Fəlsəfə tarixi
- 31 -
terminləri isə genetik konstruksiyanın ifadəsi, yaxud transsendental fenome-
nologiyanın təzahürü kimi görürdü. Genetik konstruksiya fəlsəfədə təşəkkü-
lün fenomenoloji məzmununu yaratdı. Hər hansı bir ad öz-özlüyündə söz ol-
duğu üçün fikir, həm də eyni zamanda anlayışdır. İncildə deyilirdi ki, “əv-
vəlcə söz var idi, söz Allahın yanında idi, söz Allah idi”. Demək, söz yalnız
“təmiz ideya”da, sırf fikirdə Allaha bərabər tutula bilərdi, söz məna əldə et-
dikdən sonra predmetləşir, maddi məzmun əldə edir, hansı ki, həmin maddi
məzmun mücərrəd və konkret şəkildə ifadə oluna bilər. Klassik alman fəlsə-
fəsinə istinad edən A.F. Losevin fikirləri bu sahədə nə qədər israrlı görünsə
də, predmetdən azad olmuş, maddi məzmunundan sıyrılmış söz, “xalis ad”
genetik əlaqə sferasına daxil olmadığı üçün fenomenoloji mahiyyət daşıya
bilməz. Söz maddi məzmun qazandıqdan sonra dünyəviləşir və əlaqə vasitə-
sinə çevrilir və yalnız bundan sonra varlığın ilkin ekzistensiyaları ikili məz-
mun əldə edir. Sırf filoloji yanaşmada, ədəbi düşüncədə, sadə təsvirdə feno-
menoloji mahiyyət mövcud ola bilmədiyi kimi, sırf məntiqdə də fenomeno-
loji yanaşma yoxdur. Hər iki sahə birtərəflidir və formal görünən məzmun-
larından kənara çıxa bilmir. Necə ki, “məntiq təlim deyil, dünyanın güzgü-
dəki əksidir” – deyə düşünən L.Vitqenşteynin “intellektual intuisiyası” nə
qədər güclü olsa da, E.Hüsserlin “intersubyektivizm”i ilə birləşmədiyi halda
fenomenologiya deyil. Əgər biz hər hansı bir məqamda faktı hadisədən güc-
lü hesab etsək, bizim fərziyyə faktı varlığın içərisində axtarıb tapacaqdır,
çünki fenomenoloji düşüncədə təxəyyül realla irrealın, hisslə intellektin qo-
vuşuğunda mövcudluq əldə edir. Bizim duyğularımızı fenomenlərin möv-
cudluğu şərtləndirmirsə də, münasibətlərimizi noumenlərin ölçüsü olan
“kvaliya” formalaşdırır. “İntensionallıq”dan doğan “kvaliya” – “bizim üçün
mövcudluq”dur və mövcudluğun məxsusi, həm də ən fundamental forması-
dır və genetik əlaqələrin başlanğıcıdır. F.Brentano kimi E.Hüsserl də qeyd
edirdi ki, məntiqi təfəkkürün yalnız bizə aid olan hissəsi bizim üçün möv-
cuddur. F. Brentano öz məşhur mühazirəsində vaxtilə sualı belə qoymuşdu
ki, “insanın eşidə bilmədiyini qəbul etməsi nə dərəcədə doğrudur?” Eşitmə
üçün konkret səs ölçüləri, dalğa uzunluğu vardır və bu “səs” geştaltını əsas-
landırır, amma yalnız varlığın daxilində, yeni əlaqə momentlərində insan
eşidə bilmədiyini görə, görə bilmədiyini eşidə bilmək imkanı əldə edir. Hər
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 32 -
bir insanın təfəkkürü və qəlbi onun səviyyəsinə uyğun olan çevrədə mənti-
qin struktural məzmununu yaradır, genetik əlaqə momentlərini müəyyən
edir. Yerdə qalan bütün hallarda məntiqi qanunlar kosmoloji məzmun daşı-
yır və bəşəri idrakdan kənardadır. İ.Kantın “transsendental idealizm”inə
haqq qazandıran F.Bredlinin (1846-1924) “subyekt üçün olan mövcudluğu”
psixoloji mövcudluq idi və bu mövcudluq yalnız insan - insan münasibətlə-
rini şərtləndirə bilərdi. E.Hüsserl isə fenomenologiyanın mahiyyətindəki
“intersubyektivizm”də insan – insan münasibətlərinin içərisindən “qeyri bir
Mən”i kəşf etdi və onun üzərində insan – dünya münasibətlərini yeni bir şə-
kildə əsaslandırdı. Kimsə, kimin üçünsə mövcuddursa, lokal xarakterli bu
mövcudluq fəlsəfi mahiyyət daşıya bilməz, varlığın daxilində yalnız bir sub-
yekt üçün mövcud olmaq, sadəcə mümkün deyildir. Buna görə də A.
Uaythed (1861- 1947) mövcudluğu “çoxcəhətliliyin tamda həlli” kimi izah
edirdi (15, s.29). Bu çoxcəhətlilikdə insan, istər-istəməz elə bir stixiya ilə
yüklənir ki, daşıdığı digər obrazların mənəvi yükünü də ümumi yükə
qataraq əbədi bir yolun – “Səvvan yoxuş”unun yolçusuna çevrilir...
M.Merlo-Ponti isə (1908-1964) “Qavrayışın fenomenologiyası” adlı
əsərində fenomenologiyanı dünyaya münasibət kimi təqdim edirdi və onun
E. Hüsserl və M. Haydegger arasında qalan hissələrini araşdırmağa çalışırdı.
M.Merlo-Ponti üçün “Mən” tamın hissəsi deyil, elə bir mənbədir ki, onunla
mövcudluğun mahiyyəti daim tamamlanmada, özünü artırmadadır. M.Mer-
lo-Pontinin fenomenologiyası geştalt düşüncəyə daha yaxın idi və orada
J.P.Sartrın ekzistensializminin təsiri görünürdü. M.Merlo-Ponti həm də fe-
nomenologiyanı funksional bir sahə kimi K.Marks, F.Nitsşe və Z.Freyd ki-
mi filosoflara aid edirdi (14, s.117). Onun düşüncəsində fenomenologiya
dünyanın və təfəkkürün sirlərini öyrənmək yoludur. M.Merlo-Ponti dərket-
mədən, təfəkkürdən əvvəlki ekzistensiyanı önə çəkirdi və fenomenologiyanı
E.Hüsserlin bəhs etdiyi əlaqənin xüsusi forması kimi qəbul etmirdi. Baxma-
yaraq ki, onun yaradıcılığında da fenomenologiya “ad”a sadə münasibətdən,
predmetləşmənin təfərrüatlarından, subyektiv düşüncədən daha uzaqlara ge-
dir, amma bu əlaqələr “intellektual intuisiya”dakı məntiqin “eyniyyət” qanu-
nuna, yaxud genetik strukturlara aparıb çıxarmır... Belə bir fakta diqqəti yö-
nəldək. Məsələn, U.Ekonun yaradıcılığında da ad təkcə sadə bir semiozis ki-
Fəlsəfə tarixi
- 33 -
mi işlənmir, adın arxasında gizlənən “immanenet trassendentlik” tədricən
açılır, sözü işarəyə, adı fenomenə çevirən məntiq kəşf olunur və müəllif öz
oxucusu üçün qarışıq təfərrüatlardan maraqlı bir roman bağlayır. Həm də,
eyni zamanda bu oxucunu hadisələrin axarına qoşan, ona “çəhrayı yuxular”
vəd edən ədəbi bir roman olmayıb, insanı düşünməyə, məntiqi nəticələr
çıxarmağa, axtarmağa vadar edən fəlsəfi bir əsərdir. Buna görə də U.Ekonun
“Qızıl gülün adı” romanı gül fenomenindən fərqli bir məzmun ətrafında
cərəyan edir, sadə oxucu əsərdə güllə bağlı heç bir şey tapa bilmədiyi üçün
təəccüblənir. Lakin əslində isə necə ki, E.Hüsserlin reaktualizasiyasında ağ
rəng, rəng fenomenindən abstraksiya edilmiş bir fon kimi verilmişdi, eləcə
də U.Ekonun “Qızıl gülün adı” romanında gülün adı reaktualizasiya üçün
bir fon kimi işlənir...
Vaxtilə E.Hüsserl müəllimi F.Brentanonun “məhəbbət” və “nifrət”
empirik fenomenlərinin təhlillərini əlaqənin xüsusi bir forması kimi qəbul
edirdi, sonralar isə bu fenomenlərə genetik strukturlar kimi yanaşıb onlara
epistemoloji mahiyyət verdi. Onun fenomenoloji düşüncələrində insan ilk
öncə öz məxsusi duyğularının, böyük hisslərinin daşıyıcısıdır, özünü qeyri
bir “mən”də tapan ilahi bir varlıqdır... S.Xəlilovun “Məhəbbət və intellekt”
əsəri də, bu mənada öz oxucusuna fundamental bir yanaşma təqdim edir.
Müəllifin ontoloji təhlillərini izləyən oxucu üçün apriori rasional məntiqin
qarşısında tədricən sarsılır və əsrlər boyu qədim Şərq fəlsəfəsinə hakim kə-
silən lokal sentimentlər cılızlaşır, mənasını itirir və “sevgi... bir möcüzə ax-
tarışı”na çevrilir (4, s. 32). Varlığın rasional və irrasional xüsusiyyətlərini
ayırd edən oxucu üçün lokal sentimentlər, bəşəri iddialar kiçildikcə dünya
böyüyür və insan ilahi bir sevgiyə doğru yönəlir. Bu ilahi sevgidə artıq
E.Hüsserlin dediyi kimi qeyri bir “Mən”i daha böyük hərflə yazmaq lazım
gələcəkdir...
Görünür, fenomenologiyanın bu qədər aktuallaşması harada isə bəşə-
riyyəti narahat edən müasir ictimai-mənəvi boşluqlarla da bağlıdır. Fenome-
noloqlar düşünürlər ki, dünyanı bizim bildiyimiz deyil, bilmədiyimiz feno-
menlər idarə edir, buna görə də genetik əlaqələrə məxsusi diqqət ayırmaq
lazım gəlir. Müasir dünyada bioenergetiklərin, sensorikanın, karma ilə bağlı
düşüncələrin, ezoterik yanaşmaların artması da göstərir ki, bəşəriyyət sürətlə
Dostları ilə paylaş: |