Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

20 

 

deyə  məşqçi  cavab  verdi—mən  o  fəndi  bu  gün  üçün,  öz  ustadını  mey  Səh.—247 



dana  çağıran  və  özünə  güvənən  bir  şəyird  üçün  saxlayırdım.  Müdriklər  deyir  ki, 

heç  vaxt  dostuna  hər  sirri  vermə,  bir  gün  düşmənə  çevrilib,  sənə  üstünlük  edə 

bilməsin. 

Güləş  əyləncəsi  bir  saat  davam  etdi,  aktyorlara  (güləş  göstərən 

oyunçulara—V. A.) çıxıb getmək əmri verildi. Həyəti çadırla örtdülər, yuxarı başa 

gözəl  xalçalar  saldılar.  Böyük  bir  dəstə  musiqiçilər  və  rəqqaslar  gətirdilər.  Onlar 

iki  saatdan  çox  heç  kimi  darıxdırmadan  səhnədə  oldular.  Hakim  (Yerevan 

bəylərbəyi—V. A.) bu müddət ərzində onlara (musiqiçilərə və rəqqaslara - V. A.) 

baxdı, şah elçisi ilə (Qulam şahla—V.A.) məclisdəkilərlə söhbət etdi, məni Avropa 

barədə  danışmağa  vadar  etdi.  Şah  sarayındakı  xidmət  sisteminə  uyğun  olaraq, 

əyalət hakimləri də eyni cür mürəkkəb qulluqçu sisteminə malik idilər. Musiqiçilər 

və rəqqaslar da bu cür qulluqçu sisteminə daxildir. Şərqdə əylənmək və ya bir-biri 

ilə xoş rəftar eləmək xatirinə rəqs etmək adətləri yoxdur. Onlarda rəqs bir incəsənət 

və  ya  sənət  kimi  mövcud  olub,  Avropadakı  teatr  sənətinə  oxşardır,  camaatı 

əyləndirmək  məqsədi  güdür.  Bu  fərqə  (Avropa  rəqsi  ilə  Şərq  rəqsinin  fərqinə  —

V.A.) baxmayaraq, rəqs Şərqdə təkcə ədəbsiz məşğuliyyət deyil, həm də rəqqasələr 

həqiqətən  ictimai  qadınlar  olduqları  üçün  xüsusilə  adi  qadınların  nəzərində  alçaq 

məşğuliyyət  sahibləridir.  Səfəvilərdə  rəqs  ancaq  qadınlar  tərəfindən  ifa  edildiyi 

kimi,  musiqi  alətlərində  də  ancaq  kişilər  çalırlar.  Oxumağa  gəldikdə  isə  ən  yaxşı 

müğənnilər adi adamlar içərisindən çıxır. 



Səh.—248.  Onların  səsi  güclü  olub,  sanki  içlərinin  dərinliyindən  dartılıb 

çıxır. Onlar mahnını bütün gücü ilə oxuyur və çoxlu zəngulə vururlar. Rəqqaslar da 

mahnı  oxuyurlar.  Onların  mahnısı  kişilərinki  kimi  yaxşı  və  hətta  xoşagələndir. 

Rəqqasların  onlardan  üstünlüyü  bədən  hərəkətlərinin  müqayisəolunmaz  dərəcədə 

cəldliyindədir. Onlar fırlanaraq, yüngülcə atılıb-düşür, bəzən elə hərəkət edirlər ki, 

gözlə  görmək  olmur,  bu  zaman  ən  yaxşı  akrobatları  və  kəndirbazları  kölgədə 

qoyurlar.  Mən  rəqqasələrin  bədənlərini  bir  çox  pozalarda  açdıqlarını  görmüşəm. 

Belə  hərəkətləri,  rəssamların  dediyi  kimi  «ağacdan  hazırlanmış  adamlar»  — 

manikenlər  edə  bilərlər.  Onların  arasında  elələri  var  ki,  başı  dabanlarına  dəyincə 

qatlanır və bu pozada əllərinin köməyi olmadan yeriyir. Onlar bir əli üstündə və bir 

dizi üstündə ritmik rəqslər edir, təəccüb doğuran cəldliklə yüz dəfələrlə fırlanmaqla 

rəqsi  zənginləşdirirlər.  Şərq  qadınları  kişilər  kimi  darbalaq  geyirlər,  darbalaq 

bədənlərini  topuğadək  örtər.  Buna  görə  də  onlar  fırlananda  və  bədən  hərəkətləri 

edəndə sifətləri, əlləri, ayaqları görünür, sifətləri və ayaqları əlləri kimi təmiz olur. 

Sifətləri və ayaqları əlləri kimi üzüklərlə bəzədilir. 

Musiqiçilər  və  rəqqaslar  Şərqin  mimləri  (mimik  hərəkətlərlə  tamaşa 

göstərən  aktyor—V.A.)  və  ya  məzhəkəçiləridirlər;  daha  dəqiq  desək  bu,  onların 

operasıdır. Ancaq onlar burda şerləri mahnı kimi oxusalar da, nəsr qətiyyən onların 

mahnısına daxil olmur. Səfəvilərdə və Hindistanda onları bütün bayramlara dəvət 



21 

 

edirlər. Rəqqaslar bütün böyük ziyafətlərə çağrılırlar. Şərqdə yığıncaq və ziyafətlər 



«məclis» adlanır. Səfirlərin qəbulu zamanı da onları dəvət edirlər. 

Səh.—249. Musiqiçi və rəqqas truppası bütövlükdə gəlmədikdə, heç olmasa, 

üçdən iki hissəsi gəlir. Bəzi hallarda rəqqasələr yorğun olduqlarını bəhanə edərək, 

çətin hərəkətləri etmirlər. Onların təqdim etdikləri pyeslər (tamaşa—V. A.) həmişə 

məhəbbət mövzusunda olur. 

Səhnəni  ən  təzə  aktrisalar  açırlar.  Səhnə  məhəbbətin  təsviri  ilə  başlanır. 

Təzə aktrisalar əzilib-büzülməklə tamaşaçıları razı salır və onları məmnun edirlər. 

Sonrakı epizodlarda ehtiraslar və qəzəb təlqin olunur. Bu epizodlar təsvir olunması 

mümkün  olan  qədər  canlı  və  təsirli  olub,  gözəl  oğlanlar  və  gözəl  qızlardan 

ibarətdir.  Bu,  adətən,  tamaşanın  birinci  aktıdır  (hissəsidir—V.  A.).  İkinci  aktda 

truppa  iki  dəstəyə  ayrılıb  xor  oxuyur.  Birinci  dəstə  təsirlənmiş  aşiqin  keçirdiyi 

hissləri ifadə edir. İkinci dəstə məğrur bir məşuqun birbaşa verdiyi rədd cavablarını 

təqdim  edir.  Üçüncü  akt  sevgililərin  razılığa  gəlməsindən  ibarətdir.  Burda  daha 

hərəkət etməkdən və oxumaqdan yorulub əldən düşürlər. Muğənnilər və çalğıçılar 

tamaşanın  həyəcanlı  yerlərində  ayağa  qalxır  və  ya  müəyyən  mənada,  bəzən  də 

həyəcanlanmış  və  özünü  unutmuş  aktrisaları  canlandırmaq  üçün  qulaqlarının 

dibində  çalırlar.  Bu  sonuncu  aktların  ədəbsiz  hərəkətlərindən  utancaqlıq  onları 

kənara  çəkilməyə  məcbur  edəndə  çalğıçılar  onların  qabağında  və  ya  qulaqlarının 

dibində  çalırlar.  Bu,  müsəlman  əxlaqına  ləkə  gətirmir.  Nəfsini  yandırmaq 

çatışmazlıq,  hətta  günah  sayılır.  Onların  dini  təlim  edir  ki,  evlənməyə  qabil  olan 

bütün  kişilər  məcburi  nigahda  olmalıdırlar.  Buna  baxmayaraq  səh.—250 

aktrisaların  və  musiqiçilərin  içərisində  elələri  də  vardır  ki,  hamını  tanıyırlar.  Belə 

aktrisalar  onları  gətirdən  və  xərclərini  çəkən  adamların  zövqünə  uyğun  pyeslər 

hazırlayırlar. Amma bu barədə lap çox danışdıq. 

Müşahidə  etdiyim  kimi,  rəqqasələr  truppa  ilə  gedirlər.  Məsələn,  şahın 

sarayındakı  truppada  ölkənin  ən  məşhur  iyirmi  dörd  kurtizankası  (cəngi 

mənasında—V.  A.)  vardır.  Onların  bir  başçısı  olur.  Adətən  başqa  truppanın  yaşlı 

üzvlərindən seçilir. Onlar bir yerdə yaşamırlar. Əksinə, hərəsinin bir yerdə evi olur. 

Başçının vəzifəsi onları bir yerə toplamaq, truppanı çağırılan yerə aparmaq, onların 

arasındakı  qısqanclıq  və  ya  çəkişmələrin  doğurduğu  münaqişələr  barəsində 

əvvəlcədən məlumat vermək, yaxud dava-dalaşı söndürmək, təhqiredici vəziyyətdə 

onları  müdafiə  etmək,  hərəkətlərinə  göz  qoymaq,  əgər  onlar  truppanın 

iqtisadiyyatına  aid  qaydaları  gözləməsələr,  cəzalandırmaq,  (cəza  qamçı  ilə  həyata 

keçirilir)  belə  hallar  təkrar  baş  verərsə,  döymək  və  ya  truppadan  xaric  etməkdir. 

Nəhayət,  bundan  başqa  onların  girov  şeylərini  gətirtmək  qayğısına  qalmalı, 

geyimlərinin  zəngin  olmasına,  mebellərin  təmizliyinə,  yaşayış  tərzinə  fikir 

verməlidir  (Bunlar  rəqqasların  göstərdikləri  xidmətə  uyğun  olmalıdır).  Rəqqasın 

məiyyəti

*

 iki qızdan, bir nökərdən, bir aşbazdan, bir mehtərdən, iki və ya üç atdan 



                                                           

*

 məiyyət — başının dəstəsi — V. A. 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə