Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

40 

 

həftə—V.A.). Aprelin 4-də ora getdim. Şahzadə xanımın təsərrüfat müdiri qoca bir 



hərəmağası idi. O, gec gəlib çıxdığım üçün xanımın bərk acıqlandığını dedi. Əgər 

bu  ölkənin  adamlarından  biri  onu  bu  qədər  acıqlandırsaydı,  onu  ayaqlar  altına 

saldırıb  iki  yüz  çubuq  vurdurardı.  Buna  gülməyim  gəldi  və  təəccüb  etdim. 

Hərəmağasından  şahzadə  xanımın  vaxtaşırı  belə  məhkəmələr  qurub-qurmadığını 

soruşdum. O, mənə cavab verdi ki, Şahzadə xanım dünyanın ən məğrur qadınıdır, 

kiçik  bir  səhv  üstündə  ciddi  cəza  verdirir.  Əgər  səhv  edən  kişidirsə,  onu 

hərəmağalarının  yanına  göndərirlər.  Hərəmağaları  əllərini  və  ayaqlarını  sarıyırlar, 

kisəyə salırlar: sonra onu  saraya xanımın qabağına  gətirirlər. Şahzadə xanım necə 

əmr etsə, o cür cəzalandırırlar. Cəza alan şəxs kisədən çıxarılmadığı üçün, harada 

olduğunu görmür. Mən Səfəvilərdə saray xanımlarının (baş hərəmağa—V. A.) belə 

cəzalar verdiyini bilmirdim. Mən hərəmağasına yalvarırdım ki, şahzadə Səh.—293 

xanıma  gec  gəlməyimin  səbəbini  izah  edib,  onun  sifarişlərini  yerinə  yetirməyə 

həmişə  hazır  olduğumu  desin.  Təsərrüfat  müdiri  gedib-gəlincə  sarayın  giriş 

qapısında  gözləməli  oldum.  Dörd  min  livr  qiymətində  zərgərlik  məmulatları 

satdım. Pulumu ertəsi gün səhər aldım. 

3.  (3  aprel  1673—V.  A.).  Bəylərbəyini  görməyə  getdim  və  yola  düşmək 

üçün  mənə  rüsxət  (tamojennıy  propusk  ob  uplate  akzisa—V.  A.)  verməsinə 

yalvardım.  Artıq  saraya  gedib  çatmağa  tələsirdim.  O,  mənə  günortadan  sonra 

icazənaməni  hazırlatdıracağını  vəd  etdi.  Deyilən  vədə  ora  qayıtdım.  Əvvəlcə 

gülərək  məndən  soruşdu  ki,  görüşümə  gələndə  ona  bağışladığım  qızıl  qutunun 

qiyməti nə qədər olar. Onun hansı fikirlə bunu soruşduğunu bilmirdim. Mən həmin 

qutunun on pistol dəyərində olduğunu dedim. Siz məni məcbur edəcəksiniz ki,—o 

dedi—yenidən qiymətli açarlar, yaylar, saat qayışlarını hədiyyə götürüm. Onun bu 

təklifi  məni  o  qədər  təəccübləndirdi  ki,  bunu  belə  nüfuzlu  bir  əyana  qətiyyən 

yaraşmayan  bir  hərəkət  hesab  etdim.  Cavab  verdim  ki,  ona  xoş  gələn  hər  şeyi 

edərəm.  Əlavə  etdim  ki,  məndə  divar  saatları  üçün  alətlər  var.  Onları  şahın 

xidmətçiləri  üçün  gətirmişəm.  Əgər  istəsə,  ona  da  bunlardan  verərəm.  O,  sözümü 

kəsib,  məni  əmin  etdi  ki,  verdiyim  hədiyyə  onun  ürəyincə  olmuşdur.  Bu  əyan 

mexanikanı  bilir  və  sevir.  Düzgün  işləməyən  divar  saatını  yaxşıca  təmir  edir. 

Nəhayət,  mənim  ona  verdiyim  bütün  şeyləri  gətirtdi.  Mən  qəti  əmin  idim  ki,  o 

bunları  qəbul  edəcəkdir.  Lakin  o,  bunları  qaytaranda  heyrətləndim.  Onda  başa 

düşdüm  ki,  mən  onun  yalançı  alverinin  qurbanı  olmuşam.  O,  öz  istəyincə  alver 

etməyə məni məcbur etmək üçün yalandan bu qədər şey-şüy alırmış. Narazılığımı 

Səh.  —  294 büruzə  vermədim.  Pərt olduğumu  hiss  etsəm  də,  üzümə  şən  bir  ifadə 

verərək  (kaş  ürəyim  də  belə  şən  olaydı)  ona  min  təşəkkür  etdim.  Nəhayət,  ona 

yalvardım ki, məni oğlanlarına tapşırmaq üçün zəmanət məktubları versin. O, bunu 

etməyə  söz  verdi,  iki  dəfə  məni  özü  ilə  yaylağa  getməyə  dəvət  etdi.  O,  ora  ertəsi 

gün səhər getməli idi. Üzr istəyib, bacardığım qədər nəzakətlə təşəkkür etdim. Eyni 

zamanda  məni  Təbrizə  qədər  müşayiət  etmək  üçün  cənab  Azarini  və  aqreman 

verməsinə (namizədliyi verilən diplomatik elçinin qəbulu haqqında razılıq—V. A.) 



41 

 

istədim.  Mən  onu  çox  istəyirəm—deyə  cavab  verdi—ona  tapşıracağam  ki,  sizin 



mehmandarınız  və  ya  müşayiətçiniz  olsun.  Mənə  etdiyi  yaxşılıqlar  üçün  yenidən 

ürəkdən  təşəkkür  edib,  sarayda  olduğum  müddətdə  naz-nemət  gördüyümü  dedim. 

Onun mənə verdiyi bütün vədləri sadalamaq istəmədim. Bundan heç bir şey əmələ 

gəlməyəcəyinə  əmin  idim;  çünki  ölkənin  adətinə  görə,  mənə  bu  vədləri  yerinə 

yetirəcəyi üçün deyil, öz istəyinə asanlıqla əməl etməyə məni məcbur etmək üçün 

vermişdi. 

5.  (5  aprel,  1673—V.A.).  Bəylərbəyi  düşərgəyə  getdi.  Düşərgəni  şəhərdən 

bir  lyö  kənarda,  yolboyu  gül-çiçəklə  örtülü  böyük  və  gözəl  bir  çəmənlikdə 

qurdurmuşdular.  Yerevanın  dövrəsindən  axıb  keçən  iki  çay  orada  burula-burula 

sakitcə  axıb  gedir,  kiçik-kiçik  adalar  yaradır.  Bəylərbəyinin,  onun  şahzadə 

xanımının  (baş  hərəminin—V.  A.),  onu  müşayiət  edən  hörmətli  adamların 

məhəlləsi — çadırı (V. A.) ayrı-ayrılıqda olub, hərəsi bir ada üzərində yerləşir. 



Səh.—295.  Onlar  bir-biri  ilə  kiçik  üzən  körpülər  vasitəsilə  əlaqələndirilir. 

Bəylərbəyinin çadırları cazibədar olur. Bu çadırlar kiçik olsalar da, onlarda sarayda 

olan  bütün  rahatlıqlar,  hətta  hamam  və  buğxanaya  qədər  hər  şey  olur.  Onun  evi 

(məiyyəti—V.A.)  qadınlar  və  hərəmağaları  hesaba  daxil  edilmədən  beş  yüz 

nəfərdən çox idi. Bu krallıqda (burada bəylərbəyilikdə—V.A.) böyüklərin belə bir 

adəti  var  ki,  yazı  yaylaqda  keçirməyə  gedirlər.  Onlar  ov  etməklə,  balıq  tutmaqla, 

piyada  və  atla  gəzməklə  vaxtlarını  şən  keçirirlər.  Onlar  orada  təmiz  hava  qəbul 

edir, sərinliyi lap çox sevirlər. Onların istirahəti orada keçir. Şəhərdə görüləsi bir iş 

olmayanda,  onlar  yaylağa  köçməyə  məcbur  olur,  qonşu  dağların  cazibədar 

yerlərində  yay  uzunu  istirahət  edirlər.  Bunu  yaylaq,  yəni  «kənd  ekskursiyası» 

adlandırırlar. 

6. (6 aprel, 1673—V. A.).  Şahzadənin təsərrüfat  müdiri  məni  nahara dəvət 

etdi.  Qalanın  komendantı  (Qalabəyi)  də  ziyafətdə  idi.  O,  əslən  dağıstanlıdır. 

Dağıstan  başdan-başa  dağlardan  ibarət  olan  Xəzər  dənizinin  şimal-şərqində 

yerləşən,  Moskoviya  ilə  hüdudlanan  bir  ölkədir.  Ondan  ölkənin  yaşayış  tərzi  və 

adətləri haqqında çoxlu maraqlı şeylər eşidib feyziyab oldum. Səfəvi şahı orada ali 

hakim  kimi  tanınır,  lakin  orada  mütləq  hakim  kimi  tanınmır.  Bu  ölkədə  yaşayan 

xalqlar  həmişə  onun  əmrinə  tabe  olmurlar.  Onların  itaətsizliklərinin  sayını  (şaha 

qarşı çıxışlarını—V.A.) azaldırlar, çünki bunların kökünü kəsmək çətindir. Bunun 

səbəbi  onların  tərsliyi  və  dağlarının  ucalığıdır.  Onlar  Şərqin  tərs,  kobud  və  ən 

barbar  adamlarıdır.  Belə  hesab  edirəm  ki,  onlar  partların  qalıqlarıdır.  Axşam  bu 

əyan Səh.—296. mənə bir qab meyvə, çaxır və bir qoyun göndərdi. 

7.  (7  aprel,  1673—V.  A).  Xəzinədar  mənə  bir  qab  hədiyyə  göndərdi.  Bu 

hədiyyə dünən mənə qalabəyinin göndərdiyi hədiyyə kimi bir qab meyvədən ibarət 

idi. Mənə göstərdikləri havadarlığın əvəzini kiçik hədiyyələrlə çıxdım. Onlar mənə 

Yerevanda  da  qulluq  göstərdilər.  Səfəvilərdə  məcburi  surətdə  ödənilən  və 

məmurlar  vasitəsilə  əyalət  xəzinəsinə  daxil  edilən  xərcləri  məndən  tələb  etməyə 

cəsarət  etmədilər.  Çünki  bəylərbəyi  məndən  hər  hansı  bir  şey  tələb  etməyi  onlara 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə