Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   14   15   16   17   18   19   20   21   ...   102

38 
 
[Müəllif]  deyir:  Sonra  Sabit  ən-Nəhrani  Ģamlılardan  min  atlı  seçib,  onlara 
vədlər  və  məsləhətlər  verib  dedi:  «Bilin  ki,  siz  Məsləmə  və  ya  Əmirəlmöminin 
HiĢam  üçün  döyüĢmürsünüz!  Siz  Allahın  dini  uğrunda  vuruĢursunuz  və  cihada 
Allahın adı ilə gedirsiniz!» Onun əsgərləri belə cavab verdilər: «Dediyin kifayətdir. 
Allah  səni  razı  salsın!  Apar  bizi  düĢmən  üzərinə  və  inĢallah,  özün  hər  Ģeyi 
layiqincə görərsən. ġöhrət və əzəmət sahibi Allahdan baĢqa heç kəsdə nə qüvvə, nə 
də qüdrət var». 
[Müəllif]  deyir:  Sabit  ən-Nəhrani  həmin  min  nəfər  döyüĢçü  ilə  xaqana 
hücum  etdi.  Xaqan  isə  bu  vaxt  özünün  əl-Cəddada  («TəzələnmiĢ»)  adını  daĢıyan 
cəng  arabasında  idi.  Arabanın  içi  müxtəlif  xalçalarla  bəzənmiĢdi,  onun  üstündə 
bəzəkli talvar, talvarın baĢında da qızıl niĢan var idi. 
[Müəllif] deyir: Sabit ən-Nəhrani boĢ yerə demirdi ki, о özünü xaqanın cəng 
arabasına çatdıra biləcək. O, qılıncının zərbəsi ilə talvarı yerə yıxır, ipəklərini cırır 
və  qılıncını  xaqana  tərəf  uzadır,  lakin  ona  toxuna  bilmir.  Xaqan  ondan  qorxaraq, 
cəld  cəng  arabasından  atılıb  atına  tullandı,  at  dördnala  elə  çapdı  ki,  ona  çatmaq 
artıq qeyri-mümkün idi.
79 
Müsəlmanlar  xəzərlər  üzərinə  hücuma  keçdilər,  xəzərlər  isə  qaçmağa  üz 
tutdular.  Qalan  əsgərlər  də  hərə  bir  tərəfə  səpələndilər  və  öz  ölkələrinə  qədər 
qaçmalı oldular. 
Bu münasibətlə Sabit ən-Nəhrani belə bir Ģer dedi: 
 
Əl-hindiyədə
80
 mənim tozlu, 
Buludlar içində fırlanan necə, neçə və neçə 
ParçalanmıĢ tozlu günlərim olub. 
 
və ilaxır. 
(səh. 68) [Müəllif] deyir: Məsləmə xəzərlərdən alınan qənimətləri toplayıb, 
beĢdə bir hissəsini ayırdı, qalanlarını isə  müsəlmanların arasında payladı. Bundan 
sonra əsgərlərini baĢına yığıb əl-Bab Ģəhərinə yola düĢdü. 
Bu  vaxt  əl-Babda  xəzərlərdən  min  ailə  var  idi.  Məsləmə  onları  neçə  gün 
mühasirədə  saxladı,  lakin  onlara  qarĢı  heç  bir  hiylə  iĢlədə  bilmədi,  bütün  səyləri 
boĢa  çıxdı.  Bu  vaxt  Ģəhər  darvazasından  çıxan  bir  kiĢi  Məsləmənin  yanına  gəlib 
ona  dedi:  «Allah  Əmiri  razı  salsın!  Əgər  mən  bir  qədər  ərzağa  bu  qalanı  sənə 
təslim etsəm, mənim var-yoxuma, arvad-uĢağıma dəyməzsən ki?» Məsləmə cavab 
verdi: «And içirəm ki, özündə qalar!» Həmin kiĢi dedi: «Mənə indicə yüz baĢ inək 
və qoyun ver və mən də sənə bu qalanı təslim edərəm!» 
[Müəllif]  deyir:  Məsləmə  əmr  etdi  ki,  istədiyini  ona  versinlər.  KiĢi 
heyvanları  bulağa  sarı  qovdu.  Vaxtilə  Qubad  oğlu  ƏnuĢirvan  Ģah
81
  bu  bulaqdan 
qalaya su kəməri çəkdirmiĢdi. Həmin kiĢi dedi: «Bu yeri qazıyın!» Əsgərlər suya 
çatanda  kiĢi  dedi:  «Ġnəkləri  və  qoyunları  buraya  gətirin,  baĢlarını  kəsin  və  bu 
bulağa atın!» Mal-qaranı kəsib bulağa atdılar və qan su ilə qarıĢıb hovuzlara axdı. 


39 
 
Həmin  kiĢi  qanlı  suyun  onların  hovuzlarına  axıb  dolduğuna  əmin  olandan  sonra 
əmr etdi ki,  suyun qabağını kəssinlər. Suyun qabağı kəsildi və  su dərəyə  axmağa 
baĢladı. 
Səhər camaat yuxudan ayılanda gördü ki, hovuzları qanla dolub. Bir gecə də 
keçmədi  ki,  hovuzlardan  üfunət  iyi  gəldi,  sonra  da  onlar  qurdla  doldu.  Əhali 
susuzluqdan  əziyyət  çəkməyə  baĢladı.  Həmin  kiĢi  yenə  Məsləmənin  yanına  gəlib 
ona  dedi:  «Ya  Əmir!  Adamlar  susuzluqdan  həlak  olurlar.  Qalanın  darvazasından 
çəkil, qoy yol açılsın, onlar qaçıb gedərlər, qala da əlinə keçər!» 
[Müəllif] deyir: Məsləmə adamlarına əmr etdi ki, qala darvazasından kənara 
çəkilsinlər.  Gecə  düĢən  kimi  xəzərlər  darvazanı  açıb  ərəblərin  yanından  keçib 
qaçdılar,  (səh.  69)  qala  da  müsəlmanların  əllərinə  keçdi.  Məsləmə  irəliyə  gəlib, 
qalaya daxil oldu, qalanı və onun istehkamlarını nəzərdən keçirdi. Sonra о əmr etdi 
ki,  hovuzları  yaxĢıca  yusunlar  və  onları  zir-zibildən  təmizləsinlər.  Əmr  yerinə 
yetirildi. Sonra hovuzları yenə də təmiz su ilə doldurdular. Bundan sonra Məsləmə 
əmr etdi ki, əl-Bab Ģəhərini dörd sahəyə bölsünlər: sahənin birini DəməĢqdən olan 
əsgərlərə,  ikincisini  Homs  Ģəhərindən  olanlara,  üçüncüsünü  -Fələstindən  olanlara 
və dördüncüsünü isə ġamdan və əl-Cəzirədən olanlara versinlər.
82
 
Bu, elə bir gün idi ki, ona bənzərini onlardan baĢqa heç kəs görməmiĢdi. 
[Müəllif] deyir: Bundan sonra Məsləmə əsgərlərindən Kərir ibn Süveyd əs-
Sələbi adlı birisini yanına çağırıb onu əl-Bab Ģəhərinə vali təyin etdi. Ona əmr etdi 
ki,  Ģəhərin  bürclərini  buğda,  аrpа  və  silah  anbarlarına  çevirsin  və  bununla  da 
Ģəhərin  əhəmiyyətini  qaldırsın  və  darvazalarını  dəmirdən  düzəldib  bağlatdırsın. 
Sonra  Məsləmə  əl-Bab  Ģəhərində  qalan  hər  döyüĢçünün  təminatına  yüz  on  dinar 
ayırdı, bundan əlavə, onlara hər ay buğda, zeytun yağı və ərzaq ayrılırdı. 
[Müəllif] deyir: Bundan sonra Məsləmə əmisi oğlu Мərvan ibn Məhəmmədi 
yanına  çağırıb, ona  əl-Babın  müsəlman icmasına  baĢçılıq etməyi tapĢırdı,  özü isə 
ġama,  xəlifə  HiĢamın  yanına  qayıtdı.  O,  xəlifəyə  fəth  etdiyi  torpaqlar  haqqında 
məlumat  verdi  və  dedi  ki,  Mərvan  ibn  Məhəmmədi  əl-Babın  müsəlman  icmasına 
rəhbər təyin edib.
83 
[Müəllif] deyir: Məsləmə ibn Əbdülməlikin əl-Babdan ġama qayıtmasından 
xəbər tutan xəzərlər Məsləmənin onlardan zəbt etdiyi torpaqlarına qayıtdılar. Onlar 
öz camaatını yenə də buralara köçürtdülər. 
Bundan  Mərvan  ibn  Məhəmməd  xəbər  tutdu.  О  tezliklə  qırx  mindən  çox 
əsgər topladı. Ordunun baĢında  duraraq xəzərlərə  qarĢı yürüĢlə  Bələncərə  yetiĢdi. 
Sonra Bələncərdən çıxıb, xəzərlərin ölkəsinin içərilərinə daxil oldu, onlarla döyüĢə 
girib bir çoxlarını qırdı (səh.  70), arvad-uĢaqlarını əsir aldı,  mar-qaralarını apardı 
və qənimətlə sağ-salamat əl-Bab Ģəhərinə qayıtdı. 
Bütün bu hadisələr qıĢda, bərk soyuqlar vaxtında baĢ vermiĢdi. Buna görə, 
eləcə  də  arası  kəsilməyən  yağıĢlara  və  palçıqlı  yollara  görə  Mərvanın  bu  səfəri 
«Palçıqlı səfər» adını aldı. Bu səfər zamanı Mərvan əmr etdi ki, atların quyruğunu 
kəssinlər, çünki onların quyruğu palçığa batır və islanırdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə