Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

24 

 

Səh.—255.  Bununla  belə  nəzakətli  olmaq  lazım  gəlirdi.  Buna  görə  sultan 

ona  on  pistol  göndərdi.  O,  gəlib  içəri  girəndə  sultan  ondan  on  pistolu  alıb-

almadığını soruşdu. O isə həmin pulları qulluqçu qızlara verdiyini dedi. Əlavə etdi 

ki,  o,  belə  xırda  pul  üçün  özünü  təslim  etməz,  sultana  hörmət  bəslədiyi  üçün 

gəlmişdir.  Sultan  bildirdi  ki,  onun  ancaq  dostlarının  qarşısında  oxumasını  və  rəqs 

etməsini  istəyir.  Böyük  bir  süfrə  açmasına  baxmayaraq,  yemək-içmək  vermədən 

düz  gecənin  yarısınadək  onu  oxumağa  və  oynamağa  məcbur  etdi.  Sonra  otağa 

apararaq,  gün  çıxanadək  özü  və  yoldaşları  növbə  ilə  onunla  əyləndilər.  Səhər 

açılanda  rəqqasə  öz  vəzifəsini  yerinə  yetirdiyini  düşünürdü.  Lakin  sultan  səhər 

mehmanxana  sahibindən  mehtərə  qədər  —  hamını  salona  topladı.  Qızı  ora 

gətirtdirib dedi: — Mənim gözəlim, mən kasıb və kiçik hakiməm. Bir gecə üçün on 

pistol vermək imkanım yoxdur. Mənim adamlarım çəkdiyim xərcə ortaq olacaqlar, 

lakin  lazımdır  ki,  mənim  aldığım  zövqə  də  ortaq  olsunlar.  Qızı  həmin  gün  və 

növbəti  axşam  da  öz  yanlarında  saxladılar.  Sultana  pislik  etmək  üçün  qız  özü  bu 

rəftarı  səsə  saldı.  Sultan  bunu  özünə  qarşı  yönəlmiş  görüb,  hadisəni  coşğun  bir 

tərzdə şaha danışdı. Şah ondan kurtizankanı bir axşam əvəzinə iki axşam saxladığı 

üçün zorla əlavə on pistol da aldı. 

Vergi verən fahişələr karvansaralarda saxlanılırdılar və cazibədar olurdular. 

Karvansarada  deyil,  şəxsi  evlərində  yaşayanlar  vergi  vermirdilər;  belə  ki,  onların 

ev payı olmadıqda kasıb bəzədilmiş otaqlarda kirayənişin olurdular. İsfahanda bir 

məhəllə var, orda ancaq belələri yaşayırlar. Bura «üzüaçıqlar» və «üzü açılmışlar» 

məhəlləsi deyirlər. Bu paytaxt şəhərində belə bir adət  vardı ki, axşam düşən  kimi 

fahişələr  qarğa  sürüsü  kimi  şəhərə  daraşar,  xüsusilə  karvansaralara  ünsiyyət 

axtarmağa  gedərdilər.  Ən  pisi  bu  idi  ki,  subay  kişiləri  xüsusi  yerlərə  apararaq, 

onların  mənəviyyatını  pozurdular.  IV  Abbasın  hakimiyyətinin  başlanğıcında  baş 

vəzir Sarutaki (Sarı Tağı—cəsarətli və sağlam fikirli hərəmağası idi) təbiətinə yad 

olan  əxlaqsızlığı  ciddi  qanunlarla  qadağan  etmişdi.  Sonra  onu  nazirlikdə 

(vəzirlikdə)  irsən  onu  əvəz  edən  və  bu  sahədə  onun  rəqibinə  (ardıcılına)  çevrilən 

Xəlifə  Sultan  fahişələr  haqqında  başqa  qərarlar  verdi;  onların  camaat  arasına 

çıxmalarını  və  deyilməmiş  hər  hansı  bir  yerə  getmələrini  qadağan  etdi.  Nəfs 

yandırma  iyrəncliyinə  ciddi  cəzalar  təyin  etməklə  çaxır  satmağı  qadağan  etdi. 

Subay  kişiləri pozanları payaya keçirmək,  öz doğma qızlarını  pis  yola dəvət edən 

qadınları  qüllədən  atmaq  və  itlərə  yedirtməklə  bu  qanunlar  yerinə  yetirilirdi.  Bu 

cəzalarla  ölkəni  qaydaya  salmaq  ümidində  idi.  Məlum  oldu  ki,  bu  ciddi  cəzalar 

ictimai həyəcanı yatırtmaqdan başqa bir şeyə xidmət etmir, ən iyrənc cinayətlər baş 

alıb gedir.  

Səh.—257.  Bütün  bu  dediklərimdən  sonra,  qeyd  etməliyəm  ki,  fahişələrə 

təsir  etməyə  xidmət  edən  qanunlar,  bu  millətin  qaydalarına  görə,  onların  ərə 

getməsinə əngəl törətmir. 

Əvvəlcədən deyim ki, Məhəmməd şəriəti (qanunu) evlənmək işini (burada 

nigah—V. A.) hər bir sədaqətli müsəlman üçün zərurət kimi buyurur və əmr edir. 



25 

 

Məhəmməd şəriəti ömürlük subaylıq və bakirəliyə mövcudatın fikir və məqsədinə 



doğru  yönələn  cinayət  və  günah  kimi  baxır.  Bu  barədə  müsəlmanlar  belə  deyirlər 

ki,  (bu,  lap  doğrudur)  İsa  peyğəmbərə,  Məhəmməd  peyğəmbərə  görə  də  ömürlük 

subaylıq  azad,  tərifə  layiq  və  allaha  xoş  gələn  bir  iş  olmamışdır.  Çünki  həmin 

dövrün peyğəmbəri (İsa peyğəmbər nəzərdə tutulur—V.A.)  subay  yaşayan Bakirə 

bir  qızdan  doğulmuşdur.  Yeni  bir  din  də  yeni  bir  qanun  verən  bərqərar  olandan 

sonra  allah  bakirəliyə  görə  yad  olunmaq  (orijinalda  qulluq  edilmək—V.  A.) 

istəmir.  Əksinə,  istəyir  ki,  hər  bir  adam  evlənmək  vəzifəsini  yerinə  yetirsin.  Belə 

ki,  axır  zamanda  İsa  peyğəmbər  Məhəmməd  peyğəmbərin  varisi  olan  on  ikinci 

imam  Məhəmməd  Mehdi  ilə  birlikdə  yer  üzünə  qayıdacaq  ki,  dinsizləri 

(xristianlara  qarşı  olanlar  terminindən  istifadə  etsə  də,  Şardən  «dinsizlər»  sözünü 

nəzərdə  tutur—V.  A.)  məhv  etsin.  Deyirəm  ki,  onda  İsa  evlənəcək  və  çoxlu 

arvadları olacaq. Onlar öz müqəddəs kitabına (Qurana—V.A.) əsaslanaraq belə bir 

hədisi  misal  gətirirlər:  «Məhşər  günü  yer  üzərində  subay  yaşayıb,  sonradan 

yatmağa  (qadınla  yatmağa—V.A.)  öyrəşmiş  bir  adam  ayağa  qalxıb  ona  qarşı 

duracaq  və  deyəcək:  «Mən  daim  nəsil  artırmaq  və  canlı  varlıqlar  yaratmaq  üçün 

çalışdığım  halda,  nə  cinayət  elədim  ki,  varlığın  düşməni  olan  bir  adam  məni 

tapdalasın.  

Səh.—258.  İzahı  mətnindən  uzun  olan  kobud  və  şəhvani  bir  dinin  əsli 

belədir.  Müsəlman  alimləri  (ruhanilər—V.A.)  bu  barədə  iyrənc  şeylər  öyrədirlər; 

belə  ki,  şəhvani  hissin  kəskin  təsirini  duyan  subayı  evləndirmək  lazımdır. 

Məhəbbətə  mane  olmaq  günahdır.  Əksinə,  məhəbbət  ehtiraslarını  söndürmək 

şərəfli  işdir.  Onların  (müsəlman  alimlərinin  —  V.  A.)  içərisində  elə  kobudları 

vardır ki, rastına birinci çıxan obyektlə qadının öz oğlu, kişinin öz qızı ilə atəşlərini 

söndürmələrinin  mümkün  olduğunu  deyirlər.  Halbuki,  müsəlmanların  əksəriyyəti 

buna  nifrət  edirlər.  Bütün  Məhəmmədilərə  nisbətən  farsların  kobudluğu  bədən 

günahına  aid  çox  vacib  sayılan  iki  şeydə  daha  az  olduğu  üçün  onları 

şərəfləndirmək  lazımdır.  Birincisi,  başqa  aktlardan  olan  Məhəmmədilərdə  təbiətə 

yad günah işləməyə icazə verilir. Türklər bu icazədən geniş istifadə edirlər. Farslar 

onları mühakimə edir, onların ali məhkəməsi dəfələrlə cəza verir. Əksəriyyətin bu 

alçaq  şəhvətə  qarşı  çıxmasına  baxmayaraq,  onların  arasında  çoxlu  kazuist 

(məhkəmədə  və  ya  mübahisədə  yalan  və  şübhəli  tezisləri  sübut  etmək  bacarığına 

malik  olanlar)  vardır.  Onlar  bu  məsələdə  çox  sərbəst  hərəkət  edirlər.  İkinci  hal 

ondan ibarətdir ki, Məhəmmədi olmayanlara çox arvad almağa, məşuqə saxlamağa 

qətiyyən  icazə  verilmir.  İstər  kişi,  istərsə  də  qadın  —  hər  ikisi  xaçpərəst  və  ya 

bütpərəst  olsalar  da,  Məhəmmədilər  kimi  nigah  kəsdirmək  şərtilə  birgə  yaşamağa 

razılaşsalar  da,  nigah  kəsdirmək  üçün  məhkəməyə  getsələr  də,  Türkiyədə  olduğu 

kimi etməyib onları biabır edib geri qaytarırlar.  



Səh.  259.  Bu  cür  rəftar  tərzinin  səbəbini  izah  edərkən,  hər  iki  dinin 

özünəməxsus  ciddiyyəti  və  şəhvəti  olduğunu  göstərir,  ciddiyyət  və  şəhvəti  bir-

birindən  ayırmaq  lazım  olmadığını  qeyd  edirlər.  Belə  ki,  xristian  dini  zövq  verən 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə