Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə242/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   238   239   240   241   242   243   244   245   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

525 



I Şah Abbasın saray tarixçisi və münşisi Səfəvilər dövründən çox-çox öncə 

(XII əsrdə) yaşamış Nizami və Xaqani kimi məşhur şairlərimizi xatırlatsa da, daha 

çox Səfəvi zamanının şairlərinə yer ayırmışdır. İsgəndər bəy XVI əsr Azərbaycan 

ədəbiyyatının  bir  sıra  nümayəndələrinin  həyat  və  fəaliyyətinə  dair  bilgilər 

verməkdədir.  O,  Şah  İsmayıl  Xətainin  (həyatı:  1487-1524;  hakimiyyəti:  1501-

1524) ədəbi yaradıcılığını yüksək qiymətləndirmişdir:  

“O həzrət (Şah İsmayıl – N.M.) şeir nəzm etməkdə ali təb sahibi idi. Amma 

türkcə şeir deməyə daha çox rəğbəti vardı. Təxəllüsü isə Xətai idi. Sultan Səlimlə 

müasir olduğundan Mövlana Ümidi bu şeirdə buna işarə etmişdir: 

Şeir 


Cah-calal 

evində qəzavü-qədər, 

İslimi, Xətai nəqşini çəkər” [Türkman 2009: 120]. 

Burada  adı  çəkilən  Mövlana  Ümidi  I  Şah  İsmayılın  müasiri  olmuş  bir 

tehranlı şairdir. Əsl adı Ərcəspdir. Onun 1519-1524-cü illər arasında öldüyü güman 

edilir [Browne 1924: 230-

233]. İslimi və Xətai nəqşləri orta əsrlər şərqində təsviri 

sənətin dəbdə olan yeddi növü sırasına aid edilən naxışlardır. Bundan əlavə, bəlli 

olduğu  kimi,  şeirlərini  daha  çox  farsca  yazan  Sultan  Səlimin  poetik  təxəllüsü 

İslimi,  əsasən  türkcə  yazıb-yaradan  Şah  İsmayılın  təxəllüsü  isə  Xətai  idi.  Şair 

Mövlana Ümidi burada b

ədii  maneradan  istifadə  etmiş,  “İslimi  nəqşi”  deyərkən 

Sultan Səlimi, “Xətai nəqşi” deyərkən isə Şah İsmayıl Xətaini nəzərdə tutmuşdur 

[Qasımlı 2002: 106-108]. 

Müəllif Səfəvilər xanədanının digər şair üzvləri haqqında da məlumat verir. 

Məsələn, o, II Şah İsmayılın (həyatı: 1537-1577; hakimiyyəti: 1576-1577) “Adili”, 

Şah  Məhəmməd  Xudabəndənin  (həyatı:  1531-1595;  hakimiyyəti:  1578-1587)  isə 

“Fəhmi”  təxəllüsü  ilə  şeirlər  yazdığını  qısa  şəkildə  bildirir  [Türkman  2009: 

279,420]. Amma İsgəndər bəy şair Səfəvilərin arasında daha çox I Şah İsmayılın 

oğlu  Bəhram  mirzənin  övladı  olan  və  “Cahi”  poetik  təxəllüsü  ilə  şeirlər  yazan 

İbrahim  mirzənin  (həyatı:  1543-1576)  ədəbiyyat  və  mədəniyyət  xadimi  kimi 

fəaliyyəti üzərində dayanır:  

“Bəhram  mirzənin  ikinci  oğlu  İbrahim  mirzədir.  Onun  anası  Şirvan  vi-

layətinin  əsilzadələrinə  mənsub  idi.  O,  cənnətməkan  şah  həzrətlərinin  (I  Şah 

Təhmasibin  –  N.M.) kürəkəni  idi  və  o  həzrətin  vəfatı  zamanı  ulu  dərgahda 

eşikağası  mənsəbi  ilə  əzizlənmiş  və  şərəflənmiş  bir  vəziyyətdə  idi.  O,  yüksək 

qabiliyyətə,  istedada,  ağıla  və  idraka  malik  idi  və  ali  dərəcəli  əmisinin  (I  Şah 

Təhmasibin  –  N.M.)  hüzurunda  əziz,  möhtərəm,  sözükeçən,  əhəmiyyətli,  rəyi 

dinlənən  və  məşvərətçi  bir  şəxs  idi.  Daha  sonra  qeyd  edəcəyimiz  kimi,  İsmayıl 

mirzənin  (II  Şah  İsmayılın  –  N.M.) zamanında  şəhidlik  şərbətini  nuş  etmişdir… 

Sözügedən  Sultan  İbrahim  mirzə  çeşidli  fəzilət  və  kamilliklərlə  bəzənmiş  və 

incəsənət fənləri ilə zinətlənmiş bir şəxs olub, zəmanənin istedad sahiblərindən idi. 

O, nəstəliq xətti ilə çox yaxşı yazırdı və incə qələmli bir müsəvvir (rəssam – N.M.) 

idi. Musiqi və ədvar (musiqi nəzəriyyəsi – N.M.) elmində zəmanənin öncülü idi. O, 

musiqi bəstələmək sahəsində Mövlana Qasım Qanuninin şagirdi olmuşdur. Yaxşı 

saz  çalardı.  Dülgərlik  etmək,  saz  yonmaq  və  mozaika  (“xatəmbəndi”)  yaratmaq 

sənətlərində böyük məharətə malik idi. Xorasanda olarkən əksər vaxtlarda şairlərlə, 

nəzm  və  bəlağət  sahibləri  ilə  söhbət  edərdi  və  özü  də  “Cahi”  təxəllüsü  ilə  şeir 

yazardı.  Ondan  aşiqanə  qəzəllər  qalmışdır.  O  cümlədən  bu  iki  məqtə  onun 

əhvalatını qələmə alarkən xatirimizə gəldi:  




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

526 



Qitə 

Getmək anı yetəndə yar gəlib çıxdı, Cahi, 

Gözünü aç ki, əgər görməyə taqət varsa.   

Qitə 


Min gecədən sonra ki, sən yarla görüşdün

Cahi, fürsətdir, gözünü ondan ayırma. 

Onun  yaratdığı  böyük  kitabxana[dakı  kitablar]  köhnə  ustadların  və  gözəl 

yazan xəttatların xətlərindən və misli-bərabəri olmayan qızıl qələmli müsəvvirlərin 

çəkdikləri təsvirlərdən ibarət idi. Onun mülkiyyətində çoxlu digər töhfələr də vardı. 

Onun çinixanası Çin və Xəta nigarxanalarını utandırırdı. [İbrahim] mirzənin [ölüm] 

hadisəsindən  sonra  onun  möhtərəm  hərəmi  o  əsərlərin  İsmayıl  mirzənin  əlinə 

keçməməsi üçün onların əksəriyyətini suya tökdü, çiniləri sındırdı, qalanlarına isə 

od vurdu və mirzənin matəmi üçün həddən artıq fəryad və fəğan qopardı. Axırda o, 

ahu-


zarının çoxluğu üzündən xəstələnib, yorğan-döşəyə düşdü və elə həmin ay fani 

dünyaya vida edib, əbədiyyət aləminə qovuşdu” [Türkman 2009: 300,423-424]. 

İbrahim mirzə Səfəvi, I Şah Təhmasib (hakimiyyəti: 1524-1576) zamanında 

əvvəlcə Məşhəd hakimi olmuş, daha sonra isə şah sarayında çalışmış, axırda II Şah 

İsmayılın  əmri  ilə  öldürülmüşdür.  Onun  təxminən  3  min  beytlik  divanı  vardı. 

Farsca  ilə  yanaşı  türkcə  də  şeirlər  yazmışdır  [Tərbiyət  1987:  162;  Məmmədova 

1991: 103-

104; Musalı 2007: 164]. Qeyd edək ki, onun türkcə aşıq şeiri formasında 

yazılmış  27  şeirini  Almaniyada  yaşayan  soydaşımız  M.Hüseyni  Tehranın  Saray 

Kitabxanasından aşkar etmiş və onların fotosurətini çıxararaq, AMEA Əlyazmalar 

İnstitutuna göndərmişdir. İbrahim mirzənin bu şeirlərindən bəzi örnəklər institutun 

direktor  müavini  P.Əlioğlu  (Kərimov)  tərəfindən  nəşr  edilmişdir  [Əlioğlu  2007]. 

Şair farsca şeirlərində Cahi təxəllüsündən istifadə etsə də, türkcə şeirlərini İbrahim 

imzası ilə yazmışdır: 

Şol zəmanənin cövründən, 



Könül, incinmə, səbr eylə. 

Əhli-aləmin tövründən,  

Könül, incinmə, səbr eylə. 

İbrahim der: ol sərvi-naz, 

Olmaz belə, məhrəmi-raz. 

Həqq kərimdir, böylə qalmaz

Könül, incinmə, səbr eylə” [Əlioğlu 2007]. 

Salnaməçi  Şah  Məhəmməd  Xudabəndənin  böyük  oğlu  Sultan  Həsən 



mirzənin  (həyatı:  1558-1576)  də  poeziyasından  qısaca  söz  açmış  və  onun  bir 

rübaisinə yer vermişdir:  

“Fəhm və fitrət cəhətdən bacarıqlı idi və təb sahibi idi. Bu rübai onun xoş 

niyyətli xatirindən doğmuşdur: 

Rübai 

O üzün ki, ba



dədən lalə bitibdir onda, 

Şərabın təsiriylə jalə bitibdir onda. 

O əl ki, bir piyalə alıbdır sənin əlindən, 

Torpağa dönsə də, piyalə bitibdir onda” [Türkman 2009: 282-283]. 

Sultan  Həsən  mirzənin  poeziyasından  bəhs  edən  Azərbaycan  təzkirəçisi 

Sadiqi də onun eyni rübaisini oxuculara təqdim etmişdir [Əfşar 2008: 35-36]. 

İsgəndər bəy Münşi I Şah Abbasın şairliyindən söz açmış, onun təsniflərinin 



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə