Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə243/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   239   240   241   242   243   244   245   246   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

527 



xanəndələr tərəfindən oxunduğunu irəli sürmüşdür: “Farsca şeiriyyatın bilicisidir. 

Şeiri yaxşı fəhm edir və qavrayır. Bəzən şeir nəzm etməklə məşğul olur. Musiqidə, 

ədvar,  qövl  (süita  –  N.M.)  və  əməl  (nəğmə  –  N.M.)  elmlərində  zəmanənin 

öndəgedənidir.  O  həzrətin  təsniflərinin  bəziləri  mütrüblər  arasında  məşhur  və 

məruf, saz əhli arasında dillər əzbəridir” [Türkman 2009: 715]. I Abbasın farsca və 

türkcə bəzi şeirləri məlumdur [Tərbiyət 1987: 17; Xəyal 2000: 101-104]. 

Səfəvilər sülaləsinin üzvləri ilə yanaşı, bəzi azərbaycanlı dövlət xadimləri də 

şairliklə  məşğul  olurdular.  Təbrizli  Xoca  Cəlaləddin  Məhəmməd  Keçəçi 

belələrindən  idi.  İsgəndər  bəy  onun  da  bir  rübaisini əsərinə  daxil  etmişdir. Xoca 

Cəlaləddin  I  Şah  İsmayılın  hakimiyyətinin  sonlarında,  1523-cü  ildə  ali  divanın 

vəziri  Mirzə  Şahhüseynin sui-qəsdə  qurban  getməsindən  sonra  bu  vəzifəyə  təyin 

olunmuşdu. Mirzə Şahhüseynlə dost olduğu üçün ali divana vəzir təyin olunduğu 

gün onun ölümü barədə bu rübaini demişdi:  

“Ey 


cahanın gözünün nuru, de, necə dözüm, 

Sən getdin, gecə kimi qara oldu gündüzüm. 

Sanki biz bir-

birinə bağlı iki şam idik, 

Əyyam səni öldürdü, mən də yanıram özüm”. 

I Şah Təhmasibin hakimiyyətinin əvvəlində Xoca Cəlaləddinlə şahın vəkili 

Div  sultan  Rumlunun  arasında  narazılıq  yaranmış  və  bu  səbəbdən  də  şair  vəzir 

edam edilmişdi [Türkman 2009: 338]. 

İsgəndər  bəy  Münşi Təbrizin  məşhur  Keçəçilər  nəslinin  dövlət  qulluğunda 

olan digər bir nümayəndəsinin – Xoca Əmir bəyin də şairlik bacarığını qeyd edir. 

Xoca 

Əmir bəy Keçəçi Təbrizi – Mir Zəkəriyya Keçəçinin (I Şah İsmayılın ilk 

vəziri olmuşdur – N.M.) qohumlarından olub, Əmir bəy Möhürdar [adı] ilə məşhur 

idi.  O,  qabiliy

yəti,  istedadı  və  fəziləti  özünə  şüar  etmiş  bir  kişi  idi.  Əvvəlcə 

möhürdar Qa

zı xan Təkəlünün vəziri olmuş, sonra bir müddət Xorasanda da vəzir 

ol

muşdu. Cəfr (falçılıq – N.M.), əedad (ədədlər – N.M.) və nirəncat (sehrbazlıq – 



N.M.) 

elmlərində böyük məharətə malik idi. O, günəşin qabağını tutmaqda ittiham 

olunub, bir 

müddət Ələmut qalasında məhbus edilmişdi. İsmayıl mirzə zamanında 

həbsdən nicat tapsa da, öz həyat vədəsini ölüm mələyinə tapşırdı (öldü – N.M.)” 

[Türkman  2009:  341].  İsgəndər  bəy  onun  özbək  hökmdarı  Übeydulla  xanla  bir 

deyişməsinə yer vermişdir. Belə ki, 1532-ci ildə Übeydulla xan qızılbaşların əlində 

olan Herat şəhərini mühasirə edən vaxt Xoca Əmir bəy də orada idi və o da şəhərdə 

mühasirədə  qalmışdı.  Xoca  Əmir  bəyin  şair  olduğunu  bilən  Übeydulla  xan  4 

beytlik  bir  şeir  yazıb  ona  göndərir.  Bu  kiçik  şeirdə  özbək  hökmdarı  şəhərin 

müdafiəçilərini hədələyir, onları lovğalıqda və cahillikdə ittiham edir, özünün nə 

qədər böyük bir hökmdar olduğunu xatırladır. Bu mənzum  müraciəti Xoca Əmir 

bəy  4  beytlik  şeirlə  cavablayır  və  öz  şeirində  Übeydulla  xanı  “boşboğaz” 

adlandırır,  ona  qarşı  təhqiramiz  ifadələr  işlətməkdən  çəkinmir  və  tezliklə  Şah 

Təhmasibin  gəlib  onu  cəzalandıracağını  bildirir.  Həqiqətən  də,  bir  müddət  sonra 

Səfəvi  şahı  öz  ordusu  ilə Xorasana  gəlmiş  və  Übeydulla  xan  Buxaraya  qaçmağa 

məcbur olmuşdu [Türkman 2009: 149-151].  

İsgəndər  bəy  öz  müasiri  olan  məşhur  Azərbaycan  naqqaşı,  şairi  və 

təzkirəçisi,  saray  kitabxanasının  müdiri,  “Sadiqi”  ədəbi  təxəllüsünə  malik  Sadıq 

bəy Əfşardan (1533-1610) geniş surətdə söz açmışdır. Sadiqinin tərcümeyi-halına 

dair mənbənin Tehran çapında olmayan bəzi təfərrüatlar Bakı əlyazmalarında yer 

almışdır: 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

528 



“Sadiqi  bəy  Əfşar  –  o,  əfşar  tayfasının  türklərindən  idi.  Özünəməxsus 

təbiətə  malik  olan  rəngarəng  bir  şəxs  idi.  Sadiqi  təxəllüsündən  istifadə  edirdi və 

cavanlığının  başlanğıcından  naqqaşlıq  üzrə  məşq  etməyin  zövqünü  tapıb, 

zəmanənin  nadiri  olan  Ustad  Müzəffər  Əlinin  yanında  gecə-gündüz  çalışmağı 

qərara aldı.  [Həmin  şəxs] onun  əhvalı  üzərində  qabiliyyət  və  tərəqqi  nişanələrini 

müşahidə edib, ona [naqqaşlığı] öyrətməyə səy göstərdi. [Sadiqi bəy] onun şagirdi 

olaraq,  kamillik  mərtəbəsinə  yüksəldi.  Bir  müddət  nəfsinin  qüruru  və  təbiətinin 

dikbaşlığı üzündən, naqqaşlıq işində uğurlu gələcəyin olmadığını və zəmanənin öz 

arzularına  uyğun  tərzdə  dövr  etmədiyini  düşünərək,  o  peşəni  tərk  etdi  və 

zahirpərəstlik  libasını  soyunub,  qələndərlər  zümrəsi  ilə  birlikdə  səyahət  etdi  və 

gəzib-dolaşdı. O vaxtlar Həmədan hakimi olan Əmir xan Mosullu onun halından 

xəbər  tutub,  onu  qələndərlik  libasından  çıxararaq,  öz  mülazimi  etdi  və  onunla 

insaniyyətçiliklə  davrandı.  O,  öz  türklüyünün  təbiətindən  və  öz  qızılbaşlığının 

ənənəsindən  irəli  gələn  igidlik  və  şücaət  iddiası  edib,  o  zamanın  şücaətlilərini 

utandırardı.  İsgəndər  şanlı  nəvvab  (Şah  Məhəmməd  Xudabəndə  –  N.M.) 

zamanında İsgəndər xan Əfşarın və onun qardaşı Bədr xanın mülazimətində olmuş 

və Astarabaddakı yaka türkmənlərinə qarşı döyüşdə dəlilik həddinə çatan igidliklər 

göstərmişdi. Amma heç vaxt naqqaşlıq peşəsindən əl çəkməmişdi. Axırda böyük 

bir tərəqqi edərək, əvəzsiz bir rəssam, incə qələmli bir naqqaş və misilsiz bir tərrah 

(yaxşı  eskiz,  layihə,  rəsm  çəkən  şəxs

 

– 

N.M.)  olmuşdu.  O,  məharətli  qələmi  ilə 



minlərlə bədii rəsm yaratmış, qabiliyyət və istedad zinəti ilə bəzənmiş, şairlik və 

söz  ustadlığı  yaraşığı  ilə  süslənmişdi.  Rəğbət  doğuran  qəsidələri,  qəzəlləri  və 

məsnəviləri  vardır”  [Türkman  2009:  367].  İsgəndər  bəy  Münşi,  Sadiqinin  döyüş 

barədə  yazdığı  bir  beyti  əsərinin  ilk  cildinin  iki  yerində  xatırlatmış  və  şairin  bu 

beytinə dəyər vermişdir: 

“Çəyirtkətək oxla dolanda hava, 

Həyat tarlasına səpildi bəla” [Türkman 2009: 139,367]. 

Burada Sadiqi müharibə zamanı havada uçuşan oxların döyüş meydanındakı 

cəngavərləri  öldürməsini  obrazlı  şəkildə  çəyirtkələrin  tarladakı  sünbülləri  məhv 

etməsi ilə müqayisə etmişdir. 

Lakin  Səfəvi  tarixçisi  Sadiqinin  naqqaşlıq  qabiliyyətini  şairliyindən  daha 

üstün  saymış  və  bu  üzdən  onun  tərcümeyi-halına  şairlərə  dair  fəsildə  deyil, 

naqqaşlardan  bəhs  edən  fəsildə  yer  ayırmışdır.  Müəllif  yazır:  “O,  (yəni  Sadiqi  – 

N.M.) bu fənnin (naqqaşlığın – N.M.) sənətkarları zümrəsindən olduğu üçün onun 

adı  şairlər  silki  daxilində  qeyd  olunmayacaq  və  onun  haqqında  yalnız  burada 

məlumat  verilməklə  kifayətləniləcəkdir.  O,  İsmayıl  mirzə  zamanında  kitabxana 

işçilərindən  idi.  Amma  Allahın  kölgəsi  olan  əlahəzrət  şah  (I  Abbas  –  N.M.) 

zamanında  o,  yüksək  dərəcəli  kitabdarlıq  mənsəbinə  təyin  edilib,  şəfqət  və 

mehribanlıqla əhatə olundu. Amma olduqca bədxasiyyət, lovğa və kəmhövsələ idi. 

Q

ılıqsızlığı,  kobudluğu  və  bədxasiyyətliliyi  ucbatından  heç  vaxt  nəfsani 



qərəzlərdən  rahatlıq  tapmazdı.  Həmişə  dostlarına  və  [digər]  insan  oğullarına 

münasibətdə  təbiətinə  uyğun  davranaraq,  pis  rəftarda  həddini  aşardı  və  onlar 

ləyaqət bazarında rəva görülməyən bu cür kasad malı ondan satın alardılar (yəni 

onlar onun ko

bud  rəftarına  dözməli  olurdular  –  N.M.).  O,  ayağını  dairədən  və 

insafdan kənara qoyaraq, hamıya münasibətdə qaba xasiyyət nümayiş etdirmək ba-

xımından ifrata varırdı. Məhz buna görə o, [şaha] yaxınlıqdan və yüksək mövqedən 

uzaqlaşdırıldı  və  yuxarıda  qeyd  olunmuş  xidmətdən  məhrum edildi. Amma 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə