Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


M ö v z u 10.   Varlıq və materiyanın fəlsəfi anlamı



Yüklə 332,19 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix26.09.2017
ölçüsü332,19 Kb.
#1494
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

M ö v z u 10.   Varlıq və materiyanın fəlsəfi anlamı 



 

Varlıq probleminin həyatı  kökü və onun  fəlsəfi mənası. «Geçəklik», «reallıq», 

«mövcudluq»  anlayışları.    Obyektiv  və  subyektiv  reallıq  onların  tarixi    reallığının 

vəhdəti.  Şüur  və    təbiət  aləminin  varlıqla  xarakterizə  olunması.  Varlıq  probleminin 

aspektləri:  1)  Dünya  var  olmuş  və  olacaqdır;  2)Dünyanın  varlığı  onun  vəhdətinin 

ilkin şərtidir; 3) Dünya varlığın  məcmusudur. 

Varlıq  ən  ümumi  reallıqdır  və  fəlsəfənin  əsas    kateqoriyasıdır.  Fəlsəfənin 

inkişafı    tarixində  varlıq  probleminə  münasibət.  Varlıq  haqqında    düşüncələrin 

spesifikliyi. Varlığın «mövcud olma» ilə əlaqəsi. Varlıq və qeyri-varlıq. Varlığın dini 

izahı.  Varlığın  əsas  formaları  və    dialektikası.  Şeylərin,  proseslərin  və  təbiət 

hallarının  varlığı,  insanın  varlığı,  mənəvi  vaprlıq,  sosial  varlıq.  Varlığın  ziddiyyətli 

mahiyyəti, onun dəyişkən və daimi olması ideyası.  Kainta haqqında  elmi  və fəlsəfi  

təsəvvürlərin təkamülü. 

Varlıq  və  materiya  anlayışlarının  münasibəti.  Substansiya  anlayışı.  Materiya 

kateqoriyası    və  onun  fəlsəfə    üçün  fundamental  əhəmiyyəti.  Materiya    haqqında 

fəlsəfi  təsəvvürlərin  inkişafı.  Ruh  və  materiya.  Şüur  və  materiya,  onların    mütləq 

əksliyi. Matğeriya anlayışının qnoseoloji və substansional tərfələri. Təbiətşünaslıqda  

inqilab  və  mexanisizmin  iflası.  Dünyanın  elektromaqnit  və  Kvant  mexanikası 

mənzərəsinin formalaşması. Materiyanın məhvedilməzliyi  və tükənməzliyi. Kainatın  

istilik ölümü nəzəriyyəsinin əsassızlığı. 

Müasir elm  materiyanın quruluşu və xassələri haqqında. Cansız təbiətin təşkili 

səviyyələri.  Elementlər  hissəciklər  və  onların  tərkibi    haqqında    müasir  elmi  

təsəvvürlər.  Fiziki  vakkum,  atom,  plazma,  ulduzlar,  molekul,  planet,  qalaktika 

metaqalaktika anlayışları. Materiyanın kosmik səviyyəsi. 

Bioloji  və  ictimai  səviyyədə  materiyanın  quruluşu  haqqında      baxışları. 

Hüceyrəyəqədərki  səviyyə,  tək  və  çox    hüceyrəli      orqanizmlər.  Orqanizmdən 

yüksəkdə duran səviyyələr. Biosfer çərçivəsində insan  cəmiyyətinin inkişafı. Sosial  

həyatda  materiyanın  struktur  səviyyələri:  fərd,  ailə,  kollektiv,  sosial    qrup,  millət, 

dövlət  və  cəmiyyət.  Metasosial  səviyyəsinin  mümkünlüyü.  Müasir  elm  dünyanın  

maddi  vəhdəti  və    müxtəlifliyi  haqqında.    Materiya  haqqında    elmi    təsəvvürlərin 

(fiziki,  bioloji,  astronomik  və  kosmoloji)  təkamül  gedişində  bir  sıra      yeni    struktur 

səviyyələrin aşkara çıxarılması. 

Hərəkət anlayışı, materiya və hərəkətin vəhdəti. Hərəkətin tipləri. Sabitlik  və 

dəyişkənlik.  Hərəkət,  inkişaf  anlayışları.  Fasiləlilik  və  fasiləsizlik.  Energetizm 

təliminin əsassızlığı. Hərəkət və sükunətin dialektikası.  Materiyanın hərəkətinin əsas 

formaları.  Onların  xüsusiyyətləri  və    qarşılıqlı  əlaqəsi.  Mexanizmin  və 

reduksionizmin  tənqidi.  Təbiətşünaslığın  nailiyyətləri  əsasında  hərəkət    formaları  

haqqında  baxışların zənginləhməsi  və inkişafı. 

Məkan  və  zaman  anlayışları,  onların    fəlsəfi    mənası.Məkan  və  zaman 

haqqında  müasir  nəzəriyyələr  və  onların  fəlsəfi  əhəmiyyəti.  Məkan,  zaman  və  

hərəkət arasında qarşılıqlı əlaqə. Məkan və zaman ölçülüyü, sonluğu və sonsuzluğu 

problemi.  Məkan  və  zaman  substansional  və  relyasional  konsepsiyaları.  Nisbilik 

nəzəriyyəsi və məkan və zaman haqqında  təsəvvürlərin yeniləşməsi. Bioloji  məkan 



 

 

və  zaman.  Cansız  təbiətdə,  üzvi  aləmdə  və  sosial    proseslərdə  məkan  və  zaman, 



onların keyfiyyət müxtəlifliyi. 

 

M ö v z u    11.   D i a l e k t i k a 



 

Dialektika  anlayışı.  Fəlsəfə  kursunda  dialektikanın  yeri  və  əhəmiyyəti. 

Dialektikanın komponentləri – nəzəri prinsiplər, kateqoriyalar, qanunlar.  

Dialektikanın  tarixi  tipləri:  qədim  filosofların  dialektikası,  klassik  alman 

filosoflarının  idealist  dialektikası,  materialist  dialektika,  qeyri-klassik  elmlərin 

nailiyyətlərinə  əsaslanan  qeyri-klassik  dialektika.  Dialektika  varlığın  universal 

əlaqələri  və  inkişafı  haqqında  təlimdir.  Ümumi  əlaqə  və  qarşılıqlı  təsir  anlayışları. 

Qarşılıqlı  əlaqələrin  növləri.  İnformasiya  əlaqələrinin  özünəməxsusluğu. 

Dialektikanın  sistemi,  onun  əsas  struktur  əlamətləri.  Dialektikanın  prinsipləri.  

Obyektiv və subyektiv dialektika. Dialektika və metafizik təfəkkür metodları.  

İnkişaf  anlayışı. İnkişafın müxtəlif modelləri. Cansız təbiətdə, canlı təbiətdə və 

cəmiyyətdə  inkişaf.  İnkişafın  əsas  xüsusiyyətləri:  obyektivlik,  ən  ümumilik, 

dönməzlik, ziddiyyətlilik. 

Kateqoriya    anlayışı.  Dialektikanın  kateqoriyalarının qnoseoloji  və  metodoloji 

funksiyaları.  Dialektikanın  kateqoriyalarının  mahiyyəti,  əhəmiyyəti  və  funksiyaları. 

Kateqoriyaların  növləri:  ən  ümumi  əlaqələri  ifadə  edən  kateqoriyalar,  struktur 

əlaqələri ifadə edən kateqoriyalar, determinant əlaqələri ifadə edən kateqoriyalar.  

Təkcə, xüsusi və ümumi kateqoriyaları. Təkcə idrakın çıxış nöqtəsi, ümumi ilə 

fərdinin  vəhdətidir.  Xüsusi  kateqoriyası,  ümumi  ilə  təkcənin  əlaqəsində  onun  rolu. 

Təkcə və ümuminin dialektikası. 

Mahiyyət  və  hadisə  kateqoriyaları.  Hadisə  mahiyyətin  ifadəsidir.  Zahirilik 

(görünüş) anlayışı, mahiyyəti aydınlaşdırma gerçəkliyi dərk etməyin əsas məqsədidir. 

Mahiyyət  və  hadisənin  münasibətindəki  ziddiyyətlilik.  Bu  kateqoriyaların  idrak 

prosesində rolu.  

Məzmun  və  forma  kateqoriyaları,  onların  dialektik  vəhdəti.  Formanın  nisbi 

müstəqilliyi və məzmuna təsiri. Forma və məzmun arasında ziddiyyət. 

Tam  və  hissə  kateqoriyaları.  Onların  arasındakı  dialektik  əlaqə.  Bütövlük 

prinsipi, onun əsas tipləri. Sistem və struktur, element anlayışları və onların qarşılıqlı 

əlaqəsi.  

Səbəb  və  nəticə  kateqoriyaları.  Onların  arasında  dialektik  vəhdət.  Səbəb-

nəticənin  ümumi  xarakteri.  Səbəbiyyət  əlaqəsi  və  funksional  əlaqə.  Birmənalı  və 

ehtimali səbəb-nəticə əlaqələri. Səbəb və vəsilə (bəhanə). 

Determinizm prinsipi, onun tarixi formaları. Səbəbiyyət və məqsədəuyğunluq. 

Səbəiyyət əlaqəsinin əlamətləri. Səbəiyyət ələqələrinin formaları. 

Zərurət  və  təsadüf  kateqoriyaları.  Təsadüf    zərurətin  ifadə  forması  və 

tamamlanmasıdır.  Təsadüf  və  zərurətin  münasibətlərinin  birtərəfli  izahının 

əsassızlığı.  Fatalizm  və  taleyə  inam  (alın  yazısı).  Zərurət  və  təsadüfün    praktiki 

fəaliyyətdə rolu. Azadlıq və məsuliyyət. 

İmkan  və  gerçəklik  kateqoriyaları.  Real  və  formal  imkan.  Konkret,  abstrakt 

imkanlar  və  imkansızlıq.  İmkanın  gerçəkliyə  çevrilməsində  obyektiv  şəraitin  və 

subyektiv amilin  rolu. 



Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə