Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

26 

 

hər  cür  şərab  içməyə  icazə  versə  də  birdən  çox  arvad  saxlamağa  icazə  vermir. 



Onun əvəzində isə Məhəmməd dini istədiyin qədər arvad saxlamağa icazə versə də, 

bir damcı şərab içməyə icazə vermir. Ərə getmək vaxtı çatanadək qızları saraylarda 

qapalı  saxlayır,  yeniyetmələr  özünü  tanıyanda,  onlara  ya  kəniz,  ya  da  məşuqə 

verirlər.  Həyatda  öz  arzusu  ilə,  könüllü  olaraq  bakirə  yaşayan  adamların  varlığını 

farslar heç vaxt başa düşə bilməyəcəklər. Bu mənada xristian ölkələrində müşahidə 

edilən hadisələrdən danışarkən, müsəlmanlar cəsarətlə cavab verərək, təbiətə yad iş 

görüb,  cinayətə  yuvarlandığımızı,  qadınsız  yaşamağın  qeyri-mümkün  olduğunu 

söyləyirlər. Onlar deyirlər: 

—  Avropalılar  başqaları  kimi  olmurmu,  başqaları  kimi  yeyib-içmirlərmi, 

əgər  onlar  qətiyyən  qadına  baxmırlarsa,  bu  onların  günahı  deyilmi?  Yuxarıda 

xatırladığım  kimi,  İsfahanda  kapusinlərin  yanında  olarkən  Baktiriyalı  nəcib  bir 

əyan alim bizim görüşümüzə gəlmişdi. O, kapusinlərin başçısı II Rafael dü Mana 

dedi:  —  Padri,  (böyük  xristian  ruhanisinə  padri  deyirlər—V.A.)  deyirlər  ki,  sizin 

kimi  ruhanilər  qətiyyən  qadınla  əlaqədə  olmurlar.  Onlar  öz  aralarında  türkəsayaq 

(oğlan uşaqlarından istifadə etmək) yaşayırlar. 

—  Aman  Allah!  Bu  alçaq  cinayətə  öyrəşmək  mümkündürmü?  —  deyə 

Müqəddəs Ata cavab verdi — bizdən uzaq olsun. 

Səh.—260. Biz arzu edirik ki, heç vaxt qadına yaxın durmayaq. 

—  Necə?  —  deyə  müsəlman  ruhanisi  söz  atdı  —  siz  qadına  toxunmadan 

yaşayırsınız? 

—  Bəli, — deyə Müqəddəs Ata cavab verdi. 

—  Axı, Padri, — deyə bu əyan çox qayğıkeşliklə yenidən sözə başladı, — 

siz yemədən yaşaya bilərsinizmi? Doğrusu, — deyə, o, davam etdi, — biz elə başa 

düşürük  ki,  qadına  ehtiyac  duymadan  yaşamaq,  yeməyə  ehtiyac  duymadan 

yaşamaq  kimi  ən  çətin  şeydir.  Şübhəsiz,  bu  müqayisə  adamı  çox  çətinə  salır.  Bu 

müqayisəni  anlamaqda  tələskənlik  lazım  deyil.  Biz  belə  müqayisələri  dərk  etmək 

ruhunda tərbiyə edilməmişik. Şəhvət isti ölkələrə aiddir. Allaha şükür ki, o bizə aid 

deyil. İsti ölkələrdə yeməklərin əksəriyyəti şirələrdən ibarətdir. Şirələr də sərxoşluq 

deyil,  ayıqlıq  yaradır,  ehtirası  söndürmək  hissi  onları  o  qədər  qızışdırır  ki,  onlar 

heç vaxt özlərini şəhvətdən çəkindirə bilmirlər. 

Dediklərimizə  baxmayaraq,  Məhəmmədilərdə  əxlaqsızlıq  günah  sayılır, 

fahişə qadınlardan istifadə etməyi onların dini qadağan edir, belə şeylərə ciddi və 

təmiz  adamları  hörmətdən  salan  alçaq  bir  iş  kimi  baxırlar.  Bununla  belə  şəhərlər 

fahişələrlə doludur, ən hörmətli və ən pak adamlar belə işlərə baxırlar. Hər axşam 

kolleclərə  və  ya  böyük  məscidlərə  (cümə  məscidi,  mədrəsə—V.A.)  gəzintiyə 

çıxsanız gah çarşaba bürünüb xidmətçisi tərəfindən müşayiət edilən, gah da tək-tək 

gəzişən  fahişələrin  keşişlərni  (burada:  molla)  və  regentlərin  (burada:  ruhani, 

axund—V.  A.)  otaqlarına  bir-bir  girib-çıxdıqlarını  görərsiniz.  Onda  qapılar  tez 

bağlanır, bir də ertəsi gün açılır. Onlar ordan ya səhər tezdən, ya da qaş qaralandan 

sonra  çı  Səh.—201  xıb  gedirlər  ki,  heç  kəs  onları  incitməsin.  Eyni  şeylərə  xarici 



27 

 

tacirlərin  qaldığı  karvansaralarda  da  rast  gəlmək  olar.  Bütün  bunları  necə 



razılaşdırırlar?  Farslar  bunu  belə  edirlər.  Əvvəlcə  sizə  deyirlər  ki,  fahişələr 

günahkar  vəziyyətindədirlər.  Belə  ki,  onlar  tövbə  etdikdən  sonra  evdən  çölə 

çıxırlar, sanki nizama düşməyən həyatdan uzaqlaşırlar. Bir də vergi verdikləri üçün 

belə  edirlər.  Din  tərəfindən  qadağan  olunmuş  bir  sənətlə  məşğul  olduqları  üçün 

fahişələr  vəfasız  qadınlar  kimi  tanınırlar.  Sonra  deyirlər  ki,  fahişə  ilə  ticarət  də 

günahdır.  Qanunla  icazə  verilmiş  bu  ticarətin  əvəzi  onu  almaqdır.  Bunu  vicdanlı 

adamlar edirlər. Onlar icarə müqaviləsinə əsasən kirə ilə bir saatlığa, bir gecəliyə, 

bir  günlüyə  (gündüz  mənasında—V.  A.)  bir  həftəliyə,  yaxud  istədiyi  qədər 

(farslarda təcrübədən keçirilən bu işlər barədə geniş danışacağam) bir kurtizankanı 

(yüksək  zümrəyə  mənsub  yüngül  əxlaqlı  qadın—V.A.)  özlərinə  arvad  edirlər. 

Onlar  ehtiyatla  hərəkət  edərək,  vicdanlı  bir  fahişə  ilə  evlənməyi  iddia  edirlər. 

Özləri  də  belə  hesab  edirlər  ki,  bu  cür  evlənmə  başqa  evlənmələr  kimi  yaxşı  və 

qanunauyğundur. Onlar bu cür evlənməni siğə kudim (qədim—V. A.) adlandırırlar. 

Sözbəsöz tərcüməsi «istifadə müqaviləsi bağladım», yəni «evləndim» deməkdir. 

Müsəlmanların evlənmək məsələsinə gəldikdə, bütün başqa Məhəmmədilər 

kimi,  onların  da  Əli  ehkamlarına  əməl  etdiyi  müşahidə  edilir.  Onlarda  üç  cür 

evlənmə vardır: pulla almaq, kirə ilə (siğə yolu ilə— V. A.) almaq və ya evlənmək 

(nigah  kəsdirməklə—V.  A.).  Bu  üç  evlənmə  üsuluna  birlikdə  əməl  etməyə  icazə 

verilir.  Onların  dini  belə  təlim  Səh.—262  edir.  Mülki  qanunlar  kənizdən,  siğə 

edilmiş  qadından  və  nigahlı  arvaddan  olan  uşaqları  bərabərhüquqlu  hesab  edir. 

Nigahlı qadından  əvvəl qul qadından (kənizdən—V. A.) oğlan  uşağı olmuşsa, qul 

qadından  olan  uşaq  böyük  sayılır.  Böyüklük  hüquqlarından  istifadə  edir.  Burada 

qanuni arvadın şahzadə, kral ailəsindən olması nəzərə alınmır. Bu, ona görə belədir 

ki, farslarda əsil-nəcabət ata xətti ilə müəyyən edilir. 

Qul  qadınlar  «kənizə»  adlanır.  Qanun  icazə  verir  ki,  baxmağa  bacardığın 

qədər  kəniz  saxlayasan.  Kənizlərlə  necə  rəftar  edilməsi  ilə  nə  polis,  nə  din 

xadimləri, nə də mülki qulluqçular maraqlanırlar. Çünki Şərqdə hər kəs öz qulunun 

hökmdarıdır.  Kimin  ki,  kənizləri  var,  onlardan  ürəyi  istəyən  kimi  istifadə  edir. 

Qulun  xoşbəxtliyi  də,  həyatı  da  sahibinin  əlindədir.  Kənizinin  sahibinə  arvadlıq 

eləməsi  Şərqdə  qətiyyən  şərəfsizlik  hesab  olunmur.  Əksinə,  bu,  ən  böyük 

xoşbəxtlikdir  və  qula  çox  böyük  var-dövlət  gətirir.  Belə  ki,  sahibi  ilə  bir  yastığa 

baş  qoyan  kəniz  üçün  ayrıca  mənzil  verilir.  Onu  qullardan  ayırırlar,  yaxşı 

geyindirirlər. Ona xidmətçilər müavinət verirlər, uşağı olarsa, bütün bu üstünlükləri 

bir az da artır, ona daha qul kimi deyil, evin qanuni varisinin anası kimi baxırlar. 

Kirə  ilə  saxlanan  qadınlara  Amuadi-Mutaa  deyirlər,  mənası  «oynaş», 

«məşuqə»  eyni  zamanda  «xidmətçi»,  «qulluqçu»  deməkdir.  Belələrini  istədikləri 

qədər  istədikləri  müddət  ərzində  və  razılaşdırılmış  qiymət  əsasında  saxlayırlar. 

Səfəvilərdə  paytaxt  İsfahanda  gənc  Səh.—263  və  gözəl  qadınları  kirə  ilə 

saxlayırlar. Mənzil, yemək-içmək, geyim xərcləri də daxil olmaqla onlara ildə yüz 

əlli  livr  verirlər.  Bu  cür  evlənmə,  tamamilə  mülki  müqavilə  əsasında  hakimin 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə