Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə58/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   54   55   56   57   58   59   60   61   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

124 


 

Rusiyanın  konsulu vəzifəsini yerinə  yetirərkən  Rus  İmpеriyasına mənsub 

Хəzəryanı  ölkələrə də  səyahət еtmiş, Хəzər dənizi  ətrafında  yaşayan  хalqların,  o 

cüml


ədən azərbaycanlıların  dili,  mədəniyyəti, folkloru,  ədəbiyyatı,  еtnoqrafik 

problеmləri, adət-ənənələri ilə maraqlanmış, gələcəkdə nəşr еtdirmək üçün bu sahədə 

хеyli matеriallar və “Koroğlu” dastanının bir variantını toplamışdır. O, Avropaya qa-

yıtdıqdan sonra topladığı materialları və  “Koroğlu”  dastanını ingilis dilinə tərcümə 

et

miş,  Ön  söz yazaraq 1842-ci ildə  Specimens of the Popular Poetry of Persia, as 



Found in the Adventures and Improvisations of Kurroglou, the Bandit-Minstrel of 

Northern Persia, and in the Songs of the People Inhabiting the Shores of the 

Caspian Sea” 

adı  ilə Londonda çap еtdirmişdir. “Koroğlu”nun  A.Chodzko nəşri  

hеç bir dəyişiklik еdilmədən 1971-ci ildə Nyu Yorkda təkrar çap olunmuşdur

1



On üç m

əclisdən ibarət olan  A.Chodzko nəşrinin  əlyazması  (Nəsr (yurd) 

hiss

əsi fars dilində,  şeirləri isə  bütövlükdə  Azərbaycan türkcəsindədir.  Şeirlərin 



orijinalları ilə yanaşı, onların farscaya sətri tərcümələri də verilmişdir

2

) Paris Milli 



Kitabxanasında saxlanılır.  Bu  əlyazmanın  surəti 1989-cu ildə  Parisdən Azərbay-

cana g


ətirilmiş və 1997-ci ildə “Koroğu” (Paris nüsхəsi) adı ilə “Ozan” nəşriyyatı 

t

ərəfindən    çap  edilmişdir.  Bu  variantı    2005-ci ildə  “Şərq-Qərb” nəşriyyatı  da 



yayımlamışdır. 

A.Chodzkonun yazdığına görə, dastanın informatoru  Aşıq Sadıq adı ilə şöhrət 

qazanmış  Sadıq  bəy  olmuşdur    və  dastan çərşənbə  günü, rəbiüləvvəl  ayının  15-i,   

hicri-q


əməri təqvimi   ilə 1250-ci ildə  (22 iyul 1834-cü miladi ili– E.İ.) qələmə 

alınmışdır. 

A.Chodzko  Koroğlunu Хorasanla, dastanının yaranma tariхini isə ХVII əsrin 

ikinci ya

rısı  ilə  bağlayır,  onun  II  Abbas  zamanında  (1617-1648) Xoy -  Ərzurum 

yolu üz


ərində soyğunçuluq etdiyini diqqətə çatdırır. Qeyd edək  ki, o,  Koroğlunun 

II  Şah  Abbas  dövründə  yaşadığını  vurğulayarkən qeyri-dəqiqliyə  yol  vermişdir. 

Bu, 

II Şah Abbas deyil, 1587-1629-cu illərdə hakimiyyətdə olmuş, aşıqlar arasında 



tanınmış  I  Şah  Abbasdır.  Cəlalilər  üsyanının  şiddətli  vaxtı  tarixən  I  Şah  Abbas 

dövrün


ə düşür. Koroğluya isnad edilən şeirlərdə bunun əks-sədasını görürük: 

Koroğlu, gəldilər savaş qurmağa, 

Qoçaqların muradını verməyə, 

Kos, nağara çalınır qan almağa, 



Şeyx oğlu Şah Abbasın günüdür

3



Bu n

əşrlə  bağlı  çoxlu  sayda  məqalələr   yazılmışdır.  Bunlardan  İsrafil 

Abbasovun “Alek

sandr  Xodzko,  yoxsa?..”,  Şahbaz  Balakişiyevin “A.Xodzko 

“Müq

əddimə”si barədə  düşüncələr”,  Şahin Xəlillinin   “Koroğlu”  dastanının ingilis 



dilind

ə  tərcüməsi və  onun  ingilis  şərqşünaslığında  öyrənilməsi”, Lalə  Əliyevanın 

“Koroğlu” dastanının tarixindən” və başqalarını göstərmək olar. 

A.Chodzko n

əşri  (Paris  əlyazması)  ilə  bağlı iradlar  da  mövcuddur. Bu irad-

larda A.Chodzkonun  kitaba yaz

dığı  “Müqəddimə”də  nöqsanlara yol verdiyi, 

                                                           

1

 

Alexander Chodźko, Specimens of the Popular Poetry of Persia, as Found in the Adventures and 



Improvisations of Kurroglou, the Bandit-Minstrel of Northern Persia, and in the Songs of the People 

Inhabiting the Shores  of the Caspian Sea, Orally Collected and Translated, with Philological and 

Historical Notes, London, 1842; repr., New York, 1971. 

2

 



Koroğlu (Paris nüsxəsi). – Bakı: Ozan, 1997. – S.9. 

3

 



S.Mümtaz. El şairləri, 2 cilddə, II cild. – Bakı, 1935. – S.241. 


AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

125 


 

“Koroğlu”nu  fars  dastanı  adlandırdığı  və  Koroğlunu qaçaq, quldur (bandit 



minstrel

) kimi tanıtdığı göstərilir. 

“Koroğlu”  dastanının  tədqiq və  nəşrində  polyak  şərqşünası,  şair  və  tərcüməçi 

A.Chodzkonun xidm

ətləri ölçüyəgəlməzdir. A.Chodzko “Specimens of the Popular 

Poetry of Persia, as Found in the Adventures and Improvisations of Kurroglou, the 

Bandit-Minstrel of Northern Persia, and in the Songs of the People Inhabiting the 

Sho


res of the Caspian Sea” adlı əsərini çap etdirdiyi  zaman Azərbaycan 1828-ci 

ild


ə  bağlanmış  Türkmənçay müqaviləsinə  görə  iki hissəyə  bölünmüşdür:  Şimali 

Az

ərbaycan və  Cənubi Azərbaycan.  Şimali  Azərbaycan  Rusiyanın,  Cənubi 



Az

ərbaycan isə  İranın  tərkibinə  birləşdirilmişdir.  Bilindiyi kimi,  Avropa  ölkə-

l

ərinin  hamısında  İran  uzun bir zaman ərzində  Persiya  adlandırılıb.  Rza  şah  



Persiyanın  adının  dəyişdirilməsi üçün 1935-ci ildə  rəsmi  şəkildə  bütün dünya 

dövl


ətlərinə müraciət ünvanlamış və  bundan sonra, yəni 1935-ci ildən etibarən bu 

ölk


ə rəsmi şəkildə İran adlandırılmışdır

1



Ona gör

ə də, A.Chodzko bu dastanı dövlətin adı ilə bağlayaraq Persiya/Fars 

dastanı adlandırmışdır. Sual oluna bilər: Əgər A.Chodzko qəsdən bu dastanı fars 

d

astanı adlandırmışdırsa, onda niyə dastanın  azərbaycanlı aşıq –  Aşıq Sadıq adı ilə 

şöhrət qazanmış Sadıq bəy tərəfindən söyləndiyini və Koroğlunun Təkə boyuna mənsub 

olduğunu  yazmışdır? 

A.Chodzko t

ərcüməsinə  yazdığı  “Müqəddimə”də  Koroğlunu  qaçaq, quldur 

adlan


dırsa da, onu Firdovsi ilə müqayisə edir, üstünlüyü Koroğluya verir. O, Koroğ-

lu

nun şairliyindən danışanda onu ürəkdən tərifləyir: “Şairin tanınmağı, şöhrəti onun 



p

ərəstişkarlarının  sayı  ilə  şərtlənirsə, onda Firdovsi özü Koroğludan az üstündür. 

“Savadsız  köçəri”  olan  şair  Koroğlu  bədahətən  şeir  söyləyir, heç bir gərginlik  

bilm

ədən ürəyinin dərinliyindən süzülüb gələn şeirləri təbii qayalardan çıxan şəffaf  

su kimi t

əbiidir, durudur” (Bu iqtibas Camal Mustafayevin “Sənətin milli kökləri” 

m

əqaləsindəndir). 



A.Chodzkodan sonra 

“Koroğlu”nun bu mətninə Avropa ölkələrində  maraq art-

mış, həmin mətn ingilis dilindən müxtəlif dillərə – fransız, alman, macar və s. dillərə 

t

ərcümə olunmuşdur. 



1843-cü ild

ə O. L.B.Wolf  ingilis dilində olan bu mətni alman dilinə çevirərək 

çap etdir

mişdir


2

Yen



ə  həmin ildə  George Sand  (1804, Paris -1876, Nohant)  A.Chodzkonun  

xahişi  ilə  “Koroğlu”  dastanının  bir  parçasını  fransız  dilinə  çevirmiş,  “Les 



adventures et les improvisations de Kourroglou, recueillies en Perse, par M. 

Alexandre Chodzko” (Alexander Chod

zkonun İranda topladığı Koroğlu macəraları 

v

ə  improvizasiyaları)  adı  altında    La revue indépendante”  jurnalında  çap  еt-



dirmişdir.  Yazıçı yenidən “Koroğlu” dastanına müraciət etmiş və dastanın  yeddi 

m

əclisini ixtisarla ingiliscədən fransızcaya çevirmişdir. Bu nəşrdə müəllif dastana 



müdaxil

ə etmiş, hadisələrlə  əlaqədar öz fikirlərini bildirmiş və improvizasiya adı 

il

ə dastandakı şeirlərin məzmununu vermişdir . 



                                                           

1

 



http://davam.az/engine/print.php?newsid=152/

. –  12.04.2012. 

2

 Die Abentheuer und Gesänge Korroglus, des Räubers und Dichters. Ein persischer Volksroman. Aus 



dem türkisch-persischen original wörtlich in das Engl. übersetzt von A.Chodzko. Deutsch von O.L.B. 

Wolf, Jena, 1843. 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə