Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 332,19 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix26.09.2017
ölçüsü332,19 Kb.
#1494
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

Ruh  anlayışı.  Ruh  və  şüuru.  Ruh  və  bədən,  onların  vəhdəti.  Şüurun  tarixdən 



əvvəlki dövrü. İnikas materiyanın ən ümumi xassəsidir. İnikasın səviyyələri: (cansız 

təbiətdə,  canlı  təbiətdə  və  ictimai  mühitdə)  formaları  (sadə,  elementar  inikas, 

qıcıqlanma  qabiliyyəti,  duyğu,  psixika)  və  tipləri  (aktual,  funksional  və  qeyri-

funksional inikas). İnikas və informasiya, onların ümumi və fərqli cəhətləri.   

İnformasiya inikası, neyrofizioloji və psixiki inikas. Psixika inikas formasıdır, 

psixi obrazın təbiəti. İnikas və idarəetmə. Şüur yüksək təşəkkülü materiyanın xassəsi, 

gerçəkliyin inikasının ali formasıdır. 

İnsan  -  psixikanın,  şüurun  daşıyıcısıdır.  Ali  heyvanlarda  psixiki  inikasın 

xüsusiyyətləri. İnsan şüuru ilə heyvan psixikasının fərqli cəhətləri. 

Şüurun strukturu: duyğu, qavrayış, təsəvvür, anlayış, təfəkkür, emosiya, iradə 

və s. Şüur və idrak. Şüurun yaranması və formalaşmasında əməyin rolu.  

Şüur  və  beyin.  Şüur  və  şüursuzluq.  Şüursuzluğun  daxili  məzmunu.  Qeyri 

şüursuzluğun  davranışda  rolu.  Freydin  psixioanaliz  təlimi.  Beynin  funksiyaları. 

Şüurun  formalaşmasında  beynin  rolu.    Şüur  mürəkkəb  sistemdir.  Şüurun  daxili 

məzmunu. Şüur və təfəkkür. Zəka və dərrakə. Ağıl və müdriklik. Şüur, mənlik şüuru 

və  özünü  dərketmə.  Mənlik  şüurunun  formaları.  Şüur  və  emosiya.  Şüur  və  iradə. 

Şüurun  formalaşmasının  mənbələri.  Şüur  və  dil.  Obraz  və  işarə.  İşarə  –  simvol 

sistemləri. 

İdeallıq  problemi.  Subyektiv  reallıq  kimi  ideallığın  mahiyyəti  haqqında 

baxışlar.  İdealın  iki  tipi:  fərdiləşmiş  ideal  və  ictimai  ideal.  İdealda  qnoseoloji  və 

aksioloji tərəflər. «İdrakın subyekti» anlayışı.  

Şüur  və  kibernetika.  Təfəkkür  proseslərinin  kompüter  texnikası  vasitəsilə 

formalaşdırılması və modelləşdirilməsi. İnsan və kompüter sistemlərinin dialoqunun 

zəruiliyi.    Təbiətşünaslıqda  şüur  problemi.  Süni  intellekt  anlayışı.    Şüurun 

öyrənilməsi  sayəsində  müasir  elmlərin  nailiyyətləri  və  fəlsəfədə  şüur  probleminin 

öyrənilməsinə onların təsiri. Ali əsəb fiziologiyasının, psixologiya və təbiətin müasir 

nailiyyətləri və şüurun təbiətinin öyrənilməsində onların rolu.    

 

M ö v z u  17. Cəmiyyətin mənəvi varlığı 

 

İctimai  şüur  anlayışı.  Şüurun  ictimai  təbiəti  və  ictimai  şüur.  İctimai  şüurun 

mahiyyəti,  cəmiyyətin  inkişafında  onun  rolu.  İctimai  şüur  və  ictimai  varlıq,  onların 

dialektik əlaqəsi. İctimai şüur və cəmiyyətin mənəvi həyatı.  

Cəmiyyətin  mənəvi  həyatı  insanın  əsl  mahiyyətini  ifadə  edir.  Mənəvi  həyat 

bütöv  sistemdir.  Onun  ünsürləri.  Mənəvi  fəaliyyət  cəmiyyətin  ayrılmaz  tərəfidir. 

İnsanların  mənəvi  dəyərləri  yaratması  və  onları  mənimsəməsi.  İnsanlar  arasında 

mənəvi  münasibətlər  və  mənəvi  ünsiyyət.  Mənəvi  tələbatlar  mənəvi  fəaliyyətin 

əsasıdır. Mənəvi tələbatların məzmunca obyektivliyi və zəruriliyi. Mənəvi istehlak və 

onun  səviyyələri.  Mənəvi  münasibətlər  intellektin  və  hisslərin  mənəvi  dəyərlərə 

münasibətidir.  Mənəvi istehsalın, tələbatın, istehlakın və ünsiyyətin qarşılıqlı əlaqəsi. 

İctimai  şüurun  sosial  təbiəti.  İctimai  şüurun  funksiyaları:  idraki,  tənzimedici, 

uyğunlaşdırıcı, məlumatverici.  İctimai şüurun strukturu.  

Adi  şüur  insanların  gündəlik  əməli  fəaliyyətində  yaranır  və  onların  empirik 

təcrübəsinə  əsaslanır.  Sosial  hadisələr  və  proseslərin  adi  şüurda  inikasının 



 

 

sistemsizliyi.  Adi  şüur  insanların  dünyaya  münasibətində  onların  həyati 



təcrübəsindən doğan çoxsaylı və faydalı məlumatları özündə cəmləşdirir.  

Nəzəri  şüur  ictimai  həyatın  proses  və  hadisələrinin  mahiyyətini  və  inkişaf 

qanunauyğunluqlarını əks etdirir. Nəzəri şüur ictimai həyatın proses və hadisələrinin 

mahiyyətini  və  inkişaf  qanunauyğunluqlarını  əks  etdirir.  Nəzəri  şüurun  məntiqi 

sistemliliyi    və  elmi  əsaslılığı.  Nəzəri  şüurun  subyekti.  Nəzəri  şüurla  adi  şüur 

arasındakı əlaqə.  

İctimai  psixologiya  insanların  öz  həyatına  və  ictimai  varlığına  emosional  və 

qismən  intellektual  münasibətidir.  İctimai  psixologiyanın  məzmununda  gerçəkliyə 

inam,  əqidə,  əhval-ruhiyyə  və  sosial  qaydalar  formsında  əks  olunması.  İctimai 

psixologiyanın  qiymətləndirici  və  fəaliyyətə  sövqedici  funksiyaları.  Praktik 

fəaliyyətdə  və  idarəetmədə  ictimai  psixologiyanı  nəzərə  almağın  zəruriliyi.  İctimai 

psixologiyanın adi şüur ilə münasibəti.  

İctimai  ideologiya  insan  qruplarının  və  mili  birliklərin  əsas  mənafeləri  və 

tələbatının  nəzəri  səviyyədə  ifadəsidir.  İdeologiyanın  nəzəri  konseptual  xarakteri. 

İctimai  ideologiya    və  elm.  İctimai  ideologiyanın  sosial-sinfi  mahiyyəti.  

İdeologiyada    mili  ilə  ümumbəşəri  mənafelərin  əlaqələndirilməsi  məsələsi.  Müasir 

dövrdə  milli  ideologiya,  müstəqillik,  mili  dövlətçilik,  mili  həmrəylik,  mili  əqidə  və 

inamın vəhdəti. Azərbaycan xalqının mili ideologiyasının yaradılmasının zəruriliyi. 

İctimai  və  fərdi  şüur,  onların  dialektikası.  İctimai  şüurun  nisbi  müstəqilliyi, 

ictimai şüurun inkişafında varislik. Kütləvi şüur, ictimai rəy. 

İctimai şüurun formaları, onların yaranmasını zəruri edən tarixi amillər.  

Siyasi  şüur.  Siyasi  şüur  və  siyasət.  Siyasi  şüurun  formalaşmasının  səbəbləri. 

Siyasi  şüurun  spesifikliyi.  Siyasi  şüurun  ictimai  şüurun  digər  formaları  arasında 

xüsusi yeri. Siyasətin vəzifələri və növləri. 

Hüquqi  şüur.  Hüquq  və  hüquqi  şüur  anlayışları.  İlkin  sinifli  cəmiyyətlərdə 

hüquqi şüurun  yaranması.  Miflər və dini inamlar hüquqi şüurun  mənəvi  əsaslarıdır. 

Hüquqi  şüurun  funksiyaları:  idraki,  qiymətləndirici  və  tənzimləyici.  Hüquqi  şüurun  

formaları  –  hüquqi  hisslər,  hüquqi  vərdişlər  və  adətlər,  hüquqi    biliklər.  Hüquqi 

şüurun siyasi şüurla əlaqəsi və onları fərqləndirən cəhətlər. 

Əxlaqi şüur. Əxlaq anlayışı. Əxlaqın ictimai  funksiyalarının təzahür üsulları: 

əxlaqi norma və əxlaqi qiymət. Əxlaq və mənəvi şüur. Əxlaqi şüurun hüquqi şüurla 

əlaqəsi  və  onların  fərqi.  Əxlaq  və  mənəviyyat.  Mənəvi  hisslər,  mənəvi  anlayışlar. 

Əxlaqi şüur şəxsiyyətlərarası münasibətlərin həllinin tənzimləyicisidir. 

Estetik  şüur.    Estetik  şüur  anlayışı.  Estetik  şüur  və  incəsənət.  İncəsənətin 

mənşəyi  və  mahiyyəti.  İncəsənət  dünyanın  dərk  edilməsinin  xüsusi  formasıdır. 

İncəsənət  dilinin  spesifikliyi:  bədii  surət,  simvol,  mif  və  s.  İncəsənət  bəşəriyyətin 

özünüdərketmə        funksiyasıdır.  İncəsənətdə gerçəkliyin  obrazlı inikası.  İncəsənətin 

funksiyaları  və  ictimai  həyatda  yeri.  İncəsənətdə  millilik  və  ümumbəşərilik. 

İncəsənətin idraki və tərbiyəvi rolu. Cəmiyyət həyatında estetik şüurun rolu. 

Dini  şüur.  Din  və  dini  şüur.  Dini    şüurun  mahiyyəti.  İnnam  anlayışı,onun 

spesifikliyi. Dini inamın əsas obyekti – Allah ideyasıdır. Dində fövqəltəbiiliyə inam. 

İbtidai  dini  inamların  formaları:  etnik  və  dünya  dinləri.  Dini  psixologiya  və  dini 

ideologiya. İslam dinin tarixi mövqeyi. Müasir cəmiyyətdə dinin rolu.  

İctimai şüurun yeni formalarının – iqtisadi şüur, ekoloji şüur – formalaşması.  




Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə