Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   2   3   4   5   6   7   8   9   ...   30

14 

 

nəvazişlə  ölkəni  idarə  etdi.  Xristian  olmasına,  ərdə  olmasına  (onun  əri  Quriya 



şahzadəsi  idi)  baxmayaraq,  Minqreliya  şahzadəsi  Levan  Dadyanın  bacısı  ilə 

evləndi. Bunu özünə qarşı edilən sui-qəsd kimi qiymətləndirən Levan acıqlanaraq, 

onu  (Quriya  şahzadəsini)  knyazlıqdan  saldı,  gözlərini  çıxartdı,  onun  Rüstəm  xana 

verdiyi qadını özünə arvad etdi. Əgər belə danışmağa cəsarətim çatsa, bu müdhiş 

əlaqəyə  gürcü  və  Minqrel  ruhanilərinin  mane  olmaq  cəhdləri  heç  bir  nəticə 

vermədi. Həmin şahzadə qızın adı Mari idi. O, hazırda Gürcüstan hakimi Şahnavaz 

xanın arvadıdır. 

Rüstəm  xan  1640-cı  ildə  öldü.  Onun  cəsədi  Quma  gətirilib,  dəfn  edildi.  O 

zaman  Teymurazın  qohumu  Şahnavaz  xan  İsfahanın  baş  hakimi  idi.  Rüstəm  xan 

sonsuz olduğu üçün onu oğulluğa götürmüş, şaha ona öz doğma oğlu kimi baxması 

üçün  yalvarmışdı.  Əlahəzrətin  də  uşaqdan  xoşu  gəlmiş,  onu  sünnət  elətdirmiş  və 

şəhərin hakimliyini ona  vermişdi.  Gürcüstanın hazırkı vitse-kralı odur,  səksəndən 

çox yaşı var, hələ də çox gümrahdır. 

Rüstəm  xan  ölən  kimi,  onun  arvadı  Mari  öz  gözəlliyi  haqqında  Səfəvi 

şahının eşitdiyini,  onu  gətirmək (Səfəvilərə  gətirmək—V.  A.) üçün  əmr verdiyini 

eşitdi. Ona Miqreliyaya qaçmağı və gizlənməyi məsləhət bildilər. 



Səh.—150. Haqqında şahın məlumatı olduğu üçün Səfəvi imperiyasında ona 

yer olmadığına əmin olduğu üçün, başqa bir yol tutub, Tiflis qalasına gəlib, orada 

üç gün gizləndi. Bu zaman o, Tiflis qalasının komendantının arvadları ilə görüşür. 

Həmin qadınlar onu  görəndən sonra şaha məktub yazıb onun bir o qədər də gözəl 

olmadığını, yaşlı olduğunu bildirdilər. Son günlərini öz ölkəsində yaşamasına icazə 

almaq  üçün  o,  şaha  yalvarır.  Eyni  zamanda  şaha  çoxlu  qızıl-gümüşdən  ibarət 

hədiyyə, qeyri-adi gözəlliyə malik olan dörd cavan, bakirə qız göndərir... Üç aydan 

sonra şahdan əmr gəlir ki, Şahnavaz xan onunla evlənmək istəyir. 



Səh.  —151.  Gürcü  əyanlarının  çox  böyük  əksəriyyəti  zahirən  Məhəmmədi 

idilər. Bəziləri bunu sarayda qulluq əldə etmək, bəziləri dövlətdən müavinət almaq 

üçün etmişdilər. Bəziləri də şah ilə öz qızlarını evləndirmək şərəfinə nail olmaq və 

ya  onları  saray  xanımlarının  xidmətinə  keçirmək  üçün  belə  etmişdilər.  Belə  bir 

çirkin nəciblik onların ən gözəl qızlarının şaha təqdim olunmasına səbəb olmuşdu. 

Onların mükafatı isə müavinət və ya qulluq idi. Məhəmməd dinini isə qabaqcadan 

qəbul  etmək  lazım  idi.  Müavinət  isə  rütbəyə  görə  idi:  adətən  iki  min  eküdən  çox 

olmurdu... 



Səh.—153. Kaxet krallığı hal-hazırda Səfəvi şahına tabedir (bunu demişik). 

Oranı Şahnavaz xan fəth edib. Onun oğlu orda vitse-kral olmaq üçün Məhəmmədi 

olmuşdur... 

Səh.—155.  Kür  mənbəyini  Gürcüstan  dağlarından  alır.  Şamaxıdan  bir  lyö 

kənarda  Paynar  (Qaynar—V.A.)  deyilən  yerdə  Arazla  birləşir,  dənizə  tökülür. 

Adətə  görə,  gürcü  şahzadəsi  şahın  hədiyyələrini  və  məktublarını  qapıdan  çöldə 

almalıdır, çünki onlar Səfəvilərdən Tiflisə gəlir... 



15 

 

Səh.—156.  İmperiyanın  başqa  əyalət  hakimləri  də  bu  cür  şahın  onlara 

göndərdiyi hər hansı bir şeyi şəhərdən kənarda qəbul etməlidir. Bu, şahın adamları 

tərəfindən risksiz və zəhmətsiz, asanlıqla onları tutmaq vasitəsidir... 



Səh.—158. ...Məhəmmədi imperiyasına aid olsa da, Tiflisdə heç bir məscid 

yoxdur.  Səfəvilər  orda  məscid  tikmək  üçün  əllərindən  gələni  etmişlər,  lakin 

məqsədlərinə  nail  ola  bilməmişlər.  Əhali  əldə  silah  üsyan  etmiş,  fəhlələrlə  pis 

rəftar etmişdir.  



Səh.—159.  Onlar  bir  neçə  il  ərzində  Tiflis  qalasında  kiçik  bir  məscid  tikə 

bilmişlər. 

Yaxşı  qorunduğu  üçün  əldə  silah  qalaya  daxil  olub,  məscidin  tikintisinə 

mane olmağa gürcülər cəsarət etməmişlər.    



Səh.—163. ...Gürcülər heç vaxt onu Tiflis adlandırmırlar. Qala deyirlər. 

Səh.—164. Tiflis axırıncı əsrlərdə iki dəfə türklərin əlində olmuşdur. Birinci 

Səfəvi şahı II İsmayılın dövründə və ondan sonrakı dövrdə, Süleyman hakim olan 

kimi, eyni vaxtda Təbrizi də tutmuşdur.  

Səh.—173.  Farsda  hökmdarları  böyük  və  kiçikliyinə  görə  fərqləndirirlər. 

Məsələn:  Midiya  və  Gürcüstan  böyük  canişinlikdir.  Qaraman  və  Jedroziya  kiçik 

canişinliklərdir.  Bəylərbəyi  əyanlar  əyanı  deməkdir.  Bundan  bir  az  kiçiyi  xan 

adlanır.  Belə  hökmdarları  ümumi  bir  adla  arkondolet  (imperiya  əyanı) 

adlandırırlar.  Arkondolet  yəhudi  mənşəli  arki  sözündən  olub  şahzadə  deməkdir, 

yunanlar  arxont  biz  avropalılar  (V.  A.)—arşi  sözünü  onlardan  götürmüşük: 

arximandrit baş monax, arxidyakon «baş keşiş» deməkdir. 

Səh.—178. Məndə şah fərmanı vardır. Tərcüməsi belədir: 

—  Qala  komendantlarının  ticarət  xidmətçiləri,  krallıqların  icarədarları, 

şəhər məmurları, yollardakı, körpülərdəki gömrükçülər və böyük ticarət yollarının 

rəisləri çox yüksək və ali saraya daş-qaşla bəzənmiş nadir əşyalar gətirən, ticarətin 

gülü, fransız tacirləri, c.-b Şardən və c.-b Rezəni tanımaq şərəfinə nail olmalıdırlar. 

Onlar  Şahın  qullarının  karxanasını  (bütün  rütbəli  şəxslər  şahın  qulu  sayılırdı—V. 

A.)  ağzına  qədər  doldurub  artıq  qalana  kimi  bu  kimi  şeylərlə  təmin  etməyə 

qabildirlər. Onlar bu mübarək nişanlı fərmanla  şərəfləndirilmişlər və bu  məqsədlə 

də  səyahət  edirlər.  Hara  gəlib  çatsalar,  orada  onlara  mütləq  hər  cür  hörmət 

göstərilməli, lazım olan hər cür vacib kömək edilməlidir. 

Həm  də  mütləq  surətdə  onları  əziyyətə  salmamalı,  hər  hansı  bir  tərzdə 

olursa-olsun,  qanunlardan  irəli  gələn  tələblər  onlardan  israrla  tələb  edilməlidir. 

Əgər  şahın insan  sincindən olan  və  tacirlərə  qarşı iddia  edən qulları haqqında  bu 

barədə qulağa səda gələrsə, bu münasibət pis nəticə verəcəkdir. 



Səh.—179. Şəvval, h. 1076.  

Səh.—203.  Tiflisdən  iki  lyö  cənubda,  kiçik  bir  dağı  keçdikdən  sonra  Kür 

üstündə Soğanlı (q) adlı nəhəng bir qəsəbə var. Bir az aralıda Səfiabad deyilən şah 

evi  var.  Səfinin  yaşadığı  yer  mənasındadır.  O,  Səfəvi  şahıdır,  1627-ci  ildən 

hökmranlığa başlayıb...  




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə