Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

28 

 

qarşısında  həyata  keçirilir.  Başqa  evlənmə  müqavilələri  kimi  yaxşı,  qanunauyğun 



nəcib  iş  hesab  edilir.  Əgər  tərəflər  razılığa  gəlsələr  vaxtın  qurtarmasına 

baxmayaraq,  evlənmə  müqaviləsi  təzələnir.  Onlar  müqaviləni  vaxtından  qabaq 

pozmaqda, kirə ilə saxladıqları qadını qaytarmaqdan sərbəstdirlər; lakin arvadı geri 

qaytararkən müqavilədə göstərilən təlimatı bütünlüklə verməlidirlər. Çünki kirə ilə 

saxlanan qadın kişidən ayrılarsa, qırx  gün ərzində kirə saxlanıla bilməz, başqa bir 

kişi  ilə  əlaqədə  ola  bilməz.  Bu,  təmizlənmə  günləri  termini  ilə  ifadə  olunur.  Dul 

qalmış  qadınların  təmizlənmə  müddəti  isə,  əksinə  olaraq,  yüz  otuz  gündür. 

Yuxarıda  dediyim  kimi,  Məhəmməd  dini  yaxşı  ki,  nəfsini  saxlaya  bilməyənlərlə, 

əri öldükdən  sonra  həmin vaxt  ərzində  kişilərlə  durub-oturmaqdan özünü  saxlaya 

bilməyənlərlə də əlverişli rəftar edir. Bəzək mərasimi qanununu (gəlin bəzəmək və 

s.—V.  A.)  bilənlər  başa  düşürlər  ki,  Məhəmmədilər  bu  qaydanı  yəhudilərdən 

götürmüş,  bir  qədər  dəyişmişlər.  İstər  Məhəmmədilərdə,  istərsə  də  yəhudilərdə 

bəzək mərasimi evlənməyə aid olduqda son dərəcə bir-birinə bənzəyir. Onlar belə 

hesab  edirlər  ki,  bu  qanun  hamının  nəzərində  qadınlarla  rəftar  etmək  üçündür. 

Qanuni  arvadlar  nikaa  (nigahlı—  V.  A.)  adlanırlar.  Məhəmməd  dini  onlardan 

dördünü  saxlamağa  icazə  verir.  Belə  ki,  iki  səbəb  üzündən  bir  nigahlı  arvad 

saxlayırlar. 

Səh—264.  Birincisi,  ailə  təsərrüfatının  pisliyi  qanuniləşdirilmiş  arvadların 

çoxunun  bir  binada  yaşamasına  səbəb  olur.  Çünki  arvadlardan  hər  biri  evdə  əmr 

vermək  istəyir,  onların  bir-birinə  qarşı  olan  qısqanclığı  evi  alt-üst  edir.  İkincisi, 

iqtisadi  səbəbdir  və  ya  qənaətcillikdir.  Farslarda  evlənmək  böyük  xərc  tələb  edir. 

Bəzən də adamları var-yoxdan çıxarır. Bunu öhdəsinə götürməyə razılaşan adamlar 

da  var.  Bəziləri  məşuqə  və  ya  qul  (kəniz  mənasında—V.  A.)  saxlamaqla 

kifayətlənirlər. Varlı adamlar, adətən, özlərinə uyğun ailələrdən arvad alırlar. Əgər 

aldıqları  nigahlı  arvad  onları  yarıtmazsa  (bədbəxtlikdən  həmişə  belə  olur),  onlar 

qul  qadınlarından  (kənizlərdən—V.  A)  istifadə  edirlər.  Bundan  ailənin  əmin-

amanlığı  qətiyyən  pozulmur,  çünki  nigahlı  qadın  həmişə  evin  xanımı  və  sahibəsi 

olaraq  qalır.  Yerdə  qalan  işlərdə  isə  qadının  razı  olub-olmaması  nəzərə  alınmır, 

valideynləri  də  belə  şeylərə  qoşulmurlar.  Adətən  ortabab  adamlar  lazım  gəldikdə 

asanlıqla  üzülüşmək  üçün  kirə  ilə  arvad  saxlayırlar.  Kiçik  adamlar  (kasıblar—V. 

A.) adətən, əksinə olaraq, nadir hallarda kirə ilə arvad saxlayırlar. Nüfuzlu adamlar 

isə  qətiyyən  kirə  ilə  arvad  saxlamırlar;  istəmirlər  ki,  onlara  xidmət  etmiş  qadın 

sonradan  kiminsə  kirəçisi  olsun,  həm  də  kiminsə  qabağından  qalana  yaxın 

durmurlar.  Əgər  təsadüfən  nüfuzlu  bir  adam  bir  qadına,  fahişəyə,  yaxud  özünə 

arvad  edə  bilməyəcəyi  bir  qadına  vurularsa,  onu  doxsan  illiyə  kirəyə  götürür.  Bu 

da, evlənmədən həmin qadına ömrü boyu sahib olmaq deməkdir. Nüfuzlu adamlar, 

xüsusilə  nüfuzlu  qadınlar  və  ya  böyük  ailələrdən  çıxmış  xanım  Səh.—265  larla 

evlənirlər ki, valideynləri qınağa məruz qalmasınlar. Aşağı təbəqədən olan qadınla 

əlaqəyə girmək üçün yuxarıdakı üsuldan istifadə edirlər. Adətən müsəlmanlar qazı 

vasitəsilə  evlənirlər.  Çünki  qadınları  qətiyyən  kişilərə  göstərmirlər.  Evlənmə 



29 

 

mərasimi bu qayda ilə keçirilir. Hər iki tərəfin adamları qızın mənzilinə yığışırlar. 



Qızın  atası  yaxın  adamlarının  müşayiəti  ilə  gələcək  yeznəsini  qarşılamağa  gedir, 

onu  qucaqlayıb  öpür,  onu  məclis  olan  yerə  aparır,  sonra  ordan  çıxıb  gedir.  O, 

müqavilədə qətiyyən iştirak etməli deyil. Gələcək kürəkəni sərbəst buraxmaq lazım 

gəldiyindən,  onun  orada  dayanması  qanuni  deyildir.  Müqavilə  xüsusi  yerdə 

bağlanır.  Orda  təkcə  gələcək  kürəkən,  vəkillər  və  keşiş  olur.  Keşiş  adətən,  kilsə 

adamıdır, onu müqavilə tərtib etdirmək üçün gətirirlər. Onlar müqaviləni özlərində 

saxlayırlar  və  bu  müqaviləyə  əsasən  tərəfləri  şərtləri  yerinə  yetirməyə  məcbur 

edirlər. Tərəflər ən nüfuzlu adamlar olduqda prokurorluq üçün ya sədri (sədr — ali 

ruhanidir),  ya  da  şeyxülislamı  (o,  böyük  mülki  hakimdir)  dəvət  edirlər.  Əgər 

tərəflər  ortabab  adamlar  olsalar,  onda  qazını  (qazı  mülki  işlərə  baxan  canişindir), 

əgər  tərəflər  kasıb  adamlardırsa,  onda  bir  molla  və  ya  qanunçuluğa  baxan  keşiş 

çağırırlar.  Adaxlı  qız  otaqda  və  ya  ona  qonşu  otaqda  dayanır,  onu  çoxlu  qadın 

müşayiət edir. Qızın olduğu otağın qapısı yarımaçıq olur, qapıçı qadın elə dayanır 

ki, heç kəsi görə bilməsinlər. Tərəflərin vəkilləri ayağa qalxdıqda, qız tərəfin vəkili 

qız  olan  otağın  qapısı  tərəfə  çəkilib,  ora  əlini  uzadıb,  ucadan  deyir:  «Mən  N 

vəkiləm,  N-,  sizin  Səh.—266  tərəfinizdən  vəkiləm,  sizi  N-ə  ərə  verirəm,  bu  işdə 

iştirak  edirəm.  Sizin  qarşılıqlı  şəkildə  razılaşdığınız  və  əvvəlcədən  müəyyən 

edilmiş  qaydada  ərinizdən  sizə  qalacaq  varisliyə  görə,  siz  onun  ömürlük  arvadı 

olacaqsınız.  Digər  vəkil  belə  cavab  verir.  Mən  N,  N  tərəfindən  vəkiləm,  onun 

adından N-i daimi arvad qəbul edirəm. N tərəfindən ona etibar edilmişəm. Ərdən 

qadına  qalacaq  və  əvvəlcədən  müəyyən  edilmiş,  qarşılıqlı  surətdə  razılaşdırılmış 

varislik şərtilə razıyam. N-in vəkili kimi burada iştirak edirəm». 

Nəhayət, müqavilə tərtib etmək üçün orada iştirak edən ruhani və hər hansı 

bir  adam  ayağa  qalxıb,  başını  otağın  qapısına  doğru  uzadıb  nişanlı  qıza  deyir: 

«Sizin adınızdan  vəkiliniz Knin indicə verdiyi vədi  təsdiq  edirsinizmi?» O,  cavab 

verir: «Bəli». 

Sonra  o,  həmin  şeyi  nişanlı  oğlandan  soruşaraq  müqavilə  tərtib  edir,  ona 

möhür  basır,  şahid  olsunlar  deyə  möhürü  yığıncaqdakıların  gözləri  qarşısında 

vurdurur,  axırda  müqaviləni  (nigah  kağızını—  V.A.)  nişanlı  qızın  vəkilinə  verir. 

Ərindən  ona  qalacaq  varisliyi  arxayın  olmaq  üçün  müqaviləni  arvad  saxlayır, 

(burada:  qız  evi  saxlayır  V.A.).  O  müqavilə  daha  etibarlı  sayılır  ki,  onda  azı  on 

möhür  olsun.  Kirə  ilə  saxlanan  (siğə  edilən—V.A.)  qadınlara  müqavilə 

bağlanarkən  (nigah  kəsilərkən—V.  A.)  tərəflərin  vəkil  etdikləri  adamlar  başqa 

ifadələrlə vədlərini desələr də, nigah mərasimində elə bir fərq əmələ gəlmir. Onlar 

belə deyirlər: «Mən N, N-nin həqiqi vəkilliyini üzərimə götürdüyüm üçün yaxşılıq 

xatirinə  bu  şərt  və  bu  qiymətə  əsasən,  onu  N-ə  istifadə  etmək  (saxlamaq—V.A.) 

üçün verirəm. 

O  biri  vəkil  belə  deyir:  «Mən  N,  N-nin  həqiqi  vəkilliyini  üzərimə 

götürdüyüm  üçün  yaxşılıq  xatirinə,  onun  adından  qeyd  edilmiş  şərtləri  qəbul 

etməklə N-ni arvadlığa götürürəm; mən buna and içirəm. 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə