Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   2   3   4   5   6   7   8   9   ...   30

12 

 

—  Necə?  —  deyə  şah  qəzəbləndi,  —  mənim  düşərgəmdə  gürcü  kralını 



oğurlayırlar?  Baş  hakimi,  gözətçi  dəstəsini,  qazını  (ədalət  şurasının  sədri)  yanıma 

gətirsinlər... Bu da onun Lüarzabı qan tökmədən ələ keçirmək üçün qurduğu ikinci 

tələ idi. 

Səh.—145.  Onu  tutdular.  Gürcüstanda  yenidən  qiyam  qalxacağından 

qorxduğu  üçün  Abbas  onu  öldürtməyə  cəsarət  etmirdi.  Onu  Mazandarana  - 

(Hirkanda yerləşir) göndərdi. Ümid edirdi ki, ölkənin pis havası onu öldürər. Onun 

burada  davam  gətirdiyini  və  ölmədiyini  görüb  Şiraza  gətirtdirir.  Nəhayət,  onu  nə 

münasibətlə öldürdüyünü sizə deyəcəyəm. 

Lüarzabın  tərəfdarları  olan  gürcü  şahzadələri  Moskva  böyük  hersoqunu 

(knyazı—V.A.) Şah Abbasın yanına xahişə getməyə təhrik etdilər. O da ancaq bu 

iş  üçün  nüfuzlu  bir  səfir  göndərdi.  Səfəvi  şahı  ağlasığmaz  dərəcədə  ağıllı  və 

fərasətli  idi.  Xəzər  sahilində  yerləşən  Şamaxı  hakiminə  əmr  etdi  ki,  (Moskva 

səfirləri  Səfəvi  dövlətinə  oradan  keçib  gəlirdilər)  səfirin  Lüarzaba  görə  gəlişini 

dəqiqləşdirsin.  Ona  səfirin  ancaq  bunun  üçün  gəldiyini,  nüfuzlu  zadəgan  olub, 

təsirli  tədbirlər  tökdüyünü  xəbər  verdilər.  Gürcü  şahzadəsinə  azadlıq  vermək  və 

Moskva  Böyük  knyazına  yox  demək  istəməyən  Abbas  Şiraz  hakiminə  məktub 

yazır  ki,  əsir  edilmiş  Lüarzabı  oradan  elə  götürsünlər  ki,  onun  ölümü  təsadüfi 

hadisənin  nəticəsi  kimi  görünsün.  Əmr  yerinə  yetirildi.  Moskva  səfiri  gəlib 

çıxandan  iki  gün  əvvəl  Abbasa  bu  barədə  xəbər  vermişdilər.  Şah  qasidi  camaat 

içində danışdırdı, çox təəccüblənib acıqlandı: 

— Aman allah, — dedi — qəribədir o, necə olub ölmüşdür? 



Səh.—146. —Əlahəzrət, — deyə qasid cavab verir,  —  o, ova  getmişdi, tor 

atarkən gölə düşüb boğulmuşdur. 

—  İstəyirəm ki, şah dedi — daha qayğısına qalacaqları adam olmadığı üçün 

onun bütün mühafizləri öldürülsün. 

Moskva  səfiri  qəbul  edildi.  Ziyafətdən  sonra  (onu  çox  içməyə  məcbur 

etmişdilər)  şah  onu  yanına  çağırtdırıb  dedi:  «Yaxşı,  c.-b  səfir,  mənim  qardaşım, 

rusların kralı nə arzu edir?» 

Səfir gəlişinin səbəbini izah etdi. Lüarzabın adını çəkəndə şah cavab verdi: 

«Bu  yazıq  şahzadənin  başına  gələn  bədbəxtliyi  bildiyinizə  inanıram.  Buna  çox 

təəssüf  edirəm.  Onun  sağ  qalması  allaha  da  xoş  gələrdi.  Sahibinizin  arzusunu 

məmnuniyyətlə yerinə yetirəcəyəm». 

Lüarzabın  yerinə  qardaşı  Gürcüstan  hakimi  oldu.  Onu  farslar  gürcülərə 

uyğun olaraq Baqrat Mirzə adlandırırdılar. Teymurazın qarşısını almaq üçün Abbas 

ordunun bir hissəsini Gürcüstanda saxladı. Bu şahzadə (Teymuraz—V.A.) düşdüyü 

vəziyyətdən  asılı  olaraq,  türklərdən  və  Qara  dəniz  sahillərindəki  qonşu  xristian 

şahzadələrindən  aldığı  kömək  hesabına  geri  çəkildiyi  yerlərdə  müharibə  apardı. 

Bundan bir  şey çıxmadığını görüb Konstantinopola  getdi, böyük kömək əldə etdi. 

Gürcüstana böyük bir türk ordusu göndərildi. Teymuraz bu ordunun vasitəsilə bir 

neçə dəfə Səfəvi dəstələrini geri oturdub, Kaxetiya krallığını ələ keçirdi. O, burda 



13 

 

çox qalmadı. Türklər çəkilib gedən kimi, Abbas Gürcüstana qayıtdı. Oranın xarici 



görünüşünü dəyişdi. 

Səh.—147.  Orada  qalalar  tikib  Səfəviləri  yerləşdirdi.  Gürcüstandan  səksən 

mindən  çox  ailəni  köçürüb  Hirkanın  Mazandaran  (Kaspi  sahilində  yerləşir) 

şəhərində,  İrivanda,  Midiyada,  Fars  əyalətində  yerləşdirdi.  Onların  yerinə 

müsəlmanları  və  erməniləri  köçürdü.  Bu  xalqı  itaətdə  saxlamaq  xatirinə 

ciddiyyətinə  mülayimlik  qatdı.  Gürcüstanın  və  qalib  tərəfin  razılığını  ifadə  edən 

müqavilə  bağlandı.  Onların  (gürcülərin)  ölkəsi  vergidən  azad  edilsin,  dinləri 

dəyişməz qalsın, kilsələr uçurulmasın, məscidlər tikilməsin, Məhəmmədi olmasına 

baxmayaraq, vitse-kral özlərinin şah nəslindən olan təmiz qanlı gürcü olsun: Onun 

oğullarından  biri  dinini  dəyişmək  istəyirsə,  hökmdar  və  İsfahanın  baş  hakimi 

tərəfindən verilən vəzifəni atasını əvəz edincəyədək icra etməlidir. 

Abbas  1628-ci  ildə  vəfat  etdi.  Teymuraz  bunu  eşidib  Gürcüstana  qayıtdı, 

gürcüləri  üsyana  qaldırıb  vitse-kralı  və  onlara  müqavimət  göstərən  bütün 

müsəlmanları qırdı. Tiflis müstəsna olmaqla, digər qalaları ələ keçirdisə də, onları 

əlində saxlaya bilmədi. Babası Abbasın varisi Səfi 1631-ci ildə ona qarşı böyük bir 

ordu  göndərdi.  Bu  ordunun  başında  gürcülərin  üsyan  edib  qovduqları  vitse-kral, 

Simon xanın oğlu gürcü  Rüstəm xan dururdu.  Abbas vəfat edən vaxt o, İsfahanın 

baş  hakimi  idi,  ona  Xosrov  Mirzə  deyirdilər.  Şah  Səfi  onun  çox  qoçaq  və 

gürcülərdən  çox  incik  olduğunu  bildiyi  üçün  onu  ordusunun  sərkərdəsi,  atasının 

yerinə Gürcüstana vitse-kral təyin etmişdi.  

Səh.—148.  Bir  çox  döyüşlərdə  gürcüləri  darmadağın  edərək,  bütünlüklə 

Kartvelini,  Kaxet  krallığının  bir  hissəsini  fəth  edib,  Qafqaz  dağındakı  qalalarda 

yerləşmiş Teymurazı tutmağı əmr etdi. Qoçaq və bədbəxt yaranmış bu şahzadə bu 

dağlarda  həm  öz  həyatını  qoruyan  qaçaq  kimi,  həm  də  taxt-tacını  müdafiə  edən 

kral  kimi  bir  neçə  il  möhkəm  dayandı.  Lakin  nə  türklərdən,  nə  də  xristianlardan 

heç  bir  kömək  ala  bilmədiyi  üçün,  Moskvadan  kömək  almaq  istədi.  Buna  da 

müvəffəq  olmayıb  İmeretiyaya  çəkildi.  Bacısı  orada  kraliça  idi.  Əcdadlarının 

mülkünə  qayıtmaq  üçün  çıxış  yolu  görmədiyindən,  bacısını  aradan  götürmək 

fikrində idi. O, kiçik İmeretiya krallığını fəth edən zaman, Şahnavaz xan tərəfindən 

əsir  alındı.  Dediyim  kimi  Şahnavaz  xan  oğlunu  İmeretiyaya  kral  təyin  etdi.  Öz 

vətənində  dəfn  olunmaq  arzusu,  onun  asanlıqla  Türkiyəyə  doğru  geri  çəkilməsinə 

mane oldu. Həm də fikirləşirdi ki, çox qoca olduğundan Türklər ona  Səfəvilərdən 

də  az  nəvaziş  göstərəcəklər.  Şahnavaz  xan  onu  Tiflisə  gətirərək,  şaha  Teymuraz 

xanın  artıq  əlində  olduğu  haqqında  məktub  yazdı.  Şah  ona  cavab  verdi  ki, 

Teymurazı  saraya  göndərsinlər.  O,  çox  yaşlı  idi,  yorğunluqdan  və  düşmənləri 

arasında olduğundan xəstələndi. Şah onu dəbdəbəli saraylardan birində yerləşdirdi, 

həkimlər ona qarşı rəftarlarında çox qayğıkeşlik göstərirdilər. O, 1659-cu ildə vəfat 

etdi. Onun meyidi Gürcüstana gətirilib, ölkənin adəti üzrə dəbdəbə ilə dəfn edildi. 



Səh.—149. Deyildiyi kimi, Rüstəm  xan Gürcüstanı  fəth edib, Qori qalasını 

tikdirdi. O, hər yerdə qanun-qayda və əmin-amanlıq yaratdı, xeyli böyük ədalət və 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə