Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

36 

 

çoxlu var-dövlət əldə edir. Nəticə etibarı ilə şah bu hədiyyələrin bir hissəsini böyük 



bir  dünyanı—sarayı  təşkil  edən  şəxslərin  hamısına  yeni  il  hədiyyəsi  verməyə 

xərcləyir. Bütün bayram günləri şah böyük əyanlarla xoş rəftar edir. Böyük əyanlar 

da öz növbələrində öz evlərində bu cür edirlər. Çünki onlar günün qalan hissəsini 

öz  evlərində  keçirir,  adamları  qəbul  edir,  həmçinin  özlərinə  tabe olan  adamlardan 

hədiyyələr  qəbul  edirlər.  Belə  ki,  bu,  Şərqdə  dəyişməz  qanundur:  aşağı  vəzifədə 

olanlar ali vəzifə sahiblərinə, kasıblar varlılara hədiyyə verirlər. Bir sözlə, bu adət 

əkinçidən şaha qədər davam edir. 

Səh.—285.  Əgər  bacara  bilsələr,  dindarlar  bayramın  birinci  gününü  öz 

mənzillərində  allaha  ibadətlə  keçirirlər.  Onlar  sübh  çağı  bütün  bədənlərini  su  ilə 

yuyurlar.  Sonra  tərtəmiz  paltar  geyirlər,  qadınlardan  nəfsini  saxlayırlar,  adət  üzrə 

həmişə oxuduqları duaları oxuyurlar, günün qeyri-adiliklərini mədh edirlər. Quran 

və  başqa  dini  kitabları  oxuyurlar.  Bütün  bunlar  allaha  ibadət  vasitəsilə  yeni  ilin 

xoşbəxtlik gətirəcəyinə onlarda inam yaradır. 

Öz dövrünə görə pərəstiş edilən başqa adamlar tamamilə başqa cür hərəkət 

edirlər.  Bayram  günləri  var-yoxlarını  ortaya  töküb,  onları  saymaqla  keçirirlər.  Öz 

var-dövlətinə  heyran  olan  adamlar  bundan  hədsiz  zövq  alır,  bunu  öz  fikirlərində 

bolluq və firavanlıq ilinin yaxşı bir əlaməti kimi başa düşərək sevinirlər. Başqa bir 

şey də yeni il bayramının təntənəli olduğu qədər məşhur olmasına çox kömək edir. 

Bu,  Məhəmmədin  varisi  Əlinin  xatirəsinin  yad  edilməsi  ilə  əlaqədardır. 

Məhəmmədilər belə hesab edirlər ki, Məhəmməd peyğəmbər öz ordusu qarşısında 

yazda,  gecə-gündüzün  bərabərliyi  günündə  Əlini  varisi  elan  etmişdir.  Digər  dini 

bayramların  ay  təqviminə  əsasən  keçirilməsinə  baxmayaraq,  təkcə  bu  bayram—

Əlinin peyğəmbərin varisi elan edilməsi bayramı günəş təqvimi ilə yeni ilin birinci 

gününə düşür. Onların fikrincə, burada dörd əlamət vardır. 

Bahar əlində tutduğu piyaləyə bənzər lalə ilə gəlir. 

Bahar  Nəcəfdəki  şahın  (bu  Əlidir)  qəbri  üstünə  şəfəq  damcıları  səpmək 

üçün gəlir. 

Baharın belə bir günündə Əli peyğəmbər taxtına əyləşmişdir. 

O,  (Əli  nəzərdə  tutulur  —  V.  A.)  ilin  bu  gününə  həsr  edilmiş  bayramı 

şöhrətli bayrama çevirmişdir.  

Səh—286. Rəhmətlik ikinci şah Abbas ölümündən bir az əvvəl əmr etmişdi 

ki,  hər  dəfə  günəşin  doğmasını  on  iki  evin  on  ikisində  də  (on  iki  imamın  qəbri 

nəzərdə  tutulur—V.  A.)  musiqi  alətlərinin  müşayiəti  ilə  təntənəli  surətdə  bayram 

etsinlər.  Deyilənlərə  görə,  farslar  əvvəllər  bunu  ediblər.  Onun  vaxtsız  və  qəfil 

ölümü bu qədim təcrübənin həyata keçirilməsinə mane oldu. 

25  mart  (1673)  o,  (İrivan  bəylərbəyi  nəzərdə  tutulur—V.  A.)  mənə  xəbər 

göndərdi. Ordan-burdan çox söhbət etdikdən sonra ikilikdə qaldıq. Belə yoxsul bir 

zamanda  məni  Səfəvilərə  gətirib  çıxaran  məhəbbətin  müqabilində  hirsləndiyini 

söylədi.  O  deyirdi  ki,  gətirdiyim  daş-qaşdan  heç  nə  çıxmayacaq,  şah  belə  şeyləri 

qətiyyən sevmir. Daha ikinci Abbasın zəmanəsi deyil, artıq həmin dövr keçmişdir, 




37 

 

hazırkı  şah  məndən heç bir  şey almayacaq, olsa-olsa  mən onları  sarayda  zor-bəla 



ilə  üç  min  pistola  sata  bilərəm.  Nəhayət,  bunları  məni  ruhdan  salmaq  üçün 

demədiyini,  saatımın  açıq  vaxtı  olduğunu  fikirləşib  hərəkət  etməyimi,  səh.—287. 

gətirdiklərimi  satmaq  fürsətini  əldən  verməməyimi  qeyd  etdi.  Əgər  mən  sərfəli 

qiymətə satmaq istəsəm, on min ekü məbləğində qaş-daş almaq fikrində olduğunu 

söylədi. Bəylərbəyinin bu söhbət vasitəsilə hara döyəclədiyini bildim. Bu, nə qədər 

xeyirxah  və  doğru  fikir  olsa  da,  mənim  işlərimə  qayğı  göstərməsindən  daha  çox 

onun  şəxsi  marağından  irəli  gəlirdi.  Mən  ona  ürəkdən  təşəkkür  etdim.  Mənə 

xatırlatdığı  dəyişikliyin  doğru  olduğu  ilə  razılaşdığımı  bildirdim.  Onları  satmaq 

ümidimi  itirmədiyimi,  əlahəzrətdən  doğruculluq  gözlədiyimi  dedim,  əlahəzrət 

rəhmətlik  atasının  əmri  ilə  bu  böyük  səyahətə  çıxdığımı,  qaş-daş  gətirdiyimi 

qiymətləndirəcəkdir.  Lakin  onun  mənə  göstərdiyi  xeyirxahlıq  və  qayğıya  bələd 

olduğum üçün yükümə xələl gətirməyəcək şəkildə qaş-daş satmaq qərarına gəldim, 

həm də onunla heç kəslə mümkün olmayan tərzdə alver edə bilərdim. 

Bəylərbəyi  söhbətimizin  əvvəlindən  mənə  çoxlu  vədlər  vermişdi.  Məni 

əmin  etmişdi  ki,  saraydakı  oğlanlarının  və  etibarlı  dostlarının  himayəsində 

olmadığım  üçün  onlara  xüsusi  göstəriş  verəcəkdir.  Nəhayət,  kənara  qoyduğu 

şeyləri  gətirməyi  əmr  etdi.  Mənim  sözümün  üstündə  durub-durmadığımı  bilmək 

üçün  nəsə  bir  şey  dəyəri  az  olan  sikkələr,  zərgərlik  məmulatları  almaq  istədiyini 

dedi.  Bu  yol  qətiyyən  xoşuma  gəlmirdi.  Bundan  yaxşıca  qazanacağına  onu  əmin 

edərək təklif etdim ki, alveri iki dəfəyə deyil, bir dəfəyə etsin. Sonra ona yalvardım 

ki,  xırda  sikkələri  deyil,  iri  sikkələri  alsın.  O,  nə  bir  dəfə  alver  etmək,  nə  də  iri 

sikkələri  almaq  təklifimi  qəbul  etmək  imkanına  malik  olmadığını  dedi.  Mənim 

cəsarətimi başa düşdüyü üçün, məni əmin etdi ki, onun hərəkəti səmimidir. 

Səh.—288.  Belə  etməkdə  məqsədi  mənim  baha  satıb-satmamağımı 

yəqinləşdirmək  istəməsidir.  Müxtəlif  görünüşdə  olan  qırx  ədəd  saata  qiymət 

qoyduq.  Ona  daha  çox  şey  satmaq,  onun  etibarını  qazanmaq  üçün  bunları  ona 

sərfəli  qiymətə  satdım.  O,  məni  xəzinədarının  yanına  pul  almaq  üçün  göndərdi. 

Mənə  çatacaq  pulları  sayarkən,  bəylərbəyinin  özü  ora  gəldi.  Əlində  qızıl  suyuna 

çəkilmiş,  dağ  büllurundan  hazırlanmış  böyük  bir  güzgü  tutmuşdu.  O,  həmin 

güzgünü  ona  göstərdiyim  şeylərdən  ayırıb  kənara  qoydurmuşdu.  Mənə  dedi  ki, 

saatın  açıq  vaxtına  düşdüyündən,  həmin  güzgünü  də  almaq  lazım  gəlir.  Mən  onu 

beş yüz eküyə satdım. O, mənə həmin pulu və yerdə qalan pullarımı verdi. Dedilər 

ki,  farslar  astrologiyanın  hökmünə  çox  maraq  göstərirlər.  Bütün  xoşbəxt  və 

bədbəxt  hadisələrin  səma  cisimlərinin  təsiri  altında  baş  verdiyinə  inanırlar.  İki 

xeyirxah ulduzun görüşünü onlar xoşbəxt saat hesab edirlər. 

Dünyada  elə  bir  mövhumatçı  xalq  yoxdur  ki,  alim  və  bilikli  adamları  (lap 

bu dəlicəsinə olsa da) farsların edə biləcəklərini etsin. Onlar inanırlar ki, hər kəsin 

ulduzu  vardır.  Onların  dediklərinə  görə  ilin  bütün  günləri  xoşbəxt  və  ya  bədbəxt 

günlərdən  ibarətdir.  Onlar  danışdıqda  bunu  qara  və  ya  ağ  (qara  gün,  ağ  gün 

mənasında—V.A.)  sözləri  ilə  ifadə  edirlər.  Günün  saatları  haqqında  da  belə 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə