Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   22   23   24   25   26   27   28   29   30

54 

 

beş  yüz  eküyə  satılır.  Tez-tez  belə  olur  ki,  bərk  hiddətlənmiş  canavarları 



sakitləşdirmək  üçün  çox  əziyyət  çəkirlər.  Bu  meydan  gündüzlər  də  boş  olmur.  O, 

gündüzlər  hər  cür  ərzaq  malları  və  qiyməti  az  olan  şeylərin  bazarına  çevrilir. 

Təbrizdə başqa bir böyük meydan da vardır. Bu meydan planda  Cəfər Paşa qalası 

adlanan,  dağıdılmış  qalanın  qarşısında  qeyd  edilmişdir.  Deyilənlərə  görə,  bu 

meydan qalanın  əməliyyat  meydanı olmuşdur.  Hazırda  sallaqxanaya  çevrilmişdir. 

Burda bütün iri heyvanları kəsir, dərisini soyur və şəhərin hər yerində satırlar. 

Təbrizin əhalisinin nə qədər olduğunu öyrənmək üçün çox səy göstərmişəm. 

Bununla  belə,  onu  dəqiq  öyrəndiyimə  əmin  deyiləm.  Lakin  belə  fikirləşirəm  ki, 

onun  əhalisinin  550  min  nəfərə  qədər  olduğunu  qətiyyətlə  demək  olar.  Şəhərin 

nəcib  adamlarının  çoxu  məni  inandırmaq  istədilər  ki,  onun  əhalisi  on  bir  yüz 

mindən (bir milyon yüz mindən—V. A.) də çoxdur. 

Orda olan xaricilərin sayı  həmişə  son dərəcə çox olur. Burda Asiyanın  hər 

yerindən gəlmiş xaricilər vardır, hansı növdən olursa-olsun, tapıla bilməyən malın 

olduğunu  xəyalıma  belə  gətirmirəm.  Şəhər  pambıq,  ipək  üzrə  sənətkarlarla  və 

zərgərlərlə  doludur.  Ən  yaxşı  fars  çalmaları  orda  hazırlanır.  Şəhərin  əsas 

tacirlərindən  eşitdim  ki,  hər  il  orada  altı  min  top  ipək  istehsal  edilir.  Bu  şəhərin 

ticarət yolları Səfəvi dövlətinin və Türkiyənin 

Səh.—321 hər yerinə, Moskvaya, Tatarıstana, Hind ölkələrinə və Qara dəniz 

hövzəsinə uzanır. 

Təbrizin havası soyuq və qurudur. Onun havasının əhval-ruhiyyəyə pis təsir 

etməsindən  qətiyyən  şikayətlənmək  olmaz.  Şəhər  üzü  şimala—ilin  doqquz  ayı 

zirvəsi  qarla  örtülü  olan  dağlarla  əhatə  edildiyindən  orda  soyuqlar  uzun  müddət 

davam  edir.  Demək  olar  ki,  orda  hər  axşam-səhər  külək  əsir.  Yay  müstəsna 

olmaqla,  tez-tez  yağışlar  yağır.  İlin  bütün  fəsillərində  onun  üzərində  duman 

görmək  olar.  O,  38  kn,  82°  uzunluq  dairəsində  yerləşir.  Orda  yaşayış  üçün  vacib 

olan hər şey boldur. Kifayət  qədər yaxşı və  ucuzdur. Xəzər dənizi Təbrizdən qırx 

lyö kənardadır. Təbrizə balıq Xəzərdən gətirilir. Dediyim kimi Acı çaydan da balıq 

tutulur. Lakin bu, suyun səviyyəsi aşağı düşən vaxtlarda olur. Bir livr çörək (qədim 

Fransada  təxminən  0,5  kq-a  bərabər  çəki  vahidi—V.  A.)  adətən  iki  liard 

qiymətində  olur.  Bir  livr  ət  isə  19  dönye  qiymətinədir.  Ev  quşları,  ov  quşları, 

meyvə, çaxır və azuqə istənilən qədər boldur. Tərəvəz, xüsusilə şüyüd (mərəçüyüd) 

pulsuzdur.  Yayda  xallı  maral  və  su  quşları  bol  olur,  farslar  ov  quşlarını  sevmir, 

xallı  marallar  və  digər  vəhşi  heyvanları  az-çox  ovlayırlar.  Dağlarda  həm  də 

qartallar  olur.  Nəcib  adamlar  (əsilzadələr—  V.  A.)  bu  quşu  qırğı  ilə  təqib  edirlər. 

Bu təqib çox maraqlı və cazibədardır. Qırğının qartalı tutmaq tərzi belədir ki, qırğı 

çox 

Səh.—322  yuxarıdan  uçaraq,  onun  üzərinə  sürətlə  şığıyır,  caynaqlarını 

qartalın böyrünə  keçirir, elə  hey uça-uça qanadları ilə  onun başına  vurur.  Hərdən 

belə  də  olur  ki,  qırğı  ilə  qartal  hər  ikisi  birlikdə  yerə  düşürlər.  Qırğılar  xallı 

maralları  da  bu  yolla  tutur,  onu  çox  asanlıqla  ovçulara  təslim  edirlər.  İndicə 




55 

 

deyəcəyim şey heç də bundan az maraqlı deyildir. Belə təsdiq edirlər ki, bu şəhərin 



ətraflarında  altmışdan  çox  üzüm  sortu  yetişdirilir.  Səfəvilərdə  Təbriz  bazarından 

daha  yaxşı  bazar,  Təbriz  əhalisindən  daha  firavan  və  daha  gözəl  yaşayan  əhali 

yoxdur. 

Şəhərin  ətraf  yerlərində  ağ  mərmər  hazırlayan  böyük  karxanalar  vardır. 

Orada  şəffaf  ağ  mərmər  növü  vardır.  Deyilənlərə  görə,  şəffaf  ağ  mərmər  yavaş-

yavaş  donan  mineral  bulaqların  suyundan  əmələ  gəlir.  Həmçinin  Təbrizin  lap 

yaxınlığında  iki  böyük  mədən-duz  və  qızıl  mədənləri  vardır.  Çoxdandır  ki,  qızıl 

mədəni işləmir, çünki onun verdiyi gəlir çəkilən xərci zorla ödəyir. Orda işləməyin 

heç  bir  faydası  olmadığı  barədə  xalqa  xəbərdarlıq  edilmişdi.  Burda  xeyli  mineral 

sular  var.  Bunlardan  ən  məşhuru  və  ən  gediş-gəliş  olanları  Təbrizin  yarım 

lyölüyündə olan Barınc (Narınc?—V.A) və onun altı lyölüyündəki Seyidkənddəki 

mineral  sulardır.  Bunlar  kükürdlü  sulardır.  Onların  arasında  soyuq  və  qaynar 

olanları vardır. 

Mən dünyada elə bir başqa şəhər tanımıram ki, mənşəyi və ilk adı barəsində 

müasir müəlliflər arasında bu qədər mübahisələrə səbəb olmuş olsun.  

Səh.—123.  Biz  onlardan  ən  məşhurlarının  fikirlərinə  isnad  edəcəyik. 

Farsların  bu  şəhəri  Təbriz,  Avropa  xalqlarının  isə  onu  Toris  adlandırdıqlarını 

əvvəlcədən demək lazım gəlir: bu, ancaq asanlıqla anlayış əldə etmək və ənənəyə 

sadiq  qalmaq  üçündür.  Teqzera,  Oleari  və  başqa  müəlliflər  belə  bir  fikri  müdafiə 

edirlər  ki,  Ptolemeyin  Asiyanın  beşinci  cədvəlində  Qabris  adlandırdığı  Təbriz 

şəhəridir. Onların iddia etdiyi kimi, yunan dilində bu, çox sadə bir dəyişmədir ki, 

«Q»  səsi  «T»  səsi  ilə  əvəz  edilmişdir.  Lenklaviüs,  Jov  və  Eton  bu  qədim 

coğrafiyaşünasın  (Ptolemeyin—V.  A.)  Tevra  yerinə  Terpa adlandırdığı  (sözdə  bir 

hərfin  yerinin  digər  hərflə  dəyişik  düşməsi  nəticəsində)  şəhərin  Təbriz  olduğunu 

iddia edirlər: lakin  məlum olduğu kimi, Tevra İrivanda, Təbriz  Midiyada  yerləşir. 

Bu iki ad heç bir vəchlə eyni bir şəhərin adına uyğun gələ bilməz. Şübhəsiz ki, bu 

müəllifləri adlardakı oxşarlıq çaşdırmışdır. Təbriz sözü fars sözüdür. Şəhərə bu ad 

hicri  165-ci  ildə  verilmişdir.  Bu  barədə  hələ  çox  geniş  danışacağıq.  Ptolemeyin 

məlumatı hicri 165-ci il tarixdən bir çox yüzilliklər əvvələ aiddir. İnanmaq lazımdır 

ki, Terva və Qabris Təbriz deyil, iki müxtəlif şəhərdir. Niger bu şəhəri Tiqranoma, 

başqa  müəlliflər  Tiqranokerta,  bəziləri  də  yazılı  mənbələrdə  məşhur  olan  Midiya 

Suzu  hesab  edirlər.  Digər  yazıçılar  belə  bir  fikri  müdafiə  edirlər  ki,  Esdrasın 

kitabında  Akmeta  və  ya  Amata  adlandırılan  şəhər Təbriz  şəhəridir. Elələri də  var 

ki,  Ptolemey  və  onun  tərcüməçisi  (şərhçi—V.  A)  kimi  onu  Assuriyaya  aparıb 

çıxarırlar.  Başqaları  da  Niger,  Sedren,  Eton  və  Kov  kimi  onu  səh.—324  İrivanda 

yerləşdirirlər. (Bu barədə deyilmişdir) Venetsiyalı Marko Polo onu Partlar ölkəsinə 

aid  edir.  Kalkondil  onu  daha  uzağa  apararaq,  əvvəllər  paytaxtı  Persepol  olan 

vilayətə  çıxarır.  Nəhayət,  bu  deyilənlər  fikir  yığınlarından  ibarət  qəribə  bir 

dolaşıqlıqdır.  Mənim  fikrimcə,  Ananidən  də  (Anani  Şirakatsi—V.  A.),  Ortelidən 

də, Qolintsdən də, Teqzeradan da, Valedən də, Atlasdan da və demək olar ki, bütün 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə