Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   2   3   4   5   6   7   8   9   ...   30

 

Bütün bu ziddiyyətləri ilə  yanaşı,  Şardənin  «Səyahətnamə»si əvəzsiz tarixi 



mənbədir. 

Şardən  hər  şeydən  əvvəl,  yüksək  mühakimə  sahibi  olmuşdur.  O, 

Azərbaycan  dastanları  və  nağıllarının  opera  şəklində  ifa  edildiyini  göstərmişdir. 

Bu, faktların təsdiqindən irəli gəlirdi və onun təsvir etdiyi səhnə, həqiqətən, opera 

səhnəsi  idi.  Bu  da  Azərbaycan  milli  operasının  orta  əsrlərdə  yaranmasına  bir 

sübutdur. 

Yaxud  daha  bir  misal.  Təbriz  bəylərbəyliyinin  dörd  xanlıqdan  (Qars, 

Urmiya, Marağa, Ərdəbil) və iyirmi sultanlıqdan ibarət olması faktı özü yenilikdir. 

Halbuki,  tədqiqat  əsərlərində  Təbriz  bəylərbəyliyinə  tabe  olan  şəhərlər  sırasında 

Ərdəbilin  və  Qarsın  adı  çəkilmir.  (B  a  x:  А.А.Рахмани,  Азербайджан  в  конце 

XVI и в XVII в.—B., 1981, стр. 87). 

Yaxud  Qazax  mahalının  idarə  edilməsində  sülalənin  saxlanması  faktı  da 

buna bənzər digər faktlar kimi yenidir. 

Bir  sözlə,  Şardən  irsi  Azərbaycan  tarixinin  XVII  yüzilliyini  daha 

mükəmməl və tədqiq etmək üçün son dərəcə etibarlı məxəzdir. 

V. ASLAN 

  

 



 


 

BİRİNCİ KİTAB 



 

Səh.—252.  Bu  ölkələrdə  (Quriya,  İmereti  və  Minqreliya  nəzərdə  tutulur) 

çaxırdan və donuzdan ayrı bir  şey yoxdur. Məhəmmədin qanunu da onları haram 

buyurur. 

Səh.—253.  Buna  görə  onlar  (türklər—V.  A.)  bu  ölkələri  qul  tingliyinə 

çevirməklə  razılaşırlar.  Hər  il  onlar  ordan  yeddi-səkkiz  min  qul  əldə  edirlər... 

Yaddan çıxarmayın ki, həmin ölkələr bu gün ancaq Türkə xərac verirlər. Hərdənbir 

fars  (Səfəvi—V.  A.)  zahidləri  ordu  göndərməklə  onları  qorxudur  və  bu  cür  xərac 

alırlar.  Böyük  Abbas  (I  Şah  Abbas—V.  A.)  isə  bütün  hakimiyyəti  boyunca 

zəhmətsiz  və  daha  dəqiqi  1627-ci  ilə  qədər  onlardan  xərac  almışdır.  Bu  xərac  isə 

hər  iki  cinsdən  olmaq  şərtilə  dünyanın  lap  əvvəlindən  Kolxidanın  Səfəvilərə 

ödədiyi miqdarda idi. 

  

İKİNCİ KİTAB 

 

Səh. 27. 18. IX 1672. Minqreliya  şahzadəsi missionerlərin yanına  gəldi. O, 

qadın idi... Ona mənim farsca və türkcə bildiyimi dedilər. O, türkcə yaxşı bilən bir 

nökər (tərcüməçi—V. A.) gətirtdi... min cür sual verdirdi... 

Səh. 72. 28. X. 1672. Qara dənizin ilk adı «Aşkenas» olmuşdur. Qorxulu və 

bədbəxt  hadisələrə  səbəb  olan  coşğunluğuna  görə  yunanlar  bu  adı  dəyişib  Pont-

Evksin qoymuşlar. Bu da «yola getməz», «tərs», «inadcıl» deməkdir. Eyni səbəbə 

görə  türklər  də  onu  «Qara  Denqis»  adlandırmışlar.  «Qara»  sözü  türk  dilində 

«qorxulu», «təhlükəli», «qəzəbli» mənalarında işlənir. «Qara» sözü epitet kimi sıx 

meşələrə, iti axan çaylara, uca və sıldırım dağlara da aid edilir.  



Səh.  131.  Böyüklərin  oturduğu  binalar  bütün  ictimai  binalar  kimi  Səfəvi 

binaları üslubunda tikilmişdir. 

(Səh.—134). Böyük İsmayıl (bizim tarixçilər onu Sofi adlandırırlar)

1

. Xəzər 



dənizinin qərb sahillərindəki Midiyanı və Ermənistanın bir hissəsini  fəth etdikdən 

və  türkləri  (osmanlı  türklərini—V.A.)  bütün  o  yerlərdən  qovduqdan  sonra 

(baxmayaraq  ki,  hakimiyyətinin  başlanğıcında  gürcülərdən  kömək  almışdı) 

gürcülərə qarşı müharibə etdi. O, müvəffəqiyyətlə müharibə aparıb, ölkəni xərac və 

girov  verməyə  məcbur  etdi.  Gürcüstan  Kaxetiya  və  Kartvelidən  başqa  Eristavi 

adlanan daha kiçik krallıqlara malik idi (buna «Födater» deyirlər) və onlar bir-biri 

ilə  müharibə  edirlər.  Bunun  sayəsində  gürcülər  get-gedə  zəiflədilər.  Onlar  bu 

xəracı  İsmayılın  bütün  hakimiyyəti  dövrü,  onun  varisi  olan  böyük  ürək  və 

müharibədə xoşbəxt tale sahibi Təhmasibin

2

 dövründə də ödədilər. 



                                                           

1

 Şah İsmayıl Səfəvi (Xətai) —1486—1524. 



2

 Şah I Təhmasib (1524—1576). 

 



 

Səh.—135.  Lüarzab  Şərqdən  Səfəvilərlə  həmsərhəd  olub  Şərqi  Gürcüstan 

adlanan  Kartvelidə  hökmran  idi.  Öz  sağlığında  bu  krallığı  iki  oğlu  arasında 

bölmüşdü.  Böyüyünün  adı  Simon,  o  birinin  adı  David  idi.  Hər  ikisi  bölgüdən 

narazı  qalıb,  müharibə  etdilər,  hər  ikisi  də  Təhmasibdən  kömək  istədilər.  Kiçik 

qardaş birinci xahiş etdiyi üçün Təhmasib cavab verdi ki, o, Məhəmmədiliyi qəbul 

etsə,  atasının  bütün  torpağına  sahib  olacaqdır.  David  təklifi  qəbul  etdi.  O, 

Məhəmməd dinini qəbul edib, ölkəyə otuz min atlı ilə daxil olan Səfəvi qoşununu 

qarşılamağa  getdi.  Onu  Qəzvində  olan  Təhmasibin  yanına  göndərdilər.  Gürcü 

şahzadəsini  ələ  keçirən  kimi  onun  qardaşına  da  dinini  dəyişməklə  ata-babasının 

mirasına  sahib  olacağını  vəd  edən  məktub  yazdılar.  Simon  öz  inamından  geri 

çəkilmək  istəməsə  də,  Səfəvi  ordusundan  qorxub  Qəzvinə  gəldi.  Şahzadələri  əldə 

edən kimi Təhmasib böyüyünü Xəzər yaxınlığındakı Gəncə qalasında həbs etdirdi, 

o birini isə Gürcüstanın hakimi təyin etdi. O da adını dəyişib Davud xan qoydu ki, 

bu  da  onun  Məhəmmədi  olduğuna  nişan  verirdi.  Sonra  o,  gürcü  böyüklərini 

sədaqət  andı  içməyə  məcbur  etdi,  özünün  və  onların  uşaqlarını  girov  göndərdi. 

Gürcülər Səfəvilərin əsarətindən  

Səh.—136.  Təhmasibin  ölümündən  sonra  azad  oldular.  İki  il  hakimiyyət 

başında  olan  ikinci  İsmayılın

3

 dövründə  də  bir  çox  Səfəvi  əyalətləri  kimi, 



Gürcüstan da azad oldu. Xudabəndə ləqəbli Məhəmmədin

4

 hakimiyyətinin ilk dörd 



ili  ərzində  də  belə  davam  etdi.  O,  (Məhəmməd  Xudabəndə—V.  A.)  Gürcüstana 

onları  itaətə  gətirmək  üçün  ordu  göndərdi.  Davud  xan  ordunun  yaxınlaşmasını 

eşidib  qaçdı.  Dediyim  kimi,  Xəzər  yaxınlığında  həbsdə  olan  qardaşı  Simon  var-

dövlət əldə etmək üçün  şərait yarandığından Məhəmməd dinini qəbul etdi,  Simon 

xan adı ilə Tiflisin xanı elan edildi. 

Kaxetiya  kralı  Aleksandr  Məhəmməd  Xudabəndənin  dövründə  vəfat  etdi. 

Onun  üç oğlu, iki qızı  qaldı. Böyüyünün adı David idi. Cəsarəti və bədbəxtlikləri 

ilə  bütün  dünyada  məşhur  olan  bu  şahzadə  Səfəvilərin  ona  verdiyi  Teymuraz  xan 

adı ilə tanındı. Atası vəfat edən dövrdə o, fars sarayında girov idi. Deyildiyi kimi 

onu  saraya  Təhmasib  apartdırmışdı.  Təxminən  eyni  yaşda  olduqları  üçün  I  Şah 

Abbasla

5

 birlikdə  hədsiz  dəbdəbə  və  qayğı  içərisində  böyümüşdü.  Onu  həqiqətən 



gürcü  adətlərindən  daha  gözəl  olan  Səfəvi  ənənələri  ilə  qidalandırmışdılar.  Atası 

ölən  kimi  dul  qalmış  anası  ağıllı  və  gözəl  şahzadə  Ketavan  ona  Səfəvi  tarixçiləri 

Marian  deyirdilər  (Məryəm).  Xudabəndəyə  yazmışdı:  «Əlahəzrət,  ərim  ölmüşdür, 

onun  yerində  hökmranlıq  etmək  üçün  oğlum  Teymurazı  yanıma  göndərməyinizi 

sizdən  təvəqqe  edir  və  yalvarıram.  Girov  üçün  onun  yerinə  qardaşını  sizə 

göndərirəm.  Tabeliyini  və  vassallığını  təsdiq  edən  fakt  hazırlandıqdan  sonra 

Teymuraz göndərildi.  

                                                           

3

 Şah II İsmayıl (1576—1578). 



4

 Məhəmməd Xudabəndə (1578—1587). 

5

 Şah Abbas (1587—1629) 



 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə