12
Azərbaycanda futbolun yaranma tarixi 1911ci
ildən götürülsə
də, əslində, daha əvvəlki dövrü əhatə edir. XIX əsrin sonu – XX
əsrin əvvəllərində çar Rusiyasının əyaləti olan Azərbaycanda
sənaye inkişaf etməyə başlamışdı. O vaxt dünyada çıxarılan nef
tin yarıdan çoxu məhz Bakıda hasil edilirdi. Bakı neftinə görə Ru
siya ilə İngiltərənin maraqları üstüstə düşdüyündən,
əsasən bu
iki ölkədən və digər qonşu dövlətlərdən Azərbaycana xeyli işçi
qüvvəsi axışırdı. Onlar özlərilə birlikdə yaşayış və istirahət tərzini
də gətirdilər. Futbol isə bu siyahıda heç də axırıncı yerdə deyil
di. Artıq 1907ci ildə “Stella”, “Kongress”, “Unitas”
birinci oğlan
gimnaziyasında, “Adamovçular” ticarət məktəbində, “Progress”
və digər komandalar yaradılmışdı. Belə komandalardan biri də
Balaxanı neft mədənləri fəhlələri arasında 1911ci ildə təşkil edil
miş “Balaxanı futbolçular dərnəyi” adlı komanda idi.
Sonradan
məhz bu komanda “Neftçi”nin yaradılmasında əsas rol oynadı.
Azərbaycan futbolunu 4 əsas mərhələyə bölmək olar. Birinci
mərhələ 19111949cu illəri əhatə edir. Bu mərhələni “Baş
lanğıc” adlandırmaq olar. Həmin illərdə diqqəti cəlb edən əsas
hadisələrdən biri də 1928ci ildə Moskvada SSRİ xalqlarının
ilk spartakiadasının keçirilməsidir. Həmin spartakiadada bakılı
futbolçulardan Nexezin, Korotkov, Qnezdov, Sorokin, Turkiya iş
tirak edib təcrübə toplamışdılar. 1931ci ildən Sovet məkanında
futbol üzrə ilk SSRİ Kuboku keçirildi. Bu kubokda Qafqazın 3 res
publikasının yığması iştirak edib. Həmin komandanın
he yə tin də
fəal iştirak edən bakılılar yaxşı oyun nümayiş etdiriblər. Bu illərdə
futbol artıq sürətlə inkişaf etməyə başlayır və tamaşaçılar tə rə
fin dən böyük maraqla qarşılanırdı. 1936cı ildə Xalq Komissar
ları Şurası tərəfindən SSRİdə idmanın inkişafı haqqında qanun
qəbul edildi. Bu qanunun həyata keçirilməsi çərçivəsində 1937
ci ildə Bakıda “Neftyanik” idman birliyi yaradıldı. 1938ci ildə ən
mühüm futbol nailiyyətlərımızdən biri “Temp” komandamızın
SSRİ kubokunun 1\8 finalına çıxması və 16 ən yaxşı
komanda
sırasına daxil olmasıdır.
II Dünya Müharibəsi ilə əlaqədar 19411945ci illərdə Azər bay
can futbolunda fasilə yarandı. Uzun fasilədən sonra ilk çempio
nat 1946cı ildə keçirildi. “Dinamo” və “Neftyanik” komandala
rımız bu çempionatın “B” qrupunda mübarizə aparıblar. Həmin
çem pionat Azərbaycana Vladimir Karmayev, Naum Naumt
sev, Vladimir Ustinov, Valentin Xlıstov,
Tofiq Bəhramov, Tofiq
Rəsulov, Viktor Şevçenko, Ələkbər Məmmədov kimi yeni adlar
bəxş edib. 1949cu ildə Yüksək liqanın çempionatı
geniş şəkildə
keçirildi. Sovet respublikalarının 5 yığma komandası bu çempi
onatda iştirak etmək hüququ qazanmışdı. Həmin komandaların
sırasında Azərbaycanı “Neftyanik” təmsil edib. Çempionatda
çıxış edən ən gənc futbolçu həmyerlimiz “Neftyanik” komanda
sının 19 yaşlı üzvü Ələkbər Məmmədov olub.
Azərbaycanda futbolun inkişafı çox sürətlə gedirdi. Artıq 1951ci
ilin 16 sentyabr tarixində Bakıda Respublika stadionunun tən tə
nə li açılışı oldu. Həmin gün Vilnüsün “Spartak” və Bakının “Neft
yanik” komandaları arasında SSRİ birinciliyinin oyunu keçirilmişdi.
Bu tarixi görüşdə ilk qolu Ələkbər Məmmədov vurmuşdu.