Təhsil müəssisəsi maddi-texniki bazasından,
kadrların peşəkarlığından asılı
olaraq təhsil-
alanların kompetensiyalarının qiymətləndirilməsini
müəyyən üsullarla həyata keçirir.
Nəticələrin
(yaxud fəaliyyətinin) düzgün qiymətləndirilməsi
tələbələrdə əmək bazarının tələbatına uyğun
kompetensiyaların formalaşmasına zəmin yaradır.
Ona görə də, hesab edirik ki, gələcəkdə kompe-
tensiya əsaslı məzmun hazırlanacaq və bu da
tələbələrdə informasiya ilə işləmək (zəruri
məlumatın axtarışı, təhlili,
seçilməsi, onun
dəyişdirilməsi, saxlanması,
ötürülməsi,
müasir
informasiya texnologiyalarının mənimsənilməsi),
ünsiyyətlilik-kommunikativlik (dil bilməsi,
ətrafdakılara, uzaqda olan insanlara və hadisələrə
münasibət bildirməsi, qrupla, kollektivlə işləməsi,
problemi
həll edə bilməsi, dialoq qurmağı
bacarması və s.) və problemi həlletmə səriştələrinin
formalaşdırılmasına imkan verəcəkdir.
Gəncləri
yeni məzmun əsasında həyata və əmək fəaliyyətinə
hazırlamaq, onlara lazım
olan bilik, bacarıq və
kompetensiyalar aşılamaq
təhsilin əsas məq-
sədlərindən biridir.
Dostları ilə paylaş: