Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

42 

 

qadağan  etmişdi.  Onlar  ona  görə  belə  hərəkət  edirdilər  ki,  xərcin  bir  hissəsini  öz 



xoşumla onlara verim. Bu ölkənin adətlərinə yaxşı bələd olduğumu bildiklərindən 

mənə hər cür nəvaziş göstərirdilər, halbuki, qətiyyən xariciyə əliaçıqlıq edərək belə 

mehribanlıq  göstərmirlər.  Günortadan  sonra  bəylərbəyindən  akzisin  ödənməsi 

haqqında gömrük buraxılışı kağızı almaq üçün düşərgədə oldum. Mənə qarşı min 

cür  nəzakət  göstərdi,  ayrılarkən  deyildiyi  kimi  şahın  istəkliləri  olan  hər  iki  böyük 

oğlu  üçün  iki  zəmanət  məktubu  verdi.  Demək  olar  ki,  məktubların  hər  ikisi  eyni 

məzmunda idi. Böyük oğlu üçün olan məktubun tərcüməsi belədir. 

 

A L L A H 



 

Əlahəzrət şahın istəklisi və əzizi, mənim çox şöhrətli və çox xoşbəxt oğlum 

Nəsr  Əli  bəyin  uca  və  qüdrətli  hökmdar  olmasını,  sağlamlığını  və  həyatının 

qorunmasını bütün xeyirxahlıqların mütləq yaradıcısından arzu edirəm. 

Sizin  xoşbəxt  ucalığınız  üçün  təmiz  arzularla  göyə  əl  açırıq.  Sizə  belə  bir 

məktub yazmağımızın səbəbi bir neçə müddət bundan 



Səh.—297 əqdəm bu şəhərə gəlmiş, indi isə Aləmpənah yerin-göyün pənahı 

(sözü ilə ifadə olunub—V. A.) saraya Dilicanla (dördtəkərli minik arabası—V. A.) 

burdan  yola  düşən  senyor  Şardənin  işlərinə  qayğı  göstərməyimizdir.  Onun 

niyyətlərindən  və  ali  saraya  etmək  istədiyi  müti  arzulardan  mütləq  xəbərdar 

olmalısınız  və  onları  aydın  başa  düşüb,  onun  arzu  və  istəklərinin  qayğıkeşliklə 

yerinə  yetirilməsinə  çalışacaqsınız.  Bizim  məktubumuzun  məzmunu  ilə  və  bu 

görkəmli  dostun  zəmanətimizdə  göstərildiyi  kimi  qarşılanacağı  və  necə  danışıqlar 

aparılacağı barədə xüsusi məlumat verməyinizi xahiş edirik. Biz həm də onun hal-

əhvalı  barədə  xəbər  verməyinizi  də  arzu  edirik.  Onun  bizim  şahımız  tərəfindən 

qəbul  edilmək  və  mərhəmətə  layiq  görülmək  şərəfinə  nail  olması  üçün  bütün 

varlığımızla  Allaha  dua  edirik.  Şaha  bütün  təbəələrinin  müti  olmasını  və  onun 

onların  üzərində  parlaq  qələbələr  qazanmağa  nail  olmasını  arzu  edirəm.  Əbədi 

Allah sizə uzun ömür versin.  

Səh—298. Sonra bəylərbəyiliyin digər baş əyanlarından akzisin ödənilməsi 

haqqında gömrük buraxılışı kağızı aldım. Buraxılış kağızı aldığım əyanlardan biri 

də  zərbxananın  böyüyü  idi.  Bu  əyanın  adı  Məhəmməd  Şəfi  idi.  O,  məni  İsfahana 

Ərdəbil  yolu  ilə  getməyə  razı  saldı;  o  şəhərdə  nəsə  bir  şey  sata  biləcəyimə  məni 

əmin etdi. Mən ona o şəhərdə alver edəcəyimi vəd etdim. Ondan öz yaxın qohumu 

olan Ərdəbil hakiminə zəmanət kağızı aldım. Onun məzmunu belədir: 



 

 

 


43 

 

A L L A H 



 

Çox  uca  və  çox  nəcib  əyan,  şöhrətli  əlahəzrət,  İlahi  adlandırılmağa  layiq, 

hakimlərin,  canişinlərin  və  xoşbəxt  adamların  və  yaxşısı,  mərhəmət,  şərəf  və 

nəzakət  mənbəyi,  təmizlik  nümunəsi,  nəciblik  və  xeyirxahlıq  rəmzi,  təmiz,  həqiqi 

və sadiq hakim, qohumlarının və yaxın dostlarının müdafiəçisi. 

Mənim  hamıdan  artıq  əyanlarım  və  sahibim  sizin  canınızı  qorumaq  və 

ömrünüzü uzatmaq üçün Allaha dua edirəm. 

Bundan  sonra  (məktubun  əvvəlki  hissəsi  fərqləndirici  şriftlə  yazılmışdır—

V.  A.)  sizə  hörmətimi  izhar  edir,  and  içib  sizə  sədaqətli  olduğumu  bildirirəm. 

Əlahəzrət,  sizə  məsləhət  bilirəm  ki,  senyor  Şardən  Avropa  tacirlərinin  gülüdür, 

günəş kimi parlaq və təmiz bir ruhdur. 

Səh.—299.  Qəzvin  şəhərindən  keçərək  aləmpənah  gözəl  saraya  getmək 

niyyəti  vardır.  Mən  həqiqi  dostunuz  olduğum  üçün  sizə  qulluq  göstərmək  niyyəti 

ilə  müqəddəs  Ərdəbil  şəhərindən  keçib  getməyə  onu  razı  saldım.  O,  özünün 

qiymətli  mallarını  sizin  çox  nəcib  şəxsiyyətiniz  qarşısında  nümayiş  etdirəcəkdir. 

Əminəm ki, o mallar sizin xoşunuza gələcək və onları qəbul edəcəksiniz. Bu nəcib 

xariciyə  yaxşı  qayğı  göstərmək  üçün  adamlarınıza  göstəriş  verəcəyinizə  əminəm. 

Allahın  köməyi  ilə  gələn  Zilhiccədə  Tiflisə  yola  düşməyə  hazırlaşıram.  Əgər  bu 

ölkədə  mən siz əlahəzrətə  xidmət  göstərə bilərəmsə, həmin xidmətin nədən ibarət 

olduğunu  bilmək  məni  son  dərəcə  şərəfləndirər.  Siz  əlahəzrətə  yalvarıb  onu 

inandırıram  ki,  onun  hal-əhvalı  barədə  xəbər  vermək  mənə  böyük  bir  hədiyyə 

verməyə  bərabərdir.  Allah  mərhəmət  göstərib  sizin  parlaq  şəxsiyyətinizi  qiyamət 

gününə qədər hifz etsin. 

Mən  ən  yüksək  və  ən  nəcib  əyanların—Jonbəy  (Canı  bəy),  Yəhya  bəy  və 

Məhəmməd bəyin həqiqi dostuyam; onların sağlığı mənim rahatlığıma səbəb olur. 

Möhür şerdən ibarət olub, bu məzmuna  malik idi: «Mən, Məhəmməd Şəfi 

öz taleyimi allaha bağlamışam, çünki məni o yaratmışdır». 

Məktubun  yuxarısında,  bir  küncdə  kiçik  hərflərlə  yazılmışdı:  «Allah, 

dostumun canını sağ eləsin». 

Bu,  şərqlilərin  rəsmi  məktublarındakı  nəzakətdən  müqayisəedilməz 

dərəcədə  fərqlənən  bir  səmimiyyətdir.  Rəsmi  məktubları  da  bizə  salam-dua 

şəklində yazırlar. Nəzakətin birinci dərəcəsini məktubun hansı kağıza yazılması ilə 

müəyyən edirlər. Onlarda yeddi-səkkiz cür kağız olur: ümumiyyətlə, ağ, sarı, yaşıl, 

qırmızı və hər rəngdən; başdan-ayağa qızıl və gü  

Səh.—300  müş  suyuna  çəkilmiş  vərəqlər  olur.  Ən  hörmətli  kağız  üzərinə 

qızıl  suyu  çəkilmiş  gül  işlənən  ağ  kağızdır.  İkinci  nəzakət  (burada:  münasibət, 

nəzakətin  təyin  edilməsinin  ikinci  yolu—V.  A.)  şəxsin  adının  və  ya  onun 

titullarının rəngli və ya qızılı hərflərlə yazılması ilə müəyyən edilir. Nəzakəti təyin 

etmək  üçün  üçüncü  yol  yarım  vərəq  böyüklüyündə  boş  yer  buraxmaq  və  vərəqin 

üçdə  iki  hissəsinə  aid  olan  yerdən  yazmağa  başlamaqdan  ibarətdir.  Dördüncüsü, 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə