Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə56/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   52   53   54   55   56   57   58   59   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

120 


 

Ən sonda isə hələ də uzaqlarda bir işartı kimi görünən, hələ də cücərəcəyinə 

inandığımız ümidlər boy göstərəcək. Abdulkadir İnaltəkinin haqqında danışdığımız 

şeirini son iki bəndiundəki kimi: 

 

Bir gеcə qoynunda yatım еllərin,  



Bizsiz q

ərib qalan yеtim еllərin.  

Gül olub bağında bitim еllərin,  

Kül


əkləri öpsün yanaqlarımı.  

Qaytarın özümə torpaqlarımı! 

 

Sığal çəkim çəməninə, gülünə,  



Od qalayım ocağına, külünə,  

Qa

lxım çıxım dağlarının bеlinə,  



Ordan sеyrə dаlım yaylaqlarımı,  

Qaytarın özümə torpaqlarımı! (2) 

 

Abdulkadir 



İnaltəkinin  bu  şeirində  belə  bir misra da var—“Gözlərimdən 

ахаn Araza taydı”. Şeirin, hətta bir misranın yükü o qədər ağırdı ki, bu misranın 

ç

əkisinin ağırlığına səbəb isə bu poetik nümunədə danışılan dərddir—Vətən dərdi, 



qardaş dərdi, Azərbaycan dərdi… 

Professor Maarif

ə  Hacıyeva  A.  İnaltəkin  haqqında  danışarkən onu belə 

t

əqdim edir:--“Ürəyi Azərbaycan sevgisi lə  dolu olan Azərbaycan  sevdalısı”  (3). 



Bu fikir heç d

ə təsadüfi deyil.  

Onun  haqqında  Azərbaycanın  bir  çox  qəzetlərində,  jurnallarında  müxtəlif 

s

əpkili onlarla məqalə, müsahibə dərc olunub. Həmin məqalələrin biri 2009-cu ildə 



“T

əzadlar” qəzetində dərc olunub. Həmin məqalədə deyilir ki, “İlk dəfə 1994-cü 

ild

ə  Azərbaycana qədəm  qoymasına  baxmayaraq,  sanki 100 ildir,  bəlkə  də  1000 



ildir  bu  torpaqda  yaşayıb.  Azərbaycana,  Qarabağa,  bu  torpağın  insanlarına  həsr 

etdiyi şeirləri isə, o qədər orijinal, ağrılı və yanğılıdır ki, elə bil o dərdləri bizimlə 

bir yerd

ə  yaşayıb.  Sanki  qaçqınlarla  bir  yerdə  Qarabağdan  didərgin  düşüb  və 

nisgill

ə dolu Qarabağa, Xocalıya təsirli şeirlər yazıb” (3).  



A. 

İnaltəkinin “Bəxtiyar öldümü?” şeirini diqqətinizə çatdırmaq istəyirəm.  

H

əmin  şeirdə  bir vətəndaş  yanğısı  ilə  (baxmayaraq ki,  o Azərbaycan 



v

ətəndaşı deyil)  xalq şairinin ölümündən nə qədər kədərləndiyini hiss etdirir. Bu 

hissi oxucu da mü

əlliflə birgə yaşayır. Çünki şeirin ümumi ovqatında təkcə bir şair 

itirm

əyin yox,  eləcədə  də  bir  şəxsiyyət itirməyin,  bir insan itirməyin,  bir  ziyalı 



itirm

əyin,  bir dost itirməyin  acısı  var.  Şeirin  əvvəlində  Bəxtiyar Vahabzadənin 

vaxtı ilə anasına yazdığı “Anam öldümü?” şeirindən epiqraf verilib. Şeirin bir bən-

dind


ə belə deyilir: 

S

ən, mənim xətrimi çox istəyirdin,  



Bir mill

ətin iki övladıydıq biz.  

M

ənə: «Ana yurdun oğlu» - deyirdin.  



İki can Vətənə sevdalıydıq biz. (4) 

 

  Bu misralardan da göründüyü kimi, A. 



İnaltəkin Bəxtiyar Vahazadədən də 

“Ana yurdun oğlu” fəxri ünvanını almışdır. Bunun özü də Abdulkadir İnaltəkinin 

n

ə qədər Azərbaycan vurğunu, Azərbaycana bağlı biri olduğundan irəli gəlir.  




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

121 


 

Müsahib


ələrinin birində  jurnalistin “—Abdulkadir bəy,  bir neçə  gündür 

Bakıdasınız, özünüzü necə hiss edirsiniz? (3)—sualına verdiyi cavabın özündə də 

şeirlərindəki sevginin təzahürü var.  

--M


ən özümü  Bakıda  həmişə  doğma  vətəndə  olduğu  kimi  hiss  etmişəm. 

Bakıda  olarkən günlərin tez keçməsindən narahat oluram.  Azərbaycanla  bağlı 

əyyən fəaliyyətdə  olduğuma  görə,  bu yerləri  daha  yaxşı  tanımağa  çalışıram. 



Buraya h

ər gəlişimdə,  yaxşı  mənada qəribə  hisslər keçirirəm.  Müəyyən  şərait 

insana pis t

əsir etsə  də  mən onu görmürəm.  çünki  insan  sevdiyi  insanı  qüsursuz 

görm

əlidir.  Ola bilsin Azərbaycana  vurğunluğumdandır  ki,  mənfi cəhətləri görə 



bilmir

əm” (3).  

Yenid

ən Abdulkadir İnaltəkinin şeirlərindən nümunələrə diqqəti yönəltmək 



ist

əyirəm.  Onun “Bir yanda mən  ağladım,  bir yanda Azərbaycan”  şeiri  haqqında 

s

əhifələrlə yazı yazmaq, saatlarla danışmaq olar.  



Şeirin ilk misrasını oxumaq kifayətdir ki, bu kövrək ürək sahibinin nə qədər 

Az

ərbaycana bağlı olduğunu dərk edəsən: 



 

Ölm


ədən toprağına ayaq basmaq nə xoşdur,  

Sevincind

ən ürəyim qanad açan bir quşdur.  

Yüz illik h

əsrətimiz artıq vüsal olmuşdur,  

Allahım, şükür sənə, gəldi gözlədiyim an,  

Bir yanda m

ən ağladım, bir yanda Azərbaycan. (5) 

 

Gördüyünüz kimi,  Az



ərbaycan  toprağına  ayaq  basmağın  sevinci,  yüz illik 

h

əsrətin  vüsal  olması—iki sevənin  qovuşması  kimi  təqdim olunur və  bu sevinc 



anınıda riqqətə gələn ürəklər gözlərdən sevinc yaşları axıdır.  

 

Şeirin digər bəndlərində də bu ruh halını şahidi oluruq: 



Den

ən, qadan alım, Bakıdırmı burası? 

Bir ömür ür

əyimndə qanayıbdır yarası,  

H

əsrət çəkən qəlbimin qovuşmaqdır çarası,  



H

əyatıma təzədən bağışladı təzə can,  

Bir yanda m

ən ağladım, bir yanda Azərbaycan.  

 

H

ər daşında tarixin silinməz izi qalıb,  



H

ər qarış toprağında həsrətin gözü qalıb.  

Ür

əyimdə qövr edən dərin bir sızı qalıb,  



Qarabağı düşündüm, gözlərimə doldu qan,  

Bir yanda m

ən ağladım, bir yanda Azərbaycan. (5) 

 

Bu  misraların  hər birində  A.  İnaltəkinin ürəyinin bir nəbz  atışı  var.  Hər 



misrada Az

ərbaycan dikəlir,  boy göstərir.  Bu,  həm də  şairin  ürəyinin  şeirlərdəki 

m

ənzərəsidir. Bu şeirlərin hər birində Abdulkadir İnaltəkinin Azərbaycaa, Azərba-



ycan xalqına olan sevgisi, Azərbaycan dərdlərinə olan yanğısı var. Bu da təbiidir. 

Çünki Abdulkadir İnaltəkin bir Azərbaycan sevdalısıdır. Və onun şeirlərində Azər-

baycan sevgisi bundan sonra da yeni-yeni misrlarla, fikirl

ərlə, duyğularla qarşımıza 

çıxacaq.  

 



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə