Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   2   3   4   5   6   7   8   9   ...   30

10 

 

ya  öldürməyi  boynuna  götürsə,  krallığı  ona  verər.  O,  (Şah  Abbas—V.  A.) 



Teymurazı  aradan  götürmək  barədə  bir  məktub  da  Lüarzaba  yazmışdı.  Eyni 

zamanda Midiya tərəflərdə olan ordu  generalı Lələ bəyə əmr etmişdi ki, otuz min 

atlı ilə Gürcüstana daxil olub, oranı başdan-başa qana boyayıb, od-alova bürüsün. 

Lüarzab  və  Teymuraz  birləşmək  qərarına  gəldilər.  Onlar  görüşüb  Abbasın 

məktublarını  bir-birinə  verdilər.  Hər  ikisinin  Abbas  tərəfindən  mütləq 

öldürüləcəklərini yəqin edib, ya birlikdə məhv olmağa, ya da birlikdə azad olmağa 

aid  içdilər.  Daha  sıx  ittifaqda  olmaq  və  daha  da  möhkəmlənmək  üçün  Lüarzab, 

dediyim kimi, bacısı füsunkar Darecanı dul qalmış Teymuraza verdi. 



Səh.—141.  Bu  xəbəri  eşidəndə  Abbas  özündən  çıxdı.  O,  yanında  girov 

saxladığı  Teymurazın  iki  oğlunu  və  digər  gürcüləri  şəxsən  öz  əliylə  boğub 

öldürmək  istəyirdi.  Nəhayət,  o,  dönük  çıxmış  çarları  cəzalandırmaq  üçün  tələsik 

hərəkətə başlamağı qərara aldı. 

Teymuraz Səfəvi ordusunun yaxınlaşdığını hiss edib müdafiəyə hazırlaşmaq 

istədi, lakin krallığındakı zadəganların bir hissəsinin tabe olmağa meyl göstərdiyini 

başa düşdü. O, anasını  Abbasın  yanına  göndərdi. Bu  şahzadə qadın dul qaldıqdan 

sonra  özünü  ruhani  həyata  həsr  etmişdi.  Mən  minqrellərin  dini  əlaqəsindən 

danışarkən qeyd etmişdim ki, gürcülər də onlar kimi təkcə dindar paltarı geyməklə 

özlərini  dindar  həyata  həsr  etmiş  olduqlarını  düşünür,  yaşayış  yerlərini  dəyişmir, 

istədiklərini edirlər. 

Merian və ya Ketavan (onu hər iki adla çağırırdılar) ruhani paltarını geyərək 

guşənişinlik  və  allaha  dua  etməklə  keçinirdi.  O,  böyük  bir  kəcavə  və  qiymətli 

hədiyyələrlə yola düşdü. O, hələ İsfahanda olan Abbası tapan kimi onun ayaqlarına 

yıxılıb, oğlunun bağışlanması üçün hədsiz xahişlər etdi. Şahı sakitləşdirmək üçün 

əlindən gələn hər şeyi etdi. Bu şahzadə qadın kifayət qədər yaşlı idi; bununla belə 

hələ  gözəl  idi.  Abbas  görən  kimi  ona  aşiq  oldu.  O,  ona  Məhəmmədi  olarsa 

evlənəcəyini  deyir.  Bu  şahzadə  əxlaqlı  və  dindar  olduğundan,  həm  də  Səfəvi 

şahzadə qadınlarının aqibətinə nifrət etdiyindən şahın təklifini ikrahla və qətiyyətlə 

rədd etdi.  



Səh.—142. Bu gürcü qadınına xas olan ciddilik idi. Abbas rədd cavabından 

pərt  olaraq  və  ya  onu  əldə  bəhanə  edərək  (belə  bir  fikri  iddia  edirlər  ki,  o, 

Ketavanla  evlənmək  istəmirdi,  bu  onun  Teymurazdan  intiqam  almaq  planı  idi) 

Şahzadəni kənar bir evdə dustaq etdirir, dediyim kimi, Teymurazın ona girov üçün 

verilmiş  oğlanlarını  hərəmağasına  çevirib  Məhəmmədi  etdirir.  Bundan  sonra 

Gürcüstana yola düşür. Ketavan bir çox illər həbsdə qalır. Abbas bütün Gürcüstanı 

fəth etdikdən az sonra 1624-cü ildə Şiraza aparılır, orada dəhşətli əzablar çəkir. O, 

(Şah  Abbas—V.A.)  bu  şəhərin  (Şirazın—V.  A.)  hakimi  İman  Qulu  xana  məktub 

yazır  ki,  Ketavanı  Məhəmmədi  etsin.  Hədiyyələr,  ən  şiddətli  əzablar,  vədlər, 

hədələr,  zərbələr  heç  bir  nəticə  vermir.  İman  Qulu  xan  əmri  şahzadə  qadına 

göstərir,  bunun  da  bir  xeyri  olmur.  Bu  müqəddəs  və  qəhrəman  qəlb  sahibinə 

əzablar  təsir  etmir.  Dəyənəklə,  dəmirlə,  odla  cəzalandırılan  bu  qadın  közərmiş 




11 

 

kömür  üstündə  əzab  verilərkən  ölür.  Bir-birindən  dəhşətli,  hər  gün  təzələnən  və 



səkkiz il çəkən cəzalara İsa kimi dözmüşdü. Onun meyidi zibilxanaya atılmışdı. O 

zaman  Şirazda  olan  avqustiçlər  gecə  vaxtı  onu  götürüb  ətirlə  yudular,  tabuta 

qoyub, müşayiətçilərdən biri ilə gizlincə Teymuraza göndərdilər. 

Səh.—143.  Gürcüstana  yenidən  müharibə  etmək  üçün  Abbas  Mehrunun 

bələdçiliyi ilə bu ölkəyə qoşunla daxil olur. Abbasın ordusu bir-birinə qarşı intiqam 

və  qorxu  hissi  keçirən,  vədlərə  və  ümidlərə  uyan  gürcülər  hesabına  böyüyürdü. 

Lüarzab  döyüşməyi  qət  etdi.  O,  meşələrdə  gizlənməyə  və  onları  məğlub  etməyə 

ümid  edirdi.  Abbasın  ordusu  bu  ölkəyə  25  lyö  girdikdən  sonra  özünü  satılmış  və 

məğlub  hesab  etdi.  Lüarzab  dəstələrini  iki  hissəyə  ayırmışdı.  Keçidi  qalaq-qalaq 

yığılmış ağac kötükləri ilə bağlamışdılar. Elə etmişdilər ki, Səfəvi ordusu nə irəli, 

nə  də  geriyə  hərəkət  edə  bilsin.  Abbas  məğlub  edilmişə  bənzəyirdi.  Mehru  satqın 

kimi  boynu  vurulacağından  qorxub,  ona  deyir:  «Əlahəzrət,  mən  sizi  buradan  üç 

günə kimi başımın üstündə çıxaracağam». O, sözünə əməl etdi və piyada qoşunun 

keçməsi üçün meşədən yol açdırdı. Gürcülər tərəfindən mühasirə edilmiş düşərgəni 

buraxıb, süvari ordunu özü ilə götürdü. Meşədən keçən kimi, süvari orduya Abbas 

özü  başçılıq  etdi,  Kaxet  krallığı  üzərinə  yeridi,  hətta  tut  ağaclarını  belə  yerlə-

yeksan etdi. Əhali ev-eşiyindən didərgin düşüb dağılışdı. Lüarzab bu xəbəri eşidib, 

özünü məğlub olmuş bildi. O, Minqreliyaya qaçdı.  Gürcü kralları əlinə keçmədiyi 

üçün  Abbas  qələbəni  təmin  olunmuş  hesab  etmədi,  Lüarzaba  bu  məzmunda 

məktub  yazdı:  «Nə  üçün  qaçırsınız?  Mənim  haqq-hesabım  yaramaz,  alçaq, 

üsyankar Teymuraz ilədir. Gəlin mənə təslim olun. Gürcüstan krallığına sizi təsdiq 

edəcəyəm. 

Səh.  144.  Əgər  gəlməsəniz,  onu  başdan-başa  dağıdacaq,  səhraya 

çevirəcəyəm».  Öz  xalqına  hörmət  və  məhəbbət  bəsləyən  Lüarzab  gəlib  özünü 

Abbasa təslim etdi. Şah onu dostcasına qəbul etdi, xoş rəftar elədi, təntənə və cah-

cəlalla taxta əyləşdirdi. Bu, qılınc işlətmədən gürcüləri yola gətirmək üçün ən yaxşı 

vasitə idi. Ona gözəl hədiyyələr verdi. Hədiyyələrin arasında daş-qaşla bəzədilmiş 

cıqqa var idi. Şah həmişə, xüsusilə onun görüşünə gələndə bu cıqqanı taxmağı əmr 

etdi,  dedi:  «Bu,  şahlıq  rəmzidir,  istəyirəm  ki,  o  həmişə  sizin  başınızda  olsun, 

görənlər sizin şah olduğunuzu bilsinlər». Tiflisdən  yola düşəcəyi gün o, Lüarzaba 

dedi: «Mən burdan səkkiz lyö o yanda dayanacağam, ordunu qabağa buraxacağam. 

Məni  ora  qədər  ötürmək  istəmirsinizmi?!  Bu,  yazıq  gürcü  kralını  öz  paytaxtından 

çıxarmaq  tələsi  idi.  O,  heç  bir  narazılıq  etmədən  onunla  getdi.  Abbas  mühafizə 

dəstəsindəki  dünyada  yeganə  olan  məşhur  və  peşəkar  bir  oğruya  Lüarzabın 

cıqqasını oğurlamağı əmr etdi. Əmr yerinə yetirildi. Lüarzab şahı görməyə gələndə 

əlahəzrət  ona  dedi:  «Lüarzab,  sizin  cıqqanız  hanı?  Sizə  həmişə  bu  şah  nişanını 

gəzdirməyi əmr etməmişdimmi?» 

—  Əlahəzrət,  —  deyə  Lüarzab  cavab  verdi,  —onu  məndən  oğurlayıblar, 

tapmaq  ümidimi  itirmişəm.  Dünəndən  bəri  bütün  adamlarıma  axtartdırıram,  tapa 

bilmirik. 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə