Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə244/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   240   241   242   243   244   245   246   247   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

529 



həyatının  axır  günlərinədək  onun  mənsəbi  əlindən  alınmadı  və  o,  ali  divandan 

kitabdarlıq [vəzifəsinin] məvacibini almaqda davam etdi” [Türkman 2009: 368]. 

Sadiqinin həyat və yaradıcılığı respublikamızda geniş şəkildə tədqiq edilmiş, 

onun “Qanunüs-

süvər” və “Məcməül-xəvas” əsərləri Bakıda nəşr edilmişdir [Kənd-

li  1964;  Muradova  1999;  Əfşar  2008;  Musalı  2007:  165-170].  Sadiqinin  türkcə 

şeirləri  AMEA  Əlyazmalar  İnstitutu  tərəfindən  çap  olunmuşdur.  Şairin  türkcə 

şeirlər toplusu 5 qəsidədən, 40 qəzəldən, 1 saqinamədən, 1 məsnəvi formalı şeir-

dən, 1 tərkibbənddən və 1 qitədən ibarətdir və cəmi 478 beytdir [Əfşar 2010: 8]. 

Azərbaycanın türk tayfalarına mənsub şairlərdən biri də Qasım bəy Halətidir 

(vəfatı: 1591/92): 

“Qasım bəy Haləti – o, əslən türkdür və türkman oymağına mənsubdur. Rey 

vilayətində  anadan  olmuş  və  Tehran  şəhərində  yaşamışdır.  Bir  müddət  Qəzvində 

fazillərin və alimlərin yanında elmləri öyrənmişdi. Söz ustadlığı sahəsində özünü 

tay-


tuşlarından üstün sayardı. Qəsidələr və qəzəllər yazmışdır. Mirzə Salmanı (baş 

vəzir  idi  –  N.M.)  və  Müseyib  xanı  (təkəlü  tayfasının  başçısı  idi  –  N.M.)  mədh 

edərdi. Bu beytləri qocalıb əldən düşdüyü vaxt qələmə almışdır: 

Əsalı qocayam, qalmışam naçar, 

İldən-ilə ömrüm olur ahu-zar. 

Baxışım dumanlı, əllərim titrək

Gözüm zəif, ayağımda ağrılar” [Türkman 2009: 385]. 

Qasım bəy Halətinin tərcümeyi-halına və yaradıcılığına “Tarix-i aləmara-yi 

Abbasi”nin şairlərdən bəhs edən fəslində yer verilmişdir. Bu fəsil “Cənnətməkan 

şahın (I Təhmasibin – N.M.) vəfatı zamanı söz ustadlığı sahəsində çalışan şairlər 

təbəqəsi və nəzm sahibləri haqqında” adını daşıyır və struktur baxımından təzkirə 

səciyyəsinə malikdir. Orada 26 şair barəsində məlumat verilmişdir [Türkman 2009: 

371-

389]. Haləti buraya daxil edilmiş yeganə Azərbaycan türk şairidir. Əsərin bu 



hissəsində bəzi həmədanlı və qəzvinli şairlərdən də söz açılmışdır. Amma onların 

dəqiq surətdə Azərbaycan türkləri olub-olmadığı bəlli deyildir və bu üzdən də biz 

bu şairləri məqaləmizə daxil etmədik. 

Halətiyə  dair  məlumat  mənbənin  Tehran  nəşrində  yer  almamış  və  Bakı 

əlyazmaları  əsasında  tərcümə  edilmişdir.  Bu  şairimizin  yaradıcılığından  Sadiqi 

təzkirəsində  də  bəhs  edilmiş  və  onun  divan  bağladığı  bildirilmişdir  [Əfşar  2008: 

137].  

İsgəndər  bəy  Münşi  bəzi  hadisələri  qələmə  alarkən  əhvalatı  daha  dolğun 



şəkildə  təsvir  etmək  üçün  müasiri  olduğu  bəzi  azərbaycanlı  şairlərin  şeirlərinə 

müraciət etmişdir. Belə ki, o, 1585-ci ildə Osmanlı ordusunun hücumu nəticəsində 

Təbrizdə baş vermiş dağıntılardan bəhs edərkən təbrizli şair Vüquinin bir beytini 

misal gətirmişdir: 

“Xülasə,  sevinc  bəxş  edən  Təbriz  şəhəri  malik  olduğu  bütün  şadlıq  və 

şənliklə birlikdə viranə qalmış vəziyyətdə nəzərə gəlirdi. Onu müşahidə etməkdən 

könüllər  həyəcana  gəlir  və  hətta  daş  ürəkli  insanların  da  halı  pərişan  olurdu. 

Mövlana Vüqui Təbrizi o vəziyyətə münasib olaraq bu beyti deyibdir: 

Beyt 


Kərbəla hadisəsini dərdimə təskin verirəm, çünki, 

Təbrizə həsrət ürəyim Təbrizdən də viranədir” [Türkman 2009: 610].  

Mənbənin  Tehran  nəşrində  bu  şairin  təxəllüsü  Vüqui  əvəzinə  Füruği  deyə 

yazılmışdır.  Halbuki  təzkirəçilər  o  dövrdə  belə  bir  təbrizli  şairin  olduğunu  qeyd 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

530 



etməmişlər.  Biz  Bakı  əlyazmaları  əsasında  mətni  təshih  edərək,  onun  Vüqui 

olduğunu  müəyyənləşdirmişik.  Vüquinin  əsl  adı  Məhəmməd  Şərif  olmuş  və  o, 

1609-

cu ildə vəfat etmişdir. Vüquinin haqqında bir sıra təzkirələrdə, o cümlədən 



“Məcməül-xəvas”  və  “Danişməndan-i  Azərbaycan”  təzkirələrində  məlumat 

verilmişdir [Əfşar 2008: 227-228; Tərbiyət 1987: 60-61].  

Bəllidir  ki,  Səfəvilər  dövründə  türk  dilinin  əhəmiyyətinin  artması  ilə 

əlaqədar  olaraq,  türkdilli  poeziyaya  maraq  yüksəlir  və  bu  dildə  yazıb-yaradan 

şairlərin  də  sayı  durmadan  artırdı.  Onların  sırasında qızılbaş  oymaqlarından  olan 

şairlər  də  az  deyildi.  Dövrün  təzkirəçilərindən  Sam  mirzə  Səfəvi  və  Sadıq  bəy 

Əfşar  öz  əsərlərində  türk  şairlərinə  xüsusi  fəsillər  ayırmışlar  [Musalı  2007: 

148,167]. 

İsgəndər bəy Münşi də bir Azərbaycan türkü olaraq, öz xalqının doğma dildə 

yaratdığı poeziya nümunələrinə biganə qalmamışdır. O, bəzi tarixi hadisələri şərh 

edərkən qızılbaş tayfalarına mənsub olan şair əmirlərin türkcə misralarını əsərinə 

daxil etmişdir. Təkəlü oymağının başçısı Müseyib xan Şərəfəddinoğlunun 1580-

ci ildə Şah Məhəmməd Xudabəndəyə yazıb göndərdiyi türkcə rübai bu qəbildəndir. 

Belə ki, adlı-sanlı qızılbaş sərkərdələrindən olan Müseyib xan şahın bacısı Fatimə-

sultan xanımı sevirmiş və şahın bu xanımı ona ərə verəcəyini ümid edirmiş. Lakin 

onun bu ümidi puça çıxır. Şah öz bacısını onunla deyil, mosullu oymağının başçısı 

olan  Əmir  xanla  evləndirir.  Hələ  üstəlik,  bu  azmış  kimi,  Müseyib  xan  da  Əmir 

xanın solduşu təyin edilir. Toy üç gün  və üç  gecə davam edir. O zamankı adətə 

görə, toyu olan şəxsin sağduşu və solduşu da bu münasibətlə öz evində toy ziyafəti 

təşkil etməli və axırda bu ziyafətə toplanmış toy adamlarını hədiyyələrlə birlikdə 

toyu olan bəyin evinə göndərməli imiş. Ona görə də şahın sözündən çıxa bilməyən 

Müseyib xan öz evində Əmir xanla Fatimənin izdivacı üçün toy ziyafəti qurdurmalı 

olur. Amma axırda bütün bunlardan inciyən Müseyib xan türkcə bir rübai yazaraq 

şaha göndərir və çox yumşaq bir tonda öz giley-güzarını dilə gətirir. İsgəndər bəy 

bu barədə belə yazır: 

“Müseyib  xan  İsgəndər  şanlı  nəvvaba  (Şah  Məhəmməd  Xudabəndəyə  – 

N.M.)  yaxınlığı  cəhətdən  özünün  [şah  nəsli  ilə]  qohum  olmaq  mərtəbəsinə 

ucalmaqda  Əmir  xandan  daha  layiq  olduğunu  düşünürdü  və  səltənət  dənizinin 

pakizə  gövhərini  özü  ilə  bir  sapa  düzəcəklərini  gözləyirdi  (yəni  Fatimə-sultan 

xanımı  ona  verəcəklərini ümid edirdi –  N.M.).  Lakin  iş  elə  gətirdi  ki,  bəzi 

məsləhətlər üzündən onun bu arzusu baş tutmadı və bu böyük ərməğan Əmir xana 

nəsib oldu. Buna görə də sözügedən [solduş] toyunun təşkili ona təklif ediləndə o, 

əlini  gözünün  üstünə  qoyub  bu  təklifi  qəbul  etməsinə  və  hökmdarın  göstərişinə 

uyğun olan ləvazimatın tərtib olunması ilə məşğul olmasına baxmayaraq, bu türkcə 

rübaini deyib, İsgəndər şanlı nəvvabın hüzuruna göndərdi: 

Rübai 


Ey şahi-cahan, bi-əsər oldu diləyim

Tutdu 


qəm əli, ələm tikanı ətəyim. 

Yüz ildəki xidmətimlə dərgahında, 

Solduş əməyinə döndü axır əməyim” [Türkman 2009: 516-517]. 

Müseyib  xanın  şairliyindən  Sadiqi  təzkirəsində  də  bəhs  edilmişdir  [Əfşar 

2008:  41].  Amma  Sadiqidən  fərqli  olaraq,  İsgəndər  bəy  bu  xanın farsca deyil, 

türkcə  misralarına  yer  vermişdir.  Xanın  şaha  yazdığı  bu  kiçik  mənzum  müraciət 

həm də Səfəvilər dövründə türk dilinin yüksək dövlət xadimləri arasında yazışma 



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə