Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   22   23   24   25   26   27   28   29   30

56 

 

digər  coğrafiyaşünas  müəlliflərdən  də  Ptolemeyin  tərcüməçisi  və  şərhçisi  Mole 



daha  çox  haqlıdır. Moledən öyrənirik  ki,  Təbriz  müqəddəs  yazılarda  və  Asiyanın 

qədim  tarix  kitablarında  haqqında  daha  çox  danışılan  qədim  və  məşhur  Yekbatan 

şəhəridir.  Əgər  yanılmıramsa,  italiyalı  müəllif  Minadua  bunu  sübut  etmək  üçün 

aydın  elmi  əsər  yazmışdır.  Buna  əlavə  olaraq  qeyd  edirəm  ki,  qətiyyən  Təbrizdə 

onun  antikliyini  sübut  edən  abidələr,  Asiya  monarxlarının  yay  iqamətgahları  olan 

Yekbatanın ali sarayının qalıqları görünmür. Jozefin 10-cu kitabında dediyi və hələ 

onun  öz  dövründə  olduğunu  təsdiq  etdiyi  kimi  Midiya  şahlarının  mavzoleyinin 

olduğu  vaxtdan  xidmət  göstərən  Daniyelin  də  sarayının  qalıqları  qalmamışdır. 

Əgər bu cazibədar və ali saraylar salamat qalsaydılar belə, on altı əsri bundan əvvəl 

həmin yerdə Təbriz bina edildiyindən, yenə də oradakı xarabalıqlardan əsər-əlamət 

qalmazdı. Belə ki, bu şəhərin ətraflarında ancaq kərpic, torpaq və çaydaşı görünür 

ki, bunlardan da qədim Midiyada şah saraylarının tikintisində istifadə etmirdilər. 

Fars  tarixçiləri  yekdilliklə  Təbrizin  salınması  vaxtını  hicri  165-ci  ilə  aid 

edirlər,  lakin  digər  mülahizələrlə  qətiy  Səh.—325  yən  razılaşmırlar.  Onlardan 

bəziləri  Təbriz  şəhərinin  satılmasını  Bağdad  xəlifəsi  Harun-ər  Rəşidin  Zebd  əl 

Xatun (Zibeydə Xatun— V. A.) bu ad «xanımların gülü» mənasındadır) adlı arvadı 

ilə  əlaqələndirirlər.  Belə  danışırlar  ki,  Zibeydə  xatun  xəstələnib  ölüm  yatağına 

düşür,  midiyalı  bir  həkim  onu  az  bir  vaxtda  sağaldır.  Onu  nə  ilə  və  necə 

mükafatlandıracağını  düşünən  şahzadə  həkimə  deyir  ki,  mükafatı  özü  seçsin. 

Həkim  xahiş  edir  ki,  öz  ölkəsində  onun  şərəfinə  bir  şəhər  saldırsın.  Onun  arzusu 

böyük qayğı və səylə yerinə yetirilir. 

Bu  şəhərin  binasının  qoyulmasının  səbəbi  tibblə  bağlı  olduğundan,  onu 

Təbriz  adlandırır.  Bəzi  müəlliflərin  də  fikirləri  bir-birinə  oxşardır.  Onlar  deyirlər 

ki,  Harun-ər  Rəşidin  sərkərdəsi  Hülakü  xan  iki  il  günün  üç  hissəsini  isitmə 

xəstəliyi ilə keçirir və sağalmağa ümidini itirir. Hazırkı Təbrizin yerində tapdığı bir 

otun köməyi ilə tamamilə sağalır. Bu xoşbəxt təsadüfü əbədiləşdirmək üçün burada 

şəhər  tikdirir,  onu  Təbrist  adlandırır,  yəni  «qızdırma  çıxıb  getdi».  Belə  ki,  təb 

«qızdırma»,  rist  «rəftar»  felindən  əmələ  gəlib  «yola  düşmək»,  «çıxıb  getmək» 

mənasındadır,  təhrif  olunma  nəticəsində  Təbrist  yerinə  Təbriz  deyilir.  Əyalət 

intendenti  Mirzə  İbrahimin  oğlu  və  Səfəvilərdə  tayı-bərabəri  olmayan  nəcib 

alimlərdən  biri—Mirzə  Tahir  mənə  bu  şəhərin  etimologiyası  barədə  başqa  bir 

məlumat verdi. Ondan öyrəndim ki, şəhər tikilən vaxt, orada hava hədsiz dərəcədə 



Səh.—326  xoş  idi  və  isitməyə  tutulan  olmurdu.  Bu  xüsusiyyət  də  adamların  çox 

hissəsinin  diqqətini  cəlb  etmişdi.  Buna  görə  də  onu  Təbriz,  yəni  «qızdırma 

dağıdan»  adlandırmışlar.  Bu  əyan  (Mirzə  Tahir—V.A)  məni  əmin  etdi  ki, 

İsfahanda,  şah xəzinəsində  Xəlifə  Harun-ər Rəşidin arvadı  Zibeydə  Xatunun  üstü 

yazılı medalyonları vardır; Təbrizə yaxın bir şəhər olan Mərənddə qızıl və gümüş 

əşyalardan  başqa  qeyri-şeylər  də  tapılır.  Qədim  Midiya  şahlarının  möhüründə 

yunan yazıları və təsvirləri aşkar edilmişdir. Möhürdəki yazının Dəhyanus olduğu 

xatırlanır.  O,  (Mirzə  Tahir—V.A.)  məndən  Dəhyanusun  kim  olduğunu  bilib-




57 

 

bilmədiyimi soruşdu. Mən ona bu adı qətiyyən tanımadığımı dedim, lakin bu, hər 



halda Daranın adı ola bilərdi. 

Təbrizin  binası  qoyulandan  69  il  sonra  zəlzələdə  şəhər  tamamilə  yerlə-

yeksan  oldu.  Onu  Abbasilər  sülaləsindən  olan  Bağdad  xəlifəsi  Mütəvəkkili  bərpa 

etdirib böyütmüşdü. Bundan yüz doxsan il sonra səfər ayının 14-də birincidən daha 

şiddətli  olan  ikinci  zəlzələ  bir  gecədə  onu  xaraba  qoymuşdur.  Fars  coğrafiyaçısı 

belə məlumat verir ki, o zaman orda (Təbrizdə—V. A.) Əbu Tahir (mənası ədalət 

atası)  adlı  şirazlı  bir  münəccim  yaşayırdı.  O,  əvvəlcədən  demişdi  ki,  zəlzələ  hicri 

235-ci ildə xristian təqvimi ilə (849-cu ilə  müvafiqdir)  günəş əqrəb bürcünə daxil 

olan zaman baş verəcək və bütün şəhəri alt-üst edəcəkdir. Camaatın buna qətiyyən 

inanmaq  istəmədiyini  görüb,  hakimin  yanına  gəlib  təkid  etdi  ki,  zor  işlədərək 

hamını  şəhərdən  kənara  çıxarsın.  Hakim  bütün  bu  əyalətdə  xəlifənin  canişini 

Səh.—327  idi  və  onda  bu  münəccimin  mühakiməsinə  həmişə  böyük  inam  vardı. 

Axırda  onun  təkidləri  qarşısında  yumşaldı,  camaatı  çölə  çıxarmaq  üçün  əlindən 

gələni etdi, lakin camaat əvvəlcədən deyilmiş zəlzələyə qarşı görülən tədbirə qarşı 

çıxır,  hakimin  hərəkətində  gizlənən  bədxahlıqdan  şübhələnirdi.  Buna  görə  də 

şəhərdən  ancaq  adamların  yarısını  çıxara  bildilər.  Zəlzələ  həqiqətən  əvvəlcədən 

deyilmiş saatda baş verdi və bundan qırx min adam zərər çəkdi. O biri il, fars vitse 

kralı  Məhəmməd  Rudani  arədinin  oğlu  Əmir  Dineveron  şəhəri  əvvəl  olduğundan 

daha  gözəl  və  daha  böyük  şəkildə  bərpa  etdirmək  əmrini  aldı;  əmrdə  məşhur 

münəccim  Əbu  Tahirdən  hansı  bürc  altında  işləmək  lazım  olduğunu  öyrənmək 

göstərilirdi.  O,  əqrəb  bürcü  altında  işləməyi  lazım  bildi.  Yeni  şəhərdə  qətiyyən 

qorxulu  zəlzələ  olmayacağına  onları  əmin  etdi,  lakin  əvəzində  güclü  sel  təhlükəsi 

olduğunu  göstərdi.  Tarix  əlavə  edir  ki,  baş  verən  hadisələr  əvvəlcədən  deyilmiş 

fikrin  doğruluğunu  bütün  hallarda  sübut  etmişdir.  Təbriz  o vaxtkı  bərpadan  sonra 

çox böyük, məşhur və çiçəklənən şəhər olmuşdur. Təsdiq edirlər ki, 400 il bundan 

əvvəl  Sultan  Qazanın  hakimiyyəti  illərində  Təbrizin  eni  şimaldan  cənuba  Eyn-Əl 

dağından  (bu  barədə  danışmışıq)  onunla  üzbəüz  yerləşən  Çurandağa  qədər, 

uzunluğu isə Acı çaydan şəhərin iki lyölüyündə yerləşən Banincə qəsəbəsinə qədər 

olmuşdur.  Bu  şəhərdə  o  zaman  daha  çox  əhali  yaşadığını  sübut  etmək  üçün  onun 

başına necə dəhşətli tarixi bir fəlakət gəldiyini qeyd edirlər. O zaman bir məhəllədə 

40 min adam izsiz-tozsuz məhv olmuşdu.  



Səh.—328.  Hicri  tarixi  ilə  896  və  miladi  tarixilə  1490-cı  ildə  Şeyx  Səfi 

nəslindən  olan  şahzadələr  Farsı  istila  etdilər,  imperiyanın  paytaxtını  vətənləri 

Ərdəbildən  bu  şəhərə  (Təbrizə—V.  A.)  köçürdülər.  Səlim  1514-cü  ildə 

(müqaviləyə  görə)  hücumla  onu  ələ  keçirdi.  Bundan  iki  il  sonra  Səfəvi  şahı  orda 

təhlükəsizliyinə inam bəsləmədi, geri çəkildi və iqamətgahını Qəzvində yerləşdirdi. 

Səlim Təbrizdə az yaşadı, lakin çox zəngin qənimət—üç min sənətkar ailəsi apardı. 

Ermənilərin  əksəriyyətini  Konstantinopola  köçürdü.  Onun  gedişindən  az  sonra 

Təbriz  əhalisi  ayağa  qalxdı,  bir  fars  ordusunun  köməyi  ilə  qəfildən  türklərin 

üzərinə  atıldılar,  onları  dəhşətli  surətdə  qırdılar  və  şəhərə  sahib  oldular.  Səlim 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə