Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

38 

 

deyirlər.  Elə  bu  səbəbdən  onlar  cadugərlərə  nə  dərəcədə  inanırlarsa,  onların 



narazılığından və sehrindən bir o qədər qorxurlar; göz muncuğuna da bir elə inam 

bəsləyirlər. Cadugərlərin oxuduqları əfsunlar müəmmalı ifadələrdən, Məhəmmədin 

ilk  varislərinin  dediklərindən,  hədislərdən  və  Qurandan  götürülmüş  parçalardan 

ibarətdir. Bunların Səh.—289 hamısı vərəqə, xüsusilə vaxta və yerə uyğun olaraq, 

böyük bir ehtiyatla yazılır. 

Onlar  bunları  (əfsun  və  cadu  yazılmış  kağızlar  nəzərdə  tutulur—V.  A.) 

boynundan,  kəmərindən,  əksər  hallarda  isə  qollarından  (dirsəklə  çiyin  arasında, 

qoltuq altında—V. A.) kiçik ipək kisələrdə və ya yarım ekü böyüklüyündə, yaxud 

ondan bir az böyük və ya balaca hər cür zərxara kisələrdə gəzdirirlər. Onları sapla 

bağlayırlar.  Elə  adamlar  var  ki,  bilərzik  şəklində  tikilmiş  lent  üzərində  bu  cür 

yeddi-səkkiz  kisə  gəzdirir.  Elə  adamlar  da  var  ki,  bu  qəbildən  olan  mövhumi 

kağızları  kiçik  qutularda  və  ya  kiçik  futlyarlarda  saxlayırlar.  Futlyarlar 

dişqurdalayan  şəklində  olub,  qızıl  və  ya  gümüşdən  düzəldilir,  mövhumi  kağızları 

yaxşı  qoruyub  saxlayır,  hətta  hamamda  çimərkən  belə  onları  çıxarmağa  ehtiyac 

qalmır.  Mən  elə  adamlar  görmüşəm  ki,  bütün  Quranı  bu  cür  kağızlara  yazdırıb 

üstlərində  gəzdirirlər.  Onlarda  kağızdan  gözmuncuqları  (göz  dəyməsin  deyə 

yazılmış  dua  kağızları—V.  A.)  vardır.  Həmçinin  onlarda  daş  üzərində  yazılmış 

belə  dualar  var.  Lakin  onlarda  velen  kağızı  və  ya  perqament  üzərində  yazılmış 

dualar  heç  yoxdur.  Çünki  onlar  ölmüş  heyvanları  və  onların  soyulmuş  dərisini 

natəmiz  hesab  edirlər.  Məlum  olduğu  kimi,  perqamenti  dəridən  hazırlayırlar. 

Nəhayət,  elə  adamlar  da  var  ki,  onları  üzüyün  qaşı  altında  sağanağa  salır  və 

sağanağın dibində yerləşdirir. Onları göz muncuğu, yəni dua adlandırırlar ki, bu da 

arzu və ya xahiş deməkdir. Gözləmək lazımdır ki, bütün bədxahlıqlara qarşı və hər 

cür  var-dövlət  əldə  etməyə  xidmət  edən  dualar  olsun.  Bu  cür  mövhumatçılığın 

nəticəsidir  ki,  heyvanların  boynuna,  toyuq  hinlərinə  özü  də  bir  düjin  dua  asırlar. 

Nəhayət,  fikirlərində  duanın  ora  çoxlu  müştəri  gətirəcəyini  tutub  köşklərə  dua 

asdıqları kimi, cansız əşyalara da dua asırlar. Mən bu yol qeydlərinin (gündəliyin) 

sonunda  şəraitin  imkan  verdiyi  dərəcədə  farsların  mövhumatçılığının  başqa 

cəhətlərini şərh edəcəyəm. Mən burada ancaq özünü cadugər kimi aparan və ancaq 

cadu yazmaqla məşğul olan xarakterlərdən danışacağam. Bir ondan («on» Fransada 

120  sm-ə  bərabər  uzunluq  ölçüsüdür.  Azərbaycan  dilinə  «qulac»  sözü  kimi 

tərcümə  edilir.  Qulac  0,5  m-ə  bərabər  olduğundan  «on»  termininin  «qulac» 

şəklində tərcümə edilməsi qənaətbəxş deyil—V. A.) daha uzun, beş altı pus (pus—

düym  23  millimetrə  bərabər  ölçü  vahididir—V.  A.)  enində  olan  bir  vərəq  kağız 

götürürlər.  Həmin  kağızı  ardıcıl  surətdə  adamların  ən  namuslu,  ən  mömin  hesab 

etdikləri  qırx  şəxsin  yanına  aparırlar;  onlardan  öz  istədiklərinə  uyğun  bir  dua 

yazmalarını xahiş edirlər. Bunu allaha daha çox xoş gələn və təsir göstərən bir şey 

hesab  edirlər.  Hər  bir  dua  Qurandan  və  hədislərdən  götürülmüş  bir  və  ya  iki 

beytdən  ibarətdir.  Vərəqi  dua  kimi  büküb  və  ya  qatlayıb,  yuxarıda  dediyim  kimi, 

üstlərinə  bağlayırlar.  Qırx  dindar  möminin  duası  yazılmış  kağızı  belə 




39 

 

qiymətləndirirlər  ki,  heç  olmasa  onların  arasında  allaha  xoş  gələni  olacaq  və 



onlardan  birinin  duası  ardıcıl  surətdə  lazım  olan  şeyə  öz  təsirini  göstərəcəkdir. 

Kasıb  zahidlər  və  sədəqə  toplayan  dilənçilərin  çoxu  əllərindəki  dördkünc,  iki-üç 

pye  (fut-30,  479  sm—V.  A.)  ölçüdə  olan  böyük  bir  kağızı  qabağa  uzadırlar.  Bu 

kağızın üzərində allahdan xüsusi mərhəmət əldə etməyə kömək edən dualar vardır. 

Duaların altında imzanı əvəz edən və imza tərzində ora vurulmuş bir xeyli möhür 

vardır.  Bu  möhürlər  o  yerlərin  ən  namuslu  və  ən  mömin  adamlarına  məxsusdur. 

Onlara  möhür  vurmağa  məcbur  edəndə  belə  bir  fikri  əsas  tuturlar  ki,  bu  üsul 

vasitəsilə  üzərində  dualar  yazılmış  kağızda  həmin  adamlar  birləşirlər.  Həmin 

adamlar  bununla  dualarda  öz  əksini  tapan  mərhəməti  allahdan  diləməyə  səbəb 

olurlar.  Qeyri-mümkündür  ki,  bu  qədər  yaxşı  adamlar  arasında  allaha  xoş  gələni 

olmamış  olsun  Səh.—291  və  allaha  xoş  gəlmə  dua  kağızının  himayəçilik  təsirinə 

çevrilməsin.  Bu  cür  dilənçilər  hardasa  dayanmaq  istəmədikdə  bu  kağızı 

dayandıqları və yaşadıqları yerin qarşısından asırlar. 

(27—mart—1673—V.A.), Bəylərbəyi məni görməyə gəldiyi üçün boynuma 

minnət  qoymuş  oldu.  Mən  onun  gəlişini  yüksək  qiymətləndirdim,  belə  ki,  ona 

səkkiz pistol qiymətində olan bir qızıl qutu verdim. Deyildiyi kimi, böyük əyanlar 

görüşə gələndə hədiyyə verirlər. Mən də ölkənin adətindən çıxmamaq üçün həmin 

qanunu  hədiyyə  verdim.  Bəylərbəyi  mənim  otağımda  on  beş  dəqiqə  oldu.  Sonra 

gedib  Konstantinopol  gömrükxana  xidmətçilərinin  qarşısında  dayandı.  Onlar 

mənimlə  qonşu  otaqda  yaşayırdılar.  Nəhayət,  bir  türk  tacirinin  və  bir  erməni 

tacirinin  yanına  getdi.  Onlar  da  bu  karvansarada  yaşayırdılar.  O,  kimin  yanına 

getdisə,  onlardan  hədiyyə  aldı.  Həqiqətdə  onların  hədiyyələri  o  qədər  də  qiymətli 

deyildi.  Konstantinopol  gömrükxana  xidmətçiləri  iki  dükan,  türk  taciri  iki  ekü 

qiymətində olan bir kisə qəhvə, erməni taciri isə ona iki dəməşq qızıl ağası verdi. 

Bir qayda olaraq, bəylərbəyi həftədə iki dəfə—cümə və şənbə günləri qaladan çıxıb 

şəhərə gəlir. Şəhərin bir neçə məhəlləsinə baş çəkir, vacib olan əmrləri verir. Onun 

əyalətindən yaxşı idarə olunanı yoxdur. O, mənzilin qarşısında dayananda istəyən 

hədiyyə  verir,  istəməyən  yox.  Elə  ki,  içəri  daxil  oldu,  adətə  görə  hamı  hədiyyə 

verirdi. Bəxşiş  yığan adını daşıyan zabit  verilən  hədiyyələri ucuz qiymətə də olsa 

sayıb qeydə alır.  



Səh.—292.  29  və  30  (mart,  1673—V.  A.).  Bəylərbəyi  ilə  nahar  etdim,  ona 

beş  yüz  pistol  dəyərində  xırda  qaş-daş  satdım.  Alverimizi  edib,  qabaq-qarşı 

dayandıq. O, pullarımı saydırıb verdirdi. Belə əlverişli ticarətdən o, mütləq surətdə 

qazanırdı. Bu cür ticarəti bu ana kimi farslarda görməmişdim. Belə ki, mən onunla 

daha  əlverişli  ticarət  edirdim.  Həmin  gün  mənzilimə  qayıtdıqdan  az  sonra, 

bəylərbəyinin şahzadə xanımı yanıma adam göndərib xəbər verdi ki, seçib ayırdığı 

bir  çox  zərgərlik  məmulatları  üçün  qiymət  kəsim.  Ata  qalxmağa  hazırlaşırdım  ki, 

xəzinədar  və  Qulam  şah  məni  görməyə  gəldilər.  Belə  oldu  ki,  həmin  gün  qalaya 

gedə bilmədim. Sonrakı üç  gün ərzində də qətiyyən ora  getmək istəmədim, çünki 

bu  günlər  müqəddəs  həftənin  sonuncu  günləri  idi  (axır  çərşənbənin  düşdüyü 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə