Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   17   18   19   20   21   22   23   24   ...   102

44 
 
məktubu  götürüb  tərcüməçiyə  uzadır  və  о  da  məktubu  öz  dillərinə  tərcümə  edib, 
məzmununu padĢaha izah edir. 
Bundan sonra padĢah deyir: «Bu adamı yanınıza salıb qalada gəzdirin, qoy 
özü görsün, bu qalaya kimsə kənardan daxil ola bilərmi?!» 
[Müəllif]  deyir:  PadĢahın  adamları  Mərvanın  əlindən  tutub  onu  qalada 
gəzdirdilər.  Mərvan  da  qalanın  tikililərini  və  istehkamlarını  öz  gözü  ilə  gördü.  О 
hətta qalanın içində elə bir yer tapıb bələdləyir ki, oradan qalaya girib onu almaq 
olardı. O, hər yeri seyr edir, hər Ģeyi yadında saxlayırdı. Bundan sonra о yanında 
olanlara müraciət edib dedi: «Mən acımıĢam, mənə bir parça çörək verin. Bir də ki, 
Mərvan gələndə mən onu da yedizdirməliyəm.» Onlar Mərvana iki çörək və bir də 
hansısa  heyvanın  ətindən  bir  parça  verib,  qaladan  çıxartdılar.  Mərvan  ibn  Mə-
həmməd bir azdan öz düĢərgəsinə çatdı. Sonra öz paltarını geyindi, oturdu və Sərir 
hökmdarına  aĢağıdakıları  yazdı:  «Və  sonra.  Ey,  rəzilin  oğlu!  Mən  Mərvan  ibn 
Məhəmmədəm  və  mən  о  Ģəxsəm  ki,  öz  adımdan  elçi  sifətilə  sənin  yanına 
gəlmiĢdim! Mən sənin qalana  girəcəyim haqda verdiyim anda sadiq çıxdım. Mən 
qalana  girdim də,  (səh. 78)  qalanın  hər tərəfini qarıĢ-qarıĢ  gəzib bütün  yolları  ilə 
tanıĢ oldum  da! Ġndi  mən  Allah qoysa,  qalana  ikinci  dəfə  girmək  niyyətindəyəm. 
Bu sənə xoĢ gəlməz, lakin sən bunun öhdəsindən gələn adamı görə bilərsən!» 
Bu  məktub  Səririn  hökmdarına  çatanda  o,  qalasına  asanlıqla  girən  Mərvan 
ibn Məhəmmədin onun baĢına nə oyun açdığını anlayıb qorxuya düĢdü. Mərvana 
məktub yazıb ondan sülh istədi. 
Mərvan  buna  razılıq  verdi  və  onların  arasında  sülh  bağlandı.  ġərtləri  belə 
idi: Səririn hökmdarı hər il əl-Bab Ģəhərinə 500 qulam, 500 ağbəniz, uzun kiprikli 
və  ehtiraslı  bakirə  kəniz,  10  min  dinar  nəqd  pul  və  500  mudd
94
  ərzaq 
göndərməlidir. 
Mərvan bunların hamısını Sərir hökmdarından aldı. 
Bundan  sonra  Mərvan  yola  düĢüb,  tezliklə,  Tuman  adlı  qalaya
95
  yetiĢdi. 
Mərvan Tumanın hökmdarı ilə hər il əl-Bab Ģəhərinə 100 əsir, 1000 baĢ heyvan və 
1000 mudd ərzaq gətirilməsi Ģərti ilə müqavilə bağladı. 
[Müəllif] deyir: Sonra Mərvan yenə də irəliləyir və tez bir zamanda Hamzin 
qalasına
96
  çatır.  Qalanın  müdafiəçiləri  onunla  döyüĢə  girdilər.  Mərvan  və  qalanın 
hakimi  arasında  qızğın  vuruĢma  oldu,  müsəlmanlar  çoxlu  adam  itirdilər.  Mərvan 
dedi: «Ey əsgərlər! Qalaya girib onu zorla ala bilənə 1000 dinar mükafat veriləcək 
və əlavə bu qalada olan ən gözəl kəniz də onun olacaq!» 
[Müəllif]  deyir:  Tənuxdan  olan  bir  ərəb
97
  ayağa  qalxıb  dedi:  «Ya  Əmir! 
Mən  hazır!»  [Müəllif]  deyir:  Bundan  sonra  həmin  ət-Tənuxi  qalxıb  qabaqcadan 
seçdiyi  yerə  yaxınlaĢdı.  О  yavaĢ-yavaĢ  yuxarı  qalxıb  iç  qalanın  mərkəzinə 
yaxınlaĢdı,  amma  qaladakılar  hələ  heç  nədən  Ģübhələnmirdilər.  Birdən  о  ucadan 
«Allahu Əkbər!» - deyə  səsləndi, qalanın müdafiəçiləri qorxub əllərini qaldırdılar 
və  qalanı  bütün  var-dövləti  ilə  təslim  etdilər.  Müsəlmanlar  bu  qalaya  zor  gücünə 
daxil oldular. 


45 
 
(səh.  79)  Qalanın  hakimi  Hamzin-Ģah  ərəblərin  qabağından  qaçıb  baĢqa 
qalada  gizləndi.  Müsəlmanlar  qaladakı  arvad-uĢağı  əsir  edib,  var-dövlətə  sahib 
oldular.  Bundan  sonra  Mərvan  ət-Tənuxini  yanına  çağırdı,  о  da  qalaya  gəldi. 
Mərvan  dedi:  «Mən  sənə  1000  dinar  vəd  etmiĢdim,  bu  pulu  sənə  verirəm,  amma 
ürəyinə yatan kənizi özün axtar!» 
[Müəllif]  deyir:  Ər-Tənuxi  gedib  gözəl bir  kəniz  tapır  və Mərvanın  yanına 
gətirib  deyir:  «Allah  Əmiri  razı  salsın,  kənizim  budur!»  Mərvan  dedi:  «Kəniz 
sənindir,  apar!»  Ət-Tənuxi  bundan  sonra  kənizi  yanına  salıb  əsgər  yoldaĢlarına 
tərəf gedəndə kəniz birdən dönərək onu bıçaqla vurur və baĢını kəsir, sonra özünü 
də qalanın divarlarından uçuruma atır, parça-parça olub ölür. 
[Müəllif] deyir: Bunu görən Mərvan bərk qəzəblənir və əmr edir ki, qalada 
olan  bütün  müdafiəçiləri  qırsınlar.  Onların  baĢlarını  kəsirlər,  heç  biri  xilas  ola 
bilmir. 
Bundan  sonra  Mərvanın  atlıları  Hamzin  torpaqlarına  yayılırlar,  onlar  300-
dən artıq kəndi dağıdıb xarabaya döndərirlər. Sonra Mərvan səfərə çıxıb bir qalada 
gizlənən Hamzin-Ģaha  çatır.  Mərvan əvvəl  qalanı  mühasirəyə  almaq istəyir, lakin 
Hamzin-Ģah  hər  il  Mərvana,  əl-Bab  Ģəhərinə  500  əsir  və  500  mudd  ərzaq 
göndərmək Ģərtilə sülh bağlayır. 
[Müəllif]  deyir:  Bundan  sonra  Mərvan  ibn  Məhəmməd  qalaları  bir-bir  alır 
və axırda Səririn, Hamzinin, Tumanın və ġandanın bütün qalalarını və eləcə də əli 
yetən baĢqa qalaları fəth edir. Sonra о geriyə qayıdıb əl-Baba gəlir və qıĢı burada 
keçirir. 
Bahar gələndə o, (səh. 80) dağların hökmdarlarının hamısını  yanına çağırır 
və tezliklə ġirvanın, Layzanın, Filanın, Təbərsaranın və baĢqa ölkələrin padĢahları 
onun  yanına  gəlir.  Bircə  lakzların  padĢahı  Arbis  ibn  Basbas
98
  gəlməkdən  imtina 
edir.  Mərvan  səfərə  çıxır  və  tez  bir  vaxtda  Samur  çayının  orta  axarında  yerləĢən 
Bilistan  adlı  kəndə  çatır.
99
  Bundan  sonra  о  öz  əsgərlərinə  icazə  verir  ki,  onlar 
lakzların  torpaqlarını  qarət  etsinlər,  əsgərlər  hər  yeri  talan  edib  dağıtdılar  və 
yandırdılar. Bir il belə davam etdi. 
Arbis bütün bunlara və uzun sürən mühasirəyə dözməyib gecələrin birində 
qalasını tərk edib bir neçə adamı ilə qaçır. Lakin Mərvan onun qaçmasından xəbər 
tutmur. 
[Müəllif]  deyir:  Arbis  az  qaçdı,  çox  qaçdı,  gəlib  əl-Bab  Ģəhərinin  yanına 
çatdı.  Burada  onun  adamları  bir  qulam  çobana  rast  gəldilər,  Arbis  öz  adamlarına 
dedi:  «Bu  çobanın  sürüsündən  bir  qoyun  götürün!»  Onlar  bir  qoç  seçdilər.  Arbis 
elə  buradaca  düĢərgə  saldı.  Sonra  üst  paltarını  soyunub  köynəkdə  qaldı. 
YoldaĢlarının  hərəsi  bir  tərəfə  dağılmıĢdılar;  bəziləri  qoyunu  soyub  yemək 
hazırlamaqla rnəĢğul olur, bəziləri də atlarını otarırdılar. 
[Müəllif]  deyir:  Bu  zaman  həmin  çoban  əlində  tutduğu  ox-kaman  ilə  gəlib 
ağacın  dalında  durur.  Birdən  oxu  atıb  Arbisi  öldürür.  [Müəllif]  deyir:  Arbisin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə