Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 332,19 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix26.09.2017
ölçüsü332,19 Kb.
#1494
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

müstəqillik  və  milli  fəlsəfənin  inkişafı  üçün  yeni  şərait.  Qərb  və  Şərq  fəlsəfəsi 



fonunda milli fəlsəfə. 

 

M ö v z u   2. Qədim Şərq fəlsəfəsi 



 

Qədim  Şrəqdə  elmi  biliklərin  və  fəlsəfi  təfəkkürün  təşəkkül  tapması.  Qədim 

yazılı mənbələr və fəlsəfi fikrin yaranmasının ilkin mədəni-tarixi şərtləri. Fəlsəfənin 

meydana gəlməsinin ümumi qanunauyğunluqları. 

Qədim  Misir  və  Babilistanda  ilkin  fəlsəfi  təsəvvürlərin,  ilkin  rüşeymlərinin 

meydana gəlməsi. 

Qədim  Çində  fəlsəfənin  formalaşmasına  təbiət  elmlərinien  inkişafının  təsiri. 

Qədim Çin fəlsəfi məktəbləri: konfutsilik, moizm, qanun məktəbi (legizm), daosizm, 

in-yan  məktəbi    (naturfəlsəfə)  adlar  məktəbi.  İnsana  məhəbbət  Konfutsi  məktəbinin 

əsas fəlsəfi təlimidir. Moizm məktəbinin fəlsəfəsi. Moizm məktəbi nümayəndələrinin 

idrak  nəzəriyyəsi.  Daosizm  fəlsəfi  təlimi.  Bu  təlimin  insan  əqlinə  və  ruhun 

ölməzliyinə münasibəti.  

Qədim  Hindistanda  fəlsəfə.  Bir  sıra  fəlsəfi  fikirlərin  cəmləşdiyi  vedlər  (bilik) 

qədim  ədəbi  abidədir.  Vedlərin  tərkib  hissələri.  Riqved,  Brahman,  Aranyaklar, 

Upanişad.  Qədim  Hindistanda  ortodoksal  fəlsəfi  məktəblər:  sankhiya,  yoqa, 

vayşeşika,  nyaya,  mimansa,  vedanta.  Qeyri-ortodoksal  fəlsəfi  məktəblər:  çaynizm, 

buddizm, lokayatlar (çarvaklar). 

Qədim Şərq fəlsəfəsinin dünya fəlsəfi fikir tarixində rolu. 

 

M ö v z u   3.    Antik Yunan və qədim Roma fəlsəfəsi 

 

Antik  yunan  klassik  fəlsəfəsinin  formalaşmasında  mifologiyanın  və  «Yeddi 

müdriklərin» rolu.  

Antik yunan klassik fəlsəfəsinin yaranması və onun inkişaf mərhələləri. Antik   

fəlsəfənin  kosmosentrik  xarakteri.    Erkən  naturfəlsəfi  təlimlər.  Milet  məktəbi  – 

Avropada  ilk  fəlsəfi  məktəbdir.  Fales,  Anaksimandr,  Anaksimenin  fəlsəfi  məsələri 

həll  etməyə  ilk  cəhdləri.  Qədim  Yunan    fəlsəfəsində  Fales  sadəlövh  materializmin 

banisidir.  Onun  dünyanın  yaranması  haqqındakı  baxışları.  Anaksimandrın  əbədi 

sonsuz varlıq haqqındakı təlimi. Onun materiyanın saxlanmasına və göy cisimlərinin 

düzülüşünə  dair  baxışları  və  kortəbii  dialektikası.  Anaksimenin  atom  və  boşluq 

haqqındakı  təlimi  və  onun  kortəbii  dialektikası.  Heraklitin  təbiətdə  hərəkət  və 

dəyişiklik  haqqındakı  fikirləri  və  dünyanın  maddiliyi  ideyasının  zənginləşməsində 

onun  rolu.  Heraklitin  kortəbii  dialektikası  və  təbiətdəki  qanunauyğunluqlara  dair 

baxışları.  

Pifaqor  və  pifaqorçular  məktəbi.  Bu  məktəbin  antik  fəlsəfədə  ilk  idealist 

məktəb olması. Antik dialektikanın təşəkkülü. 

Eleya  məktəbi  və  bu  məktəbin  nümayəndələrinin  fəlsəfəsində  varlıq  və 

təfəkkürün qarşılıqlı münasibəti məsələsi. Ksenofan, Parmenid, Zenonun təlimləri ilə 

antik fəlsəfənin formalaşmasının başa çatması.  

Empedokl və Anaksaqorun fəlsəfəsi antik fəlsəfi təfəkkürün inkişafında xüsusi 

mərhələdir.  



 

 

Levkipp  və  Demokritin  atomist  təlimi  antik  materializmin  zirvəsidir. 



Demokritin hərəkət, səbəbiyyət və cəmiyyət haqqında irəli sürdüyü fikirlər.  

Yunan  fəlsəfəsinin  klassik  dövrü.  Sofistlər  «düşünən,  danışan  və  iş  görən 

yunan  maarifçiləridir».  Sofistlər  insan  probleminə  doğru  dönüş.  Sofistlərin 

müdrikliyi. Sokrat klassik dövrün ilk filosofudur. Sokratın «Özün özünü dərk et!» və 

«Mən bilirəm  ki, mən heç nə bilmirəm!» kəlamları və onların fəlsəfi mənası. Onun 

fəlsəfəsində insan, şüur və bilik problemləri. Sokratın dövləti idarəetmə qaydalarına 

dair baxışları. 

Platonun  obyektiv  idealizmi.  Platonun  ideyalar  aləmi  və  onun  xüsusiyyətləri 

haqqında bədən və ruh haqqında təlimi. Platonun idealzminin qnoseoloji və ontoloji 

kökləri. Platonun sosioloji baxışları.  

Aristotelin materiya,  forma və hərəkət haqqında təlimi. Onun təlimində varlıq 

və  qeyri-varlıq  ideyası.  Aristotelin  hissi  idrakla  məntiqi  idrakın  dialektikasına  dair 

ideyaları. Aristotelin fəlsəfənin kateqoriyaları, həyatın mənşəyi və mənası haqqında, 

ruh və zəka haqqında irəli sürdüyü müddəalar. Aristotelin siyasi, sosioloji, məntiqi və 

etik baxışları. 

Ellinizm  dövrünün  fəlsəfi  məktəbləri  –  peripatetiklər,  Akademik  fəlsəfə, 

epikürçülər,  stoiklər,  eklektiklər,  neoplatoniklər  –  onların  baxışlarındakı  oxşar  və 

fərqli  cəhətlər.  Epikür  tərəfindən  atomist  təlimin  inkişaf  etdirilməsi.  Epikürün 

Hedonist etikası. Stoiklərin fəlsəfəsi.  

Qədim Romada fəlsəfə. Lukretsi Karın atomizmi. Keyfiyyətlər haqqında təlimi 

və onun idrak nəzəriyyəsi.  

Fəlsəfi fikrin inkişafında antik fəlsəfənin rolu. 



 

M ö v z u   4 .  Orta əsrlər və   intibah   dövrü  fəlsəfəsi 

 

Orta əsrlər  sxolastik  fəlsəfənin səciyyəvi  cəhətləri. Xristian dininin yaranması 

və    Qərbi  Avropa    fəlsəfəsinin  funksiyalarının  dəyişməsi  .    Qnostisizm  təfkkürün  

inkişafında yeni mərhələdir.  Filon  «xristianlığın atasıdır». Avqustin   patristikanın  

görkəmli  nümayəndəsidir. Onun fəlsəfəsində mahiyyət və mövcudluq, ruh və bədən, 

zəka və etiqad problemləri. Sxolastik  fəlsəfi  təfəkkürün iki  problemin  mahiyyətinə 

diqqətini    cəmləşdirilməsi:  nominalizm  və  realizmin  mübahisəsi  və  Allahın 

mövcudluğunun    əsaslandırılması.  K.Anselm,  İ.Rostelim,  P.Abelyar  –  orta  əsrlər 

mötədil  realizmi,  ifrat  nominalizmin  və  dialektikanın  nümayəndələridir. 

Sxolastikanın çiçəklənməsi dövrü – XII – XIII əsrlər. R.Bekon – dövrün ən maraqlı 

və orijinal mütəfəkkiridir.  

Akvinalı Foma sxolastik fəlsəfədə və peripatetizmdə əsas simadır. Orta əsrlər 

fəlsəfəsində  təbiətə  münasibət.  İnsan  anlayışı.  Zəkaya  və  iradəyə  münasibət.  İradə 

azadlığı. Tarixin saxtakarlığı.İ.D.Skott, U.Okkam və başqaları.  

İntibah  dövrünün  fəlsəfəsinin  antroposentrik  xarakteri.  İnsan  özü-özünün 

yaradıcısıdır.  Humanizm  anlayışı  və  intibah  dövrünün  humanizmi.  Humanizm  və 

şəxsiyyət  problemləri.  İncəsənətə    və  gözəlliyə  sitayiş.  İntibah  dövrünün 

təbiətşünaslarının (N.Kopernik, Q.Qaliley) əsərlərində dünyanın təbii-elmi mənzərəsi 

və  fəlsəfi  ideyalar.  İntibah  dövrü  naturfəlsəfənin  (N.Kuzanski,  C.Bruno)  panteizmi. 

İntibah  dövrünün  sosial-siyasi  təlimləri:  N.Makiavelli,  J.Boden,  T.Münser,  T.Mor, 




Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə