Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

34 

 

dekabrın  22-si—  V.  A.)  və  gecə-gündüz  bərabərliyi  bayramlarını  çox  böyük 



təntənə  ilə  qeyd  edirdilər.  Xüsusilə  yaz  gecə-gündüz  bərabərliyi  bayramı  baharın 

gəlişilə əlaqədar olduğu üçün daha yüksək təmtəraqla qeyd edilirdi. Bayram səkkiz 

gün davam edirdi. Birinci gün şah xalqın 

Səh.—281  xeyir-duasını  qəbul  edirdi.  İkinci  gün  alimlərə,  xüsusilə 

astronomlara,  üçüncü  gün  kahinlərə,  dördüncü  gün  məhkəmə  idarəsi 

qulluqçularına—magistratlara, beşinci  gün  əyalət hakimlərinə, altıncı  gün özünün 

valideynlərinə,  sonrakı  gün  ərzində  isə  arvadlarının  valideynlərinə,  öz  uşaqlarına 

xeyir-dua verib, onların  yeni  ilini təbrik edirdi. Yeni ilin təntənəli surətdə bayram 

edilməsi fars (Sasani—V. A) şahlığının Məhəmmədilər tərəfindən istila edilməsinə 

qədər davam etmişdir. Məhəmmədilər farsa özləri ilə bərabər yeni bir din, yeni bir 

təqvim  gətirmişdilər  ki,  həmin  təqvimə  görə  ilin  birinci  günü  yaz  gecə-gündüz 

bərabərliyinə  yox,  Məhərrəm  adlanan  qəməri  ayın  ilk  gününə  düşürdü.  İlin  ilk 

gününü təntənəli surətdə bayram etmək ənənəsi ildən-ilə zəiflədi, nəhayət, dəbdən 

düşdü.  Günəş  təqviminə  görə  yeni  ilin  bayram  edilməsi  qaydasını  saxlamaq 

istəmirdilər. Ölkənin əhalisi buna qarşı çıxırdı və özünün qədim atəşpərəst dinində 

təkid  edirdi.  Xalq  ilin  ilk  gününü  günəşə  həsr  edilmiş  dini  bayram  kimi  keçirirdi. 

Bu,  Məhəmmədilərə  bütpərəstlik  kimi  görünürdü.  Məhəmmədilər  həmin  gün 

(Novruz—V.A.)  baş  verən  hər  hansı  ictimai  bayram  şənliyinə  nifrət  bəsləyirdilər. 

Ay təqvimi ilə yeni ilin ilk gününün bayram edilməsi məsələsinə gəldikdə isə, bir 

gün belə bayram şənliyi edə bilməzdilər. Müşahidə etdiyim kimi, Məhərrəm ayının 

ilk  on  günü  ictimai  matəm  günləri  olduğu  üçün  Səfəvilərdə  Əli  tərəfdarlarının 

şəhid  olmalarını  qeyd  etməyə  həsr  edilir.  Bu  vəziyyət  475-ci  ilədək  Cəlaləddin 

taxta  çıxanadək  davam  etmişdir.  Cəlaləddinin  taxta  çıxması  yaz  gecə-gündüz 

bərabərliyinə  düşmüşdür.  Bundan  istifadə  edib  astronomlar  ondan  havadarlıq 

göstərməsini xahiş etdilər. 



Səh.—282.  Qədim  təqvimə  görə  bunun  taxta  çıxması  yeni  ilin  ilk  gününə 

düşdüyündən  ölkənin  çox  uzaq  keçmişindən  qalma  adəti  təzələmək  və  ilin  ilk 

gününü bayram şənliyi ilə qeyd etmək mümkün oldu. Bu bayram müsəlman ilinin 

birinci  günü  keçirilmək  üçün  nəzərdə  tutulmurdu,  çünki  müsəlman  ilinin  birinci 

günü matəm günü idi, həm də yeni ili din yolunda şəhidliyin təntənəsi ilə başlamaq 

bədxah  əlamət  olardı.  Bunu  nəzərə  aldıqda  yeni  il  bayramını  günəş  ilinin  ilk 

gününə təyin etmək lazım gəlirdi. Bu gün həmişə bahara, ilin ən yaxşı fəslinə, hər 

şeyin  yenidən  təzələnməsi  dövrünə  düşürdü.  Əvəzində  isə  müsəlman  ilinin  ilk 

günü  ardıcıl  olaraq  hər  bir  fəslə  düşə  bilir,  çünki  o  ay  ilinə  aiddir.  Astronomlar 

əlavə edib günəş ili əsasında yeni il bayramı yenidən dəbə düşərsə, onun vasitəsilə 

bir  sıra  xüsusi  şeylər  bərpa  etməyin  mümkün  olacağını  demişdilər.  Səfəvilərin 

qədim adətinə görə illər şahların taxta çıxmasından başlanaraq hesablanırdı. Günəş 

ilinin  ilk  günü  onun  taxta  çıxmasının  başlanğıcı  ola  bilərdi.  Bu  şahzadə 

(Cəlaləddin—V.  A.)  təklifi  öz  zövqünə  uyğun  hesab  edib,  qədim  şahanə  yeni  il 




35 

 

bayramını yenidən bərpa etdi. O vaxtdan yeni il bayramı çox təntənəli və  mühitə 



uyğunlaşdırılmış şəkildə keçirilir. 

Dediyim kimi, yeni il bayramının xalqa artilleriya və muşket (olan yerlərdə) 

atəşləri ilə xəbər verirlər. Paytaxtda və böyük şəhərlərdə belə olur. Bayram paltarı 

geymiş  münəccimlər  şah  sarayına  və  ya  yerli  hakimlərin  iqamətgahına  gedirlər. 

Gecə-gündüz bərabərliyi anını müşahidə etmək üçün ora bir-iki saat əvvəl gəlirlər. 

Onlar  gecə-gündüz  bərabərliyini  yastı  damlarda  və  ya  meydançada  üstürlab 

vasitəsilə  təyin  edirlər.  Onlar  işarə  edən  kimi,  Səh.—283.  yaylım  atəşləri  açılır. 

Musiqi alətləri — nağaralar, şeypurlar səsləndirilir. Krallığın zəngin ailələrində və 

bütün böyüklərin evlərində məclislər keçirilib, şadyanalıq edilir, mahnılar oxunur. 

İsfahanda  şah  sarayı qarşısında  bütün bayram  günləri  ərzində  musiqi çalınır, rəqs 

edirlər, tonqal qalayırlar, məzhəkə göstərirlər. Yarmarkada olduğu kimi hər kəs bu 

səkkiz  günü  təsvirə  gəlməyəcək  bir  şadyanalıqla  keçirir.  Farslar  başqa  adlarla 

yanaşı  bu  bayramı  «təzə  paltar  bayramı»  adlandırırlar,  çünki  elə  bir  kasıb,  elə  bir 

yoxsul  adam  yoxdur  ki,  təzə  paltar  geyməmiş  olsun.  İmkanlı  adamlar  bütün 

bayram günləri təzə paltar geyirlər. Bu, sarayı görmək üçün ən əlverişli vaxtdır. Bu 

zaman  saray  başqa  vaxtlarda  olduğundan  daha  təmtəraqlı  və  daha  yaraşıqlı  olur. 

Daha çox gözəlləşən və daha çox zəngin görünən saraya baxmaq üçün hamı həsəd 

çəkir. Şəhər kənarında, müxtəlif yerlərdə səkkiz günün səkkizində də gəzinti təşkil 

edilir,  orada  sözün  əsl  mənasında  böyük  müsabiqə  keçirilir.  Hamı  bir-birinə 

hədiyyələr göndərir, bayram başlanandan bəri bir-birinə boyanmış və qızıl suyuna 

çəkilmiş yumurtalar göndərirlər. Elə yumurtalar olur ki, pula çevirəndə qiyməti üç 

qızıl  dükata  qədər  olur.  Şah  sarayda  yaşayan  əsas  xanımlara  (baş  hərəmlərə—V. 

A.) yaraşıqlı tərəzi gözlərində təxminən beş yüz bu cür yumurta göndərir. Mən bu 

barədə məlumat vermişəm. Yumurta qızıl suyuna çəkilir. Yumurtanın hər tərəfində 

çox  incə  şəkildə  işlənmiş  dörd  təsvir  və  ya  miniatür  olur.  Deyirlər  ki,  ilin  bütün 

fəsillərində  farslar  bir-birinə  yeni  ildə  olduğu  kimi  belə  yumurta  verirlər,  çünki 

yumurta  şeylərin  mənşə  və  başlanğıcını  bildirir.  İnanmaq  olmur  ki,  bayram  ərəfə 

Səh.-  284  sində  bu  qədər  yumurta  satıla  bilər.  Gecə-gündüz  bərabərliyi  ana 

keçəndən sonra böyüklər (yüksək vəzifəli şəxslər — V. A.)  şahın  yeni ilini təbrik 

etməyə  gəlirlər.  Şah  mümkün  olan  tərzdə  məharətlə  bəzədilmiş,  daş-qaş  içində 

bərq vuran tacını  və  ya şahanə araqçını — baş örtüyünü başına qoymuş olur.  Hər 

kəs  öz  hədiyyəsini  ona  təqdim  edir.  Bu  hədiyyələr  cavahiratdan,  qaş-daşdan, 

parçadan,  ətriyyatdan,  nadir  tapılan  şeylərdən,  atdan,  gümüşdən  ibarət  olur.  Hər 

kəs  öz  qulluğuna  uyğun,  var-dövlətinə  uyğun  hədiyyə  verir.  Əksəriyyət  hədiyyə 

olaraq,  qızıl  verirlər.  Buna  görə  üzr  istəyib  əlahəzrətin  qarderobuna  daxil  olmaq 

üçün (üst başına—V. A.) kifayət qədər layiqli olsun deyə dünyada bundan yaxşı bir 

şey  tapmadıqlarını  bildirirlər.  Adətən  bu  zaman  şaha  beş  yüz  dükatdan  dörd  min 

dükata  qədər  verirlər.  Əyalətlərdə  qulluq  edən  böyüklər  şaha  öz  təbriklərini  və 

hədiyyələrini  çatdırırlar.  Heç  kəs  bundan  qaça  bilməz.  Həm  də  bu  ilki  yeni  il 

hədiyyəsi əvvəlki illərdəkindən artıq olmalıdır. Bu minvalla şah yeni il bayramında 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə