Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   13   14   15   16   17   18   19   20   ...   102

36 
 
əsgərlərinin bir hissəsi öldürülmüĢdü, özü isə xəzər qanına bulanmıĢ qılıncını atın 
yalına sürtüb təmizləyirdi. 
[Müəllif]  deyir:  Xəzərlərin  padĢahı  xaqan  bərk  qəzəbləndi  və  öz 
tarxanlarına  müraciət  edərək  dedi:  «Mən  arxanızda  durub  sizin  hərəkətlərinizi 
izləyirəm. Siz hamınız ölməlisiniz  ki, biabır olmayasınız!» [Müəllif] deyir: Sonra 
o, biri о birisindən daha yaxĢı və sayca çox olan atlı dəstələrini irəliyə göndərdi. 
Mərvan ibn Məhəmməd isə dedi: «Qoy mən bu adamlara görə girov olum! 
Biliniz  ki,  mən  sizə  Cənnət  qapılarının  açarlarını  gətirəcəyəm  və  siz  Allahın  vəd 
etdiyi  bol  mükafatlara  layiq  olacaqsınız!  Sizlərdən  kim  Ģəhid  olarsa,  behiĢti  və 
saysız-hesabsız  böyük  mükafatları  satın  alacaq.  Rəbbiniz  sizin  о  dünyalığınızı 
verəcək.» 
[Müəllif]  deyir:  «Bundan  sonra  Mərvan  ibn  Məhəmməd  və  onun  əsgərləri 
xəzərlərə  hücum  edib,  onlardan  ilk  həmlədə  olduğundan  daha  çox  qırdılar  və 
yaraladılar.» 
[Müəllif]  deyir:  Xaqan  hər  dəfə  müsəlmanların  üzərinə  yeni  atlı  dəstəsini 
göndərdikcə Mərvan ibn Məhəmməd və  onun əsgərləri bu  dəstələri dövrəyə  alıb, 
üstlərinə  hücuma  keçirdilər.  Bu  minvalla,  həddindən  artıq  xəzər  qırdılar.  Yalnız 
bundan  sonra  Mərvan  müsəlmanların  qoĢunu  yerləĢən  yerə  qayıdıb  özünün 
həmiĢəki mövqeyini tutdu. 
Məsləmə  əsgərlərinə  müraciət  edib  onları  yeməyə  çağırdı.  Özü,  əmisi 
oğlanları və bütün əsgərlər yemək yeməyə baĢladılar. Xaqan isə atı üstündə oturub 
hirsli-hirsli  onlara  baxır,  deməyə  söz  tapmırdı.  Sonra  o,  tarxanlarına  müraciət 
edərək dedi: «Bu gün siz rəzilcəsinə mənim canımı aldınız! Vay halınıza, ey xəzər 
camaatı! Onların sizdən də zəif olan on nəfəri sakitcə oturub yeyib-içir və sizi heç 
saya da salmırlar!» 
[Müəllif]  deyir:  Xəzərlər  ona  dedilər:  «Ey  hökmdar!  Qəzəblənmə!  Çünki 
sabah biz səni razı salacaq, onların ağasını əsir tutub yanına gətirəcəyik (səh. 65), 
onda nə istəsən ona edərsən?» 
[Müəllif]  deyir.  Xaqan  səhər  açılan  kimi  əsgərlərini  dünənki  vədlərini 
yerinə yetirməyə məcbur etdi. Bundan sonra xəzərlər ən yaxĢı əsgərlərindən seçib 
irəliyə,  döyüĢ  meydanının  mərkəzinə  göndərdilər  və  əmr  etdilər  ki,  ərəblərə 
etdikləri hücumda heç bir səhvə yol verməsinlər. 
Bundan  xəbər  tutan  Məsləmə  dedi:  Xəzərlərin  ən  alçağına,  bu  kəsilməmiĢ 
qanmaza görə vay mənim halıma. О (xaqan), əsgərlərini əlində oynadır. Allaha and 
olsun ki, mən onları ərəblərin xəzərlərinə döndərəcəm!» 
[Müəllif]  deyir:  Bundan  sonra  Məsləmə  əsgərlərini  nizamladı.  Sağ  cinaha 
Mərvan ibn Məhəmmədi, sol cinaha Süleyman ibn HiĢamı, mərkəzə əl-Abbas ibn 
əl-Validi  təyin  etdi.  Əl-Hüzeyl  ibn  Zafir  ibn  əl-Həris  əl-Kilabini  isə  ehtiyatda 
saxladı. 


37 
 
[Müəllif]  deyir:  DüĢmənlər  bir-birinə  yaxınlaĢıb  döyüĢə  baĢladılar.  Hər  iki 
tərəfin  əsgərləri  bir-birlərinə  qarıĢdı.  Bir  ərəb  xəzərlərdən birinə  hücum  edib  onu 
öz nizəsi ilə vurdu, lakin nizə zərbədən əyildi və ərəb onu qılıncı ilə vurub öldürdü. 
[Müəllif]  deyir:  Hər  iki  tərəf  döyüĢü  günün  ortasına  kimi  davam  etdirdi. 
[Müəllif]  deyir:  Bu  vaxt  Məsləmənin  yanına  bir  xəzər  əsgəri  yaxınlaĢıb  ondan 
aman istədi, çünki o, islam dininə meyl etmiĢdi. О dedi: «Xəzərlər padĢahı xaqan 
sənə lazımdırmı?» Məsləmə ondan soruĢdu: «O haradadır?» Xəzər dedi: «O, sənin 
gözünün qabağında duran ipəklə bəzənmiĢ cəng arabasının üstündədir». 
[Müəllif]  deyir:  Məsləmə  Mərvan  ibn  Məhəmmədi  yanına  çağırıb  dedi: 
«Əbu  Abdullah!  Sən  ipəklə  bəzənmiĢ  cəng  arabasını  görürsənmi?»  Mərvan  dedi: 
«Bəli, mən onu görürəm!» Məsləmə dedi: «Bu xaqanın cəng arabasıdır və özü də 
bax,  üstündə  durub!»  Mərvan  səsləndi:  «Mən  ona  tərəf  getdim!»  Məsləmə  dedi: 
«Mən də  səninləyəm,  ya  Əbu Abdullah!  Və  Allaha  and olsun ki,  biz  bu  gün ona 
qalib gələcəyik! Əbədi həyata doğru irəli!» 
[Müəllif] deyir: Süleyman ibn HiĢam əmisi oğluna yaxınlaĢıb ona dedi: «Ya 
Əmir! Sozümə qulaq as (səh. 66) və tələsmə!» Məsləmə soruĢdu: «De, görüm, nə 
deyirsən?», Süleyman cavab verdi: «Xaqan heç də arabada deyil! O, əsgərlərini və 
xəzərlərin cəsurlarını özünün  sağ  və  sol cinahlarında, eləcə də  arxada  yerləĢdirir. 
Əgər  sən  və  Mərvan  irəli  getsəniz,  mən  əminəm  ki,  о  sizi  mühasirə  etməyi  əmr 
edəcək,  öz  əsgərlərinizin  yanına  qayıtmağa  imkan  verməyəcək,  canınızı  alana 
qədər sizdən əl çəkməyəcək. Mənə elə gəlir ki, sən özünün cəsur əsgərlərindən bir 
nəfər seçməlisən, özü də bu adam qüvvətli və qorxmaz olmalıdır. Ona bir neçə igid 
ver və əmr elə ki, xaqanın üstünə getsinlər». 
[Müəllif]  deyir:  Məsləmə  Süleymanın  dediklərini  baĢa  düĢüb  Sabit  ən-
Nəhrani
78
  adlı  bir  igid  əsgərini  çağırtdırır  və  ona  deyir:  «Ya  Sabit!  Bu  iĢə  yararlı 
olduğun üçün mən igid əsgərlərimin arasından məhz səni seçmiĢəm. Əgər səndən 
gözlədiyim cəsurluğu və hünəri görsəm, sən isə bizi məqsədimizə çatdırsan, onda 
istədiyin  qədər  pul  alacaqsan.  Sənə  on  min  dirhəm  pul  veriləcək  və 
Əmirəlmöminin  səni  mükafatlandırıb  adını  Ģöhrətləndirəcək.  Yox,  əgər  sən 
qorxsan və etinasızlıq göstərsən, onda Allaha and olsun, sənə söz verirəm ki, səni 
münasib ağacda çarmıxa çəkərik!» 
[Müəllif]  deyir:  Sabit  ona  dedi:  «Qoy  Allah  Əmiri  razı  salsın!  Ġstədiyin 
adamları mənimlə göndər!» Məsləmə dedi: «Mən sənə min nəfər özünün tanıdığın, 
igidliyinə və qüvvəsinə bələd olduğun əsgər verəcəyəm. Həmin əsgərlərlə xəzərlər 
xaqanının qoĢununa hücum еt. Onu darmadağın edənə və ya xaqanın özünü, əgər 
imkanın olsa, əsir alana kimi geri qayıtma!» 
[Müəllif] deyir: Sabit dedi: «Qoy Allah Əmiri razı salsın! Əgər xaqan qaçsa, 
mən  ona  çata  bilməsəm,  onu  necə  tuta  bilərəm?  Zənnimcə,  xaqanı  və  onun 
ordusunu, Allah istəsə, (səh. 67), darmadağın  etsək Əmir üçün, Allah ona qüvvət 
versin, bizim qayıtmağımızın fərqi yoxdur. ġöhrət və əzəmət sahibi Allahdan baĢqa 
heç kəsdə nə qüvvə, nə də qüdrət var!» 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə