Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə51/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   47   48   49   50   51   52   53   54   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

108 


 

ölk


əni ata yurdu

1

 



adlandıran  şairə  Azərbaycandan  böyük  vurğunluqla  bəhs edir, 

L

ənkəran, Şəki, Şəmkir şəhərlərinin adlarını çəkir: 



 

Bakü’den Şemkir’e,  

Lenkeran’dan Şekiye  

Gezdim gördüm bezendim  

Türküleri derledim... (

Şahoğlu, 2007: 78) 

 

 



Az

ərbaycanın tarixi məkanlarının da adlarını çəkən şair bu şerində Odlar 

yurdunun  keçmişi  və  bu günü ilə  oxucuları  tanış  edərək,  sanki bələdçi rolunu 

oynamaqdır:  

 

Şirvanşahlar sarayı  

Destan yazdı ateşgah  

Han sarayı masalı  

Kız kulesi nazlı yar... (Şahoğlu, 2007: 79) 

 

Az



ərbaycanın ən mühüm tarixi abidələri olan Şirvanşahlar sarayı, Suraxanı 

at

əşgahı,  Şəki  xan  sarayı



2

  v


ə  şairənin qələmində  ən bədii və  obrazlı  ifadəsi ilə 

“nazlı yar” adlandırılan Qız qalası ölkənin simvolik obrazları kimi xatırlanır. Hətta 

əllif ana vətəni ilə Azərbaycanın coğrafiyası arasında oxşarlıq da axtarmaqda, 



h

əm  Kıbrısda,  həmAzərbaycanda  olan  Beşbarmaq  dağlarını  iki  əkiz  dağ  kimi 

görm

əkdədir: 



 

Kızıl bir gül içimde  

Soluğumda bir nefes  

Yurdumdaki Beşparmak  

İkiz gibi karşımda... (Şahoğlu, 2007: 78) 

 

 



T

əbii ki, Hasibə Şahoğlu yaradıcılığında Xəzər dənizi ayrıca yer tutur və 

ür

əyində  məskən tapan bu mövzu hər  zaman  “dalğalanmaqda”,  şairəyə  ilham 



verm

əkdədir:  

 

Şiirlerim Hazar’la  

Dalğalanıp duruldu  

Gönlümün b

ir köşesi 

Her zaman onun oldu... (

Şahoğlu, 2007: 79) 

 

   Hasib



ə Şahoğlu Azərbaycan haqqında bir neçə şeirin müəllifi olsa da, sevgi onun 

q

əlbində  daimi  yer  aldığı  üçün  bir  ömür  boyu  vəsf etməkdən  usanmayacağını, 



m

ənliyinə qazıldığını vurğulayır:  

                                                           

1

 “Az



ərbaycan hər zaman mənim ürəyimdədir. Onu bilin ki, Türkiyə mənim ana yurdum, Azərbaycan 

is

ə ata yurdumdur”. (http://www. hafta-ichi. com/newv/2010/07/02/read=47924-10. 03. 2011) 



2

“Xan sarayı” başlıqlı şeirdə Şəkidə yerləşən bu tarixi abidənin yaradılması ilə bağlı rəvayət süjet 

x

əttini təşkil edir.  




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

109 


 

 

Sana azdır tarifim  



Ömür dersen yetişmez 

Unutmam, unutamam 

Benliğime kazıldın 

 Can Azerbaycan! (



Şahoğlu, 2007: 79) 

 

“Maviy



ə həsrət” şerində də Xəzər dənizinin obrazı yaradılmışdır. Xəzərin 

sularının durğunluğu ilə şairənin qəlbinin “buruqluğ”u arasında əlaqə yaradılaraq 

sevgilinin  yoxluğunda  gediş  yeri  olan  dəniz diqqəti cəlb edir.  Lakin  şairənin 

d

ərdinə biganəliyi onun da yalnızlığından, kədərindən xəbər verir.  



Hazarın sularında  

Seni aradım durdum.  

Hazar yalnız  

Hazar hüzünlü 

İçim bir başka 

Gözlerim dolu 

Hazarı mavi yapmaya 

Sahte bir Akdeniz  

Yaratmaya hevesli… 

Yine Hazara bakıyorum 

Sessiz,  

Maviye hasret… 

Belki de  

Nisan yağmuruna hasret… 

Ve 

Bir de sana birtanem. . (

Şahoğlu, 2002: 72) 

 

Göründüyü kimi, 



şairə  Xəzərin  aynasında  Ağdənizi görmək istəyini ifadə 

edir, 


bunu şüuraltıda yatan Vətən həsrətini və vətəndəki əzizlərə “sahil mesaj”ları 

olaraq anlamaq mümkündür.  Mavi r

əng burada Xəzərin ekoloji problemlərini əks 

etdirm


əklə yanaşı, xəyali bir aləmi də simvolizə edir. Digər sözlə, “saf təbiət” anla-

yışı ilə şəhərləşmənin, sənayeləşmənin insana və təbiətə vurduğu ziyanlar vurğu-

lanır.  Mənəvi və  ekoloji böhran vəhdətdə  təsvir edilərək,  özgələşmə,  insanın 

yalnızlıq  duyğuları  ifadə  edilir.  Müasir qlobal problemlərlə  üz-üzə  olan insan 

sığınmaq  istədiyi təbiətdə  də  rahatlıq  tapmır,  çünki  onun  da  tarazlığı  pozulmuş, 

rahatlıq, hüzur verici gözəllik və dəyərləri itmişdir. Bu kontekstdə qələmə alınan, 

yen

ə də rəng məhfumundan çıxış edilərək həmin məsələlərə diqqət çəkilən digər 



bir 

əsər “Yaşılın dərinliyində” adlı şeirdir. Bu poetik nümunədə də Xəzər dənizi ilə 

bağlı təsvirlər diqqəti cəlb edir:  

Dalgalandı Hazar yavaş yavaş  

Bir kadını okşar gibiydi 

Yumuşak ve sessiz… (Şahoğlu, 2002: 41) 

 

X

əzər və onun sevgilisi kimi verilən qumlu sahillərin bu nəvaziş mənzərəsi-



nin fonunda 

özünü daha da çox yalnız və qürbətə yola düşən bir ayrılıq gəmisi kimi 

hiss ed

ən şairənin kədəri artmaqdadır.  




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

110 


 

X

əzərin sahilini yuyan,  gedib-qayıdan  ləpələrini  “kişi”,  qumlu sahilləri isə 



“qadın” obrazları kimi təqdim edən, bədii köçürmə vasitəsilə mifoloji başlanğıca 

da  işarə  edən  şairəninbu bənzətməsində  dəniz  sakit  halında  görünsə  də,  sonrakı 

misralarda tam 

əksini görürük: 

 

Hazar huysuz şimdi  

Azgın dalgalar gökyüzündeki  

Yıldızlarla savaşmakta.  

… Ürperdim aniden! 

Soğuk rüzgar çarpıverdi 

Bir tokat gibi yüzüme,  

Uyandım rüyalarımdansessizce, üzgün… 

Hazarın azgın suları yutuverdi,  

Kayboldu hayal gemim yüzdüremeden 

Uzanan ellerimi çekiverdim; ancak 

Yüreğim sende kaldı, alamadım geriye… (Şahoğlu, 2002: 42) 

 

 

X



əzər sahillərinin gecə  təsvirini verən  şairəni xoş  xəyallarından  oyandıran 

s

ərt Xəzri və ağzın dalğalar bir sillə kimi çarpılaraq, reallıqla üz-üzə qalmasını və 



h

əyatın  acı  gerçəkləri ilə  barışmasını  “istəsələr” də,  ürəyi  o  limanlarda  qalmış, 

q

əlbi qanamışdır.  



 

“Ah”  başlıqlı  və  nalə  çəkən ürəyin dərinliklərindən qopub gələn,  Xəzər 

sahill

ərində  günəşin  doğmasını  ümidlərinin həyata keçəcək yeri kimi gözləyən 



Hasib

ə Şahoğlu yenə də dənizlə mükaliməyə girmək istəyir: 



 

Hazar konus, sen de 

Susma, suskun durma.  

Gönlünün baharını,  

Yılların akışını,  

Düşmanın kaçışını,  

Yarınlara bakışını 

Anlatsana...

Anlatamadı! (Şahoğlu, 2002: 11) 

Maraqlıdır  ki,  Xəzər hər nə  qədər maviliyini itirsə  də,  ekoloji 

baxımdan çirklənsə də, şairənin qürbət həyatında Vətən özləmini unutduracaq və 

xoş  xəyallara aparacaq məkan kimi diqqəti cəlb edir.  Məhz Xəzərin sahillərində 

əllif  uşaqlığını,  cənnət  adanın  yazlarını,  çiçəkləyən  badam  ağaclarını,  yaşıl 



yosunlarını xatırlayır və onların qoxusunu Xəzərdən alır. Beləliklə, vətənin həzin 

xatir


ə  yeli,  Xəzərin  durğun  sularının  pıçıltısı  və  lirik mənin  “ah”ları  harmoniya 

yaradaraq qürb

ətin qəmli bir not səhifəsini təşkil edirlər.  

“Anlattım”  şeiri  yuxarıda  bəhs etdiyimiz örnəyin məzmun  baxımından 

davamı kimi səslənir. Artıq Xəzər sahillərində deyil, səhərin kimsəsizliyində Bakı 

küç


ələrində ayaqyalın dolaşan şairə daşlarda səssiz izlər qoymaq istəyir. Cəh-cəh 

vurmağa başlayan quşların sevgi nəqəratlarında öz yalnızlığına acıyan müəllif göz 

yaşlarını  saxlaya  bilmir.  Yenə  də  şirin  xəyallar  yalnızlıq  və  qəriblik  duyğularını 

ovutmaqdadır: 

 

Düşledim  



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə