Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

48 

 

Səh.—308  Aras  və  Ares  adlandırırlar.  Əski  Culfaya  və  ya  qədim  Culfaya 

getmək  üçün  Arazı  keçirlər.  Bəzi  müəlliflər  qədim  müəlliflərin  Ariamen 

adlandırdıqları şəhərin viran qalmış əski Culfa olduğu qənaətinə gəlirlər. Ona görə 

bunu  qədim  Culfa  adlandırırlar  ki,  İsfahanla  üzbəüz  tikilmiş  başqa  bir  Culfadan 

fərqləndirsinlər.  Bu  şəhəri  qədim  adlandırmaqda  tamamilə  haqlıdırlar,  çünki  o, 

başdan-başa dağıdılmış və viran edilmişdir. Təkcə böyüklüyü hiss olunur. Bundan 

başqa heç nə təsəvvür olunmur. Bu şəhər çay boyunca, sahil uzunu salınmışdır: dağ 

döşündə  yerləşir.  Çətin  və  bərk  küçələr  saysız-hesabsız  istehkamlar  vasitəsilə 

qorunur.  Ermənilərin  deməsinə  görə,  bu  şəhərdə  dörd  min  ev  olmuşdur.  İndi 

xarabalıqlara  əsasən  demək  olar  ki,  bunun  yarısına  qədər  (iki  min  ev—V.A.)  ola 

bilərdi.  Hələ  bunların  da  əksəriyyəti  daxmalardan,  dağda  qazılmış  və  adamların 

yaşamasından daha çox, sürü üçün yararlı olan mağaralardan ibarətdir. İnanmıram 

ki,  dünyada  Qədim  Culfa  kimi  daha  çox  barsız-bəhərsiz  və  idbar  bir  yer  olmuş 

olsun. Həqiqətdə onun qonşuluğunda daha xoşbəxt və daha barlı-bəhərli yerlər var. 

Burası  da  doğrudur  ki,  daha  quru,  daha  daşlı  bir  yerdə  yerləşən  şəhəri  heç 

görməmək olurmu? Uzun bir amfiteatra bənzədiyindən görünüşü yaxşı idi. Hazırda 

ancaq təxminən hamısı ermənilərdən ibarət olan otuz ailə vardır. 

Culfanı  xaraba  qoyan  I  Abbas  olmuşdur  və  onun  bütün  məharəti  Culfanı 

möhkəmləndirməyə  sərf  edilmişdir.  Türk  ordusunu  ərzaqdan  məhrum  etmək 

məqsədilə, eyni sərhəd xəttində yerləşən Ermənistanın digər yerlərini və Naxçıvanı 

xarabazara çevirmişdir. Culfanı da bu məqsədlə xaraba Səh.—309 qoymuşdur. Bu 

incə  siyasətçi  və  bu  böyük  kapitan  öz  qüvvələrinin  düşmən  qüvvələrinə  bərabər 

olmadığını  görərək,  hər  il  farsların  gəlməsinə,  orda  istilaçılıq  etməsinə  mane 

olmaq, onları müvəqqəti də olsa dayandırmaq üçün vasitələr fikirləşərək, Ərzurum 

və Təbriz arasındakı  yerlərin  İrivan və Naxçıvan xətti boyunca  səhraya çevirməyi 

qərara aldı. Adətən türklər bu xətdən keçib gəlir, orda öz ordularını doyuzdurmaq 

üçün  kifayət qədər ərzaq tapır və  möhkəmlənirdilər. Belə ki, o, (I Abbas—V.  A.) 

oradan  adamları  və  taxılı  daşıtmış,  bütün  kəndlərə  və  bütün  ağaclara  od 

vurdurmuşdur;  hətta  bir  çox  su  paylaşdıran  kalonkaları  zəhərləmişdi.  Bu  barədə 

tarix  kitablarında  yazmışlar.  Kimlər  ki,  onları  oxuyublar,  bunun  ona  tamamilə 

müvəffəqiyyət gətirdiyini bilirlər. 

Yaşadığımız yerə qayıtmaq üçün Araz məşhur çaydır və İrivanı Midiyadan 

ayırır.  Başqalarının  təsdiq  etdiyi  kimi,  o  öz  mənbəyini  Nuhun  gəmisi  dayandığı 

dağdan alır. Ola bilsin ki, onun adı məşhur Ararat dağının adından götürülmüşdür. 

O, burdan axıb Xəzər dənizinə tökülür. Bu, böyük və çox iti axan, sürətli çaydır. 

Öz  axını  boyunca  saysız-hesabsız  adsız  kiçik  çayların  və  çoxlu  sel  sularının 

hesabına  şişir.  Culfanın  yuxarı  hissəsində  və  müxtəlif  yerlərdə  dəfələrlə  bu  çay 

üzərindən  körpü  salmışlar,  lakin  bütövlükdə  gəmilərə  bənzəyən  bəzi  bəndlər  və 

ağac  tirlər  çayın  təzyiqinə  davam  gətirməmişdir.  Havalar  yumşalanda,  yazbaşı 

qonşu  dağlardan  əriyib  axan  qar  sularından  şişir,  qəzəbli  olur,  bəndləri  və  başqa 

qurğuları ağzına alıb aparır. Həqiqətdə isə, suların səsi Səh.—310 və axınının sürəti 




49 

 

ilə adamları heyrətə gətirir. Biz onu (Araz çayını—V. A.) bir dəfəyə otuz adam və 



iyirmi  at  götürən  böyük  bir  gəmidə  keçdik.  Mən  ancaq  özümlə  adamlarımı  və 

yükümü  keçirdim.  Onu  dörd  adam  idarə  edirdi.  Onlar  yavaş-yavaş  sahil  boyunca 

üç  yüz  addım  yuxarı  qalxdılar.  Suyun  axarında  çaşaraq  barkı  (böyük  yelkənli 

gəmi—V.A.) tərk edərək, onu o biri sahilə çəkib, yana dartmaq üçün uzun və güclü 

üfüqi  sükandan  istifadə  etdilər.  Bir  göz  qırpımında  sel  onu  (gəmini—V.A.)  ifadə 

edilə  bilməyən  bir  coşğunluqla  beş  yüz  addım  axıtdı.  Qayıqçılar  Arazdan  belə 

keçirlər.  Onlar  çayı  keçib  qayıtmağa  iki  saatdan  çox  vaxt  sərf  etdilər.  Çünki  onu 

keçmək üçün çox səy göstərmək lazım gəlir. Qışda suyun səviyyəsi aşağı düşəndə 

çaydan dəvə ilə də keçmək olur. Bərə Culfadan yarım lyö kənarda, çayın yatağının 

ən geniş olduğu və daha sakit axdığı bir yerdədir. 

Deyirlər ki, Araz Ermənistanı Midiyadan ayırır. Əvvəllər Asiyada imperiya 

sayılan  bu  krallıq  (Midiya—V.A.)  hazırda  Səfəvi  dövlətinin  bir  hissəsinə 

çevrilmişdir.  Farslar  onu  Azərbeyan  və  ya  Azürpekan  adlandırırlar.  Bu  əyalət 

Səfəvi  imperiyasının  ən  böyük  əyalətlərindən  biridir.  Şərqdən  Xəzər  dənizi  və 

Hirkanla, cənubdan Part əyaləti ilə, qərb tərəfdən yuxarı İrivanla və Araz çayı ilə, 

şimalda  isə  Dağıstanla  həmsərhəddir.  Deyildiyi  kimi,  Dağıstan  dağlıq  ölkə  olub 

Moskva kazakları ilə həmsərhəddir. Torus (Tavr ?—V.A.) dağlarının bir hissəsini 

Səh—311  əhatə  edir.  Bu  əyalət  qədim  müəlliflərin  Azarka  adlandırdıqları  Şərqi 

Midiyadan  və  həmçinin  Atropati  və  ya  Atropaten  adlanan  qərbi,  yaxud  kiçik 

Midiyadan ibarətdir. Assuriya yuxarı İrivanın bir hissəsidir. Farslar deyirlər ki, bu 

əyalət Azərbaycan, yəni «od yeri» və ya «od ölkəsi» adlanmışdır. Çünki ən məşhur 

od  məbədi  burada  tikilmişdir.  Onda  atəşpərəstlərin  allah  hesab  etdikləri  od 

saxlanırdı, bu dinin baş kahini orda yaşayırdı. Atəşpərəstlərin qalıqları olan Qebrlər 

bu  yerin  Şamaxıdan  ikigünlük  məsafədə  olduğunu  göstərirlər.  Onlar  qaçılmaz  bir 

həqiqət  kimi,  əmin  edirlər  ki,  hələ  də  müqəddəs  od  ordadır,  yerin  altından  çıxan 

məkin oduna bənzəyir. Oda sitayiş üçün gedənlər onu alov şəklində görürlər. Onlar 

bu  oda  tamam  zarafata  bənzəyən  daha  bir  xüsusiyyət  də  əlavə  edirlər:  orda  yeri 

qazıb üstünə qazan qoymağı bacarsalar, bu od onu qaynadır, içində olanları bişirir. 

Azərbaycan  adına  yenidən  qayıtmalı  olsaq  deməliyik  ki,  etimologiyası 

düzgündür.  Belə  ki,  «az»  yiyəlik  halın  artiklidir.  «Ər»  və  ya  «ur»  qədim  fars 

dilində,  qədim  Şərq  idiomlarının  əksəriyyətində  olduğu  kimi  «od»  deməkdir  və 

pekan «yer» və ya «ölkə» mənasını verir. Təkcə bunu bilirəm ki, bəzi adamlar onu 

«Asurpekan»  şəklində  tələffüz  edir  və  yazırlar.  Bu  da  «Assur  ölkəsi»  deməkdir. 

Belə  deyirlər  ki,  bu  böyük  əyalət  Assuriyanı  tərkibinə  daxil  etdiyindən  (bütün 

müəlliflərin  fikri  belədir)  Assur  sözünü  özünə  ad  götürmüş  və  belə  adlanmışdır. 

Mənim fikrimcə də, bu, elə həmin şeydir. Mən belə hesab edirəm ki, «Assur» sözü 

«as», «ur» sözündən əmələ gəlmişdir. «Od» mənasındadır. Muaz bütpərəst şahzadə 

olan,  oda  sitayişi  Səh.—312  işə  salan  və  Sama  çatan  hissəni  və  onun  ata  mülkü 

Xaldeyanı  fəth  edən  Nəmruddan  danışarkən  deyir  ki,  bu  patriarxın  (qəbilə 

başçısı—V. A.) oğlanları oddan geri çəkildilər; çünki Aşşur orada tək idi. Kifayət 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə