Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   15   16   17   18   19   20   21   22   ...   102

40 
 
[Müəllif] deyir: Bu qıĢı Mərvan ibn  Məhəmməd əl-Bab Ģəhərində  keçirtdi. 
Yazın  üzü  görünəndə  xəlifə  HiĢam  ibn  Əbdülməlik  ona  xəbər  verdi  ki,  o, 
valilikdən kənar edilir və ġama qayıdıb Ģəxsən onun yanına gəlməlidir. Xəlifə Səid 
ibn Əmr əl-HərəĢini çağırıb onu ölkənin valisi vəzifəsinə təsdiq etdi. 
[Müəllif]  deyir:  Bu  bahar  günlərində  Səid  ibn  Əmr  əl-HərəĢi  Azərbaycan, 
Arran,  Curzan  (Gürcüstan)  və  Ərminiyə  valisi  sifətilə  ġamdan  yola  düĢdü.  O,  əl-
Bab Ģəhərinə gələrək, orada yerləĢdi. 
Sonralar  o,  gecə-gündüz  xəzərlərə  qarĢı  səfərlərə  çıxır,  atının  yəhəri  heç 
vaxt qurumurdu. Bu hal onun gözləri xəstələnənə qədər davam etdi. O, HiĢam ibn 
Əbdülməlikə məktub yazıb ona xəbər verdi ki, gözlərinə qara su gəlib və indi elə 
pis görür ki, nə dərəni, nə də dağı seçə bilir. 
[Müəllif]  deyir:  Səid  ibn  Əmrin  həqiqətən  xəstə  olub-olmadığını 
dürüstləĢdirmək üçün xəlifə HiĢam ġamdan inanılmıĢ adamını göndərir. [Müəllif] 
deyir:  Həmin  adam  Səid  ibn  Əmrə  diqqətlə  baxıb  əmin  oldu  ki,  o,  doğrudan  da 
xəstədir və bu barədə HiĢama yazır. HiĢam əl-HərəĢiyə onun vali vəzifəsindən azad 
olunması  haqqında  məktub  yazır.  Sonra  Mərvan  ibn  Məhəmmədi  çağırıb  onu 
Azərbaycana  vali  təyin  edir  və  göstəriĢ  verir  ki,  o,  xəzərlərlə  müharibəyə 
baĢlasın.
84
 (səh. 71) 
[Müəllif] deyir: Mərvan ġamdan 120 minlik ordu ilə yola düĢür və tezliklə 
Azərbaycana gəlir. O, Bərdədən 40 fərsəx və Tiflisdən 20 fərsəx aralı olan Qazaq 
(Qazax)  adlı  yaĢayıĢ  məntəqəsində  dayanır.  Mərvan,  erməni  knyazları  və 
batriklərini məhv etməyə baĢladı və axırda onları itaətə çağırıb boyunlarını əydirdi. 
Sonra о irəliləyib qabağına çıxan qalaları bir-bir aldı və tez bir vaxtda ermənilərin 
bütün qalalarını fəth etdi. Bundan sonra o, əl-Babda qalan bütün əsgərlərə məktub 
göndərib əmr etdi ki, onlar xəzərlərin ölkəsinə girib Səməndərə qədər getsinlər. 
[Müəllif]  deyir:  Bundan  sonra  Mərvan  əsgərlərini  yoxlayıb  yola  düĢdü.  O, 
Bab  Allana
85
  soxulub  oradakıları  öldürür,  əsir  alır,  hər  yeri  talan  edib  yandırırdı. 
Sonra  Mərvan  xəzərlərin  Ģəhəri  olan  Səməndərə  tərəf  getdi.  Əvvəlcə  Üseyd  ibn 
Zafir  əs-Sulaminin  baĢçılığı  altında  olan  müsəlman  ordusu  Ģəhərə  gəlib  çatdı. 
Tezliklə buraya 150 minlik ordusu ilə Mərvan da gəldi. ġəhər ətrafında ordusunu 
nizama  saldı.  Onun  bütün  sərkərdələri,  tabeliyində  olanlar  və  nökərləri  ağ  paltar 
geymiĢdi  və  hərəsinə  itilənmiĢ  ucu  yanan  məĢələ  oxĢayan  nizə  verilmiĢdi. 
[Müəllif]  deyir:  Əsgərlər  elə  parıldayırdılar  ki,  hətta  quĢlar  da  onlardan  kənarda 
uçurdu; belə ki, bu parıltı və iĢıltını görən quĢlar çaĢaraq özlərini yerə çırpırdılar. 
[Müəllif]  deyir:  Bundan  sonra  ordu  yola  düĢdü  və  bir  azdan  əl-Beyda 
Ģəhərinə
86
 çatdı. Xəzərlərin padĢahı xaqanın iqamətgahı burada idi. [Müəllif] deyir: 
Xaqan Mərvandan qaçıb dağlarda gizləndi. 
Xəzərlərin ölkəsinə Mərvan ordusunun səfəri müvəffəqiyyətli oldu və onlar 
hətta xəzərlərdən о yandakı torpaqlara da qədəm qoydular. Sonra ərəblər (səh. 72) 
saklablara
87
  və  baĢqa  qonĢu  kafir  tayfalara  basqın  edib  onlardan  20  min  ailə  əsir 
aldılar. Bundan sonra onlar yenə də irəlilədilər və tezliklə Sakalib adlanan çayın
88
 


41 
 
sahilinə çatdılar. Mərvan öz mühafizəçilərindən olan Kövsər ibn əl-Əsəd əl-Ənbari 
adlı  bir  Ģamlı  igidi  yanına  çağırıb  ona  dedi:  «Vay  sənin  halına,  ey  Kövsər!  Bir 
casus  yanıma  gəlib  xəbər  verdi  ki,  xəzərlərin  padĢahı  xaqan  baĢda  Xəzər-Tarxan 
adlı tarxanı olmaqla bizim üstümüzə qırx min tarxan oğulları göndərib. Sən onları 
qabaqlayıb  çayı  keç  və  eyni  miqdarda  əsgərlə  pusquda  dur.  Əgər  bu  iĢin 
öhdəsindən  gəlsən,  mən  səni  Allah  qoysa,  mükafatlandıraram.  ġöhrət  və  əzəmət 
sahibi Allahdan baĢqa heç kəsdə nə qüvvə, nə də qüdrət var!» 
[Müəllif]  deyir:  Kövsər  dedi:  «Allah  Əmiri  razı  salsın!  Biz  axĢamadək 
gözləyərik. О zaman zülmət hər yeri bürüyəcək. Yа Əmir, icazə ver, sabaha qədər 
gözləyək!» 
[Müəllif] deyir: Mərvan özündən çıxıb çığırdı: «Allaha and olsun, əgər sən 
təyin olunmuĢ vaxtda bu çaydan keçməsən, biz sənin baĢını kəsib, bütün ailəni də 
məhv edərik! Ġndi özün seç, hansı yaxĢıdır.» Kövsər cavab verdi: «Allah Əmiri razı 
salsın! Mən çayı keçərəm!» 
[Müəllif]    deyir:  Bundan  sonra  Kövsər  qırx  min  süvari  əsgər  seçib,  onları 
dəstələrə  böldü,  özü  də  min  nəfərdən  artıq  döyüĢçüsü  olan  dəstənin  baĢında 
birlikdə çayı keçdilər. [Müəllif] deyir: Elə həmin gün Kövsər xəzərlərə qarĢı çıxdı 
və  günorta  vaxtı  qətlətən  iyirmi  xəzər  süvarisinin  müĢayiəti  ilə  tula  və  Ģahinlərlə 
ova  çıxmıĢ  bir  xəzər  sərkərdəsi  ilə  üzbəüz  gəldi.  [Müəllif]  deyir:  Kövsər 
sərkərdəyə  hücum  edib  onu  öldürdü.  Onu  müĢayiət  edənlərə  də  aman  verilmədi. 
Onlardan heç biri xilas ola bilmədi. (səh. 73) [Müəllif] deyir: Müsəlmanlar onların 
silah  və  atlarına  sahib  oldular.  Sonra  Kövsər  və  onun  əsgərləri  yollarına  davam 
etdilər  və  çox  keçmədən  qalın  meĢəliyə  çatdılar.  Elə  təzəcə  yerləĢmiĢdilər  ki, 
birdən meĢənin dərinliyindən qalxan tüstünü gördülər. 
Kövsər  soruĢdu:  «Bu  nə  tüstüdür?»  Kimsə  cavab  verdi:  «Deyəsən,  orada 
xəzər əsgərlərindən var». [Müəllif] deyir: Bundan sonra Kövsər əsgərlərini topladı 
və  onlar  atlarına  minib  tüstü  gələn  tərəfə  yollandılar.  Xəzərlər  heç  nədən 
Ģübhələnmirdilər. Kövsər isə qırx min əsgərin baĢında irəliləyirdi. Onlar xəzərlərə 
hücum  edib  on  minini  qırdılar,  yeddi  minini  isə  əsir  aldılar.  Qalanları  döyüĢ 
meydanından qaçıb meĢədə, çöllərdə və dağlarda gizləndilər. Bundan sonra Kövsər 
əsir  alınan  xəzərlərdən  soruĢdu:  «Deyin  mənə  görək,  sizin  Xəzər-Tarxan  adlı 
sərkərdəniz  nə  edir?»  Onlar  dedilər:  «O  öz  əsgərləri  ilə  ova  gedib  və  biz  ondan 
xəbərsizik».  [Müəllif]  deyir:  Onda  Kövsər  baĢa  düĢür  ki,  onlara  rast  gələn  elə 
Xəzər-Tarxan özü imiĢ. Onların hamısı səhərə yaxın ələ keçmiĢdilər. 
Sonra, sabahı gün hələ gün çıxmamıĢ, Kövsər geriyə dönüb öz əsgərləri ilə 
Mərvanın  yanına  qayıdır.  Xəzər-Tarxanın  və  onun  əsgərlərinin  nizələrə  taxılmıĢ 
baĢlarını Mərvana təqdim edir. 
[Müəllif]  deyir:  Bu  əhvalatdan  xəbər  tutan  xəzərlərin  padĢahı  xaqan  dərin 
hüznə  qapılıb,  əllərini  göylərə  qaldırır.  Bundan  sonra  Mərvan  ibn  Məhəmmədin 
yanına göndərdiyi adam  vasitəsilə soruĢur: «Ya Əmir! Sən xəzərləri və saklabları 
əsir  aldın,  onları  qırdırdın  və  istəyinə  nail  oldun!  Daha  nə  istəyirsən»  Mərvan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə