Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   9   10   11   12   13   14   15   16   ...   102

28 
 
Zəif! Cürət etmədiyin iĢin həllini mən üzərimə 
                         götürənə qədər, möhkəm dur! 
 
və ilaxır. 
[Müəllif]  deyir:  Əl-HərəĢi  xəzərlərdən  alınan  hər  Ģeyi  topladı.  Xəzər 
əsirliyində  olan  müsəlman  kiĢilər,  qadınlar  və  uĢaqlar  xilas  oldular,  xəzərlərin 
apardıqları heyvanlar da qaytarıldı. Hər Ģey Bacərvana göndərildi. 
[Müəllif] deyir: Əl-HərəĢi Bacərvana elə yenicə daxil olmuĢdu ki, kül rəngli 
ata  minmiĢ  birisi  atını  onun  yanına  sürdü  və  dedi:  «Əs-səlamu  əleykə,  ya  Əmir. 
Allahın  mərhəməti  [üstündə]  olsun!»  əl-HərəĢi  ondan  soruĢdu:  «Ay  kiĢi,  sən 
harada qaldın? Mən əmr etdim ki, sənə mükafat versinlər. Sən buna layiqsən, çünki 
sən  bizə  elə  səmimi  məsləhət  verdin  ki,  biz  xeyrini,  mükafatını  və  hər  Ģeyini 
gördük!» 
Həmin adam belə dedi:  «Ya  Əmir!  Qoy (səh. 52) bu  mükafat səndə qalsın 
və  sən  onu  bərk  saxla.  Amma,  ya  Əmir,  de  görüm  sən  bu  qənimətləri  alıb 
dincəldinmi?»  əl-HərəĢi  soruĢdu:  «Bəs  biz  nə  etməliyik?»  Atlı  belə  dedi: 
«Xəzərlərin  ordusu  artıq  yoldadır.  Müsəlmanların  var-dövləti  və  əl-Cərrah  ibn 
Abdullahın  arvad-uĢaqları  da  onların  əlindədir.  Xəzərlər  ölkələrinə  qayıdırlar  və 
indi onlar bu yerdən bir neçə fərsəx aralı Miməd çayının sahilindədirlər. Əgər sən, 
ey Əmir, onlara çatmaq istəyirsənsə, indi yola çıxmağın vaxtıdır». 
[Müəllif]  deyir:  Bunları  deyib  həmin  adam  yox  oldu:  əl-HərəĢi  isə 
əsgərlərini  toplayıb,  onlarla  birlikdə  Miməd  çayına  tərəf  yola  düĢdü.  Çaya 
yaxınlaĢanda müsəlmanların qabağına iyirmi min və bəlkə də çox xəzər çıxdı. Əsir 
aldıqları müsəlman kiĢi və qadınlar da onlarla idi. 
[Müəllif]  deyir:  Əl-HərəĢi  və  onun  əsgərləri  «Allahu  əkbər!»  sədaları  ilə 
xəzərlərə hücum etdilər və onları qılıncdan keçirdilər. Yalnız bir neçə xəzər qaçıb 
canını qurtara bildi. Əl-HərəĢinin adamları çoxlu qənimət əldə etdilər və aralarında 
əl-Cərrahın  arvadları,  kənizləri,  uĢaqları  olan  bütün  əsirləri,  eləcə  də  onun 
varidatını  xilas  etdilər.  Əl-HərəĢi  əl-Cərrahın  uĢaqlarını  bağrına  basıb  ağladı  və 
ucadan  dedi:  «Eу  qardaĢımın  övladları!  Əgər  mən  də  sizin  atanızla  bir  yerdə 
olsaydım, onda ya hamımız sağ qalardıq, ya da məhv olardıq!» 
Bənu  Əbs  qəbiləsindən
64
  olan  bir  əsgər  aĢağıdakı  sözlərlə  baĢlanan  bir  Ģer 
dedi: 
 
Мən Əbsiyəm, qənimətlərə sahib olan. 
və bu iĢi yaxĢı yerinə yetirən 
xalqımızın Ģöhrətindən danıĢacağam. 
 
və ilaxır. 
[Müəllif]  deyir:  Əl-HərəĢi  Bacərvana  gəlir  və  xəzərlərdən  əldə  etdiyi 
qənimətləri burada yerləĢdirir. 


29 
 
[Müəllif]  deyir:  Bu  xəbəri  alan  xəzər  padĢahı  xaqanın  oğlu  Barsbəy 
həddindən  artıq  kədərləndi,  hətta  özünü  öldürmək  dərəcəsinə  gəldi.  Sonra 
tarxanlarını  və  əyanlarını  yanına  çağırıb  onlara  dedi:  «Vay  halınıza  ey  xəzərlər 
məclisi!  (səh.  53)  Siz  bilirsiniz  ki,  mən  torpağımızın  bir  qismini  zəbt  edən  əl-
Cərrahı susdurdum! Sonra mən onun ordusunu məhv etdim və istədiyim qədər əsir 
aldım. Amma indi qarĢımıza qatıra minən və əlinin altında çox az əsgəri olan birisi 
çıxır və istədiyini edib baĢımıza oyun açır, əldə etdiyimiz qənimətləri geri alır və 
mənim  əsgərlərimi  məhv  edir!  Bütün  bunlardan  sonra  mənim  üçün  ölüm  daha 
böyük nemət deyilmi?» 
[Müəllif]  deyir:  Bunu  eĢidən  xəzərlər  hər  tərəfdən  qıĢqırdılar:  «Ya  Əmir! 
Yox!  Biz  onu  əsir  alıb  hüzuruna  gətirərik,  sən  də  özün  istədiyini  onun  baĢına 
açarsan.» 
[Müəllif]  deyir:  Xaqan  oğlu  Barsbəy  də  hər  yandan  əsgər  toplayaraq 
Azərbaycandakı  döyüĢçülərini  də  onlarla  birləĢdirdi.  Beləliklə,  o,  böyük  bir  ordu 
topladı. 
Bunu  eĢidən  Səid  ibn  Əmr  əl-HərəĢi  Varsana,  Beyləqana,  Bərdəyə, 
Qəbələyə  və  Azərbaycanın  baĢqa  yerlərinə  çaparlar  göndərdi.  Adamlar  onun 
yanına  tək-tək,  dəstə-dəstə,  könüllü  və  ya  baĢqa  yolla  gəlirdilər  və  beləliklə,  o, 
nəhəng bir qoĢun yığdı. 
[Müəllif] deyir: Elə bu vaxt onun qarĢısında yenə də kül rəngli atın üstündə 
həmin  adam  peyda  olub  dedi:  «Əssalamu  əleykə,  ya  Əmir.  Allahın  mərhəmət  və 
duası [üstündə] olsun!» Səid ibn Əmr dedi: «Ay kiĢi! Sən bizə xoĢbəxtlik gətirir, 
lakin  neçə  dəfədir  ki,  mükafatdan  imtina  edirsən.  Mən  indi  əmr  edirəm  ki,  bizdə 
olan var-dövlətdən nə varsa yığıb sənə versinlər. Sən də, Allah səndən razı olsun, 
bunları rədd etmə!» Həmin adam belə cavab verdi: «Qoy bunların hamısı Əmirin 
özündə  istədiyim  vaxta  qədər  qalsın.  Mən  isə  Əmirdən  soruĢuram:  «Ġndi  Xaqan 
oğlu Barsbəylə cihad döyüĢünə girib onun var-dövlətini almağa istəyin varmı?» 
Əl-HərəĢi  cavab  verdi:  «Bizim  buna  ehtiyacımız  var!»  Həmin  adam  dedi: 
«Sənin üstünə nəhəng bir qüvvə gəlir, xəzərlər özləri ilə qırx min (səh. 54) arabada 
əsir  müsəlman  kiĢi,  arvad  və  uĢaqları,  eləcə  də  onların  talan  olunmuĢ  var-
dövlətlərini gətirirlər. Əgər bütün bunlar sənə əl verirsə, onda vaxt gəlib çatıb!» 
[Müəllif] deyir: Bundan  sonra həmin adam  yenə də  yox oldu,  əl-HərəĢi də 
əsgərlərini  çağırıb  onlarla  yola  düĢdü.  Yolu  tələsik  və  inadla  qət  edərək  tezliklə 
Bərzənd torpaqlarına
65
  çatdılar.  Elə  bu  vaxt  xaqan  oğlu  Barsbəy  xəzərlərin  bütün 
qoĢunu ilə burada idi. 
Barsbəy  qarĢısında  ərəblərin  mükəmməl  silahlanmıĢ  ordusunu  görəndə  öz 
əsgərlərini  da  döyüĢə  hazırladı.  Əl-HərəĢi  də  ordusunu  döyüĢ  üçün  nizamlayaraq 
axĢamüstü  öz  qara  atının  üstündə,  qılıncı  çiynində  qabağa  çıxdı.  Ərəblər  onunla 
birlikdə xəzərlərə qarĢı hücuma keçdilər. 
[Müəllif]  deyir:  Xəzərlər  onlarla  döyüĢə  girdilər  və  iki  zərbə  ilə 
müsəlmanları geri çəkilməyə məcbur etdilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə