Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə55/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   51   52   53   54   55   56   57   58   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

117 


 

 

Sonda qeyd etmək istərdik ki, bu əsərlərdə araşdırılmasına ehtiyac duyulan 



olduqca tarixi, 

kulturoloji  məqamlar  var.  Bizimkiçik  tədqiqatımız  ilkin  araşdır-

madır  və  ümid  edirik  ki,  gələcəkdə  bu  istiqamətdə  daha  dərin  araşdırmalar 

meydana çıxacaqdır.  

 

ƏDƏBİYYAT: 

Moriyer C. 



İsfahanlı Hacıbabanın macəraları. Bakı. Gənclik, 1993.  

Исхакова  Л.  Восток  и  Запад  в  романах  Джеймса  Мориера  о  Хаджи-бабе: 



особенности авторской интерпретации. Авторефератдиссертации на соискание 

ученой степеникандидата филологических наук. Екатеринбург – 2010/ 

http://elar. 

usu. ru/bitstream/1234. 56789/2590/1/urgu0750s. pdf

 

Fraser J. B. “The Kuzzilbash, a Tale of Khorasan”London, Henry Coulburn, 1828 



Morier J. Ayesha. The maid of Kars. Paris, Baudrys Europian Libraryç 1834.  

 

Qeydl



ər:  

1.

 

Bu tezisin mü

əllifi prof. R. Qeybullayevadır. Bax: Qeybullayeva R. Ədəbi komporativi-

stika: n


əzəriyyəsi və texnikası.  

 

 



THE IMAGE OF AZERBAIJAN IN JAMES JUSTINIAN MORIER’S AND 

JAMES BAILLIE FRASER’SLITERARY ACTIVITIES 

 

Summary 

 

The article is dedicated the problems of description of the image of Azerbaijan in James 

Justinian Morier’s and James Baillie Fraser’sliterary activities.  Morier’s novel The 

adventures of Hajibaba from Ispahan  andJames Baillie Fraser’s fiction The Kuzzilbash,  a 

Tale of Khorasan contain important information and interesting facts about Azerbaijan too. 

These works give rich material for investigation.  



 

Key words: James Morier, the image of turks, the image of Azerbaijan, 

Kuzzilbash 



 

 


AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

118 


 

ABDULKADİR İNALTƏKİN ŞEİRLƏRİNDƏ AZƏRBAYCAN 

SEVGİSİ 

 

Elxan Yurdoğlu (Məmmədov) 

(

AMEA Naxçıvan Bölməsi / Azərnaycan) 

 

Abdulkadir İnaltəkin 1958-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində 

anadan olub. 

12 yaşından etibarən, 1970-ci ildən isə Almaniyanın Münxen şəhərin-

d

ə yaşayır. 1979-cu ildə “Şeirlərim”, 1988-ci ildə isə “Məzar daşları” şeir kitabları-



nın müəllifidir. Avropanın bir çox ölkəsində araşdırmacı-yazar, şair kimi tanınan 

Abdulkadir  İnaltəkinin  yaradıcılığında  xüsusilə  şeirlərində  hədsiz dərəcədə 

Az

ərbaycan sevgisinin şahidi olduq. Məhz bu səbəb kifayət etdi ki, A. İnaltəkinin 



bütün  şeirlərini incələyib  onun  yaradıcılığı  haqqında  ətraflı  bilgiyə  sahib olaq. 

H

əmçinin  onun  şeirlərində  Azərbaycan  sevgisi  haqqında  bir  tədqiqat aparmaq 



ehtiyacı hiss edək.  

A. 


İnaltəkinin ürəyindəki, varlığındakı Azərbaycansevgisinin nəticəsidir ki, 

o,  1994-cü ild

əbu yana Türk-Azərbaycan  Ədəbiyyatı  və  Folkloru üzrə  müxtəlif 

istiqam


ətlərdə axtarışlar aparır. Qeyd etmək yerinə düşər ki, o, 1998-ci ildən Azər-

baycanda,  2000-ci ild

ən isə  Almaniyanın  paytaxtı  Berlində  Muğam  Mərkəzinə 

r

əhbərlik edir.  



 

Bütün bu sadaladıqlarımız onun Azərbaycanla bağlı apardığı tədqiqatların, 

axtarışların  cüzi  bir  hissəsdir.  Onun Azərbaycana olan sevgisi müxtəlif illərdə 

yazdığı şeirlərində də özünü göstərir. Hətta V Avropa Şeir Müsabiqəsində birinci 

yer

ə layiq görülən şairin şeirində də Azərbaycan yanğısı, Azərbaycan sevgisi var. 



Əminliklə deyə bilərik ki, bu şeirin özündə belə o, Azərbaycanın dərdini mötəbər 

kürsüd


ən deməklə də Avropa xalqları, dövlətləri arasında hazırda xalıqımızın düçar 

olduğu problemi ortaya qoya bilib. Həmin şeir “Qürbətdən anama” adlanır.  

Türk  xalqlarının,  eləcə  də  müsalman dövlətlərin  başına  gətirilən siyasi 

oyunların dilə gətirildiyi həmin şeirin bir bəndində belə deyir: 

 

Çeçenya’da kanım aktı, sel gibi,  



Karabağ'da kopardılar, gül gibi,  

Öz yurdumda garip kaldım, el gibi; 

Yine öz yurduma sürüldüm, anne! (1) 

 

Anasına  müraciətlə  yazdığı  bu  şeirdəki  “Qarabağda  qopardılar  gül  kimi” 



misrasında  bu  Azərbaycan  sevdalısının  mənəvi  sarsıntısı  ilə  qarşılaşırıq.  Eyni 

zamanda “Öz yurdumda q

ərib qaldım el kimi, Yenə öz yurduma sürüldüm (sürgün 

edildim)” fikirl

ərində yaşadığımız yaxın tarixin şahidi oluruq. Bir milyona yaxın 

qaçqını  olan,  öz yurdundan didərgin  düşmüş,  Qarabağlının—laçınlının,  kəlbəcər-

linin, 

şiuşalının,  xocalılının  və  bunun kimi minlərlə insanın  hər gün dilinə  gətir-



dikl

əri ağı və fəryadın səsini eşidirik bu misralarda.  

Abdulkadir  İnaltəkinin bu cür Azərbaycan sevgisi ilə  dolu  olan  şeirlərinin 

h

ər biri haqqında bir məqalə imknaları daxilində söz açmaq çətin olsa da, onun bir 



neç

ə şeirinə xüsusi diqqəti yönlətmək istəyirəm.  




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

119 


 

 

“Qaytarın özümə torpaqlarımı”, “Bəxtiyar öldümü?”, “Döyür” kimi bir çox 



şeirində  Azərbaycan  xalqının  başına  gətirilmiş  müsibətlərə  yanıqlı  dillə  ağlayır, 

xalq şairi Bəxtiyar Vahabzadənin dünyadan köçməsinə kədərləndiyini dilə gətirir.  

 

Qarabağ mövzusuna həsr etdiyi “Qaytarın özümə torpaqlarımı” şeirindəki 



aşağıdakı misralar da A. İnaltəkin yaradıcılığında Azərbaycan sevgisinin böyüklü-

yünd


ən, tükənməzliyindən, sonsuzluğundan xəbər verir: 

 

Kim



ə dеyim, kim götürər bu dərdi? 

M

ənə bir ömürlük iztirab vеrdi.  



Xocav

ənd, Kəlbəcər, Laçın, Хankəndi,  

Adı tək talеyi Qarabağımı,  

Qaytarın özümə torpaqlarımı! 

 

Ulu babaların goru ağlayır,  



Mirz

ə Sadıqcanın tarı ağlayır,  

Az

ərbaycan zarı-zarı ağlayır: 



“Verin m

ənə, qara gözlü yarımı,  

Qaytarın özümə torpaqlarımı!” (2) 

 

H



ər bəndi 5 misradan ibarət olan 19 bəndlik bu şeir Qarabağ mövzusunda 

yazılmış ən gözəl şeirlərdən biridir. Və xüsusi olaraq qeyd edərək demək istəyirəm 

ki,  söhb

ət Azərbaycandan kənardakı  şeirdən getmir,  ümumiyyətlə  Azərbaycan 

poeziyasının  da  daxil  olduğu  dünya  şeir  aləmində  bu mövzuya həsr  olunmuş  ən 

d

əyərli nümunədir “Qaytarın özümə torpaqlarımı” şeiri. Özünün də dediyi kimi, bu 



şeiri  ündü-haraydı,  ağıdı,  fəğandı,  şivəndi,  vaydı...Bu  şeirdə  torpaqları  əlindən 

alınana, doğma yurdundan didərgin düşən, atasını, anasını, oğlunu, qızını, bacısını, 

qardaşını  itirən,  öldüsündən,  qaldısından  bixəbər olan,  yurd həsrəti ilə  inildəyən

evi  üçün  darıxan,  doğma  yerlərdən yana burnun ucu göynəyən,  hər gecə 

yuxularında min yol öz həyətində yorğunluğunu çıxaran qaçqınlarımızın səsi var. 

Bu şeiri oxuduqca qulaqlarınız bu misralardakısəsi eşidəcəksiniz: 

 

İllər ötür, gəncliyimə gün düşür,  



Qocalıram, saçlarıma dən düşür.  

Yurd yеrindən ürəyimə ün düşür,  

Harayı kar еdir qulaqlarımı.  

Qaytarın özümə torpaqlarımı! (2) 

   

V

ə  hər birimizin içində  bir küncə  qısılan  yetim  fikirlər boy göstərəcək bu 



şeirdə: 

Gözünd


ə arzusu, həvəsi qalıb,  

Özü h


əsrət gedib, nəvəsi qalıb,  

Göyd


ə yetimlərin naləsi qalıb,  

Söndürün sin

əmdə yanan narımı,  

Qaytarın özümə torpaqlarımı! (2) 

 



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə