Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

32 

 

evi az da olsa, güzəştə getməyə məcbur olur. Çünki qızı geri qaytarmaq ən böyük 



şərəfsizlik hesab olunur. 

Səh.—271.  Qadını  əvvəlcədən  görməyib  evlənmə  tərzi  bədbəxtliyə  səbəb 

olan izdivac kimi görünsə də, qətiyyən belə deyil. Əvvəlcədən alacağı qadını görüb 

danışdıran  ailələrin  daha  xoşbəxt  olduğunu  demək  mümkündür.  Onlar  alacaqları 

qadınları  əvvəlcədən  görüb  danışdırmadıqları  üçün  ən  çox  özlərinkilərlə 

(qohumlarla—V.A.)  evlənirlər.  Bununla  belə  farsların  kimlə  evləndiklərini 

qətiyyən  bilmədiklərini  demək  olmaz.  Belə  ki,  anaları,  yaxın  qadın  qohumları  və 

qız seçmək işi həvalə olunan qadınlar tez-tez dəqiq surətdə onun portretini çəkirlər 

(təsvir edirlər—V. A.). Bu təsvir qız haqqında kifayət qədər rəy yaradır. Qızın əsli-

nəsli  xoşa  gələrsə onunla  yaşamağı  mümkün  hesab edirlər. Üstəlik böyük  əyanlar 

yeddi  və  ya  səkkiz  yaşdan  ötənədək  qızları  qapalı  saxlamırlar.  Onlar  bu  yaşadək 

açıq gəzirlər. Bu, onların  camaata görünməsi və camaatın onları müşahidə etməsi 

üçündür: hərdən belə olur ki, qızı balacalıqda görüb sonradan evlənirlər. 

Bir  sıra  əsaslar  olduqda  Məhəmməd  dini  boşanmanı  qanunauyğun  sayır. 

Bunun  üçün  kifayətdir  ki,  tərəflərdən  biri  başqasının  dadına  baxsın  və  ya  arvad 

boşanmaq  istəsin.  Onlar  dünyanın  ən  ağıllı  və  ən  nəcib  adamları  olsalar  belə, 

boşanırlar.  Məhkəmə  və  ya  ruhani  qarşısında  ayrılıq  Səh.—272  aktı  (boşanma 

kağızı  yazılır—V.  A.)  bağlanır.  Bu  akt-talaq,  yəni  boşanma  kağızı  adlanır.  Talaq 

verilən kimi, tərəflər istədikləri ilə evlənmək sərbəstliyinə malik olurlar. Əgər kişi 

nigahın  ləğv  edilməsinə  könüllü  olaraq  razıdırsa,  arvada  mehir  verməyə 

məcburdur.  Əgər  ayrılığın  səbəbkarı  arvaddırsa,  heç  bir  şey  iddia  edə  bilməz. 

Məhəmmədilər pozulmuş nigahın təzələnməsini qanunauyğun hesab edirlər. Nigah 

üç  dəfə  pozula  və  təzələnə  bilər.  Onlar  bu  qaydanı  yəhudilərdən  olduğu  kimi 

götürmüşlər. Əgər nigah üç dəfə pozulub təzələnəndən sonra kişi və qadın yenidən 

birləşmək  istəsələr,  qeyri-adi  bir  şərti  yerinə  yetirməlidirlər.  Əvvəlcə  arvad  başqa 

bir kişiyə ərə getməli, qırx gün onunla yaşamalı və sonra ondan ayrılmalıdır. Buna 

baxmayaraq  bu  iş  Məhəmmədilər  arasında  alçaq  hərəkət  hesab  edilir.  Əgər  nigah 

üç  dəfə  pozulubsa,  daha  o  qadını  qaytarıb  özlərinə  arvad  etmirlər.  Əsasən 

ayrıldıqları qadınla evlənmək imkanları olsa da, farslar bu imkandan nadir hallarda 

istifadə  edirlər.  Burjuaziya  hərdən  bununla  öyünür.  Nüfuzlu  adamlar  isə 

boşanmaqdansa,  arvadı  öldürməyi  üstün  tuturlar.  Onlar  boşamalı  olduqda, 

arvadlarını  öldürürlər.  Kiçik  xalq  (qara  camaat—V.A.)  isə  belə  şeyləri  heç  vaxt 

eləmir. Boşanmaq işində onlar çox sadə və kobuddurlar. Boşayarkən talaq verməli 

olduqları üçün bu onlara çox baha görünür. Qara camaat arasında bəzən hay-küyə 

səbəb  olan  haqsızlıq  baş  verir.  Talaq  vermədən  arvadlarını  boşamaq  istəyənlər 

arvadlarla  elə  pis  rəftar  edirlər  ki,  arvadlar  özləri  Səh.—273.  boşanmağa,  azadlıq 

üçün  hər  şeyi  qurban  verməyə  məcbur  olurlar.  Çox  vaxt  məhkəmə  (şəriət 

mənasında—V. A.) ər və arvad arasındakı ziddiyyəti, bir-birinə etdikləri pislikləri 

və  onları  ayıran  səbəbləri  nadir  hallarda  bilir.  Varlı-karlı  adamlarda  arvadların 

saxlandığı  yer  müqəddəsdir.  Orda  baş  verən  hadisələr  haqqında  məlumat  verən 



33 

 

şəxs  kim  olmasından  asılı  olmayaraq,  cinayətkardır.  Təkcə  ər  orda  heç  kəslə 



bölüşdürülməyən  bir  hakimiyyətə  malikdir.  İnandırırlar  ki,  orda  çox  qeyri-adi 

şəhvət cəzaları olur. Orda qadınların həqiqətən öldüklərini də təsdiq edirlər. 

Əlavə  etməliyəm  ki,  qadağan  dərəcələri  (evlənmədə  —  V.A.)  farslarda  da 

yəhudilərdə  olduğu  kimidir:  ana,  qaynana,  bacı,  ögey  bacı,  xala,  qardaş  qızı  ilə 

evlənmək  qadağandır.  Qardaş  arvadı  ilə  evlənmək  olar,  amma  çox  nadir  hallarda 

belə olur. Başqa Məhəmmədilər qadağan dərəcələri sahəsində alçaq bir lütfkarlığa 

yol  verirlər.  Hazırda  hakimiyyət  sürən  hind  şahı  Oranq-Zebin  rəhmətlik  atası 

Böyük  Moqol  doğma  qızına  qarşı  qeyri-adi  bir  ehtiras  bəsləyir.  Bunu  ölkələrdə 

danışırlar.  O,  (Böyük  Moqol—V.  A.)  özünə  çox  güclü  kazuistlər  tapdı.  Onlar  da 

ona dedilər: «Kişi əkdiyi tənəyin üzümünü yeyə bilər»...  



Səh.—279.  Mart  ayının  21-i  idi.  Martın  21-i  hicri-qəməri  (ay  təqvimi 

mənasında—V. A) ilə müsəlman ilinin on ikinci ayının—zilhiccənin birinə düşür. 

Gün  çıxandan  qırx  yeddi  dəqiqə  sonra  qala  qarnizonu  və  artilleriyası  yeni  il 

bayramını  elan  və  bayram  etmək  məqsədilə  üç  dəfə  yaylım  atəşi  açdı.  Yeni  ilin 

gəlməsini gecə və ya gündüz olmasından asılı olmayaraq, günəş qoç bürcünə daxil 

olan anda elan edirlər. 

Səfəvilərdə  dini  və  mülki  bayramlar  lap  çoxdur.  İstər  dini  ayinlərin  (şəbih 

və s.—V.A.) və əsas dini hadisələrin, istərsə də ilin vacib fəsillərinin dəyişməsinin 

qeyd  edildiyi  günlər  müqəddəs  günlər—əziz  günlər  hesab  olunur.  Bununla  belə, 

dini  


Səh.—280  bayramlardan  üçü  təntənəli  surətdə  qeyd  edilərək  qorunur. 

Orucluğun  ertəsi  günü  bayram  edirlər.  Orucluğun  xristianlardakı  pasxa  günü  ilə 

eyni  olduğunu  bilirəm.  İbrahim  Qurbanı  və  Əli  tərəfdarlarının  din  yolunda  şəhid 

olması (aşura—V. A.) bayramları hörmətli bayramlardır. Yeni il təntənəsi də mülki 

bayram  olmasına  baxmayaraq,  belə  bayramlardandır.  Onu  demək  lazımdır  ki,  bu 

bayram bu qayda ilə qorunur və çox təntənəli surətdə qeyd olunur. Bu bayram üç 

gün davam edir. Sarayda olduğu kimi bəzi yerlərdə bu bayram günəş qoç bürcünə 

daxil olduğu andan hesablanmaq şərtilə səkkizinci günədək davam edir. Bu bayram 

Novruz,  Sultaniyyə  (Sultan  Novruz—V.  A.)  adlanır.  Bu  da  şahanə  yeni  il  və  ya 

imperiya  yeni  ili  deməkdir.  Bunu  novruzu  həqiqi  yeni  ildən  Səfəvi  dövrünə 

(təqviminə—V.  A.)  görə  fərqləndirmək  üçün  edirlər.  Müsəlmanların  hazırkı 

təqviminə  görə  yeni  il  yalançı  peyğəmbər  Məhəmmədin  irəli  sürdüyü  yeni 

doktrinası  nəticəsində  qəzəblənmiş  xalqın  onu  parça-tikə  edəcəyindən  qorxub 

Məkkədən qaçdığı  gündən başlanır. Həmin  gün bütün  müsəlman aləmində  yeni il 

hesab olunur. Artıq qeyd etdiyim kimi Məhəmməd təqviminin  yeni ili ay  təqvimi 

əsasındadır və Məhərrəm ayının birinci gününə düşür. Hicrət adlanan bu dövrün ilk 

ayı  Məhərrəmdir.  Qədim  təqvim  günəş  təqvimidir.  Müsəlmanlar  onu  Cəmşid 

təqvimi  adlandırırlar.  Cəmşid  dördüncü  fars  şahı  olub,  yeni  il  bayramının  ilk 

yaradıcısıdır.  Qeyd  etmək  lazımdır  ki,  qədim  farslar  gündönümü  (günəşin  göy 

ekvatorunun  ən  uzaq  ekliptika  nöqtəsindən  keçməsi  vaxtı—iyunun  22-si  və 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə