Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə239/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   235   236   237   238   239   240   241   242   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

518 



городу Сараю, расположенному в низовье Волги (Сарай-Бату)» (5, 228, глава 

CCXXI), (6, 43-47). 

Адам Олеари (1603-1671), которого можно считать преемником Марко 

Поло, также даёт интересную информацию относительно нашей истории. Он 

побывал в Дербенте, описал город и традиции, культуру местного населения. 

Адам  Олеари  о  могиле Деде  Коркуда  повествует  как  о  святилище.  Следует 

отметить,  что  недавно  на  основании  координат,  данных  Адамом  Олеари, 

была обнаружена указанная могила. 

Таким образом, путевые записи Марко Поло, непосредственно познако-

мившегося  с  образом  жизни  многих  восточных  и  европейских  народов  во 

время своих долгих странствований, свидетельствуют о том, что в XIII веке 

ремесленничество,  торговля  наших  предков  широко  развивалась,  Азербай-

джанский народ занимал достойное место в процессе исторического развития 

(2, 11). 

Путевые записи Марко Поло представляют собой ценнейший источник 

информации и имеют колоссальное значение для изучения истории народов 

тюркского мира, в том числе и Азербайджана. 

 

ЛИТЕРАТУРЫ 

1.

 



Мирошникова,  В.В.  Мирошников  В.В.,  100  знаменитых  путешественников. 

Харьков, «Фолио», 2004; 

2.

 

Məmmədov, Yaqub. Səyyahlar Azərbaycana gəlir. Bakı, Gənclik, 1977; 



3.

 

Харт,  Г.Венецианец  Марко  Поло  (Пер.  с  англ.  Н.В.Банникова).  Москва,  Изда-



тельство иностранной литературы, 1956; 

4.

 



Марко  Поло  Путешествıе  въ  1286  году  по  Татарıи  и  другимъ  странамъ  Востока 

венецıанскаго  дворянина  Марко  Поло,  прозваннаго  миллıонеромъ.  Три  части. 

Санктпетербургъ, Типографiя П.П.Меркульева, 1873; 

5.

 



Книга  Марко  Поло  (Пер.  старофранцузского  текста  И.П.Минаева,  редакция  и 

вступительная статья И.П.Магидовича). Москва, Государственное издательство 

Географической литературы, 1956; 

6.

 



Şklovski, V. Səyyah Marko Polo. Tarixi povest. 

7.

 



Майнк,  Вили.  Удивительные  приключения  Марко  Поло.  Москва,  Государствен-

ное издательство детской литературы министерства просвещения РСФСР, 1963. 

 

 



AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

519 



XV ƏSRDƏ AZƏRBAYCANDA OLMUŞ SƏYYAHLARIN 

“SƏYAHƏTNAMƏLƏR”INDƏ ŞIRVAN ŞƏHƏRLƏRI 

 

Мübariz Ağalarlı 

(AMEA / 

Azərbaycan) 

 

XV əsrdə geosiyasi baxımdan Azərbaycanın əhəmiyyətli bölgələrindən biri 

olan  Şirvan  bölgəsi  istər  siyasi,  istərsə  də  iqtisadi  baxımdan  özünün  inkişaf 

dövrünü yaşayırdı. Şirvan bölgəsi, Azərbaycanın Kür çayından şimal- şərq ərazilə-

rini  əhatə edən,  Azərbaycan  dövlətlərindən  biri  olan Şirvanşahlar  dövlətinin  əsas 

hissəsini təşkil edirdi. Bu dövrdə Azərbaycanın qədim şəhərlərindən hesab olunan 

Bakı,  Şamaxı,  Dərbənd,  Şabran,  Mahmudabad  şəhərləri  Şirvanşahlar  dövlətinin 

əsas siyasi və ticarət mərkəzləri hesab olunurdu. 

Bu  dövrdə  Şirvan  şəhərlərinin  coğrafi  mövqeyi,  siyasi  və  sosial-iqtisadi 

həyatı,  həmçinin  yerli  əhalinin  etnik  mənsubiyyəti  haqqında  əcnəbi  səyyahlar, 

xüsusilə  də  Venesiyalı  elçi  və  səyyahlar  öz  “Səyahətnamə”lərində  maraqlı 

məlumatlar vermişlər. 

XV əsr Şirvan şəhərləri haqqında geniş məlumat verən səyyahlar içərisində 

Venesiya səyyahı Giovanni Maria Angiolello mühüm yer tutur.  

Azərbaycan Səfəvilər dövlətinin yaranması ərəfəsində Azərbaycanda olmuş 

(1499-


1515)  bu  səyyah  I  Şah  İsmayılın  Şirvana  yürüşlərində  iştirak  etmiş  və  bu 

bölgə haqqında maraqlı məlumatlar vermişdir. 

Giovanni  Maria  Angiolello,  İsmayılın  Şirvana  I  yürüşü  (1500)  zamanı, 

qızılbaşların  ələ  keçirdikləri  şəhərlər  haqqında  məlumat  verərək  yazır:“  Beş  yüz 

piyada və süvari topladıqdan sonra Şamaxı tərəfindən axıb Xəzər Dənizinə tokülən 

K

ür  adlı  cayı  keçdilər  və  Şamaxı  istiqamətində  hərəkət  etdilər.  ..Bu  döyüşdə 



Şamaxı  hökmdarı  məğlub  oldu  və  əsir  düşdü.  İsmail  onu  bağışladı.  Şirvan 

ölkəsindəki qalaların çoxunu fəth etdi. ” (7, s. 78). 

Venesiyalı  səyyah  I  Şah  İsmayılın  Şirvana  II  yürüşü  (1509)  zamanı  bu 

bölgənin siyasi coğrafiyası haqqında daha geniş məlumatlar verir: “ İsmayıl (I Şah 

İsmayıl) Dədə bəy (Dalabec) və Bayram bəy (Bairabac) adlı sərdarlarını Şamaxılı-

larla savaşmaq üçün göndərdi. Bu iki sərdar ora çatanda şəhərin (Şamaxı) boşaldıl-

dığını gördülər. Şirvanşah isə bir dağın üstündə inşa edilmiş böyük və möhtəşəm 

bir qala olan Gülüstan (Culustan) qalasına qaçmışdır. Şah İsmayılın bu iki sərdarı 

şəhərdən  yarım  mil  məsafədə  olan  Gülüstan  qalasına  hücum  etdilər.  Amma  bu 

qalanı tuta bilmədilər. Çünki mühəndisləri və topçuları yox idi....” (7, s. 90). 

Bu yürüş zamanı Qarabağda I Şah İsmayılın hərbi düşərgəsində olan səyyah 

səfəvilərin  Dərbənd  istiqamətində  yürüşülərini  davam  etdirdiyini  qeyd  edir  və 

Şirvan  şəhərlərinin,  o  cümlədən  Şamaxının  coğrafi  mövqeyi  haqqında  ətraflı 

məlumat verərək yazır: “ ... Bu əsnada Şah, Kanardan (Qarabag bölgəsində qala) 

ayrılıb Xəzər dənizinin kənarında yer alan və Təbrizlə səkkiz günlük yol məsafə-

sində olan Mahmudabad qalasına getdi. Qalanı fəth edib çoxlu qənimət ələ keçirdi. 

Sonra Şirvan ölkəsinin digər qalalarını almaq üçün sahil boyunca irəlilədi. Mahmu-

da

bad Dərbənddən sahil boyu yeddi günlük yol məsafəsində yerlışir. Bu iki şəhər 



ara

sında  çoxlu  qala  və  şəhərlər  var.  Mahmudabaddan  Şamaxıya  isə  bir  günlük 

yoldur” (7, s. 90). 



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə