həyata keçirilir.

Təsərrüfat hesabı qənaət rejimini təsərrüfatla operativ iqtisadi müstəqilliyi, təşkilatçılığı, maddi marağı, mənəvi həvəsləndirməni, maaşları, nəzarət və uçot prinsiplərini özündə birləşdirir ki, onlar da öz növbəsində istehsalın inkişafı və inzibati idarəetmənin əsasıdır. Təsərrüfat hesabı əsasən 3 istiqamətdə inkişaf etmişdir:



  1. İstehsal birliklərinin təsərrüfat hesabı;

  2. Müəssisələrin təsərrüfat hesabı;

  3. İstehsal daxili təsərrüfat hesabı.

Zərər vermədən işləmək təsərrüfat hesabının başlıca şərti və həm də əsas tələbidir. Bunun üçün isə qənaət rejiminə əməl etmək son dərəcə zəruridir. Müəssisələrin mövcud əsas və dövrüyyə fondlarından səmərəli istifadə etməsi, işin rentabelliyinin qorunması üçün müəyyən operativ təsərrüfat müstəqilliyi olmalıdır. Bu o deməkdir ki, bütün istehsal müəssisələrinin yuxarı orqanlarının göstərişi olmadan öz məsələlərini müstəqil həll etmək hüququna malikdir. Bunun üçün müəssisələrin sərəncamında zəruri olan bütün maddi, texniki və digər ehtiyatlar olmalıdır. Müəssisələr böyük mövcud qayda-qanun üzrə fəaliyyət göstərir və tətbiq olunan dövlət planı əsasında özü təsərrüfatda bütün iqtisadi planlara rəhbərliyi həyata keçirir. Azərbaycan Respublikasında müəssisələrin operativ təsərrüfat müstəqilliyi təsərrüfat fəaliyyətinin bütün istiqaməti daha da genişləndirilmiş və xüsusi azad sahibkarlıq inkişaf etməkdədir. Təsərrüfat hesabı plan tapşırıqlarının maliyyə intizamlarının qarşılıqlı, müqavilə intizamının ödənilməsi, buraxılmış məhsulların keyfiyyətinə və s. əks getməməsidir. Və bu sahələrdə dövlət mənafeyinin gözlənilməsinə diqqət edilməlidir. Bu nəzarət mənafeyin və vəhdətin təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Həmin nəzarət aşağıdakı orqanlar vasitəsilə həyata keçirilir:

  1. Yuxarı təsərrüfat orqanları vasitəsilə, yəni buraya müvafiq sahə nazirlikləri və dövlət nəzarət orqanları daxildir;

  2. Sıra hakimiyyətinin nəzarəti;

  3. Maliyyə orqanlarının dövlət və komisiya banklarının maliyyə nəzarəti;

  4. Təsərrüfat müqavilələrində olan müəssisələrin bir-birinə iqtisadi nəzarəti və s.

Müəssisələrin özünü maliyyələşdirmə sisteminə keçməsi istehsal daxili təsərrüfat hesabında möhkəmləndirilməsinin mühüm əhəmiyyəti vardır. Belə ki, istər planın, qənaətin başlıca şərti və onların mənbəyi, sexlərin, briqadaların isehsal sahələrinin və iş yerlərinin rentabelliyini qənaətli fəaliyyətlə müəyyən edir. Müəssisə daxili təsərrüfat hesabı müəssisələrin davamı və inkişafıdır. Ona görə də hər bir təsərrüfat hesabı formasının məqsədi ayrı-ayrılıqda müəyyən edilməlidir. Bu, dövlət planının minimum vəsait sərf etməklə yerinə yetirilməsini təmin etməkdir. Bazar iqtisadiyyatı şəaritində təsərrüfat hesabı müəssisə üçün bazarın tələblərini nəzərə alaraq aşağıdakı istiqamətdə iş göstəriciləri müəyyən edir:

  1. Məhsulun və onun ayrı-ayrı maddələrinin nomenklaturaları göstərilməklə, istehsal proqramının müəyyən edilməsi;

  2. Məhsulun vahidinə sərf olunan yarım fabrikatların qovşaq və hissələrinin norması, xammal, yanacaq, elektrik enerjisi, eyni zamanda sex anbarlarında ehtiyatın aylıq limitinin müəyyən edilməsi;

  3. Sexlər üçün əmək planı üzrə müvafiq göstəricilərin verilməsi;

  4. Maya dəyəri üzrə müvafiq göstəricilərin planlaşdırılması və s.

Ayrı-ayrı iş yerləri, briqadaları üzrə qənaətin şəxsi və briqada hesabının aparılmasının çox böyük əhəmiyyəti vardır. Həmin qənaətin uçota alınması üçün müəssisələrdə xüsusi formalarda blanklar tələb olunur. Burada kiloqram və dəyər formalarında hər bir xammal, yanacaq növünə aylıq qənaət hesablanır və gündəlik uçot aparılır. Hər ayın sonunda briqadalar üzrə işə yekun verilir. Maddi məsləklərin qənaətlə və ya normadan artıq işləməsi araşdırılır və bütün bunlar təsərrüfat fəaliyyətinin qiymətləndirilməsində böyük rol oynayır. Bütün bunlar müəssisə və bütövlükdə xalq təsərrüfatı fəaliyyətini, onun ayrı-ayrı tərəflərini səciyyələndirir. İqtisadi göstəricilər iqtisadi inkişaf fəaliyyətini düzgün əks etdirməlidir. Hər bir iqtisadi göstəricinin özünəməxsus müsbət, mənfi göstəriciləri var. Buna misal olaraq ümumi məhsul göstəricilərini xammal və materialların qiymətində, korperasiya əlaqəli səviyyələrdən və s.-dən asılı olaraq istehsalın həcmini süni surətdə artırılmasını göstərmək olar.

Təsərrüfat fəaliyyətini qiymətləndirmək və iqtisadi hesabatların aparılması nöqteyi-nəzərindən planlı iqtisadi göstəricilərə qarşı bir sıra tələblər irəli sürülür. Bu tələblər aşağıdakılardan ibarətdir:



  1. Göstəricisi öyrənilən obyekt tam surətdə öyrənilməlidir, yəni burada obyektin ehtiyatı, əməyin təşkili və s. nəzərə alınır;

  2. Göstəricilər hər bir idarəetmə anlayışını və onun nəticələrini obyektiv olaraq təhrif etmədən əks etdirməlidir;

  3. Göstəricilər konkret və miqdar müəyyənliyinə malik olmalıdır;

  4. Göstəricilər hər bir idarəetmə momentinin fəaliyyətini tələbatla əlaqələndiriliməsini təmin etməlidir;

  5. Kəmiyyət göstəriciləri, keyfiyyət göstəriciləri də əks olunmalıdır.




5. Əmək haqqı və mükafatlandırma iqtisadi vasitə kimi
Təsərrüfat hesabı kollektiv işlərin eyni keyfiyyət əməklərinə və işlərinə görə eyni miqdarda haqq, mükafat alma imkanı əldə edirlər. Kollektiv eyni səviyyədə gəlirlə işləmirsə, onda onun üzvləri əlavə haqq ala bilməz. Lakin bunun əksinə olaraq bütün kollektiv böyük əzmkarlıqla səy göstərərək çalışarsa, onun əldə etdiyi gəlir sabitdirsə, onda onun üzvləri əlavə əmək haqqı alırlar. Onda burada əmək haqqı mənfəətə, məhsulların maya dəyərinin aşağı salnmasına uyğun olaraq arta bilər. Bu nöqteyi nəzərdən istehsalın idarə edilməsində əmək haqqının böyük rolu vardır. Əmək haqqı həm iqtisadi mexanizm, həm də metod rolunu oynayır. Bir metod kimi əmək haqqı bilavasitə əməyin keyfiyyət və kəmiyyətindən asılı olaraq müəyyən edildikdə, işçini daha yaxşı işləməyə ruhlandırır. Bir qayda olaraq işçinin ixtisası yüksək olarsa, həm keyfiyyət və həm də kəmiyyətcə əməyin istehsal vasitələri həddindən artıq yüksələrsə, onda ölkədə maddi nemətlər bolluğu yarana bilər. Beləliklə, maddi həvəsləndirmə sistemi həmişə, hər yerdə, hər bir kəslərin sərf etdiyi əməyə ədalətli və obyektiv qiymət verilməsini təmin edir. Bu da istehsalı inkişaf etdirmək üçün bir metod və vasitədir. Əmək haqqı iqtisadi idarəetmə metodu olmaqla əldə edilən gəlir və təsərrüfat hesabı metodu ilə bağlıdır. Əmək haqqı bir qayda olaraq, mərkəzləşdirilmiş qaydada dövlət tərəfindən müəyyən edilir. İdarəetmə metodu kimi əmək haqqının operativ müstəqilliyi vardır ki, burada müəssisələrin konkret istehsal şəraiti və planları nəzərə alınmaqla və planların yerinə yetirilməsini öz üzərinə götürməklə işçilərin sayını müəyyən etməklə, əmək haqqını və onun fondunu özü planlaşdırır. Və bunun üçün məsuliyyət daşıyır. Respublikanın bazar iqtisadiyyatına keçməsilə əlaqədar olaraq, əmək haqqının verilməsində bir sıra məhdudiyyətlər aradan qaldırılmışdır. Əhalinin əməyinin ödənilməsinin təşkil olunmasında iqtisadi qanunların tələblərinin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Bu, xüsusilə bazar iqtisadiyyatı şəraitində ön plana çəkilir və o aşağıdakı 3 cəhətlə gösərilir:

  1. Cari əmək fəaliyyətinin son nəticələri üçün şəxsi kollektiv və ictimai maddi mənafelər formasının düzgün əlaqələndirilməsi;

  2. İqtisadi qanunların tələblərini səmərəli bir halda həyata keçirilməsi;

  3. Maddi mənafelərin bütün sistemində bacarıqla istifadə etmək əsasında ictimai istehsalın səmərəliliyinin artması ilə müəyyən olunur.

Əməyin kəmiyyəti və miqdarı normallaşdırma vasitəsilə onun keyfiyyəti isə taarif sistemi ilə müəyyənləşdirilir. Belə ki, əmək norması istehsalın məcmuu əməkdəki iştirakını müəyyən edən bu meyarın düzgün müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Əmək onun ödənilməsi baxımından taarif sistemi vasitəsilə ayrı-ayrı konkret peşə ixtisaslar arasında onun mürəkkəbliyi və s. müxtəlif cəhətləri nəzərə alaraq qiymətləndirir. Əmək haqqı yalnız prinsiplər üzrə istehsal münasibətlərinin mənafeyinə uyğun gəlməlidir. Əməyin ödənilməsinin bütün halında müəssisələrdə yaranmış bütün mənafelərin həcmindən asılı etmək, gələcəkdə əmək haqqının arasındakı fərqləri azaltmaq deyil, əksinə əmək haqqı səviyyəsi arasında böyük fərqlərin əmələ gəlməsinə şərait yaradır. Tam təsərrüfat hesabı və özünün maliyyələşdirmə sistemi istehsalın intensivləşdirilməsi, elmi cəhətdən əsaslandırılmış planların əldə edilməsi, maddi maraqla yanaşı, əməyə sosial mənəvi marağın yüksəlməsini təmin etməklə hər bir müəssisə kollektivində iqtisadi münasibətin daha da təkmilləşməsinə şərait yaradır. Bütün bunlar öz növbəsində istehsalın xüsusiyyətini, xarakterini və konkret şəraitini daha ətraflı nəzərə almağa, qənaəti, keyfiyyəti əsas tutmağa imkan verir.

Bazar iqtisadiyyatı şəraitində istehsalın səmərəliliyinin, istehsalın inkişafının təmin edilməsi məqsədini həyata keçirmək üçün mükafatlandırma sistemini daim gücləndirmək, maddi marağı artırmaq üçün mükafatı bilavasitə sərf edilən əməyin keyfiyyətindən, iqtisadi göstəricilərin yaxşılaşdırılmasından asılı olaraq verilməsi təkidlə irəli sürülməlidir.




7. Mənfəət və rentabellik mühüm iqtisadi vasitədir
İdarəetmənin iqtisadi təsir vasitələri olan gəlir, mənfəət və rentabellik istehsalın inkişaf etməsi üçün zəruri şərtdir. Və onlardan istifadə edilməsi çox böyük səmərə verir. Mənfəət məhsulların istehsalına, satışına çəkilən xərclərlə, həmin məhsulların qiymətləri arasındakı fərqdir. Bu fərq nə qədər olarsa, müəssisələrin sərəncamında istehsalı genişləndirmək, müəssisə fondları yaratmaq və s. üçün əlverişli ola bilər. Eyni zamanda müəssisələrin öz gəlirləri hesabına istehsalın inkişafını təmin etmək başlıca şərtdir. Mənfəət və gəlir istehsal səmərəliliyinin ümumləşdirici yekun göstəricisidir. Bu göstərici müəssisələrin fəaliyyətində mühüm əhəmiyyətə malikdir. Həmin müəssisələr haqqında müəyyən təsəvvür yaradır. Demək olar ki, məhsulların həcminin artması əmək məhsuldarlığının yüksəlməsi, əmək məsrəflərinin və istismara çəkilən daxili xərclərin azalması, məhsul satışındakı irəliləyişlər öz növbəsində əldə edilən gəlirin məbləğində öz əksini tam tapmış olur. İstehsal kollektivinin sərəncamında da mənfəət müəssisələri xalis mənfəət, xalis gəlir və ya hesablama mənfəəti adlanır. Mənfəətin yaradılması bir sıra fondlarla istehsalın inkişafı maddi həvəsləndirmə, ictimai-mədəni tədbirlər, mənəvi tikintisi və s. üçün də istifadə edilir. Mənfəətin realizə edilmiş məhsullarının maya dəyərinə nisbəti rentabellik, yəni istehsalın gəlirli mənfəətliliyinə deyilir. İstehsalın bu ümumləşdirici göstəriciləri təsərrüfat fəaliyyətinin nəticələrini və onun işinin yekunlarını düzgün yəni olduğu kimi əks etdirir. Bu da öz növbəsində istehsalın idarə edilməsini asanlaşdırır. İstehsalın bu ümumləşdirici göstəriciləri və onun işinin yekunlarını olduğu kimi əks etdirir. Və ehtiyatları aşkara çıxarmağa, müəssisələrin təsərrüfat fəaliyyətinin güclü və zəif cəhətlərini aydınlaşdırmağa, vaxtında lazımı tədbirlər görməyə və sahələrdən istifadə etməyə imkan verir.


8. Qiymət, kredit iqtisadi metoddur
Qiymət -təsərrüfat mexanizminin təkmilliyi özünü maliyyələşdirmə, tam təsərrüfat hesabı və bazar iqtisadiyyatı şəritində mühüm əhəmiyyət kəsb edir. Qiymət məhsul vahidi dəyərinin pulla ifadəsidir. Yəni dəyərin əmtəə-pul münasibətlərinin təzahür formasıdır. Lakin kateqoriyaları birdən-birə meydana çıxmamışdır. Onun müxtəlif texniki tarixi formaları, yəni mübadilə və dəyər formaları olmamışdır. Buna görə də qiymət çox mürəkkəb iqtisadi kateqoriyadır. O, bərabər şərait daxilində müəssisələr üçün mənfəəti müəyyən edir. İctimai zəruri əmək sərfinin kəmiyyətini tələb, təklif mexanizmini ifadə edir. Əmtəələrə olan tələb və təklif aşağıdakı cədvəldə göstrilmiş quruluşu ilə ifadə olunur:


Qiymətin quruluşu onun ayrı-ayrı ünsürlərinin ümumi səviyyədə faizlə nisbətinə deyilir. Hər bir məhsulun müxtəlif qiymət quruluşu var. Qiymət quruluşuna xüsusi olaraq, ayrı-ayrı xüsusiyyəti və sahibkarlıq formaları mühüm təsir göstərir. Bütövlükdə qiymətin iqtisadi quruluşuna maya dəyəri, məfəət, dövrüyyədən vergilər və s. daxildir. Çunki bu və ya digər iqtisadi formalar qiymətin ünsürləri olmaqla, onun səviyyəsini müəyyən edir. Ona görə də fondlara haqq vermək, büdcəyə olan ödənişlər və s. qiymətə daxil edilir. Qiymətin əmələ gəlməsində müxtəlif nisbətlərin nəzərə alınmasının böyük əhəmiyyəti vardır. İqtisadi normalar arasında yeni maşın, onun ehtiyyat hissələri arasındakı müxtəlif tikinti materialları bir-birini əvəz edən məhsullar və s. arasındakı qiymət nisbətini buna misal gətirmək olar.

Ümumiyyətlə, qiymət əmələ gəlmədə bir sıra metodlardan istifadə olunur: Xərclər metodu (xərc ünsürləri və maya dəyəri), aqreqat metodu (məhsulu komplektləşdirən ünsürlərin respirant qiymətlərinin məbləği), bal metodu (məhsulun keyfiyyət parametrlərini ekspert qaydası ilə müəyyən etmək), texniki iqtisadi parametrlər metodu (parametrlər arası kəmiyyət asılılığının riyazi statistik ödənilmə qaydası) və normativ metodlar aiddir.

Qiymətlə müəssisələrə rəhbərlik etmək, təsərrüfat hesabını maddi həvəsləndirmənin müxtəlif metodlarını tətbiq etmək, istehsalın səmərəliliyini düzgün təyin etmək və s. azad sahibkarlıqda istifadə edilir. Məhsulun dövlət qəbulu sisteminə çevrilməsi yüksək keyfiyyətli, ən yaxşı standarta uyğun gələn məhsulların topdan satış qiymətinə əlavə haqq nəzərdə tutulur. İstehsalın idarəetmədə iqtisadi təsirinin tənzimedici mexanizmi olan kreditdən də istifadə olunur. Kredit iqtisadi münasibətlərin elə bir sistemidir ki, onun başlıca məqsədi müvəqqəti sərbəst pul vəsaitlərini səfərbər etmək, qaytarmaq, təcillik, faizi ödəmək şərtiylə geniş, təkrar istehsalı təmin etmək üçün bu vəsaitlərdən daha dolğun istifadə edilir.



9. İqtisadi təhlil metodu
İqtisadi metodların təsir formalarını yuxarıda göstərdiyimiz təsir metodaları ilə tapmaq olar. Lakin bu vasitələrin və metodlarının həyata keçirilməsi yollarını onunla məhdudlaşdırmaq olmaz. İqtisadi idarəetmə metodları sistemində bacarıqlılıq, işgüzarlılıq və s. səyləri səfərbərliyə almağa təsir göstərən mühüm amil rolunu yalnız iqtisadi təhlil oynaya bilər. İqtisadi təhlil müəssisələrin təsərrüfat fəaliyyətini, yəni onun iqtisadi tərəflərini, daha doğrusu inkişaf prosesini aşkara çıxarmağa, elmi metod kimi istehsalın nəticələri və istehsal edilməmiş ehtiyatlar haqqında obyektiv nəticə çıxarmaq imkanındadır. İndi müəssisələrə rəhbərliyin, idarəetmənin yaxşılaşdırılmasına diqqət yetirmək, təsərrüfatçılığın işgüzarlıq, aşkarlıq və həqiqi təhlilinə böyük əhəmiyyət vermək, planın yerinə yetirilməsini və bu əməli işdə olan üsulları ətraflı öyrənmək lazımdır. Əgər biz bunları öyrənməsək, onda bazar iqtisadiyyatı deyilən cəmiyyətdə biz bekar kimi qalarıq. İş bacaran iqtisadçı yaxşıca fikirləşib, faktları, rəqəmləri öyrənər, əməli təcrübəni təhlil edər və sonra hər hansı bir nəticəyə gələr.

Yaxşı təhlil olunmuş iqtisadi təhlil istehsalın yerinə yetrilməsi üçün təminat verir. Və eyni zamanda istehsal rəhbərliyinə, istehsalı idarəetmədə onun operativliyinə kömək edir. Ona görə də burada əsas məsələ müəssisələrin fəaliyyətini düzgün təhlil etmək, işlərin həqiqi mənzərəsini, vəziyyətini göstərmək, onu açıq-aşkar şəkildə tənqid etmək, istehsalın səmərəliliyini yüksəltmək üçün ehtiyatları təhlil etmək, texnoloji və əmək intizamına əməl olunmasını təmin etməkdən ibarətdir. Ona görə də müəssisələrin istehsal təsərrüfatı fəaliyyətinə müxtəlif iqtisadi təhlil metodları tətbiq olunur. Həmin metodlardan ən geniş yayılanları aşağıdakılardır:



  1. Statistik qruplaşdırma metodu;

  2. Dinamik sıralar metodu;

  3. Müqayisə metodu;

  4. Balans metodu;

  5. Xaric etmə metodu;

  6. İqtisadi-riyazi metod;

  7. Hesablama konstruktiv metodu;

  8. Qrafik təhlil metodu və s.

Müəssisələrin təsərrüfat fəaliyyətinin əsas göstəriciləri təhlil vasitəsilə aparılır. Təhlil aşağıdakı göstəricilərlə həyata keçirlir:

  1. Məhsul istehsal həcminin və satış həcminin yerinə yetirilməsinin təhlili;

  2. İstehsalın ixtisaslaşdırılıması, təmərküzləşdirilməsi və intruzivləşdirilməsinin təhlili;

  3. Geniş təkrar istehsal formalarının təhlili;

  4. Əsas vasitələrdən və istehsal fondlarından istifadə edilməsinin təhlili;

  5. Mövcud əmək ehtiyatlarının və işçi qüvvələrindən istifadə edilməsinin təhlili;

  6. İstehsalın iqtisadi səmərəliliyinin təhlili;

  7. Maliyyə vəziyyətinin təhlili;

  8. Məhsulların maya dəyərinin təhlili və s.

İstehsalın, idarəetmənin iqtisadi təhlili vasitəsilə bütövlükdə təsərrüfat fəaliyyətinə müdaxilə edilir, nəticələr çıxarılır, baş verən hadisələr dərk olunur, öyrənilir, real məlumatlar toplanılır və təhlil olunaraq müəyyənləşdirilir. Ona görə də müasir mərhələ iqtisadi metodların elmi səviyyəsi, onun yeni qaydaya uyğun ən yeni metod və formaların yaranması və tətbiqi zamanı yüksək tələblər qoyulur.




10. Normativ sərəncam metodunun mahiyyəti

Təsərrüfatın idarə edilməsində hakimiyyətçilik, səciyyəli təsir etmək, subyektin idarəetmə obyektinə birbaşa təsir göstərən normativ-sərəncam metodları, vasitəsilə həyata keçirilir. Rəhbərlik və mütəxəssislərin fəaliyyəti bilavasitə, sərəncam metodu vasitəsilə yerinə yetirilir. Onlar tərəfindən bütün idarəetmə funksiyaları, eyni zamanda idarəetmənin ən yüksək pilləsi olan inzibati idarəetmə metodları əsasında icra edilə bilər. Bu metod hakimiyyətçilik səlahiyyətinə malik olmasına görə normativ-sərəncam xarakteri daşıyır və onun yerinə yetirilməsi məcburidir. Burada qərarların yerinə yetirilməsi inzibati, maddi və s. intizamının pozulması kimi qiymətləndirilir. Bunun üçün müvafiq tədbirlər həyata keçirilməsi, normativ-sərəncam metoduundan dövlətin, cəmiyyətin qanunları, habelə sahibkarlara verilən səlahiyyətin hüquq, əmək qanunvericiliklərinə nəzarət qaydalarına riayət edilməlidir. Eyni zamanda bu qaydaları, aktları pozan sahibkar, mütəxəssis və ya hər bir sıravi işçiyə mütləq müəyyən bir cəza olmalıdır.

Beləliklə, sərəncam metodlarının başlıca xüsusiyyəti aşağıdakılardan ibarətdir:


  1. İdarə olunan obyektə birbaşa təsiretmə qaydaları;

  2. İdarəçiliyin üstün olaraq, müvafiq qərar və sərəncamların normativ qaydada göndərilməsi;

  3. Bu və ya digər halların eyni qaydada həlli;

  4. Qərar və sərəncamların operativ qaydada işlənməsi və həyata keçirilməsi;

  5. Rəhbər işçilərinin, menecerlərin, sahibkarların, biznesmenlərin və tabelikdə olan işçilərin, icraçıların idarə edilməsi və s.

Normativ-sərəncam metodu obyektiv, geniş və çoxcəhətlidir. Lakin bunu müəyyən istiqamətlər üzrə təsnifata ayırmaq daha əlverişlidir. Bu metodların tərkib hissəsi olan təşkilati, təsir metodu aşağıdakı 3 istiqamətdə aparılır.

  1. Bu metod idarə edilən sistemin ünsürləri arasındakı əlaqə və nisbətlərin tənzim edilməsi üçün istifadə olunur;

  2. İdarə edən sistem daxili əlaqə və münasibətlərə təsir göstərmə, idarəetmə funksiyalarını bölüşdürmə rəhbər işçilər və mütəxəssislər arasındakı əlaqə və s. münasibətlərə təsir edir;

  3. Bu təsiretmə metodunun obyekti idaə edən və idarə olunan sistemin qarşılıqlı əlaqə formaları və onun tənzim edilməsidir.

Normativ-sərəncam metodunun quruluşu aşağıdakı sxemdə göstərilmişdir:


Cədvəldən göründüyü kimi normativ-sərəncam metodunun təsir vasitələri, əsasnamə təlimatları, normativlər, göstərişlər və s.-dən ibarətdir. Bu vasitələr idarəetmənin daha çevik təsir vasitələri olub idarə edən və idarə olunan sistemlərin qarşılıqlı əlaqələndirilməsini, onların tənzim edilmə qaydalarında müəyyən edilir. Təsirin digər formalarında biri də normativ-təşkilati, iqtisadi, texnoloji və texniki normativlərdir. Onların vasitəsilə istehsalın gedişi, ümumiyyətlə, idarəetmə işlərinin yerinə yetirilməsi müəyyən fəaliyyət qaydalarının tənzim edilməsi həyata keçirilir. İdarəetmə müəyyən müddətdə təsir vasitələrinə çevrilir. Normativ-sərəncam metodu müəssisədə və istehsalda çalışan işçilərin intizamlı işləmələri, əmək və dövlət intizamının yerinə yetirilməsidir. Bu metodlar müxtəlif vasitələrdə alətlər istifadə edilməklə fəaliyyət göstərir. Sərəncamvermə metodu idarəetmənin bütün fəaliyyətinə aiddir. İdarəetmənin funksiyaları bu metod tətbiq edilmədən yerinə yetirilə bilməz. İdarəetmənin normativ təşkilati-sərəncam metodu istehsal prosesində işçilər arasında baş verən təşkilati münasibətlərin əlaqələndirilməsində, onların fəaliyyətinin nizama salınmasında, idarə edici təsir üsulları və məcmusundan ibarətdir. İdarəetmənin təsir metodu idarəedici obyekt və subyekti arasında rəhbərlik münasibətlərini olmasını təmin edir. Bu metodlar idarə olunan ünsürlərin, idarə edən sistemlərin daxilindəki əlaqələr, münasibətlər də bunlar arasındakı qarşılıqlı təsir formalarına görə istiqamətlənir. Həmin münasibətlər, əlaqələr tənzim edilərkən, təşkilati-sərəncam təsir metodlarından istifadə edilir və onlara təşkilati-sərəncam metodu təsir göstərir. İdarəetmə subyekti, yəni idarə edən və idarəetmə obyekti, yəni idarə olunan arasında daimi qarşılıqlı münasibətlər baş verir. Və onlar inzibati-təşkilati, hüquqi, iqtisadi normativ aktlarda öz əksini tapır. Bu da son nəticədə onlar arasında keyfiyyət göstəricilərinin baş verməsinə səbəb olur, mütənasib nisbət yaradır və qarşıya qoyulmuş məqsəd müvəffəqiyyətlə yerinə yetirilir. Bütün bunlar nəticədə gündəlik idarəetmədə birgə fəaliyyətlə baş verir, yerinə yetirilməli olan iş vaxtında müəyyən qaydalar çərçivəsində həll edilir.





11. Təşkilatı təsir metodu
İdarəetmənin inzibati metodu istehsal etmə və təsir etmə xarakterinə görə 2 təsir üsuluna ayrılır:

  1. Təşkilati təsir metodu;

  2. Sərəncam təsir vasitələri.

Təşkilati təsir idarəetmənin bütün sisteminin fəaliyyətini fəallaşdırır. Hər iki təsir sisteminin tətbiq edilməsi istehsalın idarə edilməsinə, ahəngdarlığını təmin etməyə, bütün sistemlərin, bölmələrin qarşılıqlı təsir qaydalarını, onun məqsədini nizamlaşdırır. Təşkilati təsirin bir sıra növləri vardır. Onları aşağıdakı sxemdən görmək olar:


Yuxarıdakı sxemdə göstərdiyimiz təşkilati təsirin növləridi. Yəni o, müəssisələrin konkret xüsusiyyətini, quruluşunu əks etdirməklə aşağıdakı təşkilati quruluşu tələb edir:

  1. Ümumi əsasnamələr;

  2. Müəssisələrin, təşkilatların yaranmasının əhəmiyyəti və vəzifəsi;

  3. Müəssisələrin funksiyaları və rəhbərliyi;

  4. Müəssisələrin vəsaiti;

  5. Müəssisələrin fəaliyyətinə nəzarət qaydaları;

  6. Müəssisələrin ləğv olunması və yenidən qurulması qaydaları.

Həmin əsasnamələrdə bir sıra məsələlər əks etdirilir. O cümlədən şöbələrin, bölmələrin vəzifələri və hüquqi funksiyaları göstərilir. Adətən, şöbə haqqında əsasnamə bir neçə formada olur:

  1. Şöbələrin vəziyyətinin müəyyən edilməsi;

  2. Şöbələrin daxili quruluşu, işçiləri, tərkibi, miqdarı və onların qarşılıqlı əlaqəsi;

  3. Şöbələrin funksiyalarının xarakteri;

  4. İdarəetmə sisteminin digər halqalarla qarşılıqlı münasibəti;

  5. Qarşıya qoyulmuş məqsəd və vəzifələrin yerinə yetirilməsi məsuliyyət dərəcəsinin müəyyən edilməsi.

Təşkilati təsir növlərindən biri də təşkilati reqlament verməkdir. Bu o demekdir ki, kollektivin və onun ayrı-ayrı üzvlərinin fəaliyyətinin nizamlayıcısıdır. Nizamlaşdırma –uzun müddət qüvvədə olan inzibati aktların köməyilə kollektivin ayrı-ayrı işçilərin fəaliyyətinə təşkilati təsir edilməsi demekdir. Bu cür təsir vasitələri hüquqi akt formasında olmadıqda, müvafiq bölmə işçiləri üçün məcburidir. Şöbələr və bölmələr arasında qarşılıqlı təsir qaydaları, onların fəaliyyət dairəsi ciddi surətdə nizmalaşdırılmalıdır.



12. Təşkilati normalaşdırma

Təşkilatı təsirin daha çevik forması təşkilati normalaşdırmadır. Təşkilati normativlər, yəni iş, vaxt, material normativləri, daxili intizam qaydaları və s. ayrı-ayrı idarəetmə işlərinin yerinə yetirilməsinin amillər üzərində təşkilati cəhətdən tənzim edilmədən həyata keçirilir. Daha doğrusu, normativlər müəyyən işlərin yerinə yetirilməsində sədd, hədd qoymasını, işçilərin fəaliyyətinə düzgün qiymət verməyi, vəzifəni, işi, funksiyanın necə yerinə yetirilməsinin dürüst reseptini verir. Təşkilati normallaşdırma idarəetmə işlərində istifadə olunan cürbəcür normalardan, normativlərdən və s. ibarət olan sənəddir. Eyni zamanda buraya daxil olan intizam qaydaları, müxtəlif qrafiklər, normativlərə də aid edilir. Təşkilati normalar istehsalın və əməyin təşkilində mühüm yer tutur. Yəni, işçilərin fəaliyyəti tənzim olunur və onların əməyinin nəticəsi düzgün qiymətləndirilir. Normallaşdırma elm və texnikanın bütün nəaliyyətlərini istehsalın və idarəetmənin təşkilati cəhətdən yaxşılışdırılmasına, istehsal olunan məhsulun əmək tutmunun bilavasitə azalmasına, nəhayət işçilərin maddi marağının artmasına kömək edir. Çünki bir adam cismi və ya əqli cəhətdən başqalarından fərqlənirsə, deməli eyni müddət ərzində də çox əmək sərf edər. Lakin əmək ölçü xidmətinə görə o müddət uzunu və intensivliyi ilə müəyyən edilir. Deməli, o ölçü olmadan istehsalın və idarəetmənin səmərəli təşkilini, ümumiyyətlə istehsal və idarəetmə fəaliyyətinin həyata keçirilməsi mümükün deyildir. Və eyni zamanda cəmiyyətin bölgü prinsiplərinin həyata keçirilməsini də təmin etmək olmaz. Normallaşdırma tətbiqi, iqtisadi qanunların fəaliyyətinə xidmət edir. Belə ki, 100 minlərlə adam məhsul istehsalı və bölgüsü işində normaya ən ciddi surətdə riayət etməyə tabe edən dövlət təşkilati amilləri olmadan mümkün deyildir. Bölgü mexanikasının cəmiyyətə, xalqa zidd olan nə varsa, hamısını tənzimləmək üçün konkret tədbirlər işləyib hazırlamaq hər bir işçinin kollektivin, maddi vəziyyətin öz əməyinin nəticəsindən bilavasitə asılılığını təmin etmək vəzifəsi normativlərlə tənzim edilir. Bu proses müəssisədə, təşkilatlarda səmərəli idarəetmək və onların düzgün tətbiqi üçün bir sıra prinsiplərin, vəzifələrin yerinə yetirilməsinin təmin edilməsidir. Onlar aşağıdakı prinsiplərdən ibarətdir:



  1. Normaların elmi cəhətdən əsaslandırılması;

  2. Qabaqcıl təcrübənin nəaliyyətlərinin özündə əks etdirilməsi;

  3. Normaların optimal olması;

  4. Normaların dövlət intizamına əməl olunması;

  5. Normaların mütərəqqilik səviyyəsinin təmin olunması;

  6. Normaların icraçılarının maddi marağına, mənəvi həvəsləndirmə təşəbbüsünə və şəxsi məsuliyyətinə imkan verilməsi;

  7. Normaların tərtibində əhalinin iştirakının təmin edilməsi və s.

Göstərdiyimiz bu sahələrdə qarşıya qoyulan vəzifələr aşağıdakılardan ibarətdir:

  1. Normalaşdırmanın daha geniş yayılmasını təmin etmək;

  2. Normalaşdırmanı elmi cəhətdən əsaslandırmaq;

  3. İstehsal normativləşdirliməsinə olan tələbatın təmin olunması;

  4. Norma və normativlərin dinamik olmasını təmin etmək;

  5. Normativlərin eyni və daha yaxşı gərginlik yaranması səviyyəsini təmin etmək;

  6. Normalaşdırma işində səriştəli, yüksək ixtisaslı mütəxəssis işçilərindən istifadə edilməsi və s.

Təşkilati normalaşdırma normanın aşağıdakı konkret formalarını ifadə edir:

  1. Vaxt norması;

  2. Say norması;

  3. Hasilat norması;

  4. Xidmət norması;

  5. İstehsalat norması;

  6. Mütərəqqi norma;

  7. Nisbət norması;

  8. İş norması.

İnzibati idarəetmədə əsasən aşağıdakı təşkilati normalardan istifadə edilir:

  1. Texniki normalar;

  2. Əmək normativləri;

  3. Tədqiq-dinamik normativləri;

  4. Maliyyə kredit normativləri;

  5. Dəyər kolkulyasiya normativləri;

  6. Maddi-texniki və nəqliyyat normativləri;

  7. Rentabellik və büdcə ilə qarşılıqlı əlaqə normativləri;

  8. Mütəxəssislərin iqtisadi amilləri və maddi həvəsləndirmə normativləri;

  9. Təşkilati idarəetmə normativləri.



13. Təşkilati metodiki təlimat
İşçilərin fəaliyyətini uzun müddət əhatə edən təşkilati təsirin formalarından biri də təşkilati metodiki təlimatdır. Təşkilati metodiki təlimat ayrı-ayrı işçilərin, əməliyatların fəaliyyyətini bu və ya digər texniki vəsaitlərin tətbiqi proseslərini, normativlərin və başqa aktların hazırlanmasında müxtəlif təlimatların tərtib edilməsindən ibarətdir.

Təşkilati metodki təlimatlar aşağıdakılardan ibarətdir:



  1. Metodiki təlimatlar;

  2. Metodiki göstərişlər;

  3. İş təlimatları;

  4. Vəzifə təlimatları.

Təşkilati metodiki təlimatların konkret təsnifatlarından ibarətdir:

Metodiki təlimatlar ümumi məqsədin yerinə yetirilməsi üçün bir-birlə əlaqədər olan kompleks işlərin yerinə yetirilməsi qaydaların əks etdirir.

Metodiki göstərişlər isə inzibati idrəetmə proseslərinin və əmək metodlarının yerinə yetirilməsi barəsində göstərilən məsləhətlərin, tövsüyyələrin hazırlanması və tabelikdə olan işçilərə çatdırılmasıdır.

İş təlimatları isə istehsal və idarəetmə prosesində hərəkətlərin və işin ardıcıllığını təmin edir. Görüləcək işlərdə səhvə yol vermədən yerinə yetirilməsini lazım bilir.

Vəzifə təlimatları isə istehsalın təşkilində işçilərin iştirakını, onların vəzifələri və vəzifələrə təyin edilməsi qaydası, inzibati tabeliyin, bir sözlə işçilərin fəaliyyət qaydalarını əks etdirir. İnzibati idarəetmə müxtəlif növ təlimatlar, xəbərdarlıqlar, tövsüyyələr, xüsusi şəraitin təhlili metodları, idarəetmə mərhələsi və s. haqqında əsasnamə, göstərişlər, təşkili tənzim etmə və başqa təsir vasitləri fəaliyyət göstərir.


14. Təşkilati tənzimləmə

İnzibati idarəetmənin təşkili metodlarından biri də tənzimləmədir. Təşkilati tənzimləmə təşkilati cəhətdən fəaliyyətin yerinə yetirilməsini təmin edir. Bu xüsusilə, yeni bölmə, yarım bölmə, istehsal sahələri yaradılarkən daha faydalıdır. Eyni zamanda əmək və istehsal kollektivinin fəaliyyətini təşkilati cəhətdən tənzim etmək bu təsir vasitələrilə həyata keçirilir. Onların köməyilə bölmənin əsas istehsal funksiyaları, istehsalın müstəqillik dərəcəsi müəssisənin quruluşunda bölmənin, sahənin mövqeyi, yeri, onun başqa sahələrlə qarşılıqlı əlaqəsi kollektivin tərkibi, miqdarı, istehsalın planlaşdırılması, hesablama qaydası, onlara operativ rəhbərliyin təşkili və s.-nin dürüst, düzgün təmin edilməsidir.

Təşkilati tənzimləmə əmək kollektivində əmək bölgülərinin tənzimlənməsində, xüsusilə hər bir işçinin iş günü ərzində iş qaydası və kollektivin fəaliyyətinin qaydaya salınmasında müəyyən rol oynayır. Tənzimetmə aktlarının təkrar olunmasının bölmə və sahələrdə onun tətbiqi və s.-nə kömək edir. Təşkilati təsir intizam təsirinin bütün intizam formalarını saxlamaq üçün tətbiq edilir. İntizam təsiri texnoloji əmək intizamlarına təsir edən aktlardır. İnzibati təsir hüquqi aktdır və onun tətbiqi təsirli bir vasitədir. İnzibati idarəetmə təşkilati təsir vasitələri kimi təsirin istiqamətinin müəyyən edilməsində böyük əhəmiyyəti vardır. Təşkilati təsirin təsir istiqaməti bir neçə istiqamətdə ola bilər. Burada istehsalın gedişinin müəyyən edilməsi, onun proseslərinin əməliyyatlara bölünməsi və onaların yerinə yetirilməsini təmin etmək üçün texnoloji tələblərə uyğun hazırlanmasıdır. Texnoloji tələblərin tələbatın tətbiqi üçün xüsusi təlimatlar, normativlər və texnoloji xəritələr tətbiq edilir. Texnolji və əməyinin təşkilinin təlimatı, texnoloji xəritələrin tətbiqi bir sıra tələblərin yerinə yetirilməsini təmin edir. Xüsusilə, əmək məsrəflərinə qənaətli tətbiq etməklə yanaşı, yerli şəraitindən texnoloji təlimlərin ödənilməsi nəzərdə tutlur.

Təşkilati təsirin iki istiqaməti hər bir iş yerində və sahədə texniki və texnoloji sistemin formalaşmasında, vasitələrin istehsalını daha yaxşı qurmaq və onlardan səmərəli istifadəni təmin etməkdən ibarətdir. Burada əsas vəzifə texniki xidməti, texnoloji prosesləri başa çatdırmaq və onların istehsalını təmin etməkdir.

Təşkilati təsirin üçüncü istiqaməti tədqiq olunan yeni vasitələrlə, texnologiya və işçi qüvvələrinə müntəzəm olaraq əməyin və onun elmi təşkilinin düzgün layihələndirilməsidir. İnzibati idarəedilən sistemə təşkilati təsirin istehsal əməyinin, elmi təşkilati istehsal və s. təmin etmiş olur. Bütün bunlar texnologiyanın və işçilərin vahid sistem halında nəaliyyətini təmin edir.



15. Sərəncam təsir vasitələri

Təşkilati təsirin çevik formalarından biri sərəncam təsiridir. Sərəncam təsir vasitələri inzibati, təşkilati aktların düzgün həyata keçirilməsi və onların idarə olunması, bütün bölmə, orqan və sərəncam komandalarının çevikliyini təmin edir. Müxtəlif təşkilati təsir aktlarının fəaliyyətinin səmərəli nəticəsinin olması, sərəncam təsirinin tətbiqinin dürüstlüyündən və manevrindən asılıdır. Təşkilati təsirin vasitələrindən biri operativ planlaşdırmadır. Operativ planlaşdırmanın köməyilə bir sıra vəzifələr yerinə yetirilir. Təşkilati planlaşdırmada ayrı-ayrı əmək proseslərinin, əməllərin yerinə yetirilməsi üçün icraçıları və ona lazım olan vasitələr, ehtiyatları təşkil etmək imkanı əldə edir. Buna görə də burada inzibati idarəetmə fəaliyyəti bütövlükdə idarə aparatının işi qanunlaşdırılır və tənzim edilir. Sərəncam təsir metodunun köməyilə idarəetmə proseslərinin dinamik inkişafı tənzim olunur. və təşkilatın təsir metodu çevikləşir. Sərəncam təsiri inzibati idarəetmə sistemində əmr, sərəncam, göstəriş və s. formalarda təsir göstərir. Əmrlərin, göstərişlərin, sərəncamların layihələrini hazırlamaq və onların verilmiş fəaliyyəti bir sıra qaydalarla xarakterizə edilir. Onlar aşağıdakılartdan ibarətdir:



  1. Sərəncam təsiri konkret, bütöv və dəqiq məlumatlar əsasında hazırlanmalıdır;

  2. Sərəncam təsiri ayrı-ayrı fəaliyyətin yerinə yetirilməsini təmin etdiyi üçün dövrü xarakter daşıyır. Yəni onun yerinə yerinə yetirilməsi zəruridir;

  3. Əmr və sərəncamların dəqiq yerinə yetirilməsi üçün maddi -məsul şəxs olmalıdır;

  4. Əmrlər, sərəncamlar və göstərişlər xətti funksional rəhbərliyin və xidməti mütəxəssislərin iştirakını tələb edir;

  5. Verilmiş təsir formalarının icraçılar tərəfindən mənimsənilməsi və yerinə yetirilməsi üçün onların təlimatlaşdırılması və nəzarətin təmin edilməsi zəruridir.

Təcrübədə icraçılara köməklik göstərən müxtəlif təlimatlardan istifadə edilir. Onlar aşağıdakılardır:

  1. Yazılı və şifahi təlimat;

  2. Fərdi və qrup təlimatı;

  3. İş yerində əmək fəaliyyətini dəqiq göstərən təlimat;

  4. Sxemlərdən və nümunələrdən istifadə etməklə nəzəri təlimat;

  5. Gündəlik təlimat;

  6. Dövrü təlimat və s.

Sərəncam və əmr xarakterinə, təyinatına və yerinə yetirilməsi müddətinə görə 3 qrupa ayrılır:

  1. Hər hansı bir fəaliyyətin dəqiq və vaxtında yerinə yetirlməsini təmin edən sərəncamlar;

  2. “Nəzərə alma”, “rəhbərliyə tabe etmək”, “qəbul etmək” və s. tərzdə verilən sərəncamlar;

  3. Müəyyən işlərin yerinə yetirilməsi, üstünlük verilməsi haqqında göstərişlərin əks etdirilmiş məlumat xarakterli əmr və sərəncamlar.






16. Təşkilati təhlil metodu

Təşkilati təsir metodları inzibati idarəetmə sisteminin vəziyyətini müəyyən etmək və onun gələcək istiqamətini, inkişafını təmin etmək üçün ehtiyyat mənbələrini aşkar etmək imkanına malikdir. Bu imkanları yalnız təşkilati təhlil vasitəsilə əldə etmək olar. Təşkilati təhlil idarəetmə obyekti haqqında məlumatların, müxtəlif xəbərdarlıqların yoxlanılması, işləməsi müəyyən şəkilə və formaya salınması üsullarının məcmusundan ibarətdir. Təşkilati təhlilin köməyilə sistemlərin vəziyyəti müəyyən edilir, baş verən nəticələr öyrənilir, onların fəaliyyəti düzgün qiymətləndirilir. Burada olan kənarlaşmalar, meyllər aşkar olunur, müəyyən tədbirlər işlənib hazırlanır, mövcud ehtiyatlar müəyyən edilib istifadəyə verilir. Bütün bu prosesləri öyrənmək üçün təhlilin aşağıdakı ardıcıllıqla həyata keçirilməsi tələb olunur:



  1. Qarşıda duran məqsədlərin aydınlaşdırılması və təhlilin qanunlaşdırılması:

-Bu vaxt təhlilin obyekti idarəetmə üçün də məqsədlərin formalaşması, təhlilin aparılma müddəti, vaxt təyin etmək üçün məlumatların əldə edilməsi, onlardan istifadə edilməsi və s. ardıcıllığı gözlənilməlidir.

  1. Daxili vəziyyətlərin ehtiyatlarının aşkar edilməsi:

-Həqiqi vəziyyəti və şəraiti qiymətləndirmək, alınan məlumatların işlənməsi və sistemləşdirilməsini başa çatdırmaq.

  1. Plan, uçot, hesabat sənədlərində və başqa sənədlərdə olan məlumatları müqayisə edib çatışmamazlıqları, şübhələri dəqiqləşdirmək, lazımı məlumatların toplanmasını işlənməsini tətbiq etmək:

-Bu zaman təftiş, müşahidə, anket, sorğu və s.-nin siyahiya alınması aktlarından istifadə etməklə şübhələri fərqləndirmək məqsədi güdür.

  1. Təhlilin nəticəsinin ümumiləşdirilməsi və onlardan istifadə edilməsi:

-Bu zaman təhlilin son nəticəsi aşkar olunur, geniş müzakirə edilir. Çıxarılmış nəticələrə təlimat verilir, həmin nəticələr ümumiləşdirilir, ilkin məlumatlar rəhbərliyə və icraçılığa çatdırılır. Və konkret olaraq, nəticələr əldə edilir.

Təhlili aparmaq üçün bir sıra metodlardan istifadə edilir və bu metodların hər biri öz təyinatına və məqsədinə görə istifadə edilir. Təşkilati təhlilin aparılmasının bir sıra növləri və qaydaları vardır. Onlar, əsasən, aşağıdakıları əhatə edir:



    1. Təhlilin obyektinə görə, yəni quraşdırılma və funksional təhlil;

    2. Məzmununa görə, idarəetmənin təşkilati metodları, prosesləri və texnika, texnologiyanın tətbiq edilməsi;

    3. Nəticə və formaların kəmiyyət və keyfiyyət üzrə qiymətləndirilməsinin təhlili;

    4. Müddətə görə, sistemli və lazım olan təhlil;

    5. İdarəetmə subyektinə görə təsərrüfat daxili, idarə daxili və idarəetmədən kənar təhlil;

    6. Məqsədlərinə görə, daxili və müqayisəli təhlil;

    7. Əhatə olunmasına görə, lokal və kompleks təhlil (İdarəetmə sisteminin yalnız bir ünsürünü, bir hissəsini əhatə edir).

İqtisadi təhlil zamanı ilkin informasiyalar yenidən işlədilir və onlardan operativ nəticələr çıxarılır. Beləliklə, sərəncam təsir metodları, idarəetmə metodlarında böyük rol oynayırlar.



17. İnzibati informasiya sistemində informasiyanın əhəmiyyəti
İnformasiya –ehtimalı olan və olmayan xarakteristikaya malikdir. İnformasiya öz təbiəti etibarilə, kəmiyyət xarakteristikasına malikdir. Ona görə də informasiyanın keyfiyyətcə öyrənilməsi zəruridir. İnformasiya nəzarətin inkişafı statistik nəzəriyyədən başqa, informasiyanın kodlaşdırılması nəzəriyyəsi ilə əlaqədardır. Buna görə də informasiyanın məlumat növünə bir çoxluq kimi də baxa bilərik. Yəni burada kod, kodlaşdırma və s. şərtli işlərilə biz gündəlik həyatda istifadə edirk. Ayrı- ayrı mütəxəssislər informasiyanı müxtəlif istehsal təsərrüfatına ayrırlar. İnformasiyanın ən başlıca xassələrindən biri onun qiymətləndirmə xassəsinə malik olmasıdır. Belə ki, inzibati idarəetmə prosesi , idarəetmə təsiri, yanız müəyyən idarəetmə informasiyaları vasitəsilə həyata keçirilir. Və onların köməyilə idarəetmə obyektinin optimal təsərrüfatçılıq fəaliyyətini istiqamətləndirmək mümkün olur. Buna görə də bütün informasiyalar həqiqi olmalıdır. Heç bir düzəliş və təhrifə yol vermək olmaz. Təsərrüfat rəhbərliyinin fəaliyyəti hazır informasiyaların əldə edilməsi ilə məhdudlaşmır. Onlar həm də informasiya funksiyalarını icra edirlər. Rəhbər işçilərinin informasiyalarına aşağıdakılar daxildir:

    • Elmi-texniki, drektiv xarakterli informasiyaların toplanması, müəssisələrin, kollektivlərin ayrı-ayrı şöbələrin xarakterini səciyyələndirən məlumatların əldə edilməsi;

- Həmin informasiyalarla tanış olmaq, əlavə məlumatlar, xəbərlər və s.-nin əldə edilməsi lazım gəldikdə informasiyaların yenidən işlənməsi və mövcud vəziyyətdə qiymət verilməsi və s.

Beləliklə, informasiya tələbatının hesablanması işində ixtisaslaşmış sosial, iqtisadi, texniki, əmək, maliyyə və cari sahələr arası idarəçilik, onun dövlət, drektiv informasiyalara tələbatının müəyyən edilməsinin optimal metodların işlənib hazırlanması mühüm əhəmiyyət kəsb edir.




18. İnformasiya təhlilinin təşkili və prinsipləri

Xalq təsərrüfatının ayrı-ayrı sahələrində müəssisə və müəssisə daxili bölmələrdə informasiyanın həcmi getdikcə artmaqdadır. Belə ki, bazar iqtisadiyyatı şəraitində inzibati idarəetmə qərarlarının qəbul ediməsində informasiyalar, xüsusilə iqtisadi informasiyalar mühüm əhəmiyyətə malikdir. Xalq təsərrüfatının müəssisələri informasiya sisteminin təşkilinin başlıca cəhətlərindən biri də buraxılma sənədinin düzgün təşkil edilməsidir. Buraxılış sənədləri təşkilati rəhbərləri tərəfindən buraxılış sənədi kimi hazırlanmış bir sıra informasiyalardan ibarət olur. Həmin sənədlərdən müvafiq təsərrüfat qərarlarının qəbul olunmasında istifadə olunur. Ona görə də informasiya sisteminin ən başlıca prinsiplərindən biri buraxılış sənədidir. Bu buraxılış sənədi bir qayda olaraq, müəyyən siqnallar, səs, işıq, arayış, sxem, yazılı və sənədli formalarda ola bilir. Buraxılış sənədləri inzibati idarəetmə subyektinin, komandanın verilməsinə əsaslanır. İnformasiya sisteminin işlənməsinin mühüm prinsiplərindən biri sistem halında yanaşılmalıdır. Bu prinsiplər aşağıdakıları nəzərdə tutur:



  1. İnformasiya sisteminin idarəetmə funksiyaları və təşkilati strukturları ilə əlaqələndirilməsi;

  2. İnzibati sistemin tərkib hissələrinin bir-biri ilə əlaqələndirilməsi;

  3. İnformasiya modelləri və sənəd dövrüyyələrinin əlaqələndirilməsi.

İnformasiya sisteminin formalaşması və təşkilinin mühüm prinsiplərindən biri də informasiyanın keyfiyyətidir. İnformasiyanın keyfiyyətinin xüsusiyyətləri aşağıdakılardır:

  1. Etibarlılıq;

  2. Kifayətlənmək;

  3. Əlverişlilik;

  4. Çeviklik və s.

İnformasiya sisteminin təşkilinin mühüm sistemlərindən biri də səmərəlilikdir. O, xüsusi olaraq informasiyanın toplanması, işlənməsi, hazırlanması işində texniki vəsaitlərdən istifadə olunması zamanı xüsusi olaraq, nəzərə alınmalıdır. Burada xüsusi olaraq dedikdə, informasiyanın hansı metodlarla, vasitələrlə alınması və informasiyaya olan tələbatın müəyyən edilməsi, mövcud informasiya sistemlərinin öyrənilməsi, idarəetmə vəzifələrinə informasiya göstəricilərinin tətbiq edilməsi və göstəricilər sisteminin uzlaşdırılmasıdır. Məlumatların toplanmasında və işlənib hazırlanmasında sərf edilən məsrəflərin ödənilməsi, uzlaşdırılması, alınan materialların təhlil edilməsi, metodların texniki cəhətdən əsaslandırılması, materialların layihəsinin və modelinin hazırlanması informasiya sisteminin təşkili və formalaşmasının ən mühüm prinsiplərindən biri informasiya vahidliyi prinsipidir.

Məlumdur ki, inzibati idarəetmə prosesində müxtəlif təyinatlı və məzmunlu informasiyalardan istifadə olunur. Onların bəziləri uçot, nəzarət, bəziləri isə qanunlaşdırma və operativ rəhbərlik üçün istifadə olunur.




19. İnformasiya sistemləri və onların məlumat bazası

İnformasiya sistemləri müxtəlif olur: -sadə və mürəkkəb.

Mürəkkəb informasiya sistemləri az, orta və ən mürəkkəb, avtomatik inkişaf sistemlərinə bölünür. Lakin sadə informasiya sistemləri müəssisə daxili bölmələr üçün səciyyəvidir. Belə informasiya bir qayda olaraq, idarəetmə obyektlərindən idarəetmə subyektlərinə yenidən işləmək üçün verilir. Verilişin forması telefon, radio, şifahi, bəzən də yazılı və faks formasında ola bilər. Mürəkkəb informasiya sistemləri həmin sistemlərə daxili informasiya modellərindəki ilkin informasiyanın işlənməsi əsasında törəmə informasiyasının mürəkkəb riyazi-iqtisadi təhlil və hesablamaların aparılması ilə əlaqədardır. İnformasiya modelləşdirilərkən informasiya axınlarının, informasiya proseslərinin düzgün əlaqələndirilməsi ilə onların giriş, aralıq və buraxılış informasiyaları kimi təsnifata ayrılmasında qruplaşdırmanın mühüm əhəmiyyəti vardır. İnformasiyaların işlənməsi törəmə inteqrallaşdırılmış funksiyaların alınması ilə bağlıdır. Burada hesablaşma əməliyyatları icra edilir. Hesablaşma əməliyyatlarının aparılması, iqtisadi informasiyaların işlənib hazırlanmasından asılı olan formalardan biridir. Bazar iqtisadiyyatı şəaraitində müəssisələrdə, şirkətlərdə, istehsal fəaliyyətindən, idarəetmə funksiyalarının məzmunundan asılı olaraq aşağıdakı metodlar vardır:


  1. Texniki iqtisadi planlaşdırma metodu;

  2. İstehsalın konstruksiya hazırlığı metodu;

  3. İstehsalın operativ idarə edilməsi metodu;

  4. İstehsalın texnoloji hazırlıq metodu;

  5. Müəssisələrin və onun daxili bölmələrinin maliyyə fəaliyyətinin öyrənilməsi metodu və s.

Müəssisə və birliklərdə informasiya bazası yaradılarkən birinci növbədə ilkin informasiyaların tərkibinin kodlaşdırılması, sorğu, normativ sənədlərin mühafizəsi, təkmilləşdirilməsi və s. məsələlərə xüsusi diqqət yetirilməlidir. Müəssisələrdə normativ və sorğu normativ bazalarının işlənib hazırlanması ən çox vaxt tələb edən işdir. Burada ən başlıca məsələ normativlərin tərkib və strukturunu, mövcud idarəetmə funksiyalarına uyğun olaraq formalaşdırmaqdır.

İdarəetmə prosesində iştirak edən informasiyalar müəyyən fikir, söz vasitələrilə verilir və qeydə alınır. İnformasiya sistemlərinin dili element, fikir, söz vahidlərinin və qaydalarının məcmusundan ibarətdir. Onların vasitəsilə bu və ya digər obyekt haqqında tamamlanmış fikir yürüdülür və məlumat verilir. Sistemlərin dili də elementlər, fikir vahidi, simvollar, yəni siqnallar vasitəsilə qeydə alınır və verilir. Burada sistem dilinə müvafiq fikir vahidlərinə uyğun gələn şərti işarələr, onun şrifləri və onların əmələ gəlmə qaydası, yəni kodlar yaranır.




20. İnformasiya sistemlərinin səmərəliləşdirilməsi problemləri
İnzibati idarəetmə elektron hesablama texnikalarından istifadə edilməsi, idarəetmə prosesinin xarakterinə və onun formasına mühüm təsir göstərir. İnformasiya sisteminin təşkilində ən başlıca məsələ informasiya axınının təşkilindəki nöqsanların aradan qaldırılmasıdır. Bu cür nöqsanlar müxtəlif və çoxcəhətlidir:

I nöqsan, eyni informasiyaların, paralel verilməsidir. Eyni qəbildən olan məlumat və göstəricilər müxtəlif idarəetmə bölmələri, müxtəlif qrup insanlar tərəfindən işlənib hazırlanır. Nəticədə, qeyri -səmərəli şrif yaranır. Plan, hesabat və analitik informasiyalar arasındakı əlqələr zəifləmiş olur.

II nöqsan, informasiyaların formalaşmasındakı vəhdətliyin olmaması ilə bağlıdır. Bu o deməkdir ki, hər bir bölmə özünün xüsusi plan və hesabat göstəricilərindən, normativ, sorğu məlumatlarından, sənədlər formasından və onların hərəkəti marşurutlarından istifadə edilir.

III nöqsan informasiyaların bir-birini təkrar etməsidir. Belə bir sıra hallarda, eyni informasiyalar yuxarı orqanlara bir neçə dəfə gündəlik, aylıq, rüblük üzrə verilir. Bu da ki, son nəticədə informasiyanın sayının süni olaraq çoxalmasına gətirib çıxarır.

IV nöqsan, informasiyanın vaxtı vaxtında verilməməsi və gecikdirilməsi ilə əlaqədardır. Bu da informasiyaların planlaşdırılması və hazırlanmasında kifayət qədər operativliyin çatdırılmaması ilə əlaqələndirilməsidir. Ona görə də informasiyanın verilməsinin ardınca, operativ uçot aparılmalıdır.

V nöqsan, informasiyanın kifayət qədər etibarlı və əhatəli olmamasıdır. Bir sıra hallarda informasiyaların toplanması şərtlərinə qarşı vahid tələblər qoyulur və onların düzgün uçotu aparılmır. Son nəticədə isə informasiyada təsadüfü məlumatlar özünə yer tapır və işin həqiqi yerinə yetirilməsi əks etdirilmir.

VI nöqsan, informasiyaların tələbatlardan artıqlığı halları ilə bağlıdır.

VII nöqsan, informasiyaların özlərinin müqayisə oluna bilməməsi halları ilə əlaqədardır. Bir sıra hallarda müəssisələrin müxtəlif bölmələri informasiyaları müxtəlif alıb, işləyib hazırlayırlar. Ona görə də plan, hesabat göstəricilərinin müqayisə olunması çətinləşir.

VIII nöqsan müvafiq mütəxəssislər, yəni iqtisadçılar tərəfindən nöqsanların aradan qaldırılması üçün bir sıra fikir, mülahizələr irəli sürülür. Belə xüsusiyyət informasiya sisteminin mövcud idarəetmə strukturundan asılı olmayaraq, informasiya axınlarının kompleks həllinə əsaslanır.

IX nöqsan, bu informasiya sisteminin optimallaşdırılmasıdır. Yəni burada optimallaşdırma prinsipinin nəzərə alınması başlıca nöqsan sayılır.




21.İnformasiyanın işlənməsinin texniki vasitələri
İnzibati idarəetmənin texniki vasitələri XX sonunda və XXI əsrin əvvəllərində tərəqqi etməyə başlamışdır. Onların texniki vasitələri aşağıdakılardır:

  1. Kiçik hesablama maşınları, dispetçer rabitə vasitələri;

  2. Sadə təşkilati texnika.

İnformasiya hesablanmasının hər bir texnoloji mərhələsi üçün xüsusi qurğular var. Bu qurğular aşağıdakı kimi təsnifata ayrılır:

  1. İnformasiyanın verilməsi və daxil edilməsi qurğuları (siqnal verən relelər);

  2. İnformasiyanın ötürülməsi qurğuları, kanallar (radio, telefon, telefaks);

  3. İnformasiyanın işlənib hazırlanması qurğuları (alqoritm, kompleks);

  4. İnformasiyanın təqdim edilməsi qurğuları (siqnalvermə, informasiya qeyd etmə və s.).

İnformasiyanın işlənməsi sisteminə qarşı qoyulan şərtlər, idarəetmə aparatı qarşısında qoyulan həlledici məsələlərin xarakterindən irəli gəlir və onlar aşağıdakı təsnifata ayrılır:

  1. Böyük sürətlər tələb edən rəhbərlik üzrə məsələlər;

  2. Plan hesabatları üzrə məsələlər;

  3. İnkişaf metodunun işlənməsi nəticəsində həyata keçirilən məsələ və problemlər;

  4. İnformasiya hesablama mərkəzinin funksiyaları iki yerə bölünür: operativ rəhbərlik xidməti və informasiyaların işlənməsi xidməti və s.

Sənaye müəssisələrində yaranan iqtisadi informasiyaların mexaniki işlənməsi üçün aparılan təhlil və hazırlıqlardan sonra bir qayda olaraq aşağıdakı bölmələri əhatə edən iqtisadi informasiyanın mexaniki işlənməsi planı tərtib edilir:

  1. Texniki iqtisadi planlaşdırma;

  2. Operativ istehsal planlaşdırması;

  3. Əsas vəsaitlərin uçotu;

  4. Qiymətli metodların uçotu;

  5. Əmək və əmək haqqının uçotu;

  6. Pul vəsaitlərinin uçotu;

  7. Hesablama, kredit və s. əməllərin uçotu;

  8. İstehsal xərclərinin uçotu;

  9. Hazır məhsulların uçotu;

  10. Müəssisələrin mühasibat balansı və hesabatın təhlili.





22. Neft-Qaz sənayesində menecmentin mahiyyəti və onu xarakterizə edən əsas göstəricilər
Beynəlxalq informasiya prosesinə sürətlə qovuşmaq dünya birliyində öz layiqli yerini tutması üçün Azərbaycanın hər hansı bir neft ixracı marşurutunu reallaşdırarkən özünün iqtisadi və siyasi maraqlarına ekoloji problemləri və s.-ni nəzərə alaraq BTC əsas ixrac neft kəmərinin tikintisinin zəruri və strateji məqsəd kimi ön plana çıxmasını şərtləşdirən amillər artıq bu layihəni tarixi zərurətə çevirmişlər. Həmin neft kəmərlərinə üstünlük verilməsi təkcə ölkəmiz üçün deyil, həm də çox böyük regional və beynəlxalq əhəmiyyəti vardır. Belə ki, BTC ilk növbədə ölkəmizi etnik siyasi münaqişələr burulğanından xilas etmiş dövlət müstəqilliyi möhkəmlənmiş xalqımızın maddi rifah halını xeyli yaxşılaşdıracaq bir vasitəyə çevirməkdədir. Digər tərəfdən neft ixracının genişlənməsi hesabına Azərbaycanın valyuta ehtiyatlarını artırmaq üçün əlverişli şərait yaratmalıdır ki, bu da qeyri neft sektorunun inkişafına zəmin yaradır. BTC-nin işə düşməsi ilə enerji daşıyıcılarının Azərbaycanın Türkiyədən keçməklə ixracı və tranzit nəqli üçün Xəzər Aralıq dənizi nəqliyyat dəhlizinin əsası qoyulmuşdur. Və ölkəmiz neftin çevik və etibarlı ixracını təmin edən dövlətə çevrilmişdir. Boru kəməri istifadəyə veriləndən sonra ildə 50 mln ton Azərbaycan nefti dünya bazarında satılacaqdır.

Tezliklə, Şahdəniz qaz yatağının istismarı zamanı BT Ərzurum marşurutu ilə Azərbaycan qazı Türkiyə Respublikasına çatdırılacaqdır. Uğurla həyata keçirilən neft stansiyasının və çox şahəli iqtisadi islahatların nəticəsində 1997-ci ildən ölkə iqtisadiyyatında əsaslı dönüş yaranmışdır.

Elə həmin dövrdən də Azərbaycanın makro iqtisadi göstəricilərdə yüksək artım tempi müşahidə olunmaqdadır. Təkcə onu qeyd etmək olar ki, 2006-cı il ÜDM-nun nəticələrinə görə və adambaşına düşən xarici investisiyalara görə Azərbaycan MDB ölkələri içərisində birinci yeri tutur.

Qeyd etdiyimiz istiqamətdə həyata keçirilən təşkilati iqtisadi tədbirlər əsasən yeni neft və qaz yataqlarının mənimsənilməsinə yönəldilmişdir. Quruda 100 ildən, dənizdə 50 ildən çox istismar edilən köhnə neft və qaz yataqlarında 1985-ci ildən başlayaraq hasilat ildən ilə aşağı düşməkdədir. Həmin ildən keçən dövr ərzində dövlət neft şirkəti müəssisələrində neft hasilatı 1,44 dəfə, qaz hasilatı isə 3 dəfə azalmışdır. Respublikamız böyük qaz ehtiyatına malik olduğuna görə onun Avropa ölkələrinə satılmasında maraqlıdır. Və eyni zamanda xarici investorlar köhnə neft və qaz yataqlarının müştərək istismarında çox maraqlıdırlar. Onların çıxarılması, nəqli və istifadə olunması üçün kompleks xarakterli təşkilati iqtisadi tövsüyyələr işlənib hazırlanmışdır. Yəni dövlətimiz qarşısında duran başlıca məqsəd uzun illər istismar olunan neft və qaz yataqlarının iqtisadi potensialından səmərəli istifadə etməkdir.

Potensial latın sözü olub, hər hansı bir fəaliyyət sferasında işə başlamaq üçün zəruri olan güc-qüvvə mənasını daşıyır. Rus filoloqu Ojeqovun sözlərinə görə potensial iki mənada izah edilir. I halda o hər hansı bir hərəkət və fuksiyanın yaranma dərəcəsinin mümkünlüyünü, II halda isə hər hansı bir məqsədə çatmaq üçün istifadə edilən vəsaitlərin mənbələrinin məcmuusu kimi şərh olunur. Bu nöqteyi nəzərdən potensial sözünə belə bir tərif vermək olar ki, hər hansı bir məqsədə nail olmaq müəyyən bir tapşırığı həyata keçirmək üçün faktiki məcbur olan, səfərbər edilən, hərəkətə gətirilən vəsait, imkan və mənbəədir. Bir çox iqtisadi ədəbiyyatlarda potensial –elmi texniki potesial, istehsal potensialı, bazar potensialı, maliyyə potensialı, müəssisə potensialı, ixrac potensialı və s. şərhidir.Yuxarıda qeyd etdiklərimizə uyğun olaraq potensialların idarə edilən sistemini aşağıdakı kimi xarakterizə edə bilərik:


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə