Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə245/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   241   242   243   244   245   246   247   248   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

531 



dili olaraq işləndiyini bir daha sübut edir.  

Türkcə şeir yazan qızılbaşlardan biri də Şahqulu bəy Qürəba oğlu Rumlu 

olmuşdur. İsgəndər bəy onun bir rübaisini əsərinə daxil etmişdir:  

“Könlüm quşun ol nərgizi-fəttan apara

Kimdür ki, onun 

qəmzəsindən can apara?! 

Şeytan, şeytan dedikləri əgər bu olsa, 

Mən razıyam imanımı şeytan apara” [Türkman 2009: 592]. 

İsgəndər bəyin müasiri olan Sadiqi öz təzkirəsində “Qarpa oğlu” adlandırdığı 

Şahqulu  bəyin  yaradıcılığından  bəhs  etmiş  və  onun  türkcə  2  rübaisinə  yer 

vermişdir: 

“Ey badi-

səba, naməmi ol yarə yetir

Şərhi-dili-zarımı vəfadarə yetir. 

Dil m

üntəziri-vüsaldır Tanrı üçün, 



Öldüm yenə, ey Məsih, bir çarə yetir”. 

“Nə dərdi belə səbrü qərarım bardır, 

Nə xüd pərvayi-karü barım bardır. 

Rüsvalığıma nəsihət eylər nasih, 

Sanır ki, əlimdə ixtiyarım bardır” [Əfşar 2008: 146-147]. 

Şahqulu  bəy,  Şah Məhəmməd  Xudabəndənin  oğlu  Sultan  Həmzə  mirzənin 

(həyatı: 1566-1586) yaxın adamlarından idi. Adı çəkilən Səfəvi şahzadəsi türkdilli 

poeziyaya böyük önəm verirdi. Belə ki, Həmzə mirzə Səfəvi – Osmanlı müharibəsi 

dövründə  Şirvanda  qızılbaşlara  əsir  düşmüş  və  Ələmut  qalasında  həbsə  salınmış 

Krım şahzadəsi Qazı Gəray xanın 1585-ci ildə yazıb göndərdiyi bir türkcə qəzəlin 

müqabilində onu dərhal azad etmişdi. İsgəndər bəy bu barədə yazır: 

Şirvanda  qələbə  nişanəli  əsgərlər  tərəfindən  əsir  tutulan  və  Ələmut 



qalasında  məhbus  olan tatar  padşahzadəsi  Qazi  Gəray  xan  şairlik  peşəsinə  malik 

xoşsima  bir  cavan  idi  və  bacarığının,  istedadının  çoxluğu  ilə  tanınmışdı.  O,  tə-

şəkkür və mədh üslubunda türkcə bir qəzəl yazıb, Nəvvabi-Cahanbaninin (Həmzə 

mirzənin – N.M.) hüzuruna göndərmişdi. Həmin qəzəlin ilk beytləri bunlardır:  

Nəmiz bar, bir gədayuz, bir nəmd, bir buriyamız bar, 

Dəxi sultana layiq bir duayi-bi-riyamız bar. 

Əgərçi padişahın eyni birgə eyni-izzətdür, 

Vəli sultanımın dərgahına səbük ricamız bar”. 

Nəvvabi-Cahanbani  onun  söhbətinə  rəğbət  göstərərək,  onu  qaladan  çı-

xartdırdı” [Türkman 2009: 592]. 

Əsərin  bu  hissəsi  də  Tehran  nəşrinə  daxil  edilməmiş  və  Bakı  əlyazmaları 

əsasında tərcümə olunmuşdur.  

Beləliklə,  axtarışlarımıza  əsasən  deyə  bilərik  ki,  “Tarix-i  aləmara-yi 

Abbasi”nin  birinci  cildində  15  azərbaycanlı  şairin  adı  çəkilmişdir.  Bunların  13 

nəfəri  Səfəvi  dövründə,  xüsusən  də  XVI  əsrdə  yaşayıb-yaratmış  şairlərdir. 

Mənbədə  adları  çəkilən  azərbaycanlı  şairlərin  6-sı  əslən  Ərdəbildən  (Səfəvi 

nəslinin nümayəndələri), 3-ü Təbrizdən, 1-i Gəncədən, 1-i Şamaxıdandır, digər 4-ü 

isə  əfşar,  türkman,  təkəlü  və  rumlu  oymaqlarına  mənsubdur.  Haqqında  bəhs 

olunmuş şairlərin 4-ü peşəkar şair, 4-ü şah, 2-si şahzadə, 2-si vəzir, 2-si hərbçi və 

1-

i naqqaş olmuşdur. İsgəndər bəy Münşi əsərinin birinci cildində bu şairlərimizin 



şeirlərindən  cəmi  44  misraya  yer  vermişdir  ki,  bunların  da  8  misrası  türkcə,  36 

misrası isə farscadır. “Tarix-i aləmara-yi Abbasi”nin ilk cildi təkcə Azərbaycanın 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

532 



deyil, həm də bir sıra digər ölkələrin – İranın, Hindistanın, Orta Asiyanın və Krım 

türklərinin  ədəbiyyatının  XVI  əsrdəki  bəzi  nümayəndələrinin  yaradıcılığını 

öyrənmək üçün mənbə rolunu oynaya bilər.  

 

ƏDƏBİYYAT: 

1.

 



BROWNE, Edward Granville (1924). A History of Persian Literature in the 

Modern Times (A.D.1500-1924). Cambridge: Cambridge University Press, 490 p. 

2.

 



ƏFŞAR,  Sadiq  bəy  (2008).  Məcməül-xəvas  (müqayisəli  mətnin  tərtibi,  tərcümə, 

transfoneliterasiya, ön söz, izahlar və adlar göstəricisi: Ə.Bağırov). Bakı: Elm, 412 s. 

3.

 

ƏFŞAR,  Sadiq  bəy  (2010).  Şeirlər  (transfoneliterasiya  və  fotofaksimile).  Nəşrə 



hazırlayan: P.Ə.Kərimov. Bakı: Elm və Təhsil, 70+30 s. 

4.

 



ƏLİOĞLU,  Paşa  (2007).  “Şah  İsmayıl  Xətainin  nəvəsi  İbrahim  Mirzənin 

azərbaycanca şeirləri”, Ədəbiyyat qəzeti, 17 avqust, № 32. 

5.

 

XAQANİ,  Şirvani (1987). Seçilmiş  əsərləri  (tərtib  edəni  M.Sultanov;  ön  sözün 



müəllifi M.İbrahimov). Bakı: Yazıçı, 647 s. 

6.

 



XƏYAL, Sona (2000). Əlli yaşlı xəzinədən əlli məqalə. Bakı: Ünsiyyət, 144 s.  

7.

 



KƏNDLİ,  Qafar  (1964).  “Sadıq  bəy  Sadiqinin  həyat  və  yaradıcılığı  haqqında  bəzi 

qeydlər”, Azərbaycan ədəbiyyatı məsələləri. Bakı: Azərb. SSR EA nəşriyyatı, s.218-

239. 

8.

 



QASIMLI, Məhərrəm (2002). Şah İsmayıl Xətayinin poeziyası. Bakı: Elm, 175 s. 

9.

 



MƏMMƏDOV, Əzizağa (1988). Şah İsmayıl Xətai. Bakı: Yazıçı, 160 s. 

10.


 

MƏMMƏDOVA,  Şükufə  (1991).  “Xülasət  ət-təvarix”  Azərbaycan  tarixinin 



mənbəyi kimi. Bakı: Elm, 120 s. 

11.


 

MURADOVA,  Məntiqə  (1999).  Sadıq  bəy  Sadiqinin  həyat  və  yaradıcılığı.  Bakı: 

Elm, 140 s. 

12.


 

MUSALI, Vüsalə (2007). XV-XVII əsr türk təzkirəçiliyi. Bakı: Nurlan, 270 s. 

13.

 

MÜMTAZ, Salman (2006). Az



ərbaycan ədəbiyyatının qaynaqları. Bakı: Avrasiya 

Press, 440 s. 

14.

 

TƏRBİYƏT,  Məhəmmədəli  (1987).  Danişməndani-Azərbaycan:  Azərbaycanın 



görkəmli elm, sənət adamları (fars dilindən tərcümə edənlər: İ.Şəms, Q.Kəndli). Bakı: 

Azərnəşr, 464 s. 

15.

 

TÜRKMAN,  İsgəndər  bəy  Münşi  (2009).  Tarix-i  aləmara-yi Abbasi.  I cild 



(farscadan  tərcümənin,  ön  sözün,  şərhlərin  və  göstəricilərin  müəllifləri: 

O.Ə.Əfəndiyev və N.S.Musalı). Bakı: Təhsil, 792 s. 

16.

 

АЛИЕВ, Рустам (1991). Низами Гянджеви. Баку: Язычы, 128 с. 



17.

 

РАХМАНИ, Абулгасан (1960). «Тарих-и алам ара-йи Аббаси» как источник 



по истории Азербайджана. Баку: Издательство АН Азерб. ССР, 192 c. 

 

 



AZERBAIJANI LITERATURE OF THE XVI CENTURY ACCORDING TO 

“TARIKH-I ALAMARA-YI ABBASI” 

 

Summary 

 

Iskender Bey Munshi Turkman (1560/61-1634) is the famous Azeri author of 

the 

Safavid period who worked as a historian and secretary in the court of Shah Abbas I. He is 



the writer of “Tarikh-i alamara-yi Abbasi” (“The World-Adorning History of Abbas”) 

which consists of three volumes. The first volume of this work was mainly involved in the 

activities of Safavid ancestors and reigning times of the first four Safavid shahs. The last 

two volumes were devoted to the reign of Shah Abbas I (1587-1629). The first volume of 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə