Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə54/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   50   51   52   53   54   55   56   57   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

115 


 

CEYMS MORIYERIN VƏ JAMES BAILLIE FRASERIN 

YARADICILIĞINDA AZƏRBAYCAN 

 

Elnar

ə Elxan qızı Qaragözova 

(

Bakı Slavyan Universiteti / Azərbaycan) 

 

 

Avropada Şərqə, Şərq həyatına bir çox əsərlər həsr olunmuşdur. Bunların 



sırasında  Bayronun  “Şərq  poemaları”  nı,  Hötenin  “Şərq  divanı”nı,  V.  Hüqonun 

“Oriyentaliya”sını və başqalarını göstərmək olar. Azərbaycanvə dünya ədəbiyyat-

şünaslığında  bu  əsərlər  barədə  kifayət  qədər  tədqiqatlar  mövcuddur.  Lakin bu 

sıraya aid ola iki əsərdən biriCeyms Moriyerin “İsfahanlı Hacıbabanın macəraları” 

romanı  ədəbiyyatşünaslığımızda  çox  az  araşdırılmışdır.  Şotland  səyyahı  və 

yazıçısıJames Baillie Fraserin  “Qızılbaş:  Xorasan  əhvalatı”  (“The Kuzzilbash,  a 



Tale of Khorasan”

əsəri haqqında isə ümumiyyətlə söz açılmamışdır.  

“İsfahanlı Hacıbabanın macəraları” romanında Şərq hərtərəfli və təfərrüatlı 

şəkildə  təsvir  olunmuşdur.  Məhz  bu  təsvirin  adekvatlığına  və  canlılığına  görə 

Ceyms Moriyerin əsərin əsl müəllifi olmadığı fikri də irəli sürülmüşdür. Bu əsərdə 

Şərqin bir parçası olan Azərbaycan haqqında da qiymətli məlumatlara rast gəlinir. 

Romandakı  hadisələrin  bir  qismi  Azərbaycan  ərzailərində  cərəyan  edir.  Digər 

tərəfdən  indi  Ermənistanın  tərkibində  olan  Azərbaycan  torpaqları  haqqında 

məlumat verilir. Maraqlıdır ki, yazıçı əsərdə həmin ərzailərin adını əslində olduğu 

kimi vermişdir. Məsələn: Hamamlı, Göylü kəndi, Pəmbək çayı, Zəngi çayı, Ağrı 

dağı və s. Məsələn, əsərin qəhrəmanlarından biri olan Mirzə Əhməkin şaha verdiyi 

qonaqlıqdakı  süfrənin  təsvirindən  bir  parça:“Lətif  təamların  arasında  qar  kimi 



dümağ  çilov,  bir  şaqqa  quzu  soyutması  ilə  birlikdə  dəmlənmiş  plov,  altına  cücə 

döşənmiş,  içinə  ləbləbi  qatılmış  zəfəranlı  plov,  İran  xörəklərinin  tacı  sayılan, 

tərkibinə portağal dilimləri, badam, hər cür ədva əlavə edilmiş narınc plov, Xəzər 

dənizindən  tutulmuş  qızıl  balıq,  siyənək,  İrəvan  yaxınlığındakı  Zəngi  çayından 

g

ətirilmiş alabalıq diqqəti cəlb edirdi” (Moriyer C. , 1993: 147).  

 

CeymsMoriyerin “1808-1809-



cu illərdə İran, Ermənistan və Kiçik Asiya-

dan Konstantinopola səyahət”və “İran, Ermənistan və Kiçik Asiyadan Konstanti-

no

pola ikinci səyahət”əsərlərində də Azərbaycan haqqında maraqlı məlumatlar var.  



 

Şotland səyyahı və yazıçısıJames Baillie Fraserin də yaradıcılığında Şərq 

həyatıın təsviri mühüm yer tutur. Onun əsərlərində Azərbaycan haqqında da qiy-

mətli  məlumatlara  rast  gəlmək  olar.  Bu  baxımdan  onun  “İranın  Xəzər  dənizinin 

cənubundakı  əyalətlərinə  səfərlər  və  macərlar”  (Travels and Adventures in the 

Persian Provinces on the Southern Banks of the Caspian Sea

və“Qızılbaş: 

Xorasan  əhvalatı”  (“The Kuzzilbash,  a Tale of Khorasan”)  əsəri  tədqiqat  üçün 

zəngin material verir.    

 

 

 



Zərif bir cizgi nədən danışır?  

 

“Qızılbaş:  Xorasan  əhvalatı”  əsərində  elə  ilk  səhifədən  baş  qəhrəmanın 



türk  - 

əfşar  tayfasından  olaması  vurğulanır.  Lakin  müəllif  bunu  aşkar  qeyd 

etməsəydi də yenə bunu mətndəki zərif bir elementdən bilmək olardı. Türk xalqları 

islam dinini qəbul etsələr də daim özünəməxsusluqlarını qoruyub saxlamışlar. Bu 

qadına  münasibətdə  d  öz  əksini  tapmışdır.  İslamda  qadının  yad  nəzərlərdən 

qorunması vacib olsa da türk xalqalrında qadın əksər hallarda bu qadağaya əməl 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

116 


 

et

məmişlər.  Bu  Azərbaycan  bədii  ədədbiyyatında  da  öz  əksini  tapmışdır.  Digər 



maraqlı cəhət isə ondan ibarətdir ki, cadugərlər, cindarlar və başqa bu kimik peşə 

sahibləri  qadın  məclislərinə  sərbəst  daxil  ola  bilərdilər  və  kişilər  bunu  normal 

qəbul edirdilər. Məsələn, M. F. Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” 

əsərində olduğu kimi (1).  

 

Fraserin  “Qızılbaş. Xorasan  əhvalatı”  əsərində  də  Qızılbaş  körpə  olarkən 



anası evə kişi – şeyx çağırır və uşağın taleyinə baxdırır. Elə bu məqamda da yazıçı 

açıqlama verir ki, şeyxlərin, dərvişlərin istənilən evə sərbəst şəkildə girmək hüququ 

var idi və kişilər heç zaman buna etiraz etməzdilər.  

 

Elə bu məqam da Fraserin türk – azəri ailələri ilə yaxından tanışlığından 



xəbər verməklə yanaşı, M. F. Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” 

əsərindəki səhnənin reallığa söykəndiyindən xəbər verir.  

 

 

Türk-

azəri leksikası.  

 

Hər  iki  yazıçının  əsərlərində  yerli  əhalinin  dilində  işlənən  sözlər  olduğu 



kimi verilmiş və onların mənası izah edilmişdir. Burada müsəlman dünyası üçün 

xarakterik olan ərəb-fars sözləri işlədilmişdir:  



 

Moriyer:  Mashallah  (Moriyer 1834:64); Allah  (Moriyer 1834:65); 

Bismillah, Alhemdullillah (Moriyer 1834:75) 

və s.  

 

Fraser: Barekillah (Fraser1828:14) -B

ərəkallah; oostade (Fraser1828:62) –

ustad;İnsh-allah (Fraser1828: 84)  

 

Maraqlıdır ki, hər iki əsərdəsırf türk sözləri də işlədilmişdir.  



 

Fraser: Kuzzilbash  (Fraser1828: 5)  – 

Qızılbaş;  Janee  (Fraser1828:  37)–

can;aoul  (Fraser1828:  48)  –aul;khanum  (Fraser1828:  50)  –

xanım;ghourumsaug 

(Fraser1828: 51) –qurumsaq;altoun Tuppeh (Fraser1828: 184)– 

altın təpə  



 

Moriyer: Ai qardach (Moriyer 1834: 85)– 

Ay qardaş;haif (Moriyer 1834: 

87)–

hayıf; yavash (Moriyer 1834: 91)– yavaşbosh (Moriyer 1834: 99)–boş və s.  



 

 

Azərbaycan dili haqqında:  

 

Həmişə Azərbaycan dilininmövqeyindən və bu mövqe haqqında qərblilərin 



fikrindən  danışılarkən  məhşur  nümunə  kimi  Lermontovdan,  Puşkindən  sitat 

gətirilir.  Dilimizin  sadəliyindən  və  anlaşıqlığından  bəhs  edən  daha  bir  müəllif 

olmuşdur. O, elə Qizilbaş əsərinin əvvəlində qeyd edir ki, bu əsərin oxunmasında 

onun işini asanlaşdıran yeganə səbəb Azərbaycan dilində yazılmış sözlər, müəllifin 

dilincəToorkee tongue (Fraser 1828: 8)olmuşdur.  

 

 



Nadir şah obrazı.  

 

Ədəbiyyatda  hökmdar  obrazlarının  təsviri  məsələsi  olduqca  maraqlı 

məqamlardır. Bu baxımdan Azərbaycan ədəbiyyatında iki hökmdarın – Nadir şahın 

və Şah Qacarın təsviri diqqəti cəlb edir. Bu hökmdarlar bzəzn zalım kimiç bəzən 

isə  vətən  təssübkeşi  kimi  təsvir  olunmuşlar.  Məsələn,  Qacar  obrazı.  O Y.  V. 

Çəmınzəminli,  S.  Vurğun  tərəfindən  qaniçən,  zalım  kimi  təsvir  olunmuşdur.  Ə. 

Haqverdiyev  isə  onu  əsl  vətənpərvər  kimi  göstərmişdir.  N.  Nərimanovun  “Nadir 

şah”  əsərində  isə  Nadir  şah  vətənpərvərdir,  onu  uçuruma  və  zülmə  sürükləyən 

yalançı  əyanlardır.  Fraserin  əsərində  maraqlı  məqamlardan  biri  də  Nadir  şah 

obrazının  təsviridir.  Çünki  bu  obrazbir  qərblinin  təfəkkürü  və  onun  yaratdığı 

qızılbaş əsgərinin gözü ilə təsvir olunmuşdur.  



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə