Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   16   17   18   19   20   21   22   23   ...   102

42 
 
elçiyə belə cavab verdi: «Mən istəyirəm ki, xaqan islamı qəbul etsin. Əks təqdirdə 
mən onu öldürüb, padĢahlığını əlindən alıb baĢqasına verərəm!» 
Elçi Mərvandan üç günlük möhlət istədi ki, xaqanın yanına qayıdıb onu hər 
Ģeydən xəbərdar etsin. [Müəllif] deyir: Mərvan ibn Məhəmməd buna razılıq verdi. 
Elçi xaqanın yanına qayıdıb, Mərvanla olan söhbətini ona söylədi. (səh. 74) Xaqan 
öz  adamını  Mərvanın  yanına  göndərib  ona  bu  sözləri  çatdırdı:  «Ya  Əmir!  Mən 
islamı qəbul edir, onu tanıyır və ona məhəbbətimi bəyan edirəm! Ancaq sən mənim 
yanıma öz bilikli məsləkdaĢlarından birini göndər ki, o, islamın mahiyyətini mənə 
izah etsin!» 
[Müəllif]  deyir:  Mərvan  xaqanın  yanına  iki  faqihi  -  Nuh  ibn  əs-Saib  əl-
Əsədini  və  Əbdürrəhman  ibn  Fulan  əl-Haulanini  göndərir.  Onlar  xaqanın  yanına 
gəlib,  islam  dininin  mahiyyətini  ona  izah  edirlər.  Xaqan  tərcüməçiyə  belə  dedi: 
«Onlara  mənim  adımdan  de:  «Mən  istəyirəm  ki,  siz  mənə  Ģərab  içməyə  və  baĢı 
kəsilməyən  heyvan  ətini  yeməyə  icazə  verəsiniz.»  Əl-Haulanı  yoldaĢı  əl-Əsədiyə 
dedi: «Hələ ki o, islamı qəbul etməyib, bunları ona icazə ver. Amma ona izah et ki, 
islamı onun özü və onun xaqanı qəbul edərlərsə, bütün bunlar onlara günah hesab 
olunacaq.»  Əl-Əsədi  dedi:  «Allahın  qadağan  etdiyi  Ģeyə  icazə  yoxdur  və  Allahın 
icazə  verdiyi  Ģeyə  qadağa  yoxdur,  çünki  islam  dini  yalnız  səmimi  və  doğru 
nəsihətlər verir». 
Bundan  sonra  əl-Əsədi  tərcüməçiyə  belə  dedi:  «Öz  ağana  de  ki,  islam 
dinində  haram  olunana  icazə  və  icazə  olunana  qadağa  yoxdur.  Əgər  sən  islamı 
qəbul edərsənsə, onda  sənin üçün  baĢı kəsilməmiĢ heyvanın əti, donuzun qanı və 
əti, Allahın adını Ģöhrətləndirməyən hər bir Ģey qadağan olacaq». 
Tərcüməçi bu sözləri xaqana çatdıranda о dedi: Mənim adımdan onlara de: 
«Siz,  doğrudan  da,  müsəlmansınız!»  [Müəllif]  deyir:  Bundan  sonra  xəzərlərin 
padĢahı xaqan islamı qəbul etdi, onunla birlikdə bu dini onun çoxlu qohumları və 
soydaĢları da qəbul etdilər. 
[Müəllif]  deyir:  Mərvan  xaqanı  öz  taxtında  padĢahlığını  idarə  etmək  üçün 
saxladı. Sonra onunla həmdəm olub din qardaĢı kimi vidalaĢdı və ondan hədiyyələr 
qəbul  etdi.  Mərvan  geriyə,  əl-Bab  Ģəhərinə  qayıtdı.  Bu  vaxt  onunla  birlikdə  qırx 
min və bəlkə də çox əsir alınmıĢ kafir var idi. Mərvan onları Samur çayının sahil 
boyu torpaqlarda və Kür çayının hər iki tərəfində olan düzənliklərdə yerləĢdirdi.
89
 
Bundan  sonra  Mərvan  xəlifə  HiĢam  ibn  (səh.  75)  Əbdülməlikə  məktub 
yazıb  bütün  əhvalatları  ona  çatdırdı.  Allahın  ona  verdiyi  qənimətin  beĢdə  birini 
xəlifəyə göndərdi. 
QıĢ  gələndə  Mərvan  Qazaq  (Qazax)  adlanan  yerdə  qıĢladı.  QıĢ  ötüb  bahar 
gələndə Mərvan Sərir torpaqlarına
90
 basqın etməyi qət etdi. O, caniĢin olan Üseyd 
ibn  Zafir  əs-Sulamiyə  yazdı  ki,  ona  Sərir  səfərində  kömək  etsin  və  bunun  üçün 
Üseydə qoĢun da ayırdı. 
[Müəllif]  deyir:  Mərvan  Qazaqdan  çıxıb  Kür  çayından  keçdi  və  ġəki 
adlanan  Ģəhərə  üz  qoydu.  ġəkidən  o,  Sərir  torpaqları  tərəfə  getdi  və  əl-Bəlal  adlı 


43 
 
qalaya  çatdı.
91
  Bu,  çox  möhkəm  və  alınmaz  bir  qala  idi.  Mərvan  bir  ay  onu 
mühasirədə saxladı, lakin heç bir Ģeyə  nail ola bilmədi. Bir ay keçəndən sonra o, 
dəmirçiləri  yanına  çağırıb  onlara  ucları  bıçaq  kimi  nizələr  hazırlatdı.  Dəmirçilər 
əmri  yerinə  yetirdilər.  Sonra  Mərvan  əmr  etdi  ki,  taxta  lövhələr  düzəltsinlər. 
ĠĢlərini qurtarandan sonra o əmr etdi ki, bu nizələri qatırlara bağlatsınlar. Sonra о, 
tabeliyində  olan  səkkiz  min  zirehli  və  qalxanlı  ən  seçmə  döyüĢçü  ilə  qalanın  əks 
tərəfinə keçdi. 
О  əmr  etdi  ki,  həmin  nizələri  bir  səmtdə  qala  divarlarının  daĢları  arasına 
keçirsinlər. Sonra hər taxta lövhəni iki nizənin üstünə qoydular və əsgərlər bunların 
üstü ilə yuxarı qalxdılar. Ərəblərin nə etdiklərindən bixəbər olan qaladakıların heç 
ağlına da gəlmirdi ki, ərəblər qalanın bu tərəfindən hücuma keçə bilərlər. 
Mərvan və onun əsgərləri qalaya daxil olub, qəflətən müdafiəçilərin üstünə 
töküldülər. Bundan sonra qala qapısının yanında bir daĢın üstündə oturan Mərvan 
əsir alınmıĢ (səh. 76) qala müdafiəçilərini bir-bir çağırıb son nəfərədək hamısının 
baĢlarını vurdurdu. Sonra о, əsir alınan qadın və uĢaqları, qənimətləri öz əsgərləri 
arasında bölüĢdürüb əmr etdi ki, qala divarlarını dağıdıb onu yerlə-yeksan etsinlər. 
[Müəllif] deyir: Bundan sonra Mərvan Amık (Qumik) adlı baĢqa bir qalaya 
tərəf  getdi
92
  və  qalanı  mühasirəyə  aldı.  Amik  qalasının  müdafiəçiləri  Mərvanla 
ölüm-dirim döyüĢünə girdilər. Lakin Mərvan onlara qalib gəlib, hamısını qılıncdan 
keçirtdi. O, onların arvad-uĢaqlarını əsir aldı, qalanı da dağıtdı. 
[Müəllif] deyir: Bu xəbər Sərir hökmdarına çatdıqda o, Mərvanın əlindən ta 
Həyzan qalasına
93
  qədər  qaçdı.  Lakin  Мərvan  tezliklə  özünü  qalaya  çatdırıb,  onu 
mühasirəyə alır, amma nə düzünə, nə də hiylə ilə onu ala bilmir. 
[Müəllif]  deyir:  Mərvan  and  içdi  ki,  ölsə  də,  qalsa  da  bu  qaladan  о  yana 
getdi yoxdur, ya qalanı almalıdır, ya da elə buradaca ölməlidir. Sonra o, əsgərlərinə 
əmr  etdi  ki,  yerlərini  möhkəmlətsinlər  və  onlar  da  qala  ilə  üzbəüz  istehkamlar 
qurdular. 
Düz  bir  il  Mərvan  bu  qala  darvazasının  qabağında  durdu.  Günlərin  bir 
günündə  o  fikirləĢib  bir  hiylə  tapdı.  Ayağa  qalxıb  dəstnamaz  aldı  və  bədəninə  о 
qədər  ətir  sürtdü  ki,  ondan  gözəl  qoxu  gəlməyə  baĢladı.  Bundan  sonra  aĢpazını 
çağırıb onun paltarını istədi, bu paltarı geyinib, ayağına böyük ayaqqabılar keçirtdi, 
baĢına  da  çirkli  bir  çalma  sarıdı.  (səh.  77)  Sonra  oturub  öz  adından,  yəni  ibn 
Məhəmmədin adından, Sərir  hökmdarına  belə  bir  məktub  yazdı:  «Və  sonra. Mən 
bu saat fikirləĢirəm - ya buradan çıxıb gedim, ya da ki əlacsız qalıb səninlə barıĢım. 
Mənim qalaya girib baxmağıma icazə verməyinə sən necə baxırsan, ey hökmdar? 
Mən bunu, Allah-taala istəsə, məmnuniyyətlə edərdim!» 
[Müəllif] deyir: Sonra Mərvan kəmərini belinə bağlayıb, məktubu əlinə alır 
və  yuxarı  çıxıb  qala  qapısına  yaxınlaĢır.  Sonra  qalaya  girməyə  icazə  alıb  deyir: 
«Hökmdarınıza xəbər verin ki, qapıda Mərvanın elçisi durub». [Müəllif] deyir: Bu 
xəbəri  hökmdara  çatdırırlar,  o,  elçinin  qalaya  daxil  olmasına  icazə  verir.  Mərvan 
içəri  girir  və  çox  keçmədən  padĢahın  hüzuruna  gəlib  məktubu  ona  verir.  PadĢah 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə