Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

50 

 

qədər həqiqətə bənzərdir ki, Aşşur oda sitayişdən və ya Xaldeyadan geri çəkildiyi 



üçün belə adlandı. O zaman Xaldeyanı odlar ölkəsi adlandırırdılar. Jenezin (varlıq 

haqqında  kitab—bibliyada:  Книга  бытия—V.A.)  11-ci  fəslində  və  bütün  qədim 

müəlliflərin  əsərlərində  yekdillikdə  Xaldeyanın  «Ur  ölkəsi»  və  ya  od  ölkəsi 

adlandığı  haqqında  məlumat  verilir.  Ptolemey  bu  ölkənin  bir  şəhərini  təsvir  edir, 

onu Urkoa (yəni «od yeri» və ya «od meydanı» adlandırır: «qa» («da») koa sözünü 

«qa») şəklində yazır, uzun və ya iki «a» ilə qurtarır, fars sözüdür, yer, «meydan», 

«kiçik yaşayış yeri» mənasındadır. Tərcüməçilərin və müəlliflərin tələffüzü dillərin 

müxtəlifliyi,  köçürənlərin  (kitabların  üzünü  köçürənlərin  —  katiblərin  —  V.  A.) 

savadsızlığı və səliqəsizliyi üzündən qədim adlar daha çox dəyişikliyə uğramışdır. 

Söhbət  qədim  adlarla  müasir  adları  tutuşdurmaqdan  gedirsə,  tamamilə  bir-birinə 

oxşamayan  adları  atmaq  lazım  deyildir.  İndicə  deyildiyi  kimi,  Azərbaycanı 

Suriyanın şimal hissəsi kimi, bu ölkənin paytaxtı Ardokbiqara kimi təsvir edənlərin 

yanıldığı  göz  qabağındadır.  Səfəvilər  onu  (Azərbaycanı—V.  A.)  üç  hissəyə 

bölürlər:  Azərbaycan,  Şirvan  və  Şamaxı.  Strabon  onu  «böyük»  və  «kiçik»  adı  ilə 

11-ci  kitabında  iki  hissəyə  bölür.  Ptolemey  və  başqa  məşhur  coğrafiyaşünaslar 

onda heç bir bölgü eləməmişlər. 

14. (14 aprel, 1673 V. A.). Qabaqkı günlərdə gəldiyimiz yol ilə beş lyö qət 

etdik. Həmin yol ilə təpələrlə dolu bir ölkədən keçdik. Yolun sol tərəfində yerləşən 

bu  böyük  düzəngahın  şimal-qərb  hissəsində  yerləşən  təpəliklər  bu  son  əsrlərdə 

Səfəvilər  və  türklər  (osmanlılar—V.  A.)  arasında  Səh.—313  qanlı  döyüşlər 

meydanına  çevrilmiş,  dəfələrlə  əldən-ələ  keçmişdir.  Böyük  İsmayıl  ilə  Böyük 

Süleymanın  oğlu  Səlim  arasındakı  razılaşmaya  əsasən  sərhəd  nişangahı  olaraq, 

oraya  adamlara  böyük  bir  daş  topası  yığışdırmışlar.  Yolumuz  Hülaküdə  qurtardı. 

Farslar  deyirlər  ki,  bu  yer  Asiyanın  bir  hissəsini  fəth  edib,  burda  şəhər  salan 

məşhur  tatar  şahzadəsi  Hülakünün  şərəfinə  belə  adlanmışdır.  Səfəvi-türk 

müharibələri onu xaraba qoymuşdur. 

15.  (15  aprel,  1673  V.  A).  Getdiyimiz  yol  dünənkindən  uzun  olmasa  da, 

daha  hamar,  daha  asan  idi.  Biz  Mərənddə  əyləndik.  Bu  iki  min  beş  yüz  evdən 

ibarət çox gözəl bir şəhərdir. Elə evlərin sayı qədər də bağ vardır. Bağların sahəsi 

evlərin  sahəsindən  daha  böyükdür.  O,  göründüyü  kimi,  bir  lyö  enində,  beş  lyö 

uzunluğunda  olan  çox  gözəl  və  çox  məhsuldar  bir  düzəngahın  qurtaracağında, 

kiçik bir dağın ətəyində yerləşir. Ortadan Zelulu adlanan kiçik bir çay axır. Ölkənin 

adamları  öz  yerləri  və  bağlarını  suvarmaq  üçün  ondan  saysız-hssabsız  arx 

çəkmişlər. Mərənd Naxçıvandan daha gözəldir, əhalisi də onun əhalisindən çoxdur. 

Orda  bütün  Midiyada  olduğundan  daha  yaxşı  və  daha  bol meyvə  yetişir.  Ona  xas 

olan  xüsusiyyət  bundan  ibarətdir  ki,  onun  ətraflarından  yayda  günəş  şir  bürcündə 

olanda səkkiz gün koşenil (qırmızı böcək—V. A) yığırlar. Ancaq orda koşenil lap 

az olur. Ölkənin adamları təsdiq edirlər ki, həmin vaxtdan qabaq koşenil yetişmir, 

gec olanda isə (onlar yarpaq üzərində çoxalırlar) yarpaq Səh.—314 açır, qurtarana 



51 

 

kimi qurd ölür. Farslar koşenili kərmis (qırmız—V. A.) adlandırırlar. Bu da kerm 



sözündən olub, qurd deməkdir. Çünki bu boyağı qurddan alırlar. 

Səfəvilərin  müşahidəsinə görə, Mərənd 37°50 dəq. en, 81° 15dəq. uzunluq 

dairəsində  yerləşir.  Onlar  belə  hesab  edirlər  ki,  Ptolemeyin  Mandaqarana 

adlandırdığı  şəhər  Mərənddir.  Plan  cızmaq  üçün  mənim  nəzərimdə  nə  o  qədər 

şöhrətli, nə də o qədər gözəl görünmədikləri üçün nə Naxçıvanın, nə də Mərəndin 

planını  cızdım.  Ermənilər  əfsanəyə  əsasən  belə  deyirlər  ki,  Nuh  Mərənddə  dəfn 

edilmişdir;  çünki  Mərənd  sözü  dəfn  etmək  mənasında  işlənən  bir  erməni  felindən 

törəmişdir.  Hava aydın olanda bu tufan patriarxının (tufan  allahı—V.A.)  gəmisini 

xilas  edən  dağ  Mərənddən  baxdıqda  görünür.  Ölkənin  adamları  təsdiq  edirlər  ki, 

göydə heç bir bulud olmayan vaxt həmin dağ Təbrizdən də görünür. 

16. (16 aprel, 1673 V. A.). Elə hey bəzi  yerlərdə bir-birinə  lap yaxınlaşan, 

lakin heç də bir-birinə bitişməyən dağların arası ilə dolana-dolana dörd lyö getdik. 

Səhər saat onda Sufiyana gəlib çatdıq. Sufiyan bol sulu və bağ-bağatlı düzəngahda 

tikilmiş  balaca  şəhərdir.  Onun  ərazisi  heyran  qalacaq  dərəcədə  məhsuldardır. 

Müəlliflər təsdiq edirlər ki, bu, Midiyanın qədim Sofiya şəhəridir. Başqa müəlliflər 

belə bir fikri müdafiə edirlər ki, Birinci İsmayıl Ərdəbili tərk edib, paytaxtı Təbrizə 

köçürərkən sufilər burada qalıb yaşadıqları üçün onu Sufiyan adlandırmışlar. 

Axşam  bu  nəcib  erməni  c.-b  Azari  (artıq  onun  haqqında  danışılıb)  mənim 

pasportlarım  və  zəmanət  məktublarımı  (onları  Gürcüstan  və  Ermənistan 

hökmdarlarından  almışdım)  götürüb  vaxt  itirməmək  üçün  qabağa  qaçdı.  Mən  ona 



Səh.—315  həmin  kağızları  Təbriz  gömrükxana  yoxlayıcısına  göstərməyi,  mənim 

adımdan  adamlarımla  bərabər  keçib  getdiyimə  icazə  verilməsi  üçün  əmr  verməyi 

ondan  xahiş  etməyi  tapşırmışdım.  Ertəsi  gün  tapşırığımın  layiqincə  yerinə 

yetirildiyini,  dağ  keçidlərindəki  məntəqələrə  (mən  də  bunu  arzu  edirdim)  lazımi 

əmr verildiyinin şahidi oldum. 

17-ci  günü  (aprelin  17-si,  1673  V.  A.)  əvvəlki  günlərdə  gəldiyimiz  yolla 

gözəl və son dərəcə barlı-bəhərli, hər yeri şumlanmış və çoxlu kiçik şəhərləri olan 

düzənliklərdən  keçib  Təbrizə  çatdıq.  İrivandan  Təbrizə  qədərki  yol  hər  biri 

təxminən  beş  min  addım  olan  53  fars  lyösinə  bərabərdir.  Bu  yolu  at  ilə  asanlıqla 

altı  günə  gedirlər.  Karvanlar  bu  yolu  on  iki  günə  qət  edirlər.  Adətəni  altı  və  ya 

yeddi  yüz  kiloqram  ağırlığında  yük  aparan  dəvələr  gündə  dörd  lyö  gedirlər.  Atlar 

və qatırlar adətən iki yüz iyirmi kilo yük götürür və üstündə adam olduqda beş-altı 

lyö qət edə bilirlər. 

Təbrizin  gözlərimiz  önündə  canlanan  mənzərəsi,  şübhəsiz,  onun  haqqında 

yüksək  ideya  yaradır.  Həqiqətən  də  bu,  böyük  və  nəhəng  şəhərdir.  Bu,  yerinə, 

böyüklüyünə,  zənginliyinə,  ticarətinə  və  əhalisinin  sayına  görə  Səfəvilərin  ikinci 

şəhəridir. O, Polibi, Diodor və Ptolemeyə isnad edib, müasir müəlliflərin Oront və 

ya  Baront  adlandırdıqları  dağın  (səhənd  Surxab  dağı  nəzərdə  tutulur—V.A.) 

ətəyindəki  düzəngahın  içərisində  yerləşir.  Xarici  görünüşü  çətin  və  qeyri-

simmetrik  olduğundan,  onu  aşağıdakı  plana  görə  təsvir  etmək  olar.  Onun  nə 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə