Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə241/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   237   238   239   240   241   242   243   244   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

522 



THE CITIES OF SHIRVAN IN THE “VOYAGE BOOKS” BY TRAVELERS 

WHO VISITED AZERBAIJAN IN THE FIFTEENTH CENTURY 

 

Summary 

 

In the fifteenth century, the Shirvan region, one of the important areas of 

Azerbaijan from the geopolitical standpoint, was strengthening both from political 

and economic points of view. During this period the territory of Shirvan consisted 

of the main part of the state Shirvanshah’s encompassing the territories of 

Azerbaijan from the Kur River in the south-eastern direction.  

In this period, the oldest cities of Azerbaijan –  Baku, Shamakhi, Darband, 

Shabran and Mahmudabad -- were considered the main political and trade centers. 

Both the foreign ambassadors and travelers and the local travelers / geography 

specialists who visited the region of Shirvan within the fifteenth century have 

provided information about these cities. 

The Venetian travelers visiting Azerbaijan in this period provided 

comprehensive information about the cities located in the Shirvan region (Baku, 

Darband, Mahmudabad, Shabran and Shamakhi) and their geographical position. 

The travelers / geographers: Giovanni Maria, Venetian Anonymous Trader, Iosafat 

Barbara, and Ambrazio Kontarini provided valuable information about the locals

their ethnic origin and connection with the Caspian Sea. 

Key words:  Shirvan region,  geopolitical standpoint,  the travelers / 

geographers, Baku, Shamakhi, Darband, Shabran and Mahmudabad 



  

 

 


AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

523 



“TARİX-İ ALƏMARA-Yİ ABBASİ” ƏSƏRİNDƏ XVI ƏSR 

AZƏRBAYCAN ƏDƏBİYYATI MƏSƏLƏLƏRİ 

 

Namiq Musalı 

(AMEA / 

Azərbaycan) 

 

İki  tarixi  əsərin  müəllifi  və  bir  rəsmi  sənədlər  toplusunun  tərtibçisi  olan 



görkəmli  Azərbaycan  tarixçisi  İsgəndər  bəy  Münşi  Türkman  (1560/61-1634) 

Səfəvi  hökmdarı  I  Şah  Abbasın  sarayında  xidmət  etmiş  və  dövlətin  sənədləşmə 

işlərini həyata keçirən böyük münşilərdən biri olmuşdur. Onun “Tarix-i aləmara-yi 

Abbasi”  (“Abbasın  dünyanı  bəzəyən  tarixi”)  əsəri  üç  cilddən  ibarətdir.  Əsərin 

birinci  cildi  əsas  etibarilə  Səfəvi  nəslinin  əcdadlarının  fəaliyyətini  və  ilk  dörd 

Səfəvi şahının zamanını əhatə edir. Sonrakı iki cild isə I Şah Abbasın hakimiyyəti 

dövrünün (1587-

1629) hadisələrinə aiddir. Bu tarixi mənbənin ilk cildi AMEA-nın 

müxbir üzvü O.Əfəndiyev və bu sətirlərin müəllifi tərəfindən müştərək surətdə fars 

dilindən  Azərbaycan  türkcəsinə  tərcümə  edilərək  nəşr  olunmuşdur  [Türkman 

2009]. Tərcümə zamanı “Tarix-i aləmara-yi Abbasi”nin birinci cildinin İrəc Əfşar 

tərəfindən hazırlanmış Tehran nəşri ilə yanaşı, AMEA M.Füzuli adına Əlyazmalar 

İnstitutunda mühafizə olunan S-129 və S-297 şifrəli iki ədəd tam və B-589 şifrəli 

bir  ədəd  natamam  əlyazma  nüsxəsindən  də  istifadə  edilmişdir.  Nəticədə,  Tehran 

nəşrində yol verilmiş bir sıra təhriflər və yanlışlıqlar Bakı nüsxələrinin köməyi ilə 

aradan  qaldırılmışdır.  Əsərin bu cildində  XVI  əsr  tariximizə  dair  bilgilərin 

verilməsi  ilə  yanaşı,  o  dövrün  Azərbaycan  ədəbiyyatı  haqqında  da  müəyyən 

məlumatlar yer almışdır. Hazırkı məqaləmizdə İsgəndər bəy Münşinin adı çəkilən 

əsərinin  materialları  əsasında  Azərbaycan  ədəbiyyatı  məsələləri  şərh  ediləcəkdir. 

Bəri başdan xatırlatmaq istərdik ki, qızılbaş əmirlərindən Müseyib xan Təkəlünün, 

Şahqulu  bəy  Rumlunun  və  Krım  şahzadəsi  Qazı  Gəray  xanın  hərəsinin  4  misra 

türkcə şeiri [Türkman 2009: 517,592] və Həzrət Əliyə aid edilən 6 misralıq ərəbcə 

şeir parçası [Türkman 2009: 488-489] istisna olmaqla, mənbənin birinci cildində 

əksini  tapmış  şeirlərin  hamısı  farscadır.  Hazırladığımız  kitabda  olduğu  kimi, 

məqaləmizdə də türkcə şeirlərin orijinal formasını, farsca şeirlərin isə tərcüməsini 

təqdim edəcəyik.  

“Tarix-

i aləmara-yi Abbasi” Səfəvi tarixini araşdıran yerli və əcnəbi tədqi-



q

atçıların  istinad  etdikləri  ən  mühüm  qaynaqlardan  biridir.  Azərbaycan  tarixçisi 

Ə.Ə.Rəhmani  hələ  yarım  əsr  öncə  bu  əsərin  Azərbaycan  tarixinin  mənbəyi  kimi 

əhəmiyyəti  haqqında  bir  monoqrafiya nəşr  etdirmişdir  [Raxmani 1960].  Eyni  za-

manda,  bəzi  ədəbiyyatşünas  alimlərimiz  də  İsgəndər  bəy  Münşinin  adı  çəkilən 

əsərinə nəzər salmış, ondan bəhrələnmişlər. Məsələn, S.Mümtaz Şah İsmayıl Xə-

tainin yaradıcılığına həsr etdiyi məqaləsində İsgəndər bəy Münşini “Kəşfüz-zünun” 

əsərini yazmış  məşhur Osmanlı müəllifi Katib Çələbi ilə müqayisə etmiş və onu 

“azəri  türklərinin  Katib  Çələbisi  mənzələsində  olan  İsgəndər  bəy  Münşi”  deyə 

səciyyələndirmişdir. Lakin bununla belə, S.Mümtaz İsgəndər bəyi Xətainin türkcə 

şeirlərindən nümunə vermədiyi üçün “öz milli ədəbiyyatına etinasızlıqda” ittiham 

etmişdir  [Mümtaz  2006:  316].  Ə.Məmmədov  və  M.Qasımlı  da  Xətainin  poezi-

yasını araşdırarkən “Tarix-i aləmara-yi Abbasi”yə müraciət etmişlər [Məmmədov 

1988: 42; Qasımlı 2002: 12]. Q.Kəndli və M.Muradova isə Sadıq bəy Əfşarın həyat 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

524 



və  yaradıcılığına  həsr  etdikləri  tədqiqatlarında  həmin  əsərdən  faydalanmışlar 

[Kəndli 1964: 220-224,227-228,231-232; Muradova 1999: 25,38,55,56]. 

İsgəndər bəy Münşi poeziya həvəskarı olmuş, orta əsr Şərq salnaməçiliyinin 

ənənələrinə uyğun olaraq, öz tarixi əsərində arabir şeir parçalarına yer vermişdir. 

Tarixçinin 

özünün  də  şairlik  qabiliyyəti  olmuş  və  bəzi  beytlərini  əsərinə  daxil 

etmişdir  [Raxmani 1960: 7]. Müəllif  xüsusən  də  dahi  Azərbaycan  şairi  Nizami 

Gəncəviyə  olan  vurğunluğunu  gizlətmir  və  bir  sıra  hallarda  öz fikrini qüv-

vətləndirmək  üçün  onun  hikmətli  beytlərinə  müraciət  edir.  Səfəvi  tarixçisi, 

Nizamini  “gəncəli  arif”  (“arif-i  Gəncəvi”)  kimi  xarakterizə  etmiş,  onu  “ariflərin 

seçkini olan adlı-sanlı söz ustadı Şeyx Nizami” adlandırmış və şairə Allahdan rəh-

mət diləmişdir [Türkman 2009: 28,318]. Salnaməçi hələ öz kitabının müqəddimə-

sində əsərin yazılmasının tarixçəsindən bəhs edərkən Nizami Gəncəvinin aşağıdakı 

beytlərini xatırlatmışdır: 

Sənin belə dəyərli incin olduğu halda, 



İnci bəyənənə ehtiyacın olacaq. 

Dəyərli sərvətin vardır, lakin, 

Bir 

kəs onu istəməsə, onun sənə nə faydası?!” [Türkman 2009: 28]. 



Özünün  etiraf  etdiyi  kimi,  Nizaminin  “Xəmsə”si  və  Firdovsinin  “Şahna-

mə”si İsgəndər bəy Münşi üçün ilham mənbəyi olmuşdur:  

Hökmdarları vəsf edən Firdovsi, 



Adlı-sanlılar kimi məşhur oldu. 

Əgər Nizami “Xəmsə”ni yazmasaydı, 

Onun 

adını heç yerdə heç kim xatırlamazdı” [Türkman 2009: 31]. 



Salnaməçi öz əsərinin şairlərdən söz açan fəslini məhz Nizaminin bir beyti 

ilə başlamışdır: 

“Ulu 

Tanrı insanlardan cərgələr qurdu, 



Peyğəmbərlərin ardınca şairlər durdu” [Türkman 2009: 318,371]. 

Müəllif öz dövrünün məşhur alimlərindən olan və İşraq təxəllüsü ilə şeirlər 

yazan Mir 

Məhəmməd Bağır Damaddan bəhs edərkən onun Nizami irsinin təsiri ilə 

poema  qələmə  aldığını  göstərmişdir:  “Doğru  deyən  dili  ilə  şeirlər  söyləyir.  Tə-

xəllüsü “İşraq”dır. Qəzəllər, qəsidələr və məsnəvilər yazmış, xüsusilə də Şeyx Ni-

zaminin “

Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) əsərinə nəzirə olaraq, özündə məna-

lar 

dənizini əks etdirən məsnəvi ərsəyə gətirmiş, söz ustadlığı ilə məşğul olmuşdur” 



[Türkman 2009: 318]

. İsgəndər bəyin bu məlumatı vəfatından yüz illər keçdikdən 

sonra da Nizami Gəncəvinin Şərq xalqlarının poeziyasına qüvvətli təsirini nümayiş 

etdirir.  Nizaminin  “Sirlər  xəzinəsi”  əsərinə  təkcə  fars  dilində  40-dan  çox  nəzirə 

yazıldığı məlumdur [Aliyev 1991: 128]. Yəqin ki, İşraqın nəzirəsi də bu əsərlərdən 

biridir. 

Salnaməçinin söz etdiyi əski şairlərimizdən bir digəri də Xaqani Şirvanidir. 

Müəllif  Şirvanşahların  şəcərəsini  sadalayarkən  III  Mənuçöhrün  (hakimiyyəti: 

1120-

1160)  “Xaqan  ləqəbi  ilə  məşhur  olduğunu”  bildirir  və  əlavə  edir:  “Xaqani 



onun  məddahı  olmuş  və  buna  görə  də  Xaqani  təxəllüsü  götürmüşdür”  [Türkman 

2009: 183]. Lakin burada İsgəndər bəyin Xaqanini sadəcə “məddah şair” kimi qiy-

m

ətləndirməsi ilə razılaşmaq mümkün deyildir. Çünki Xaqaninin poeziyası təkcə 



hökmdar  mədhiyyələrindən  ibarət  deyildir  və  burada  ictimai  problemlərin  qa-

bardılması  və  zəmanədən  şikayət  kimi  motivləri  özündə  təzahür  etdirən  çoxsaylı 

nümu

nələr də vardır [Xaqani 1987: 10-11,17,20].  




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə