Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

46 

 

edirlər.  Onlar  həmçinin  ərəblər  bu  ölkəni  fəth  etməmişdən  əvvəl  burda  Fars  şahı 



Bəhram Çubin tərəfindən beş şəhər salındığını deyirlər. Şəhərə kənardan baxdıqda, 

onları  qorumağa  gücü  çatmadığını  hiss  edən  I  Şah  Abbas  tərəfindən  keçən  əsrin 

sonunda  dağıdılan  çoxlu  istehkamlar  (qalaça)  və  böyük  bir  qalanın  viranələri 

görünür.  O,  Naxçıvanı  türklərin  əlindən  aldıqdan  sonra  qala  və  istehkamları 

sökdürmüş, xaraba qoymuş, əhalisini köçürmüşdü. Türklərin möhkəmlənməsinə və 

ərzaq  tapa  bilməsinə  mane  olmaq  üçün  hər  yerdə  bu  üsuldan  istifadə  edirdi. 

Həqiqətən, bu şəhər hazırkı vəziyyətinə görə ürək ağrıdan bir obyektdir. 

İndicə  deyildiyi  kimi,  fars  tarixçiləri  inandırırlar  ki,  bu  şəhər  İrivanın 

(görünür  Şardəni  bəylərbəyliyin  inzibati  ərazi  bölgüsü  çaşdırmışdır  —  V.  A.)  ən 

böyük  və  ən  gözəl  şəhərlərindən  biri  olmuşdur.  Məşhur  üç  kilsə  Monastrında 

qorunub  saxlanan  tarixdə  (?  həmin  tarix  müəllifi  haqqında  məlumat  verilmir—V. 

A.)  xəbər  verir  ki,  bu  şəhər  qədim  yunan  tarixçilərinin  Artaqzat  adlandırdıqları 

Ardasşad şəhəridir. 

Səh—305. Bəzi erməni müəllifləri tufandan sonra Nuhun orda məskən salıb, 

onu  tikməyə  başlamasını  deməklə,  Naxçıvanı  daha  da  qədimlərə  çəkirlər.  Bu 

şəhərin  adının  etimologiyasını  həmin  mənşəyə  bağlayırlar.  Belə  ki,  onların 

deməsinə  görə  Naxçıvan  qədim  erməni  dilində  ilk  yaşayış  və  ya  ilk  sığınacaq 

deməkdir. 

Ptolomey bu yerdə bir şəhərin adını çəkir, onu Naqzuan adlandırır ki, bu da 

Naxçıvan  ola  bilərdi.  Belə  hesab  edirəm  ki,  məşhur  Artaqzat  və  ya  Artaqzazat 

(mənbədə səhvən belə yazılsa da, müəllifin demək istədiyi göz qabağındadır— V. 

A.)  Araz  çayının  lap  yaxınlığında  olmuşdur.  Çünki  Tasit  Araz  çayının  şəhərin 

yaxınlığından  axdığını  yazır.  Biz  görəcəyik  ki,  Araz  Naxçıvandan  yeddi  lyö 

kənardan axır. Üfüqünə görə qütb hündürlüyü fars üstürlabları üzərində 38 dər. 40 

san.  uzunluq  dairəsi  isə  81  dər.  34  san.  qeyd  edilmişdir.  Naxçıvan,  yuxarıda 

deyildiyi  kimi,  Ermənistanın  (İrivan  bəylərbəyiliyinin—V.  A.)  bir  hissəsinin 

paytaxtı olduğu üçün orada bəylərbəyinin yerinə xan olur. 

Naxçıvandan  beş  lyö  Şimalda  Abrener  adlı  böyük  bir  şəhərcik  vardır.  Bu, 

barlı  çöl  deməkdir.  Bu  şəhərin  və  bir-birinin  yaxınlığında  yerləşən  daha  başqa 

yeddi şəhərin əhalisi Roma katoliklərindən ibarətdir. Onların yepiskopu və məhəllə 

keşişi Dominikçilər idilər. Onlar erməni dininə qulluq edirlər (burada: dini ayinlər 

icra edirlər—V. A.). 

Dom  Bartelemı  adlı  baloniyalı  italyan  dominikçi  (1215-ci  ildə  katolik 

Dominik  bidətçilərə  qarşı  mübarizə  məqsədilə  belə  bir  dini  orden  yaratmış,  onlar 

XIII əsrdən missionerlik fəaliyyətinə başlamışlar: Bax, ASE III c., səh. 504—V.A.) 

papanın məsləhəti ilə 350 il əvvəl bu yeri qaydaya salmışdır (burada missionerlik 

fəaliyyətinə  başlamışdır—V.  A.).  Bu  yerin  ətrafında  olan  daha  iyirmi  başqa 

şəhərciyi bu qayda ilə erməni patriarxlığından və ilk dinlərindən döndərmişlər. Bu 

işdə  Roma  inadla  onlara  kömək  etmişdir.  Onlar  günbəgün  azalırlar,  çünki  Səh.—



306  erməni  patriarxı  və  Naxçıvan  hakimləri  onları  təqib  edirlər.  Bu  yazıqlar 


47 

 

hakimiyyət  və  tabeçilikdən  uzaqlaşmağı  qərara  aldıqları  üçün  hakimlərin  (erməni 



patriarxı  və  Naxçıvan  hakimləri—V.  A.)  hiddət  və  qəzəbinə  düçar  olmuşlar. 

Bununla  əlaqədar  olaraq,  1664-cü  ildə  bir  Dominikçi  italyan  papanın  səfiri  kimi 

Səfəvi  imperiyasına  gəlmişdir.  O,  şahın  adına  məktublar  və  özü  ilə  Avropadan 

vacib  adamlar  gətirmişdi.  O,  əlahəzrətə  hədiyyələr  verir  və  həqiqətən  hər  il  şah 

xəzinəsinə  vergi  vermək  şərti  ilə  həmin  Roma  katolik  şəhərciklərini  əldə  edir. 

Onların  il  ərzində  nə  miqdarda  vergi  verəcəkləri  Midiyanın  baş  vergi  yığanı  və 

iqtisadçısının siyahılarının aşağısında öz əksini tapmışdır. Bunu əsas götürərək, bu 

intendentə,  Naxçıvan  hakimlərinə  və  şahın  digər  adamlarının  hamısına  onların  öz 

yurisdiksiyasında  (mühakimə  hüququ—V.  A.)  tam  müstəqil  olduqlarını  tanımaq, 

onların ərazisində heç bir şey tikməmək əmr edilmişdi. Bu qayda həmin şəhərlərə 

az  xeyir  verdiyi  halda,  nəticə  etibarı  ilə  çox  ziyan  vurmuşdur;  bir  gün  onların 

xaraba  qalmasına  səbəb  olacaqdır.  Onların  hərəkətindən  və  Abbasa  (II  Şah 

Abbasa—V. A.) şikayət etmələrindən incimiş, Naxçıvan regentləri bu xeyirxah şah 

öləndən sonra onları min cür yolla alçaldır, onlardan şah xəzinəsinə verdiklərindən 

üç-dörd  qat  artıq  pul  alırlar.  Regentlər  canişinliyin  (burada  Naxçıvan  xanlığı—V. 

A.)  yanında  böyük  nüfuza  malik  idilər  və  alçaqlıq  edirdilər.  Canişinlik  və 

yumşaqlıq  göstərirdi.  Buna  görə  də  onlar  (katolik  missionerləri—V.  A.)  haqq 

qazana bilmədilər. Midiya intendenti daha pis hərəkət edib, saraya bu əyalətin qeyd 

kitabçasından  saxta  çıxarışlar  göndərdilər.  Həmin  saxta  çıxarışlardan  belə  mə 

Səh.—307  lum  oldu  ki,  bu  şəhərciklər  (katolik  missionerlərinin  yaşadıqları 

şəhərciklər—V.  A.)  ildə  on  səkkiz  min  livr  ödəməlidirlər.  Bu  da  onların  qanunla 

ödəməli  olduqları  verginin  düz  iki  qatına  bərabərdir.  Hər  dəfə  onlar  xəzinəyə 

doqquz  min  livr  miqdarında  vergi  verirlər.  Onlara  verilən  qəbzdə  ödəməli 

olduqlarından  az  vergi  verdikləri  qeyd  olunur.  Bununla  da,  onları  təhqir  etmək 

onlar haqqında iftira yaymaq və istədikləri vaxt onları var-yoxdan çıxarmaq üçün 

özlərinə  yol  açmış  olurlar.  Naxçıvana  gəlib  çatanda  Naxçıvan  hakimi  şəhərdə 

deyildi. Onun yerinə oğlu oturmuşdu və o, mənim gəlişimdən tezliklə xəbər tutdu. 

Məni  nahara  dəvət  etmək  üçün  yanıma  adam  göndərdi.  Daş-qaş  və  saat 

göstərməyimi xahiş etdi. Onun mənimlə etdiyi hərəkətdən qətiyyən razı qalmadım. 

Belə  ki,  xeyli  nəvaziş  göstərdikdən  və  nahar  verdikdən  sonra  məni  məmurları  ilə 

tək  qoydu.  Onlar  bəzi  yollarla  mənə  təzyiq  göstərdilər  ki,  İrivanda  60  pistola 

satmaqdan  imtina  etdiyim  pulları  onlara  əlli  pistola  satım.  Əgər  məndə  şah 

tərəfindən  verilən  patent  (ticarətlə  məşğul  olmaq  üçün  şəhadətnamə—V.  A)  və 

pasport  olmasaydı  mənimlə  daha  pis  rəftar  edərdilər.  Var-dövləti  məlum  xaricilər 

üçün  dərilərinin  soyulduğu  yer  bu  cür  yerlərdir.  Elə  hey  keçid  üçün  haqq  vermək 

lazım gəlir. 

13.  (13  aprel,  1673  V.  A.).  Naxçıvandan  yola  düşüb,  yeddi  lyö  getdik. 

Birinci lyödə lap böyük bir körpüdən keçdik. Bu ölkənin camaatı həmin körpünün 

altından  axan  çaya  Naxçıvançay  deyirlər.  Keçib  getdiyimiz  ölkə  quru  barsız-

bəhərsiz daşlı təpələrdən ibarətdir. Araz çayının kənarında gecələdik. Şərqlilər onu  



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə