Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

22 

 

ibarət olur. Onlar sarayda çıxış etmək üçün gələndə əşyalarını yükləmək üçün dörd 



və  daha  çox  at  lazım  olur.  Belə  ki,  Şərqdə  orduda  olduğu  kimi,  hər  şeyi  özü  ilə 

bərabər  götürməli  olursan.  Atlardan  birinə  iki  böyük  sandıq,  digəri  Səh.—251  nə 

iki  böyük  çamadan,  üçüncüsünə  mətbəx  əşyaları,  dördüncüsünə  ərzaq  şeyləri  və 

atlar  üçün  arpa-saman  yükləyirlər.  Onların  ekipajında  çadır  olmur.  Çünki  yol 

boyunca ya onlara mənzil verirlər, ya da çadır qururlar. Onların illik qazancı 1800 

frank  olur.  Buna  əlavə  olaraq,  geyim  üçün  xeyli  parça,  onlara  və  onların 

məiyyətinə yemək-içmək payı verilir. Onların arasında elələri olur ki, şəxsiyyətini 

xoşladığı  üçün  şah  maaşını  artırdığından,  ildə  doqquz  yüz  ekü  alır:  lakin  bütün 

bunlar onların məvacibinin kiçik bir hissəsini təşkil edir. Bəzən elələri də olur ki, 

Səfəvilərdə  israfçılıq  qadağan  edilsə  də  var-dövlət  içinə  düşür,  iyirmi  dörd  saat 

ərzində  olduğu  yerdən  əlli  pistol  alıb  qayıdır.  Şah  onlara  cazibədarlığına, 

səmimiyyətinə, rəqslərinə görə qiymətli hədiyyələr bağışlayır. Əyalət hakimləri də 

belə  edirlər.  1665-ci  ildə  Hirkana  ikinci  Abbası  görmək  üçün  getdiyimi 

xatırlayıram.  Bir  axşam  sarayda  bu  rəqqaslardan  ikisini  gördüm.  Hər  birinin 

üstündə  qiyməti  on  min  eküdən  də  çox  olan  daş-qaş  vardı.  Onların  şahanə 

bəzəklərinə heyran qaldım. Onlar məni qaldıqları yerə baxmağa dəvət etdilər. Onda 

hələ  farsca  danışa  bilmədiyim  üçün  tərcüməçimlə  ertəsi  gün  orda  oldum.  Bizimlə 

bir  fransız  cərrahı  da  vardı.  Onların  mənzili  çox  zəngin  və  dəbdəbəli  idi.  İsti 

ölkələrdə  ətriyyat  güclü  şəhvətə  səbəb  olur.  Bütün  kurtizankaların  mənzili  belə 

dəbdəbəli və ətirli idi. Onları ümumiləşdirən bir şey vardısa, o da onların eyni adla 

çağırılması idi. 

Səh.—252.  Görüş  üçün  onların  təyin  etdikləri  qiymət  onların  ümumi  adı 

olmuşdur:  on  tümən,  beş  tümən,  iki  tümən.  Bir  tümən  bizim  pulla  on  beş  eküyə 

bərabərdir.  Bir  tüməndən  az  pula  görüş  vermirlər.  Əgər  beləsi  olsa,  truppadan 

kənar edirlər, onun yerinə başqasını qəbul edirlər. Bununla belə, bu alçaq sənətdən 

varlanıb  əl  çəkən  yoxdur.  Çünki  onlar  özlərini  satıb  zövq  alırlar,  buna  görə  də 

kasıblaşırlar.  Ancaq  alçaq  yolla  əldə  edilmiş  gəlir  və  var-dövlətin  onlara  bəxş 

etdiyi  tövbə  hissi  qalır.  Bu  da  həmin  gəliri  israfçılıqla  dağıtmaqdan  təəssüf  hissi 

keçirməyə imkan vermir. Əyalət truppalarında rəqqasələrin sayı yeddi və ya səkkiz 

qızdan  ibarət  olur.  Səfəvilərdə  ictimai  qadınlar  başqaları  kimi  geyinmələrinə  və 

çarşaba  bürünmələrinə  baxmayaraq,  daha  tez  tanınırlar.  Onların  çarşabı  daha  qısa 

və  az  haşiyələnmiş  olur,  hərəkət  tərzləri  və  xarici  görünüşləri  ilk  baxışdan  onları 

tanımağa  imkan  verir.  Əyalətlərdə  onların  sayı  o  qədər  də  çox  deyil,  ancaq 

İsfahanda—paytaxtda  lap  çoxdurlar.  1666-cı  ildə  mən  orada  olanda  bu  cür 

qadınlardan on dörd min nəfərinin siyahıda olduğunu mənə dedilər. Təbəqə təşkil 

etdikləri,  öz  başçıları  və  qulluqçuları  olduğundan  onlar  vergi  verir,  siyahıya 

alınırlar.  Onlardan  alınan  vergi  iki  yüz  min  eküyə  çatır.  Məni  inandırdılar  ki, 

                                                                                                                                      

 



23 

 

vergiləri  çox  olduğu  üçün  onlardan  bəziləri  tanınmasınlar  deyə  siyahıya  düşmək 



istəmirlər. Qulluqçuları da vergi verməmək üçün siyahıya düşməməyə çalışırlar. 

Səh.-253. Bununla belə inanmıram ki, bu iyrənc sənətin burada olduğu kimi 

geniş yayıldığı və qadınların özünü çox baha satdığı başqa bir ölkə də olmuş olsun. 

Bu  qadınların  əxlaqsızlığının  ilk  illərində  onlardan  azı  on  beş-iyirmi  pistol 

miqdarında  vergi  alırlar.  Onların  qadına  münasibəti  ağlasığmaz  şəkildədir.  Bir 

tərəfdən  farslarda  din  hər  kəsə  icazə  verir  ki,  qul  qızlar  (burda  kəniz—V.  A.)  və 

istədikləri  qədər  nigahsız  qadın-konkübinat  saxlasınlar  (konkübinat—siğə  edilmiş 

qadın—V.A.).  Bu  da  ictimai  qadınların  qiymətini  azaltmalıdır.  Bir  tərəfdən  də 

cavanların pulu azdır, həm də çox erkən evlənirlər. İsti ölkələrdə şəhvətpərəstliyin 

səbəbini, qızğınlığın çoxluğunda axtarmaq lazımdır. Onların sənətinə gəldikdə isə, 

bu da cazibədarlığın bir növüdür. Onları hərbçilərdən və saray xanımlarından daha 

çox mükafatlandırırlar. Ölkədə hamı bir ağızdan deyir ki, kim kurtizankanın aşiqi 

olsa,  qovulmayınca  ondan  ayrıla  bilməz.  Bu  da  o  vaxt  olur  ki,  aşiqin  cibində 

sonuncu  ekü  qalır.  Təmiz  və  ağıllı  adamlar  görmüşəm  ki,  onlar  da  bu  bədbəxt 

əlaqəyə  girmiş,  üzülüşməyi  isə  qeyri-mümkün  hesab  edirlər.  Onlar  özlərinə  haqq 

qazandırmaq  üçün  heyran  olduqlarını,  ovsunlandıqlarını  deyirlər  və  inanırlar  ki, 

zəncirlərini qırmaq istəsələr də mümkün olmur. Məhəbbət qullarını bədənlərindəki 

və xüsusilə qollarındakı yanıq yerindən tanıyırlar. Onlar qızmış dəmiri ətlərinə elə 

güclü  basırlar  ki,  otuz  solluq  (sol  və  su  beş  santimetr  və  ya  frankın  yüzdə  biri 

dəyərində gümüş pul—V.A.) pul qalınlığında yanıq yeri qalır. Onlar ehtiraslarının 

ən  coşğun  çağında  özlə  səh.—254.  rinə  damğa  basırlar  ki,  məhəbbət  yanğısından 

başqa ayrı yanğı hiss etmədiklərini məşuqlarına sübut etsinlər. Sonra bu nişanların 

sayı  artır,  aşiqlik  xatirinə  hər  şeydən  keçirlər.  Elə  adamlar  var  ki,  bədəninin  hər 

yerində, xüsusilə ombasında belə yanıq yerləri var. 

Bu cür qadınları çağırmağa adam göndərənlə pul göndərmək də adətdir. Bu, 

təkcə  onları  rəqs  etdirmək  üçündür.  Bu  məqsədlə,  adətən,  onların  başçısına  iki 

pistol  göndərib  hər  biri  üçün  istədikləri  qədər  ödəyirlər;  altı,  yeddi  və  ya  səkkiz 

pistol. Əgər onlar  yaxşı rəqs etsələr, əlavə hədiyyə də verirlər. Əgər onlardan biri 

əxlaqsızlıq  xatirinə  çağırılırsa,  onda  dəqiq  müəyyənləşdirilmiş  qiymət  ödənilir. 

Rəqqasə  atda,  bir  və  ya  iki  xidmətçi,  bir  nökəri  ilə  gəlir.  Özü  ilə  gətirilməsi 

mümkün olan hər şeyi gətirir. Xatırlayıram. Hirkanda olanda (bu barədə demişəm) 

ora sərhəd rayonundan olan bir sultan (bizdə buna əyalət kralının - hakiminin—V. 

A. leytenantı deyirlər) gəlmişdi. O, kurtizankadan razılıq alandan sonra ertəsi gün 

iki  at,  beş  ekü  göndərərək,  yataq  otağına  gəlməsini  xahiş  etmişdi.  Sultana 

göndərdiyi hədiyyə böyük görünürdü, lakin qız cavabında onu tanımadığını, ən azı 

otuz  ekü  göndərməmiş  evdən  çıxmayacağını  bildirmişdi.  Sultan  on  ekü  göndərdi, 

yenə də rədd edildi. On beş, iyirmi ekü də qızın inadını qırmadı. Bu pərtlik onu bir 

az  da  qızışdırdı.  O,  dostlarına  bu  varlığın  əzilib-büzülməyi  yaxşı  bacardığını 

deyirdi. Onu gətirmək ehtimalı olmasa da özümüzü buna məcbur etdik. 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə