Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   2   3   4   5   6   7   8   9   ...   30

 

Səh.—137.  Haqqında  danışdığımız  Kartveli  kralı  Simon  I  Şah  Abbasın 

hakimiyyətinin  başlanğıcında  vəfat  etdi.  Ölərkən  öz  taxt-tacını  hələ  gənc  olan  və 

baş  nazir  titulu  daşıyan  böyük  oğlu  Lüarzaba  vəsiyyət  etdi.  Gürcülərin  Mehru 

müsəlmanları  Murad  dedikləri,  lakin  aşağı  təbəqədən  olan,  hörmətli  və  krallıqda 

mütləq nüfuza malik bir şəxs vardı. 

Mehrunun çox  gözəl bir qızı vardı. Lüarzab onun ehtiraslı  aşiqinə çevrilib, 

özünü qıza sevdirdi. Ata isə bu aşiq-məşuqun görüşünə mane olmaq üçün yol tapa 

bilmirdi.  Bir  gün  onların  əxlaqsızlıq  etdiklərini  görüb  təəccübləndi  və  şahzadəyə 

dedi: «Əlahəzrət, nə mənim qızımı, nə də mənim evimi ləyaqətsiz etməyin. Əgər o, 

siz  əlahəzrətə  xoş  gəlirsə,  evlənin.  Əgər  onu  almaq  istəmirsinizsə,  daha  onunla 

təklikdə  olmayın».  Lüarzab  and  içir  ki,  bu  qızdan  başqa  heç  kimə 

evlənməyəcəkdir.  Onun  andına  inanıb  Mehru  onların  ər-arvad  kimi  yaşamalarına 

mane  olmur.  Bununla  belə  kraliça  və  saray  xanımları  aşağı  təbəqədən  (mənbədə 

təbəqə sözü mənşə sözü ilə verilir — V. A.) olan bir qızla şahzadənin evlənməsinə 

etiraz edirlər. Əmələ gələn şəraitdən xoşhal olan Lüarzab Mehruya daha onun qızı 

ilə evlənə bilməyəcəyini deyir. Gürcülər son dərəcə intiqampərəstdirlər. Mən bunu 

müşahidə etmişəm. Krala məsləhət görürlər ki, onun intiqamına mane olmaq üçün 

Mehruya  xəbərdarlıq etsin və onu öldürtsün. Kral buna razı olur. Onu  əlahəzrətin 

ilk  ziyafətində  içirib  sərxoş  etmək  və  öldürmək  qərarına  gəlirlər.  Mehru  edam 

olunacağı anda sui-qəsddən xəbərdar olur. O, yarımsərxoş idi.  

Səh.—138. Onun  vasitəsilə  kral  yanında pajlığa keçmiş  şəxslərdən biri ona 

qədəh  təqdim  edərkən  hörmət  əlaməti  olaraq  özünü  ona  baş  əyən  kimi  göstərib 

deyir: «Əlahəzrət, sizi öldürəcəklər». O, heç bir şey büruzə vermir. Su götürməyə 

gedən adamlar kimi ayağa qalxıb qədəhi qaytarır. Bu ölkədə ziyafətlər  yarım  gün 

davam etdiyindən belə şeylərə fikir vermirlər. O, birbaşa atı saxlanan tövləyə qaçır, 

orda  əlinə  keçən  papağı  və  uzun  qollu  yapıncını  götürüb,  adamların  gözünə 

görünmədən  ən  yaxşı  atın  başına  qantarğa  salıb,  üstünə  atılır  və  qaçır. 

Xoşbəxtlikdən onun qaçdığını heç kim duymur.  Gürcüstan  və  Xəzərlə qonşu olan 

Şirvan və Şamaxı ölkələrindən qələbə ilə İsfahana qayıdan Şah Abbasın ayaqlarına 

yıxılır.  Şaha  Lüarzaba  və  onun rəhmətlik atasına  necə  xidmət etdiyini,  Lüarzabın 

onu  necə  mükafatlandırdığını  danışır.  Evlənmək  adı  ilə  qızının  namusuna 

sataşdıqdan  sonra,  özünü  də  aradan  götürmək  istədiyini  bildirir.  Şah  həqiqətən 

Gürcüstanın  da  hakimi  olduğu  üçün  Mehru  ondan  əlindən  çıxan  var-dövlətinin 

qaytarılmasını və ədalət istəyir. 

Mehru Lüarzabdan intiqam almaq üçün fikrində daha etibarlı plan cızmışdı. 

Bu, şahzadənin bacısına qarşı Şah Abbasda məhəbbət duyğuları oyatmaqdan ibarət 

idi.  Şahzadənin  bacısı  Gürcüstanın  ən  gözəl  qızlarından  biri  idi,  onun  gözəlliyini 

bütün Səfəvi şairləri  tərənnüm etmişdilər. Bu  gün də Səfəvilərdə onun  gözəlliyini 

tərənnüm  edən  mahnılar  oxunur.  Bu  mahnılar  o  vaxtın  (I  Şah  Abbas  dövrünün—

V.A.) mahnılarıdır. Bu mahnılar onun və Şah Abbasın haqqında gözəl bir romana 

(dastana—V. A.) çevrilmişdir. Onun xaç adı (xristianların ona verdiyi ad—V. A.) 



 

Darecdan  idi.  Müsəlman  fiksiyasında  (uydurmalarında—dastan  nəzərdə  tutulur—



V. A.) ona Pəri adı vermişlər. 

Səh.—139.  Mehru  Abbasla  məhəbbət  duyğularını  alovlandırmaq  üçün 

bacardığı qədər ustalıqla elə hey ondan danışırdı. Abbas onu bir səfirlə, daha sonra 

başqa  bir  səfirlə  bacısını  istəmək  üçün  Lüarzabın  yanına  göndərdi.  Birinci  səfiri 

(burada  elçini—V.  A.)  gözəl  bir  vədlə  yola  saldılar.  İkinci  elçiyə  isə  dedilər  ki, 

şahzadə  dul  qalmış  Kaxetiya  çarı  Teymuraza  nişanlanmışdır.  Pərt  olduğu  üçün 

qızışan  Abbas  Lüarzaba  üçüncü  elçini  göndərir.  Elçiyə  tapşırır  ki,  Lüarzabdan 

bacısını  hər  cür  vəd  və  hər  cür  hədə-qorxu  ilə  istəsin.  Üstəlik  Teymuraza  məktub 

da yazır ki, qəti olaraq Lüarzabın bacısına evlənməsin və  onun yanına  gəlsin. Bu 

qəti  və  yüksək  tələbdən  incimiş  Lüarzab  hər  bir  cavabında  elçini  təhqir  edir, 

bacısını  oraya  göndərməyəcəyini  bildirir.  Təxminən  1610-cu  il  idi

6

.  Abbas 



Gürcüstana  qarşı  öz  planlarını  həyata  keçirmək  vəziyyətində  deyildi.  O,  türklərlə 

(osmanlı imperiyası-V.A.) müharibə edirdi. O, türklərə qarşı xristian şahzadələrini 

müharibəyə  qaldırmaq  üçün  Avropaya  göndərdiyi  bir  missioneri  gizlincə  yanına 

çağırıb  tapşırır  ki,  Gürcüstandan  keçsin,  Teymurazı  türklərlə  birləşməkdən, 

Səfəvilərə  qarşı  çıxıb  onların  xeyrinə  hərəkət  etməkdən  qəti  olaraq  çəkindirsin. 

Teymuraz  hədsiz  sadəlövh  və  qorxaq  olduğu  üçün  tələb  olunanları  edir.  Tezliklə 

bundan  peşiman  olur.  1613-cü  ildə  Gürcüstana  qarşı  müharibə  etmək  məqsədilə 

Abbas  İsfahandan  yola  düşür.  Böyük  və  qeyri-adi  hiyləgərlik  əlamətlərinə  malik 

olan  bu  mürəkkəb  şəxsiyyət  (Şah  I  Abbas—V.  A.)  bu  müharibəyə  məhəbbət 

intriqası  kimi  qiymət  verirdi.  O  deyirdi  ki,  Lüarzabın  bacısı  onu  istəyir,  o  da 

Lüarzabın bacısını. Deyirdi ki, Lüarzabın bacısı ona inanılmış adamı ilə məktublar 

göndərmişdir. 



Səh.—140.  O,  Lüarzabın  bacısının  vəd  verdiyini,  lakin  Lüarzabın  alçaqlıq 

və  ədalətsizlik  etdiyini  deyirdi.  O,  bununla  öz  rəqibini  məhv  etməyə  hazırlıq 

görürdü. Hamı yaxşı başa düşürdü ki, bu şahzadə (Şah I Abbas—V. A.)  gürcüləri 

öz  arzularına  qurban  edir.  Onun  ordu  dəstələrində  çoxlu  gürcü  vardı.  O,  böyük 

nüfuza  malik  gürcü  zadəganlarına  pensiya  (burada  xələt—V.  A.)  verirdi.  Ona 

könüllü  xidmət  etdiyi  üçün  Mehru  hər  gün  xələt  alırdı.  Teymurazın  iki  oğlu, 

Lüarzabın  bir  bacısı  və  bir  qardaşı  onun  yanında  girov  idilər.  Nəhayət,  böyük 

vəzifələr  və  hakimiyyəti  tapşırmaq  üçün  bir  neçə  əslən  gürcü  qanından  olan 

şahzadəni  Məhəmməd  dinini  qəbul  etməyə  məcbur  etdi.  O,  gürcülərin  arasına 

ayrılıq  salmaqla,  onların  axırına  çıxacağına  inam  bəsləyirdi.  Bir-birinə  düşmən 

münasibəti  bəsləyən  xalqları  əzmək  üçün  bu  fikir  ağlabatan  idi.  O,  Teymuraza 

yazırdı ki, Luarzab yaramaz, üsyankar, ağılsız, hökmranlıq etməyə layiq olmayan 

bir adamdır. Onu taxt-tacdan məhrum etməyi qərara almışdır. Əgər onu tutmağı və 

                                                           

6

 Bu  fakt  G.  Saakadzenin 1612-ci ildə  İrana  mühacirət  etməsi  fikrini  inkar  edir.  G.  Saakadzenin  İrana 



mühacirəti 1610-cu ildən hesablanmalıdır (V. A.). 

 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə