Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə240/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   236   237   238   239   240   241   242   243   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

520 



Səfəvilərin bu yürüşündə iştirak edən Venesiya səyyahı eyni zamanda Bakı 

şəhəri və Xəzər dənizi haqqında da maraqlı məlumatlar verir: “ Yolçuluq əsnasında 

Mahmudabada (Mahmutaga) dörd günlük və Şamaxıya iki günlük yol məsafəsində 

olan 


Bakara  (Baccara) adlı  bir  yerə çatdıq.  Buraya  Bakı  da  (Baccus)  deyirlər  və 

Təbriz  şəhərinin  limanlarından  biri  sayılır.  Böyük  bir  limanı  olan  bu  şəhər  antik 

dövrlərin ən önəmli sahil şəhərlərindən biridir. Buraya başqaları Xəzər dağlarının 

adına uyğun olaraq Xəzər dənizi (Caspian) deyirlərsə də, bu şəhərin adı ilə Bakı 

dənizi də adlandırırlar. Bəziləri isə Hirkanilərin adı ilə Hirkan dənizi deyirlər (7, s. 

90). 


Venesiyalı  səyyah  eyni  zamanda  Bakı  şəhərindən  bir  günlük  məsafədə 

yerləşən Sireç adlı bir qala haqqında da məlumat verir: “ Bakının bir günlük yol 

uzaqlığında, bir dağın üzərində inşa edilmiş Sireç adlı bir qala var..” (7, s. 90). 

Bu  dövrdə  Azərbaycanda  olan  digər  bir  Venesiya  səyyahı,  adı  məlum 

olmayan  Venesuyalı  bir  Tacir  də  Şirvan  şəhərləri  haqqında  maraqlı  məlumatlar 

verir. O, I Şah İsmayılın II Şirvan səfərində (1509) iştirak etmiş və bu bölgə haq-

qında  geniş  məlumatlar  toplamışdır.  Bu  barədə  o,  öz  “Səyahətnamə”sində  yazır: 

“Şeyx İsmayıl 1507-ci ildə Qaramana gəldiyində təsadüfən mən də onun ordusunda 

Ərzincanda idim. Şirvan ölkəsi və Şamaxı ilə savaşdığı zaman mən də orda idim. 

Səfərimin məqsədinə gəlincə... Bir müddət qaldığım və ticarətlə məşğul olduğum 

Hələb-Təbriz yolu arasında yerləşən, Təbrizdən Xəzər dənizinin sahilləri boyunca 

və Dərbəndə qədər bütün ölkələr, şəhərlər, qalalar haqqında məlumat verəcəyəm” 

(7, s. 126-127). 

Qeyd  etdiyimiz  kimi  Venesiyalı  Anonim  Tacir  də  Giovanni  Maria  Ang-

iolello kimi Sah İsmayılın Şirvana yürüşərində iştirak etmiş və bu bölgənin şəhər 

və qalaları, həmçinin Bakı və Şamaxı şəhərlərinin siyasi coğrafiyası haqqında geniş 

məlumatlar vermişdir. O, öz “Səyahətnamə”sində yazır: “... İsmayıl Kanardan ayrı-

lıb  Mahmudabad  istiqamətində  getdi.  Buranın  əhalisi  müqavimət  göstərməyərək 

təslim oldular. Çünki keçən dəfə (I yürüş nəzərdə tutulur-müəllifdın) onun mərhə-

mətsizliyini görmüşdürlər... Sonra Şirvan ərazisindəki digər qalaları ələ keçirmək 

üçün dəniz sahili boyu irəliləməyə başladılar. Bu uzun sahil boyunca üç böyük şə-

hər və üç qala vardır. Birincisi, dənizə bir günlük məsafədə olan Şamaxıdır. Amma 

digər qalalar, yəni Mahmudabad və Dərbənd dənizin yaxınlığında yerləşirlər. ... İlk 

hücum edilən və Bakı adını daşıyan qala dərhal təslim oldu... “ (7,s. 210).  

Göründüyü  kimi,  Azərbaycanın  şəhərləri  haqqında  hər  iki  venesiyalı 

səyyahın məlumatları əsasən üst-üstə düşür. 

XV  əsrin  II  yarısında  Azərbaycanda  Venesiyanın  rəsmi  elçisi  vəzifəsinə 

təyin  olunan  Katerino  Zeno  da  Azərbaycanda  baş  verən  siyasi  hadisələr,  Ağqo-

yunlu hakimiyyətinin beynəlxalq əıaqələri və Azərbaycan-Venesiya münasibətləri 

ilə  bağlı  qiymətli  məlumatlar  verməklə  yanaşı,  bu  dövrdə  Azərbaycan  xalqının 

sosial-

iqtisadi həyatı ilə də yaxından tanış olmuş və bu barədə maraqlı məlumatlar 



vermişdir.  

Katerino  Zeno  da  öz  həmvətənləri  kimi  Bakı,  Şamaxı  şəhərləri  haqqında 

geniş  məlumatlar  vermiş,  Bakının  bir  liman  şəhəri  olaraq  beynəlxalq  ticarətdə 

oynadığı rolu xüsusi olaraq qeyd etmişdir: “Bu şəhər Bakı Dənizinin limanlarından 

birinin  kənarında  yerləşdiyindən  zəngin  bir  şəhərdir.  Buradan  Təbrizə  səkkiz 

günl


ük  yol  olub,  Mazandaran  və  digər  yerlərdən  Təbrizə,  Şamaxıya  və  digər 

yerlərə  göndərilmək  üçün  hazırlanmış  ticarət  malları  ilə  dolu  gəmilər  bu  limana 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

521 



gəlirlər” (3, s. 52). 

Venesiyanın  Ağqoyunlu  sarayındakı  elçilərindən  biri  olan  Ambrocco 

Kontarini də Bakı, Şamaxı şəhərləri haqqında, xüsusilə də bu şəhərlərin əhalisinin 

məşğuliyyəti, həyat tərzi, ipək istehsalı haqqında maraqlı məlumatlar verir. 

O,  öz  səyahətnaməsində  yazır:  “  1  noyabr  1475-ci  ildə  Midiya  hökmdarı 

Şirvanşaha  məxsus  şəhərlərdən  biri  olan  Şamaxıya  çatdıq.  Burada  Tolomana 

adlandırılan ipək parça ilə atlas parça toxunur. Bu şəhər Təbriz qədər böyük deyil, 

ancaq mənə görə hər baxımdan ondan daha yaxşıdır. Hər cür yemək növləri burada 

olduqca boldur..” (3, s. 108; 6, s. 161). 

Ambrocco Kontarini eyn

i  zamanda  bu  bölgənin  yerli  əhalisinin  qonaqpər-

vərliyi  haqqında  da  maraqlı  məlumatlar  verir:  “  ...  6 noyabrda  Dərbəndə  getmək 

üçün Şamaxıdan ayrıldıq. Dağları və düzənlikləri keçdiyimiz zaman türklərlə məs-

kun olan kəndlərdə qonaq qaldıq və bizə çox yaxşı qonaqpərvərlik göstərdilər...” 

(3, s. 109). 

Venesiyalı elçi eyni zamanda Xəzər dənizi və bu dənizin faunası haqqında 

da  məlumatlar  vermişdir:  “  ...  Xəzər  dənizi  olduqca  böyük  olub  çıxışı  yoxdur. 

Dərinliyinə  və  böyüklüyünə  görə  Qara  dəniz  qədər  olduğunu  deyirlər.  Çox 

miqdarda “morone” və kürü ovlanır. Lakin əhali başqa balıqları ovlamağı bacarmır. 

Bu dənizdə çoxlu sayda köpək balığına oxşayan balıqlar da vardır. Xəzər dənizində 

təxminən  bir  yarım  “braccio”  ölçüsündə  başqa  bir  balıq  növü  ovlanır.  Bu  balıq 

y

uvarlaq olub başı və bədəni görsənmir. Bu balıqdan bütün ölkədə istifadə olunan 



bir  növ  içki  əldə  edirlər.  Ondan  lampa  yağı  hazırlayır  və  dəvələri  yağlamaqda 

istifadə edirlər” (3, s. 109). 

Tarixçi  Sara  Aşurbəylinin  fikrincə,  Ambrocco  Kontarini  Xəzər  dənizində 

olan suitilər haqqında məlumat verir və onların piyindən çıraqlarda işlədilən yağ və 

dəvələrə sürtmək üçün məlhəm hazırlandığını qeyd edir (2, s. 96). 

Digər Venesiya səyyahı İosafat Barbaro öz “Səyahətnamə”sində Bakı nefti 

və  onun  müalicəvi  xüsusiyyətləri  haqqında  məlumat  verərək  yazır:  “  Dənizin  bu 

hissəsində Bakı deyilən şəhər – dənizin də adı onun adındandır,-  yanında isə bir 

dağ var. Həmin dağdan çox pis iyli qara yağ çıxır. Ondan gecələr çıraqları yandır-

maq üçün və ildə iki dəfə dəvələri yağlamaq üçün istifadə olunur (1, 337; 2, s. 96).  

Ümumiyyətlə,  XV  əsrdə  Azərbaycanda  olmuş  əcnəbi  elçi  və  səyyahlar 

Azərbaycan şəhərləri, o cümlədən Şirvan bölgəsində yerləşən (Bakı, Şamaxı, Dər-

bənd, Şabran, Mahmudabad) şəhərlər, bu şəhərlərin əhalisi, yerli əhalinin məşğu-

liyyəti, sosial-iqtisadi həyatı haqqında qiymətli məlumatlar vermişlər. 

 

ƏDƏBIYYAT. 

 

1.



 

Aşurbəyli S. Şirvanşahlar dövləti. Bakı: Azərnəşr, 1997, 408 s. 

2.

 

Aşurbəyli S. Bakı şəhərinin tarixi. Orta əsrlər dövrü.Bakı: Azərnəşr,1997,360 s. 



3.

 

Doğu’da Venedik Elçileri. Katerino Zeno ve Abrogio Contarini’nin Seyahetnameleri. 



İstanbul: Yeditepe Yayınevi, 2006, 144 s. 

4.

 



Mahmudov Y.M. S

əyyahlar, kəşflər, Azərbaycan. Bakı: Gənclik, 1985, 188 s. 

5.

 

Mahmudov Y.M. S



əyyahlar Azərbaycana gəlir. Bakı: Gənclik, 1977, 140 s. 

6.

 



Mahmudov Y.M. Az

ərbaycan diplomatiyası. Bakı: Təhsil, 2006, 416 s. 

7.

 

Sultanlar ve Savaşlar. Giovanni Maria Angiolello-Venedikli bir Tüccar ve Vincenzo 



D’

Alessandri’nin Seyahetnameleri. İstanbul: Yeditepe Yayınevi, 2007, 248 s. 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə