Fəlsəfə tarixi
- 37 -
şəkildə müdafiə edilən, orta əsrlərdə xristian sxolastiklərinin və müsəlman
məşşai (peripatetik) filosoflarının da müdafiə etdiyi dualizm isə ruh və
maddəni bir-birindən ayrı iki cövhər (substansiya) kimi qəbul edir.
Məqaləmizin əsas məqsədi qeyd olun mövzu ilə əlaqəli düşüncə tari-
xində mövcud olan görüşlərinin əsas yönlərini qeyd etmək və professor Sə-
lahəddin Xəlilovun mövzu ilə əlaqəli fikirlərini bu kontekstə müzakirə
etməkdir.
2. Düşüncə tarixində ruh (nəfs)-bədən əlaqəsi
Ruh-bədən əlaqəsi ilk dəfə Platonla birlikdə fəlsəfi düşüncə tarixində
ciddi şəkildə müzakirə obyektinə çevrilmişdir. Pre-Sokrat dövrü filosofları
daha çox ilk maddə (arxe) və dəyişkənliyin var olub olmaması problemləri
ilə maraqlanırdılar. Antropoloji dövrdə isə fəlsəfənin əsas müzakirə dairəsi-
nə daxil olan mövzular biliyin mümkünlüyü və fəzilət-bilik əlaqəsi kimi
mövzular idi.
Başda Pifaqor və Sokrat olmaqla ondan əvvəl ruhun bədəndən ayrı və
ölümsüz olduğunu qəbul edən filosoflar olsa da düşüncə tarixində ilk dəfə
Platon sistematik bir şəkildə bədəndən ayrı bir ruh anlayışını müdafiə etmiş-
dir. Şübhəsiz ki, filosofun ruh-bədən əlaqəsi mövzusundakı fikirlərinin onun
universallarla əlaqəli irəli sürdüyü ideyalar nəzəriyyəsi ilə birbaşa əlaqəsi
vardır.
1
Platona görə ruh bədəndən ayrı bir cövhər olmaqla əzəli və əbədi
olan ideyalar aləmi ilə bu aləmin bir növ cüzi surətləri olan maddi varlıqlar
arasında bir körpü funksiyasını icra edir. Yəni tamamilə mücərrəd olan ide-
yalarla maddi-hissi aləmdəki konkret varlıqların əlaqədə olması mümkünsüz
olduğu üçün həm ideyalar aləmindən yerə enərək konkret bir mahiyyətə bü-
rünən, həm də maddi aləmlə əlaqəsi olan ruh araya girərək vasitəçi rolu oy-
nayır və beləcə əlaqə mümkün olur. Timaeus dialoqunda Tanrının aləmə
forma verərkən ağlı (biliyi) ruha ruhu da bədənə qoyduğu qeyd olunur (12,
s. 18).
Platona görə ruh passiv halda olan bədəndən fərqli olaraq aktivdir və
bədəni idarə edən də məhz odur. Lakin bədən də öz növbəsində hisslər vasi-
1
Platon düşüncə tarixində universalia ante res (universallar əşyadan əvvəl vardır)
görüşünü müdafiə edən ifrat realizmin qurucusu kimi qəbul olunur.
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 38 -
təsilə maddi varlıqları ruha tanıdır (3, s.21). Ruh və bədən bir-birindən ayrı
cövhərlər olsalar da insan bu ikisinin birləşməsindən ibarətdir. Bu da onu
göstərir ki, onlar bir-birinə möhtacdırlar. Bu mənada Platona görə onların
birində problem yaranarsa digəri də bundan təsirlənər (12, s. 82). Bu
səbəbdən ruh və bədən arasındakı ahəng mütləq qorunmalı və sağlam ruhun
yalnızca sağlam bədəndə var ola biləcəyi yaddan çıxarılmamalıdır. Bununla
belə, ruh bədənə nisbətlə daha üstün mövqeyə sahib olduğu üçün ondan
törəyən problemlər daha böyük xətərə səbəb olur: “Bədəndə və ya insan
təbiətində mövcud olan bütün gözəlliklər ruhdan törəyir və ondan tökülür”
(11, s. 13).
Belə görünür ki, Platon biliyin ruhdan törədiyini qəbul etsə də,
bədənin ruhun bilik əldə etmə vasitələrindən biri olduğunu da inkar etmir.
Platonun tələbəsi olan Aristotel də nəfs-bədən fərqliliyini müzakirə et-
miş və onun bu mövzudakı görüşləri özündən sonra fəlsəfə tarixində çox bö-
yük bir təsirə malik olmuşdur. Aristotelin nəfs anlayışının dualist yoxsa mo-
nist olduğu günümüzdə belə mübahisə mövzusudur. Hətta həyatının ilk
dövrlərində onun müəllimi Platonun təsirində qalaraq dualist bir anlayışı
müdafiə etdiyini, daha sonra isə bu görüşündən daşındığını iddia edənlər
vardır (10, s. 54-55). Lakin onun sonda bu mövzudakı görüşlərini özünün
maddə-forma anlayışı ilə əsaslandırdığını söyləmək mümkündür. Bu
anlayışa görə nəfs maddi bədənin formasıdır. Bu səbəbdən necə ki, forma
olmasa maddə cövhərləşə bilmir eləcə də nəfs də bədən olmadan maddədən
ayrı bir şəkildə cövhərləşə bilməz (10, s. 68). Özünü Nəfs Haqqında (Perì
Psūchês) adlı əsərində o, nəfsin nə tam mənada bədənlə eyni, nə də
tamamilə ondan ayrı olmadığını deyir (1, s. 23). Beləcə Platon və Kartezian
fəlsəfələrindəki nəfs və bədənin bir-birindən tamamilə ayrı iki cövhər
olduğuna dair görüşlərin əksinə Aristotelin dualist və monist perspektivlərin
ortasında mülayim bir mövqe adlandıra biləcəyimiz bir anlayışı müdafiə
etdiyini demək mümkündür.
Dualist mövqe ilə Karteziançılıqda də qarşılaşırıq. Xüsusilə Rene De-
kartın res extensa ve res cogitans bölgüsü bizi ruh-bədən dilemmasına apa-
rıb çıxarır. Psixofiziki dualizm görüşü kimi də tanınan bu anlayışa görə ruh-
dan fərqli olaraq təbiət ( res extensa) mexaniki qanunlara tabedir. Həmçinin
Fəlsəfə tarixi
- 39 -
Dekarta görə ruh və bədən qarşılıqlı şəkildə bir-birinə təsir edir (13, s. 255).
Ona görə ruh bədəndən ayrı olan müstəqil bir cövhərdir. Filosof Metod
haqqında mühakimə adlı əsərində belə deyir: “Mən bütün mahiyyəti və
təbiəti düşünməkdən ibarət olan və var olmaq üçün heç bir yerə möhtac
olmayan və maddi heç bir şeyə bağlı olmayan bir cövhərəm. Belə ki, bu
mən, yəni məni mən edən ruh bədəndən tamamilə fərqlidir” (4, s. 33).
Qotfrid Vilhelm Leybnitsin (1646-1716) irəli sürdüyü və psixofiziki
paralelizm (psychophysical parallelism) adlanan görüş də dualist bir xarak-
terə malikdir. Kainatın qarşılıqlı təsirlənməyə deyil daxili bir dəyişməyə
məruz qala bilən sonsuz sayda monadlar-dan ibarət olduğunu qəbul edən
bu görüşə görə ruhla bədən arasında reallıqda heç bir determinist əlaqə yox-
dur. Lakin bunlar ahəngli hərəkət etdikləri üçün sanki aralarında bir səbəbli-
lik əlaqəsi varmış kimi görünür. Halbuki ruh və bədən eyni zamanda hərəkət
etmək üçün tənzimlənmiş iki saata bənzəyir.
Daha əvvəllər çox sayda filosof tərəfindən müdafiə olunsa da Nikola
Malbranş (1638-1715) tərəfindən sistemləşdirilən okkazionalizm (occasio-
nalism) nəzəriyyəsi isə ruhla bədənin fərqli substansiyalar olduğunu qəbul
etsə də, bunların arasındakı əlaqənin birbaşa Tanrı vasitəsilə reallaşdırıldığı-
nı iddia edir. Bu görüşə görə bədənlə ruh arasında hər hansı bir əlaqə ehtiya-
cı yarananda Tanrı özü müdaxilə edərək bu əlaqəni reallaşdırır. Məsələn,
əgər bədənin hansısa bir üzvü yaralansa onda Tanrı ruhda əzab hissi yara-
dar. Yoxsa bədənin yaralanmasının ruhun əzabı hissetməsi ilə birbaşa bir
əlaqəsi yoxdur (2, s. 258-259; 5, s. 159-174). Əslində bu görüş təcəddüd əl-
əmsal (bənzərlərin yenilənməsi) və əl-xəlq əl-cədid (yeni yaratma) nəzə-
riyyələri ilə Malbranşdan əsrlərcə əvvəl islam kəlamçıları, xüsusilə də
əşərilər tərəfindən irəli sürülmüşdür. Bu görüşə görə aləmdə Tanrının müda-
xiləsinin olmadığı heç bir zaman intervalı yoxdur. Kainatda heç bir səbəb-
nəticə əlaqəsindən söhbət gedə bilməz, hər şey hər an Tanrı tərəfindən
yenidən yaradılmaqdadır (9, s. 7-22).
Platon və Aristotel kimi qədim yunan filosoflarına gedib çıxan və İs-
lam filosofları (Bax: 23, s. 66), xüsusilə də İbn Sina tərəfindən daha yüksək
səviyyədə müzakirə obyektinə çevrilən nəfs nəzəriyyəsi xüsusilə Əbu
Hamid Qəzzali və Fəxrəddin Razi ilə birlikdə mütəəxxirun dövrünün
Dostları ilə paylaş: |