Azərbaycan döVLƏt neft akademiyasi


Cədvəl 1. NQÇ Sənayesində kadrların idarəetməsinin prinsipal alqoritmi



Yüklə 0,86 Mb.
səhifə4/4
tarix20.09.2018
ölçüsü0,86 Mb.
#69420
1   2   3   4

Cədvəl 1. NQÇ Sənayesində kadrların idarəetməsinin prinsipal alqoritmi

NQÇİ –lərdə təklif edilən bu alqoritmin məzmununu əks etdirən bütün elementlərin nəzərə alınması bütünlüklə kadrlardan səmərəli istifadə olunmasına təminat yaradacaqdır. Bu göstərdiyimiz elementlərdən ən mühümü kadrların seçilib yerləşdirilməsidir. Dediklərimizi əyani şəkildə görmək üçün aşağıdakı cədvələ (cədvəl 2.) müraciət edək:

NQÇİ –lərin tabe olduğu şirkətin və ya birliyin inzibati təsir üsulu üstünlük təşkil edir. Kadrların seçilməsi və yerləşdirilməsi, neft və qaz hasilatının həcmi qurudakı NQÇİ –lərdə özünün bir sıra sosial gərginginliyi ilə fərqlənir. Onu da qeyd etmək lazımdır ki, başqa şirkətlərdə olduğu kimi NQÇİ –lərdə onlarla işçi işdən çıxarılır və yeniləri ilə əvəz olunur. bu zaman işçilərin məlumatsızlığından onlar əmək müqaviləsi bağlamadığına görə onların hüquqları bərpa olunmur.


Cədvəl 2. NQÇİ –lərdə kadrların seçilib yerləşməsi prosesinin təklif ediləcək sxemi


İşçilərin sayının planlaşması

NQÇİ –lərdə ştat cədvəlinin formalaşması

Vəzifə təlimlərinin tərtibi

İşin təhlil edilməsi

İşin təşkilinin xüsusiyyəti

İşçiyə qarşı olan tələbat

Seçim tələbatı

NQÇİ –dən namizədlərin axtarılması

Namizəd haqqında informasiya toplanması

Namizədin seçilməsi

Nəzərdə tutlan işin məzmunu və həcmi

Sazişin müzakirəsi

Sazişin son variantının tərtib edilməsi

İşin başlanğıcı



38. Firmanın təsnifatı və növləri
Firmaların təsərrüfat fəaliyyətinin xarakteri, növü, hüquqi statusu, mülkiyyət forması, kapitalın mənsubluğu eyni zamanda fəaliyyət dairəsinə görə təsnifləşdirilir. Təsərrüfat fəaliyyətinin xarakteri və fəaliyyətinə görə nəqliyyat, kənt təsərrüfatı, sənaye, sığorta, turizm, reklam və s. növlər mövcuddur. Sənaye fialarına o firmalar şamil edilir ki, onların əsas fəaliyyət növü istehsal xarakteri daşıyır. Və istehsal olunan məhsulların yarıdan çoxu sənaye məhsuluna aid olunur. Sənayenin idarə olunmasının əsas forması sənaye firmalarıdır. Hal–hazırda sənayedə gedən təmərküzləşmə iri sənaye firmalarının sayının artmasına gətirib çıxarmışdır. Və bunlar da öz miqyası və imkanlarına görə transmilli korporasiyalar kimi daha çox fərqlənirlər. Yəni iqtisadiyyatın beynəlmiləlləşdirilməsi ilə əlaqədar olaraq istehsal olunan sənaye məhsulunun böyük əksəriyyəti az sayda transmilli şirkət və korporasiyaların əlində cəmlənmişdir.

Buna misal olaraq Amerikanın General Elektrik, General Motors, Yaponiyanın Kanon, Nissan, Sony və s. firmalarını göstərmək olar. Bizim respublikamızda yüksək ixtisaslaşma və təmərküzləşmə səviyyəsinə malik olub dünya miqyasında tanınmış şirkətlərə ARDNŞ, Azərkimya, Azərbaycan beynəlxalq əməliyyat şirkəti və s. göstərmək olar.

Nəhəng firmalar dünya bazarında ona görə həlledici rol oynayırlar ki, onlar istehsaldan əlavə məhsul ixracı, potent, lisenziya satışı, texniki xidmətlərin göstərilməsi və s. əllərində cəmləşdirmişlər. Bunlar da həmin firmaların qabaqcıl istehsal təcrübəsinə geniş maliyyə imkanlarına və güclü elmi–texniki potensialı malik olmaları ilə əlaqədardır. Hazırda nəhəng sənaye firmaları fəaliyyətini yalnız öz ölkələri daxilində deyil, həm də xarici ölkələrdə özlərinin geniş filiallar şəbəkəsini və törəmə müəssisələrini yaratmaqla həyata keçirir. Xarici əməliyyatlar deyəndə, həm ana kompaniyanın öz ölkəsində həyata keçirdiyi ixrac əməliyyatları, həm də onun xarici ölkələrdəki müəssisələrdə istehsal olunan məhsulun satışı nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, firmaların beynəlxalq ticarətdə tutduğu yer və onun mövqeyi, ixrac etdiyi məhsulun miqdarı ilə deyil, onun istehsal etdiyi ayrı–ayrı əmtələrinin dünya miqyasında istehsaldakı, istehlakdakı yeri ilə müəyyən edilir.

Son dövrlərdə sənayedə gedən prosesin nəticəsi olaraq sənayenin ümumi sahələrinə aid olan firmalar birləşib çoxsahəli komplekslər və sahələr birliyi yaradırlar. Firmalar topladığı istehsal təcrübəsini tətbiq edə biləcəyi və ya onun mövcud qüsurlarını aradan qaldırmağa kömək edə biləcək istiqamətləri müəyyənləşdirir.

Difersifikasiyanın 3 növü var. Onların hər birindən firma istehsal difersifikasiyalaşdırma qərarına gəldikdə istifadə edir:


  1. Ümumi mərkəzi difersifikasiyalaşdırma: -bu halda firma texnoloji və marketinq baxımından istehsal etdiyi əmtəələrə yaxın əmtəələri öz istehsal nomenklaturasına daxil edir və daha da zənginləşdirilmiş çeşiddə məhsul istehsalına başlayır;

  2. Üfüqi difersifikasiya: -bu halda firma hazırki dövrdə istehsal etdiyi əmtəələrlə heç bir əlaqəsi olmayan lakin onun mövcud müştərilərinin marağına səbəb ola biləcək əmtəələri istehsal etdiyi əmtəələrin çeşidinə daxil edir;

  3. Konqlomerat difersifikasiya: -bu difersifikasiyaların ən çətini və firma üçün ən cazibədar növüdür. Çünki konqlamerat difersifikasiyada firma sahəsinin hüdudlarından kənara çıxır və hal–hazırda tətbiq etdiyi texnalogiya və istehsal etdiyi əmtəələrə həm də fəaliyyət göstərdiyi bazara aidiyyatı olmayan məlumatlar öz çeşidinə daxil edib onların istehsalına başlayır.

Hüquqi qabiliyyətinə görə firmaları 2 hissəyə bölmək olar:

-Fərdi və ailə müəssisələri;

-Sahibkarların birliyi.

Fərdi müəssisə bir şəxsin və ya ailənin mülkiyyəti hesab olunur. Müəssisənin bütün kapitalı və şəxsi əmlakı müəssisənin əmlakından ayrılmayıbsa, onda onlar bütün əmlakları ilə məsuliyyət daşıyırlar. Fərdi müəssisələr inkişaf etmiş ölkələrdə daha çox yayılmışdır. Məsələn: Almaniyada EYM –Zelum –Ternemund, EYMREFirma, Fransada N–PRİS, NDVidium, Rusiyada Наша Фирма və s.

Firmaların müflisəşməsin obrazlı şəkildə ifadə etsək, canavar sürüdən zəif və xəstə qoyunu apardığı kimi müflisləşmə də biznes fəaliyyətində ən zəif və xəstə təsərrüfat subyektlərini oyundan kənar vəziyyətə salır. Bu minvalla müflisləşmə aşağıdakı məsələləri həll edir:


  1. Müflisləşmə istehlakçılara az və tamamilə lazım olmayan məhsul və xidmətləri təklif edən istehsalçıları sıradan çıxarır və yaxud fəaliyyətlərini difersifikasiya etməyə məcbur edir;

  2. Müflisləşmə struktur dəyişikliyinə zəmin yaradır;

  3. Müflisləşmə əmək ehtiyatlarının çevik hərəkət etməsinə təkan verir və mütərəqqi peşə və ixtisaslara yiyələnməyə şərait yaradır;

  4. Müflisləşmə qorxusu biznesmenləri və investorları daha çox sahibkar kimi davranmağa sövq edir;

  5. Müflisləşmə səmərəli marketinq siyasətinin yeridilməsinə şərait yaradır;

  6. Müflisləşmə qorxusu mütərəqqi texnalogiyaların ucuz bazarlardan xammal və materialların istehsala cəlb edilməsinə geniş şəkildə xarici iqtisadi fəaliyyətlə məşğul olmağa makrosəviyyədə baş verən siyasi proseslərin, iqtisadi proprosiyaların və indikatorların xarici, daxili, maddi məhsul, büdcə gəliri, və ayrı –ayrı firmaların tərəfindən öyrədilməsinə zəmin yaradır.

Müflisləşmə həm də azad təsərrüfat subyektləri arasında gedən rəqabət mübarizəsini gücləndirir. Ümumiyyətlə, firmada biznes həmişə nəyisə itirmək risqi ilə bağlıdır. Qeyri –müəyyənliyin mənbəyi təkrar istehsalın bütün mərhələləri xammal, material və konkretləşdirici hissələrin alınmasındadır. Ümumiyyətlə, risq amilləri aşağıdakılardan ibarətdir:

  1. Məqsədin qoyulması, kompaniyanın strategiyası, müəssisələrin tələbatı, biznesin səviyyəsi və müəssisənin cari vəziyyətindən asılıdır;

  2. Mövcud kompaniyanın modelinin yaradılması menecerlərin əsas biznes proseslərinin hazrlanması və bu proseslərin səmərəliliyinin qiymətləndirilməsindən asılıdır;

  3. Heyətin qarşılıqlı təşkilati təsir sisteminin hazırlanması, müxtəlif iş növlərinin səciyyələnməsi, mütəxəssislərin hazırlanması, proqramın seçilməsi və s.dən asılıdır;

  4. Lazımı informasiya sisteminin hazırlanması, mövcud ehtiyatların müəyyənləşməsi və xüsusi sistemlərin hazırlanmasından asılıdır;

  5. Yeniləşmiş proseslərin tətbiqi, kompaniyanın yeni fəaliyyətinin təşkilinə keçməsi ilə müəyyən edilir.



39. Firmaların daxili mühitinin abstrakt və real amillərinin kombinasiyası

Firmaların daxili mühitinin abstrakt və real amilllərin kombinasiyası istehsal sisteminin aşağıdakı funksional sahələrini müəyyənləşdirir:



  1. Kadr funksiyası –bu istiqamətlə istehsal lazım olan iş qüvvəsi və digər lazım olan insan ehtiyatları ilə təmin olunur. Əmək müqaviləsinin bağlanması, əmək şəraiti və əmək kollektivinin formalaşması bu funksiyada formalaşmışdır;

  2. Maliyyə və mühasibat uçotu funksiyası –bu funksiyada biznes pul təsərrüfatına aid olan bütün ehtiyatlarla təmin olunur;

  3. Maddi texniki təchizat –bu funksiya işçi qüvvəsini çıxmaqla istehsal sistemini bütün ehtiyatlarla təmin edir;

  4. Elmi tədqiqat və təcrübə konstruktor işləri –bura məhsul və istehsalın tərəqqisinin sürətləndirilməsi aiddir;

  5. Məhsulun yayılması və satışı –bu funksiya vasitəsilə məhsul və xidmətlər istehlakçılara çatdırılır;

  6. İstehsal –bu funksiya məhsul hazırlanmasının təmin olunması, ehtiyatların yaradılması, istehsalın planlaşdırılması, keyfiyyətə nəzarət və texnalogiya sahəsində qərarların qəbul olunmasınl nəzərdə tutur;

  7. Marketinq –bu funksiya mübadilə yolu ilə ehtiyacların ödənilməsinə yönəldilən insan fəaliyyətinin bir növü kimi çıxış edir.

Təcrübədə müəssisələrin likvitliyinin bütöv bir göstəricisi bir –birindən fərqləndirilir və ondan istifadə edilir. Likvidlik əmsalı aşağıdakılardan ibarətdir:

  1. Mütləq likvidlilik əmsalı –bu əmsal pul vəsaitinin tez reallaşdıra bilən qiymətli kağızların cəminin qısa müddətli borclara bölünməsi yolu ilə müəyyən edilir. Məsələn: əgər müəssisənin pul vəsaiti 200 mln AZN, tez reallaşdırıla bilən kağızların dəyəri 1 mln AZN və qısa müddətli borcu isə 1.5 mln AZN-sə, onda müəssisənin mütləq likvidlik əmsalı

olar.

Mütləq likvidlik əmsalı balansın tərtibi və ya cari borcların hansı hissəsinin ödənilə bilməsini göstərir;



  1. Dəqiqləşdirilmiş likvidlik əmsalı pul vəsaitlərini tez reallaşdırıla bilən debitor borclarının qısa müddətli öhdəliklərə nisbəti kimi müəyyən edilir. Məsələn: debitor borclarının 6.5 mln manata bərabər olmasını müəyyənləşdirsək, onda

olar.

  1. Likvidliyin ümumi əmsalı isə özündə bütün cari aktivlərin qısa müddətli aktivlərə olan nisbətini əks etdirir və cari aktivlərin hansı müddətə qısa müddətli öhdəlikləri ödəyə biləcəyini göstərir.

Ümumi cari öhdəliklərin 35 mln man olduğunu nəzərə alsaq,

olar.

Dövrüyyə kapitalı cari aktivlərlə qısa müddətli borc arasındakı fərq kimi müəyyən edir. Müəssisə o vaxta qədər dövrüyyə kapitalına malik olur ki, cari aktivləri qısa müddətli öhdəliklərdən çox olsun.



  1. Manevretmə əmsalı dövrüyyə kapitalının özünün xüsusi kapitala olan nisbəti kimi göstərilir. O, göstərilir ki, öz vəsaitinin hansı hissəsi daha sürətlə gedən aktivlərə qoyulmuşdur. Cari aktivlərin ümumi miqdarda çətin reallaşan aktivlərin payı istifadəsiz qalmış material ehtiyatlarının, çətin reallaşdırılan məhsul hissələrinin və vaxtı keçmiş debitor borclarının cari aktivlərə olan nisbəti kimi müəyyən olunur. müəssisənin likvidliyini xarakterizə edən axırıncı göstərici kredit verilməsinin orta müddətidir. Bu aşağıdakı düsturla müəyyən olunur:

Kredit müddəti = borcun orta qalığı + müddətin uzunluğu

dövrüyyənin məbləği

İnvestorları, kreditorları və müxtəlif nəzarət orqanlarını, digər göstəricilərini də firmanın qiymətinin müəyyənləşməsi maraqlandırır. Firmanın qiyməti mənfəətin kapitallaşması ilə müəyyən olunur:



Burada P –balans mənfəəti;

K –firma öhdəliklərinin orta müddətidir.

Likvidlik müəssisənin öz qısa müddətli öhdəliklərini ödəmə bacarığına deyilir. Yəni müəssisənin gəlirliyi onun likvidli olmasını göstərir. Müəssisə öz aktivlərini reallaşdıraraq qısa müddətə öhdəlikləri yerinə yetirə bilərsə, onda bu müəssisə likvidli sayılır.




40. Müəssisənin müflisləşmə prasedurası

Müəssisənin müflisləşmə prosedurasına başlamaq üçün borclu müəssisə aşağıdakı sənədləri məhkəməyə təqdim etməlidir:



  1. Mülkiyyət forması və mülkiyyət hüququnun subyektləri haqqında məlumat daxil olmaqla likviditliyi göstəricisi;

  2. İşin icrata qəbul olunduğu günə qədər mühasibat balansından çıxarış;

  3. Debitor və kredittor borcunun siyahisi.

Əgər məhkəmə tərəfindən müəyyən olunmuş müddətə bu sənədlər təqdim olunmasa, onda müəssisə rəhbəri cərimələnir. Iflas haqqında işə baxıldıqdan sonra məhkəmə borclununmüflis elan olunmsı və müvəqqəti əmlak inzibatçısının təyini barədə qərar çıxara bilər.

Əmək inzibatçısı təminatlı kreditorların tələbini kreditorun seçdiyi aşağıdakı qaydada ödəyir:



  1. Təminat kreditorunun hərrac yolu ilə satılması;

  2. Təminat predmeti üzərində mülkiyyət hüququnun kreditora verilməsi;

  3. Təminat predmetinin təminatlı kreditorun göstərdiyi üçüncü şəxsə satılması;

  4. Əmlak inzibatçısı kreditorların tələblərini ödəmək üçün borclunun bütün əmlakının daxil olduğu müsabiqə kütləsini müəyyən etməlidir.

Buraya müəssisənin balansına daxil olan və ya olmayan digər mühasibat sənədləri ilə təsdiq edilən bütün aktivlər daxildir. Müəssisənin maliyyə kommersiya fəaliyyətinin təhlili əsasında müflisləşmə haqqında nəticə çıxarmaq olar. Dəqiq qiymətləndirmə üçün Edmurd Altimanın (ABŞ alimi ) adı ilə bağlı olan düsturdan istifadə olunur. bu düstur iflasa uğramış müəssisənin məlumatlarının təhlili nəticəsində alınmışdır. Düsturda müflisləşməni qabaqcadan bildirən 5 dəyişən əmsaldan istifadə olunur.

Burada, Z –müflisləşmədən uzaqlaşma səviyyəsi və ya müəssisənin etibarlılığını göstərir;

X1 –cari və yaxud qısa müddətli aktivlərin öhdəliklərə olan nisbətini göstərir;

X2 –xalis mənfəətin aktivlərə olan nisbətini göstərir;

X3 –balans mənfəətinin aktivlərə olan nisbətini göstərir;

X4 –bazar qiymətilə səhmdar kapitalının borc kapitalına olan nisbətidir;

X5 –satışın həcminin aktivlərə olan nisbətidir.

Əgər Z 1.81 –dən kiçikdirsə, onda müəssisə ən azı 95 % ehtimalı ilə 1 ildən sonra, 72 % ehtimalı ilə 2 ildən sonra, 48 % ehtimalı ilə 3 ildən sonra, 30 % ehtimalı ilə 4 ildən sonra, 15 % ehtimalı ilə 5 ildən sonra müflisləşir. Əgər Z 1.81 -2.99 olduqda, müəssisənin orta etibarlılığı Z >2.99 olduqda, müəssisənin etibarlılığı yüksək müflisləşmə ehtimalı isə aşağı qiymətləndirilir. Yəni yüksək müflisləşmə ehtimalı çox aşağı olur. Azərbaycan müəssisələri üçün də bu düsturdan istifadə etmək olar. Lakin Azərbaycan iqtisadiyyatında yüksək infilyasiya nəticəsində mənfəətin böyük hissəsinin cari xərxlərə çəkilməsini və verginin yüksək olmasını nəzərə alsaq, müəssisənin müflisləşmədən uzaqlaşma səviyyəsini əks etdirən əmsalın nəticəsi daha yüksək olmalıdır. Ümumiyyətlə, müəssisənin müflisləşməsi 3 mərhələyə bölününr:



  1. Gizli şəraitdə müəssisənin qiymətinin aşağı düşməsi baş verir. Məsələn: investor və bankları şübhələndirməmək üçün aktivlərin bir hissəsini sataraq və ya kapitalını artıraraq səhmdarlara yüksək divident ödəməyə davam edir;

  2. Bu şəraitdə nəğd vəsaitlər üzrə çətinliklər yaranır;

  3. Bu şəraitdə müəssisənin maliyyə təsərrüfat fəaliyyəti pozulur.

Bu göstərdiyimiz vəziyyətdən çıxmaq üçün bir sıra universal tələblərə əl atılmalıdır:

  1. Rəhbərin dəyişməsi;

  2. Müəssisənin təşkilati quruluşunun dəyişdirilməsi;

  3. Xərclər üzərində sərt nəzarətin qoyulması;

  4. İş mədəniyyətinin dəyişdirilməsi;

  5. Məhsul və xidmətin nomenklaturasının ixtisar edilməsi;

  6. Marketinq fəaliyyətinin gücləndirilməsi.



41. Müəssisənin rəqabət üstünlüyü

Müəssisənin rəqabət üstünlüyünün səviyyəsi müqayisəli üstünlüklər vasitəsilə müəyyən olunur. müəssisəyə müqayisəli üstünlüyü əmtəə - ona olan tələb və istehsalda istifadə olunan texnalogiya gətirir. Bunu nəzərə alaraq əmtəə, tələb və texnalogiyanın dövr sistemi necə öyrənilirsə, bu cür də müəssisənin rəğbət üstünlüyünün dövrü öyrənilə bilər. Dediklərimizə daha əsas gətirmək məqsədilə iqtisadçı alim Hampart əyrisinə görə müəssiənin həyat dövrü aşağıdakı mərhələlərdən ibarət ola bilər:



  1. Yaranma mərhələsi –bu mərhələdə müflisləşməyə səbəb olan biznesin daxili və xarici mühit amilləri ilə qarşılaşır, yəni

  1. Firmanın niyyətinin və istehsal profilinin müəyyən

edilməsi;

  1. İdarəetmə heyətinin aşağı ixtisas dərəcəsi;

  2. Firma sahibinn aşağı sahibkarlıq fəaliyyəti;

  3. Zəif marketinq;

  4. Borc kapitalının yüksək payı;

  5. İcraçıların aşağı ixtisas dərəcəsi;

  6. Əlavə xərclərin çoxluğu;

  7. Məcmuu tələbin aşağı düşməsi;

  8. Qanunverici sənədlərdə ziddiyyətin olması;

  9. Forsmajor səbəblər.

  1. Müflisləşmədən çıxmaq üçün mübarizə yolu –bunun üçün aşağıdakı ilkin qərarların qəbulu zəruridir:

  1. Saxlanılacaq, ləğv olunacaq və ya birləşdiriləcək idarəetmə prinsipinin müəyyənləşdirilməsi;

  2. Yeni kadrlarla möhkəmləndirmək və mütəxəssislərin yenidən hazırlanması işləri;

  3. İdarəetmə əməyinin yeni hesablama və təşkilati texnika ilə təmin olunmasını müəyyənləşdirmək;

  4. Müəssisədə idarəetmə informasiyasının yerinə yetirilməsində nəzarətin artırılması;

  5. Mövcud problemlərin həll olunması üçün lazım olan maliyyə vəsaitinin tapılması;

  6. Gələcək problemlərin həll olunması üçün təkmilləşdirmə;

  7. Müəssisənin ümumi vəziyyətinin təhlili və müəyyən edilməsi;

  8. Müəssisənin səmərəli inkişaf problemini inkişaf etdirmək;

  9. Problemlərin həll olunması üçün istiqamətlərin axtarılması.

        1. Müəssisənin böhranlı vəziyyətdən çıxarılması:

              1. Müəssisənin idarəetmə sisteminin ierarxiya səviyyəsinin sayı;

              2. İdarəetmə funksiyaları üzrə idarəetmə heyyətinin sayı;

              3. Xətti idarəetmə heyyətinin sayı;

              4. Hər bir səviyyədə struktur bölmələrinin sayı;

              5. İdarəetmə funksiyalarının mərkəzləşmə səviyyəsi;gələcək dövrdə istehsalın genişlənməsini təmin edən təşkilati quruluşa keçmək;

              6. Operativ fəaliyyətdə xidmət edən təşkilati quruluşa keçmək;

              7. Səmərəli idarəetmə və nəzarəti təmin edən təşkilati quruluşa keçmək;

        2. Təşkilati quruluşu formalaşdırmaq üçün təkilf olunan qaydalar:

                1. İdarəetmənin təşkilati quruluşu imkan çərçivəsində sadə olmalıdır;

                2. İdarəetmənin təşkilati quruluşunun sxeminin daha aydın və tez qavranılan olması;

                3. Hər işçiyə yazılı iş təminatlarının verilməsi;

                4. Əlaqə sisteminin dəqiq olması;

                5. Tabeçilik və məsuliyyət hissinin müəyyənləşdirilməsi;

                6. Məsuliyyətin kordinasiyasını ali rəhbərlik həyata keçirməlidir (Scoler Preces);

                7. Hər bir firma üçün rəhbərliyin idarəçilik hüdudları real olmalıdır;

                8. Xətti rəhbərliklərin və funksional şöbələrin funksiyalarının dəqiqi bölünməsi.

        3. Qərb ölkələrinin təcrübəsinin öyrənilməsi:

                  1. Məqsədin müəyyənəşdirilməsi;

                  2. Müsəssisənin strateji diaqnozunun qoyulması;

                  3. Dəyişikliklər konsepsiyasının hazırlanması;

                  4. İstənilən təşkilati quruluşun növünün müəyyənləşdirilməsi;

                  5. Layihələndirmə metodunun müəyyənləşməsi;

                  6. Mütəxəssis və məsləhətçilərin cəlb edilməsi;

                  7. Təkmilləşdirilmənin aparılmasında məhsul şəxslərin təyin olunması;

                  8. Məqsəd srategiya və taktikanın dəqiqləşdirilməsi;

                  9. Maddi əmək və maliyyə ehtiyatları ilə təmin olunma;

                  10. Layihələrin işlənməsi və tətbiqinin hər mərhələsinin nəticələrinə nəzarət və s.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə