Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

30 

 

Kasıbların nigahı təmtəraqsız olur, vəkil tutmurlar; 



Səh.—267  qadın  çarşaba  bürünmüş  halda  yaxın  adamları  (qohum 

qadınlarla) ilə birlikdə kişilərin olduğu yerə daxil olur. Hamı əyləşdikdən sonra kişi 

ona deyir: 

—  Mən  N  öz-özümün  vəkiliyəm,  əvvəlcədən  müəyyən  edilmiş  bu  qədər 

vərəsəliklə sizi özümə daimi arvad edirəm. Belə bir şərtə əməl edəcəyim üçün aid 

içirəm. 


Burda  qız  tərəfdən  nigah  şərtlərindən  arvadlar  danışırlar.  Şərtlər 

razılaşdırıldıqdan  sonra  ər  var-dövlətinin  daha  çox  pula  çevrilə  bilən  hissəsini 

vərəsəlik  üçün  müəyyənləşdirir.  Sonra  nişan  üzüyü  və  nişanlısına  hədiyyələr 

göndərir. Onlar paltardan, qaş-daşdan, nəqd gümüş puldan  ibarət olur. Nişanlı qız 

ona  hörmət  əlaməti  olaraq,  naxışlı  yaylıqlar,  iynə  ilə  tikilmiş  araqçınlar,  buna 

bənzər geyimlər göndərir. Əksər hallarda bunları qızın özü hazırlayır. 

Toy oğlan evində olur, on gün davam edir. Onuncu gün günorta üstü gəlinin 

cehizini  göndərirlər.  Cehiz  sürüdən  (nə  sürüsündən  söhbət  getdiyi  göstərilmir— 

V.A)  daş-qaşdan,  ev  əşyalarından  (orijinalda  «mebel»  ifadəsi  işlənmişdir—V.A:), 

qız  evinin  var-dövlətindən  asılı  olaraq,  qullardan,  hərəmağalarından  ibarət  olur. 

Qız ərə gedərkən cehizdən savayı ayrı bir şey gətirmir. Cehiz dəvələrlə və ya başqa 

yük  heyvanları  ilə,  musiqi  sədaları  altında  daşınır.  Qullar  və  ya  hərəmağaları 

dəvələrə və ya atlara minərək gəlirlər. Tez-tez mebelin və kəcavənin borc alınması 

halları olur, adamları təəccübləndirmək  və  özlərini  göstərmək üçün boş  sandıqlar 

göndərirlər.  Gecə  gəlin  gətirirlər.  Əgər  o,  nüfuzlu  ailənin  qızıdırsa,  kəcavəyə 

mindirirlər. Kəcavə künyə və ya beşik formasında olur. Bir dəvə hər böyründə bir 

olmaqla, iki kəcavə aparır. 

Səh.—268. Əgər gəlin ortabab ailədəndirsə, onu atda və ya piyada aparırlar. 

Çalğıçılar, onların ardınca əllərində şam tutmuş bir dəstə ev qulluqçusu, onların da 

dalınca həmçinin əllərində yanan şam tutmuş qadınlar gedirlər. Gəlin başdan-ayağa 

kimi  çarşabda  olur.  Bunun  üstündən  gəlinin  başına  qatlanmış  zərxaradan  (müasir 

fransız  dilində  bu  sözün  sonunda  «t»  yazılır—V.  A.),  ya  qızıl  işləməli  kətan 

parçadan,  ya  da  ipək  parçadan  əlavə  bir  çarşab  salınır.  Bu  onu  üzüqarışıq 

qurşağınadək örtür. Halbuki, yun parça bu cür örtə bilmir. Deyirlər ki, bu qısqanc 

və  paxıl  adamların  onu  tilsimə  salmasına  (burada  bağlamaq  mənasında—V.  A) 

mane  olmaq  üçündür.  Gəlin  piyada  gedən  vaxt  iki  nəfər  qadın  onu  əllərindən 

tutaraq  aparır.  Atda  gedəndə  isə  hərəmağası  atın  cilovundan  tutaraq,  onu  aparır. 

Gəlin  ər  evinə  gəlib  çatandan  bir  saat  sonra  toy  qurtarır.  Matronalar  (qədim 

romalılarda:  böyük  ailə  anası  (yengələr—V.  A.)  onu  zifah  otağına  aparırlar,  alt 

köynəyi  və  alt  tumanınadək  soyundurur,  yatağa  uzadırlar.  Bir  azdan  bəy,  ya 

hərəmağaları,  ya  da  qoca  qadınlar  tərəfindən  həmin  yerə  gətirilir.  Bəy  ora  daxil 

olanda tam qaranlıq olur. 

Bu minvalla kişi öz arvadını toydan sonra görə bilir. Bəzən də belə olur ki, 

toydan  bir  neçə  gün  keçməsinə  baxmayaraq,  ər  öz  arvadını  görə  bilmir.  Çünki  ər 



31 

 

evində olmasına baxmayaraq, arvad ondan qaçır, qadınların arasında gizlənir və ya 



ərini  yaxına  buraxmaq  istəmir.  Belə  hallar  nüfuzlu  adamların  da  başına  gəlir. 

Çünki  nüfuzlu  adamların  fikrincə,  ancaq  pozğun  qadın  son  mərhəmətini  tələm-

tələsik  göstərər.  Xüsusilə  şah  nəslindən  olan  qızlar  bu  üsuldan  istifadə  edirlər. 

Onlara ya Səh.—269 xınlaşıb üzə çıxarmaq, onları yola gətirmək üçün aylarla vaxt 

lazım olur. Böyük Abbasın (I Şah Abbas — V. A.) qızı haqqında belə bir danışıq 

var. Ordu generallardan birinə ərə verilməsinə baxmayaraq, qız ərinə üz göstərmək 

istəmir.  Bu  əyan  (sərkərdə—V.  A.)  şaha  bu  barədə  şikayət  edir.  Əlahəzrətin  ona 

arvad deyil, dişi pələng verdiyini, ona yaxınlaşmağa cəsarət etmədiyini, qızın əlinə 

xəncər  alıb  iki  dəfə  ona  hücum  etdiyini  deyir.  Şah  gülməkdən  özünü  saxlaya 

bilmir,  generaldan  sarayında  nə  qədər  ağ  dərili  kənizlərinin  olduğunu  soruşur. 

General sarayında qırx beş nəfərə qədər ağ dərili kənizi olduğunu bildirir. Şah ona 

deyir ki,  onları növbə  ilə  öz yatağına  çəksin—Şah bu  yolla  generalın öz  arvadını 

yola  gətirə  biləcəyinə  əmin  olduğunu  bildirir.  Sərkərdə  belə  də  edir.  Bu  qeyri-adi 

hərəkətdən  tamamilə  özündən  çıxan  şahzadə  bunun  nigah  qanununa  uyğun  olub-

olmadığını  soruşur.  Onun  qəzəblənməsinə  baxmayaraq,  ərinin  öz  işinə  davam 

etdiyini  görən  şahzadə  atasının  yanına  şikayətə  gedir.  Ərinin  bütün  xanımları  və 

kənizləri  zorlamağa  cəsarət  etdiyini  deyir.  Şah  ona  rişxəndlə  özünün  belə  bir  əmr 

verdiyini  və  onun  da  əmri  yerinə  yetirdiyini  bildirir.  Sonra  qızını  geri  qaytararaq 

çox ciddi surətdə əmr edir ki,  sabah axşam  ərini öz  yatağına dəvət etsin. Şahzadə 

belə də edir, o vaxtdan əri ilə lap mehriban yaşadı. Bu barədə kifayət qədər məzəli 

əhvalatlar  vardır  ki,  bu  ailənin  sonuncu  şahı  Səfinin  məşuqələrinin  biri  ilə 

əlaqədardır.  O  çox  gözəl  bir  qadın  idi.  Şah  onu  nəhayətsiz  bir  məhəbbətlə  sevir, 

onunla fəxr edir, şah qarşısında hədsiz bir cəsarətlə danışmasına sərbəstlik verirdi. 

Səh.—270.  Təbiəti  etibarı  ilə  qısqanc  olan  Səfi  bir  gün  ona  bərk  hirslənib, 

öldürtmək  istədi.  Lakin  onun  qəzəbi  qarşısında  ölüm  cəzası  bir  o  qədər  sərt  cəza 

deyildi,  buna  görə  də  onu  başqa  cür  cəzalandırır.  Onun  xidmətçilərini, 

hərəmağalarını  və  ev  əşyalarını  əlindən  aldı.  Paltarlarını  yandırtdı,  daş-qaşlarını 

çıxartdırıb palçığa və gölə atdırdı, son dərəcə gözdən saldığı üçün aşbazlardan biri 

olan  çox  çirkin  zənci  ilə  evlənməyə  məcbur  etdi.  Var-yoxdan  çıxmış  xanım 

yanında qalmış tək bir ev qulluqçusu ilə zəncinin yanına göndərilir. Ev qulluqçusu 

sahibəsi kimi gözəl və cazibədar idi. Qulluqçu qabaqda dayanmışdı. Bu eybəcər ər 

yaxınlaşmaq istədikdə qulluqçu bir xəncər çıxarıb ona dedi: «Zənci it oğlu əgər sən 

ona  barmağının  ucu  ilə  toxunsan,  xəncəri  ürəyinə  saplayacağam».  Yazıq  aşbaz 

qorxub qaçır. Hadisəni şaha danışırlar, hadisə şahın xoşuna gəlir. Artıq özünə gələn 

şah  həmin  xanımı  bir  nəfər  polk  komandirinə  ərə  verir,  paltarlarını  qaytarır,  öz 

adına layiq ev əşyaları verir. 

Kasıblar  evlənəndə  bunun  əksi  olan  bəzi  hadisələr  baş  verir.  Elə  ki,  kişi 

gücü  çatmayan  mehir  (vərəsəlik  —V.  A.)  verməyə  məcbur  olduqda,  qadın  tərəfi 

razılaşdırmaq üçün evinə arvad gətirilərkən otağının qapısını bağlayır, bu qiymətə 

olan  arvadı  istəmədiyini  söyləyir.  Onda  hər  iki  tərəf  arasında  mübahisə  olur.  Qız 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə