Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 332,19 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix26.09.2017
ölçüsü332,19 Kb.
#1494
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

tələbatdan yaranır, əmək fəaliyyəti insanın özünün, dilin, təfəkkürün və s. inkişafıdır. 



Əmək genetik irsiyyətdən sosial varisliyə keçidi təmin edir.  Heyvan sürüsü və ibtidai 

qəbilə icması. İlk əxlaqi-ictimai qadağalar antropososiogenezin amilidir.  

İctimai  münasibətlərin  yaranması  və  onların  bioloji  münasibətlərdən  fərqi.  

İnsanın  mövcudluğu  anlayışı.  İnsan  psixososial  fenomendir.  İnsan  mövcudluğuna 

dair ekzistensialist baxış.  

İnsanda  təbii  (bioloji)  və  ictimai  (sosial)  tərəflər.  İnsanın  sırf  bioloji  və  sırf 

ictimai  izahına  münasibət.  S.Uilsonun  sosiologiya  təlimi.  İnsanın  vulqar  sosioloji 

izahının  tənqidi.  Antiutopik  baxışlar.  İnsanda  bioloji  və  sosialın  vəhdəti.    Elmi-

texniki tərəqqi dövründə insanın biologiyası. Psixioanaliz  və insan problemi.  

Antropososiologiyada  rasionalizm.  İnsanın  varlığı  və  davranışı  onun  şüurlu 

həyatının ifadəsidir.   Antropososiologiyada  şüurluluq və şüursuzluq (freydizm).  

İnsanın  mənəvi  təcrübəsində  həyat  və  ölüm  problemi.  Həyatın  mənası.  Ölüm 

və  ölməzlik.  İnsan  həyatının  qiymətləndirilməsində  pessimizm.  Həyatın  mənasının 

dini  izahı.  İnsan  necə,  nə  qədər  və  nəyin  naminə  yaşamalıdır.  İnsanın  «ölmək 

hüququ».  Ölüm  probleminə  müxtəlif  münasibətlər.  Paternalizm  və  antipaternalizm. 

Eftanaziyanın sosial-mənəvi mahiyyəti.  

Fərd,  fərdiyyət  və  şəxsiyyət  anlayışları.  Şəxsiyyətin  sosial  mahiyyəti.   

Şəxsiyyətin      tipologiyası.  Şəxsiyyət  və  onun  cəmiyyətdəki  rolu.  Tarixi  şəxsiyyətin 

əsas göstəricisi onun dövrün tələblərinə uyğun xalqı səfərbər etməsidir. Şəxsiyyətin 

hərəkət  və  fəaliyyətinin  sosial-tarixi  şərtlənməsi.  Siyasi  rəhbərin  fəaliyyətinin  əsas 

göstəriciləri.  Görkəmli  elm  və  mədəniyyət  xadimlərinin  tarixi  prosesdə  rolu. 

Xarizmatik  tarixi  şəxsiyyət  problemi.    Cəmiyyət,  şəxsiyyət  münasibətlərinin  tarixi 

formaları.  Fərd  ilə  cəmiyyətin  bir-birinə  qarşı  müstəqilliyi.  Fərd  şəxsiyyətdir, 

cəmiyyət şəxsiyyət deyil. 

İnsan  və  cəmiyyətin  qarşılıqlı  münasibətinin  tarixi  tipləri.  Şəxsi  asılılıq 

münasibətləri. Şəxsiyyətin hüquq və vəzifələri. Nəzəriyyə və reallıq. Hüquqi dövlətdə 

şəxsiyyət.  

Tarixi  zərurət  və  şəxsiyyət  azadlığı.  Şəxsiyyətin  azadlığı,  hüquq  və  vəzifələri 

ilə məsuliyyətin vəhdəti. Demokratik cəmiyyət və şəxsiyyət azadlığı. Müasir dövrdə 

şəxsiyyət azadlığı və cavabdehlik. 

Fəlsəfə, insan və bəşəriyyət. İnsan və kainat. Sosial dəyərlər, onların mahiyyəti 

və  cəmiyyətdə  rolu.  Sosial  dəyərlərin  təbiəti  haqqında  baxışlar.  Dəyərlərin  sosial 

şərtlənməsi. Sosial dəyərlərin təsnifatı: qnoseoloji, etik və estetik dəyərlər. Azadlıq və 

milli  müstəqillik  ən  ali  dəyərdir.  Aksiologiya  və  müasirlik.  Şəxsiyyətin 

sosiallaşmasında dəyərlərin rolu. Şəxsiyyətin dəyərlər oriyentasiyasına müasir dövrün 

təsiri.  Dəyərləri  qorumaq  və  inkişaf  etdirməyin  zəruriliyi.  Tarixi  keçmişə  və  mili 

ənənələrə hörmət dövrün mühüm vəzifəsidir. İslamın ümumbəşəri əxlaqi dəyərləri.  

 

Mövzu 20. Fəlsəfə və gender problemi 

Gender  anlayışının  aktuallığı,  onun  semantik  və  məntiqi  təhlili.  Gender 

probleminin tənifatı. Gender problemlərinin fəlsəfi və tarixi-fəlsəfi, ümumi və xüsusi 

blokları.  

Fəlsəfənin  və  gender  problemləriinin    ümumi  prinsipləri.  Dialektik  gender 

yanaşmanın əsası kimi «kişi-qadın» anlayış cütlüyü - varlığın ən yaxşı rəmzi, varlığın 



 

 

əks olunduğu güzgüdür. Gender probleminin antropoloji aspekti. Cəmiyyətdə bioloji 



qütblər.  Kişi  və  qadın  dixotomiyasının  bioloji  aşkarlığı.  Cəmiyyətdə  sosial 

qütbləşmə.  Kişi  və  qadın  dixotomiyasının  sosial  aşkarlığı.  Cəmiyyətdə  mənəvi 

qütbləşmə. Kişi və qadın dixotomiyasının mənəvi aşkarlığı.  

Gender  problemlərinin  estetik  və  etik  aspektləri.  Estetikanın  mahiyyəti  – 

gender  estetikası.  Gözəllik  estetikanın  əsas  kateqoriyasıdır.  İnsan  münasibətləri 

estetikasında  məhəbbət  kateqoriyası.  Məhəbbətin  psixoloji  və  fiziki  aspektləri. 

Etikanın mahiyyəti. Gender etikası. Etik borc anlayışı. Mənəviyyat və əxlaq. Mənəvi 

seçim azadlığı.   

Mənəvi dəyərlərin universallığı və nisbiliyi. Etika insani münasibətlərin gender 

ölçüsündə. Cinsi və ailə münasibətlərinin etikası.  

Fəlsəfə tarixində gender problemləri. Tarixi dünya modeli  insan təfəkküründə. 

Qədim  dünya  fəlsəfəsində  gender  problemləri.  Ziddiyyətlərin    birliyi  və  mübarizəsi 

prinsipi. Qədim dünya fəlsəfəsində qadın və kişi rəmzi kimi (in-yan, platonizm). Orta 

əsrlər fəlsəfəsində gender problemi. Xristian fəlsəfəsində gender ideyaları. 

Gender problemləri və Azərbaycan reallığı. 

 

M ö v z u 21.   Mədəniyyət və sivilizasiya. Müasir dövrün  



qlobal problemləri 

 

Mədəniyyətin fəlsəfi anlaşılması. Mədəniyyətin yaranması. Mədəniyyətin izahı 

ilə  bağlı  müxtəlif  baxışlar.  Mədəniyyətin  texnoloji  şərhi.  Mədəniyyətin  klassik 

modeli.  

Cəmiyyət və mədəniyyət. İnsan mədəniyyət aləmində. Mədəniyyətin daxili və 

xarici  determinasiyası.  Əmək  və  mədəniyyətin  bölünməsi.  Mədəniyyət  maddi  və 

mənəvi  dəyərlərin  məcmusudur.  Mədəniyyətin  funksiyaları:  adaptasiyaedici,  idraki, 

informasiyaverici,  kommunikativ,  normativ  və  humanist.  Mədəniyyətin  inkişaf 

qanunauyğunluqları. Mədəniyyətdə ənənəvilik və yenilikçilik. Mədəniyyətlər vəhdəti 

və  çoxcəhətliliyi.  Mədəni  inqilab.  Əxlaqi  mədəniyyətin  mahiyyəti.  Kütləvi 

mədəniyyət anlayışı və mədəniyyətin kütləviliyi. Elitar mədəniyyət. 

Mədəniyyət  şəxsiyyətin  özünü  müəyyən  etməsi  və  inkişafı  üsuludur.  Mənlik 

şüuru  və  özünüqiymətləndirmə,  savadlılıq  və  mədənilik,  ziyalılıq.  Ünsiyyət 

mədəniyyəti: dialoq, fikir plyuralizmi. Mədəniyyət və demokratiya.  

Mədəniyyətdə mili və ümumbəşəri tərəflər. Dünya mədəniyyətlərinin  vəhdəti, 

rəngarəngliyi  və  qarşılıqlı  təsiri.  Mədəniyyətin  tərəqqisi.  Ənənəvi  və  müasir 

mədəniyyət.  

Mədəniyyət  və  sivilizasiya.    Sivilizasiya  mədəniyyətin  mərhələsidir. 

Sivilizasiya  sosial  mədəni  törəmədir.  Sivilizasiyanın  əsas  əlamətləri.  Sivilizasiyanın 

izahına dair baxışlar: 

a) sivilizasiya mədəniyyətin sinonimidir; 

b) sivilizasiya lokal  mədəniyyətlərin inkişafında tənəzzül mərhələsidir; 

v) sivilizasiya bəşəriyyətin barbarlıqdan sonra gələn inkişaf mərhələsidir; 

q) sivilizasiya müxtəlif regionun və yaxud etnosun inkişafı mərhələsidir; 

Bəşəriyyətin   mövcudluğunun sivilizasiya  əsasları.  



Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə